Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Oxunub:4 950

Tarix: 6-01-2017, 13:10

MKİ Putinin oğurluq 160 milyard dollarlıq sərvətinin sirlərini niyə açmır? –Təhlil

MKİ Putinin oğurluq 160 milyard dollarlıq sərvətinin sirlərini niyə açmır? –Təhlil

Holman Cenkins (kiçik)

The Wall Street Journal (ABŞ), 06.01.2017



Birləşmiş Krallıqda Putinin tənqidçisi poloniumla zəhərlənərkən Qərb ölkələri hökumətləri susmağa üstünlük verib.

Tamamilə mümkündür ki, Amerika kəşfiyyatı daha bir mənada Rusiyaya qarşı cavab tədbirlərinə hazır deyil. Çoxları istəyərdi ki, prezident Barak Obama haker hücumlarına görə Vladimir Putinin oğurluqla yığılmış, 160 milyard dollar qiymətləndirilən sərvəti haqda məxfi məlumatları dərc edərək Moskvadan qisas alacaq. Lakin onları məyusluq gözləyir: bu cür məlumatlar yoxdur.

Putinin sirlərini açmaqla mövqeyini zəiflətmək təklifi çox yaxşı görünür. Biz üç gün qabaq bunu etməyi təklif etmişik. Lakin hətta Krımın işğalından sonra ABŞ Xəzinədarlığı cənab Putinin “şəxsi bankı”na qarşı sanksiyanın tətbiqini elan edərkən 10 il əvvəl cənab Putinin rusiyalı opponentlərindən birinin səsləndirdiyi ittihama əsaslanıb. Xəzinədarlıq Google-da oxuya bilməyəcəyimiz nəsə elə bir şey açıqlamayıb.

Ola bilsin, ikinci problem bundan ibarətdir ki, əslində, cənab Putinə məxsus heç nə yoxdur. Ən azı, o, Rusiya kleptokratiyasının (ələ keçən ən müxtəlif əşyaları oğurlamaq şakəri-tərc.) daha sonrakı mərhələlərində, sadəcə, bu əşyaları ona verməli olan insan və əşyalara işarə edir. Patriots-un sahibi Robert Kraftın əvvəllər 2005-ci ildə cənab Putinə Super Bowl qaliblərinin üzüyünü necə bağışladığı haqda əhvalatı dipliomatik nəzakətlə nağıl etdiyini xatırlayın. Lakin cənab Kraft sonradan boynuna alıb: cənab Putin üzüyü barmağında yoxlamağı xahiş edib, sonra “onu cibinə qoyub və bundan sonra KQB-nin üç agenti onun yanında peyda olub və onlar çıxıb gediblər”.

Cənab Putinin yaratdığı girəvəcillik şəraitində kimin nəyə və nə qədər uzun müddətə sahib olduğunun son dərəcə qeyri-şəffaflığı onun 2016-cı ildə son qoyduğu maliyyə çevrilişi ilə əyani şəkildə aydınlaşır.

Onun köməkçiləri Rusiya büdcəsinə düşən ağırlığı yüngülləşdirmək və Qərb investorları üçün Rusiyanın cazibədarlığını sərgiləmək üçün “Rosneft” dövlət neft şirkətinin qismən özəlləşdirilməsini təşkil ediblər. Lakin bu sövdələşməni maliyyələşdirməli olan İtaliya bankı bu layihəyə qatılmağın məqsədəuyğunluğunu ölçüb-biçməyi davam etdirib. Rusiya KİV-lərinin məlumat verdiyi kimi, sövdələşmənin əsas iştirakçısı – Glensore İngiltərə-İsveçrə şirkəti həmin beş milyard dolların böyük qismini xarici qaynaqlardan əldə edib: “Rusiya bankları şirkəti bu öhdəlikdən azad edib”.

Bu qayda ilə bu pulların haradan götürüldüyü və son nəticədə “Rosneft” səhmlərinin kimdə olacağı tamamilə qaranlıq qalır. Buna baxmayaraq, cənab Putinin korrupsiyada ittihama həssas olduğunu təkid edən tənqidçilər yanılmırlar. Heç kim ərəb baharının başlanğıcı, Ukrayna inqilabı, Qəddafi rejiminin süqutunu öncədən görə bilməyib. Və cənab Putində qabaqcadan deyə bilməz ki, xalq narazılığı onun rejiminin süqutunu nə vaxt törədəcək.

“Rosneft”in başçısı və cənab Putinin birnömrəli silahdaşı İqor Seçin KİV-in onun mülk və yaxtaları haqda məlumatlar dərc etməyini əngəlləmək üçün bütün istiqamətlərə məhkəmə iddiaları göndərir. Təxminə görə, cənab Putin üçün Qara dəniz sahilində xəstəxana fondlarından ayrılmış vəsaitlə inşa edilmiş bir milyard dollar dəyərində sarayı xeyli tutqun sövdələşmələr bürüyüb. Şayiələrə görə, hazırda bu saray bazar dəyərindən bir neçə dəfə çox pul ödəmiş bir biznesmenə məxsusdur.

MKİ-də cənab Putin barədə onun prezidentliyinin ilk illərində Rusiya mediasının hələ azad və açıq olduğu dövrdən qalma tam bir dosye olmalıdır. O, Sankt-Peterburq merinin müavini vəzifəsini tutarkən 93 milyon dolların yox olmasında onun ehtimal edilən aidiyyəti bu şəhərin qanunverici orqanının xüsusi komitəsi tərəfindən sənədləşdirilib.

Eyni şey 1999-cu ildə yaşayış binalarının partladılması və nəticədə 293 nəfərin həlak olduğu və onun prezident kreslosuna əyləməyinə yardım olmuş hadisəyə də aiddir. Avropa və Rusiyanın Moskvadakı nüfuzlu qəzetləri hələ bu teraktlara qədər yazırdı ki, bu cür teraktları Rusiya gizli polisi planlaşdırıb. Sonralar müstəqil araşdırma aparmış bir neçə ekspert və jurnalist təsdiq edib ki, əslində bu “teraktlar”ı cənab Putinin silahdaşları təşkil ediblər.

Söz yox, Amerika kəşfiyyatında bu iki epizodla bağlı birmənalı dəyərləndirmə var. Ola bilsin, MKİ də cənab Putinin hakimiyyətə yüksəlişi və onu gərəksiz ifşalardan qorumuş qətl və şübhəli ölümlər haqda bildiklərimizdən daha çox danışmağa qabildir.

Gəlin, özümüzü aldatmağa son qoyaq. Qoy cənab Putinin bütün sirlərini açmağa çağıran yüksəkçinli demokrat Adam Şiff özünü aldatmaqdan əl çəksin. Qərb hökumətləri hətta Aleksandr Litvinenko poloniumla zəhərləndikdən sonra da susmağa üstünlük verib, bu isə beynəlxalq terrorizm aktı idi. Nə üçün? Çünki güclü reaksiya və yaxud onun yerinə daha şərniyyətli diktatorun gələ biləcəyindən ehtiyatlanıb cənab Putin rejiminə çox güclü təzyiq göstərmək istəmir.

Cənab Obamanın sanksiyaları bütün bu qorxuları nəzərə almaqla hazırlanıb və güman etmirəm ki, Donald Trampın bunu dəyişmək üçün bir xeyli imkanı olacaq. Harahat olmayın: “Saziş bağlamaq məharəti”ndə heç nə buna işarə etmir ki, cənab Tramp cənab Putinlə gələcək qarşılıqlı fəaliyyət prosesində cənab Obamanın tətbiq etdiyi sanksiyaların verdiyi üstünlükdən könüllü şəkildə imtina edəcək. O, eyni zamanda gurultulu və əsaslandırılmamış bəyanatlarala çıxış edərək cənab Putinə xidmət göstərməkdən əl çəkəcək və Putin bundan Rusiya daxilində ABŞ-ın geostrateji təhlükə təşkil etdiyi və bunu ustalıq və müvəffəqiyyətlə dəf etdiyinin sübutu qismində yararlanacaq.

Cənab Tramp uğura nail olsa, ən yaxşı və ən böyük ehtimalla nəticə bu olacaq ki, cənab Putin 2018-ci ildə təkrar seçilməkdən əvvəl beynəlxalq təhlükə olmaqdan əl çəkəcək. Cənab Tramp daxili islahatlara və yeni ildə Avropa Birliyində mütləq şəkildə meydana çıxacaq problemlərə daha çox vaxt ayıra bilər.

Amma bu sakit dövr gec-tez bitəcək. Çətin ki yaxşılıqla istefaya gedəcək və iqtisadiiyatı, cəmiyyəti onun ayaqları altında səpəlnməkdə olan cənab Putin, çox ehtimal ki, ən yaxın 10 ildə dünya və Rusiya üçün ağır yük olaraq qalacaq.
strateq

yüklənir...

XƏBƏR LENTİ

28.02.2017 , 03:05

Bu gün Sumqayıt hadisələrindən 29 il ötür

28.02.2017 , 03:04

Sürücülərə xəbərdarlıq – Bu işıq təhlükəlidir

28.02.2017 , 03:04

İsveçrə bankı Gülnarə Kərimovanın pullarını “yumaq”da ittiham olunur

28.02.2017 , 03:03

Rusiyanın “QAZ“ avtomobilləri Azərbaycan tədarük oluna bilər

28.02.2017 , 03:03

Leyla Əliyeva və Emin Bakıda toyda

28.02.2017 , 02:32

Əbülfəs Qarayevin Qubada reputasiyasını ləkələyən şöbə müdiri- Fuad Orucov

28.02.2017 , 00:00

İstanbul derbisinin qalibi “Beşiktaş” oldu

27.02.2017 , 22:58

Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolu mövcud deyil

27.02.2017 , 22:56

Ermənilər Kəlbəcər və Laçınla bağlı planlarını açıqladı

27.02.2017 , 22:14

Azərbaycanda baş həkim rüşvət alarkən belə yaxalandı - Video

27.02.2017 , 21:31

NATO-dan Dağlıq Qarabağ açıqlaması

27.02.2017 , 19:29

İlham Əliyevin Qətərə rəsmi səfəri başa çatdı

27.02.2017 , 19:25

“Akif Çovdarov məni döyməklə və həbslə hədələyib“ - Yenilənib

27.02.2017 , 19:18

“Həlak olmuş hərbçilərin meyitlərinin toplanması başa çatıb”

27.02.2017 , 19:15

Nərgiz Paşayeva Müşfiqin heykəlinin sökülməsini pislədi: “Bu, vandalizmdir, barbarlıqdır”

27.02.2017 , 18:46

Xocalı faciəsi ilə bağlı yaradılmış haştaq“Twitter”də 5-ci olub

27.02.2017 , 18:44

Səddam Hüseynin eyni ad-soyadlı nəvəsi Trampdan kömək istədi

27.02.2017 , 18:21

Nazirin təyinatı Lənkəranda bayram oldu: Hacı Mazanın Şirvanda rəis qardaşı kimdir?

27.02.2017 , 18:02

Yardımlılar Ayaz Əsgərovdan I-ci VİTSE-PREZİDENTƏ şikayətçi düşdü- "Bizi icra başçısının zülmündən..."

27.02.2017 , 17:52

“Erməni və azərbaycan xalqları yanaşı yaşayıb, bundan sonra da yaşayacaq...”

27.02.2017 , 17:41

"200 MANAT MAAŞ ALACAMSA, RÜŞVƏT GÖTÜRƏCƏM" - 700 BAL TOPLAYAN TƏLƏBƏ

27.02.2017 , 17:30

Cəbhədə vəziyyət gərginləşdi- Alı Alıyev təmas xəttindən biznesin köçürtdü

27.02.2017 , 16:51

Şəhid olmuş hərbiçilərin nəşləri döyüş meydanından çıxarıldı – Müdafiə Nazirliyi

27.02.2017 , 14:41

İsa Qəmbər və Arif Hacılı Baş Prokurorluda ifadə verir

27.02.2017 , 14:31

İcra başçısı, müavini və şöbə müdiri korrupsiyada ittiham olunur

27.02.2017 , 14:22

Ramil Usubov Göyçaya yeni rəis göndərdi

27.02.2017 , 14:09

Türkiyə müdafiə nazirinin kortejinə silahlı hücum edildi

27.02.2017 , 12:33

Ərdoğanın Putinlə müzakirə edəcəyi məsələləri açıqlandı

27.02.2017 , 12:07

ABŞ prezidenti Konqres qarşısında ilk müraciətini edəcək

27.02.2017 , 12:03

“Azərbaycanda dini radikal qrupların təsiri altında olan məscid yoxdur”

27.02.2017 , 11:49

“Ermənistan heç bir güzəştə getməyəcək”

27.02.2017 , 11:46

“Xocalı qətliamı türk millətinin ümumi dərdidir“

Bütün Xəbərlər

FaceBook