Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Uyğurların problemi yenidən qabardılır:Çin polisinin pasport qadağası onları radikallaşdıra bilər - TƏHLİL

Uyğurların problemi yenidən qabardılır:Çin polisinin pasport qadağası onları radikallaşdıra bilər - TƏHLİL
yüklənir...

Qeri Sends

Eurasianet.org. 30.12.2016


Etnik uyğurlar – türk qrupu dilində danışan və İslama etiqad edən xalq – Çində əsasən etiqad azadlığı sahəsində çoxdan məhdudiyyətlərlə üzləşirlər. Hökumət keçən payızda isə onların yerdəyişmə azadlığını məhdudlaşdırmaqla yeni qaydalar tətbiq edib. ÇXR-in qərbindəki Sinszyan sakinləri indi öz pasportlarını “saxlanmaq” üçün polisə təhvil verməlidirlər.

BBC xəbər verir ki, əyalət sakinləri nə vaxt harasa getmək lazım gələndə pasportun qaytarılması üçün izacə almalı olurlar.

Məlumata görə, bəzən uyğurlara pasportu verməkdən imtina edirlər. Hazırda Sinszyan əhalisinin, təxminən, 45%-ni təşkil edən uyğurları həmçinin digər əziyyətli prosedurlardan keçməyə məcbur edirlər. Məsələn, polis iyulda Yili sakinlərinə səfərqabağı sənədləşmədən öncə DNT nümunəsi verməyi əmr edib. Həmçinin sakinlərdən qan nümunəsi götürür, barmaq izlərinin şəklini çəkir, səslərini yazır və 3D şəkilləri çəkirlər.

Görünür, Çin hökuməti Sinszyan sakinlərini pasportları təhvil verməyə məcbur edib uyğur yaraqlılarının hərəkətlənməsini izləmək üçün öz imkanlarını genişləndirməyə ümid edir. Bölgədə dövr edən təsdiqlənməmiş məlumatlara əsasən, son bir neçə ildə Sinszyanda və Çinin başqa bölgələrində bir sıra həmlələr həyata keçirmiş yaraqlılar əvvəllər Pakistanda və Mərkəzi Asiya dövlətlərində hazırlıq keçiblər.

Çin ərazisində son böyük hücum 2015-ci ilin sentyabrında baş verib – bir dəstə kişi bıçaqla kömür şaxtasının dincələn fəhlələrinə həmlə edərək 45 fəhlə və 5 polisi qətlə yetirib. 2014-cü ildə Urumçidə kamikadzenin törətdiyi və ən azı, 39 nəfərin həyatını aparmış partlayış daxil olmaqla tam bir silsilə hücumlar baş verib. Həmçinin Quançjou və Kunmində dəmiryol stansiyalarında bıçaqla hücumlar baş verib.

Avqustda Bişkekdə Çin səfirliyinin yanında partlayış baş verib və bunn həyata keçirilməsində uyğur yaraqlılarından şübhələnirlər. Lakin rəsmi təhqiqat hələlik başa çatmayıb.

Çin hökuməti bu zorakılıq aktlarının təşkilində islam yaraqlıları və separatçıları ittiham edir. Məmurların sözlərinə görə, onlar (Mərkəzi Asiya ölkələrindəki kimi) Şərqi Türküstan və yaxud Uyğurstan adlı müstəqil dövlət yaratmağa çalışırlar. Şərqi Türküstan Respublikası artıq iki dəfə – 1931-1934 və 1944-1949-cu illərdə mövcud olub, lakin sonradan Mao Tszedun Çin Xalq Azadlıq Ordusunun başında olmaqla bölgəyə nəzarəti Pekinə qaytarıb. 1955-ci ildə Sinszyana muxtar rayon statusu veriblər ki, ərazinin türkdilli əhalisinin qismən rəğbətini qazansınlar.

Uyğur millətçiləri çoxdan bildirirlər ki, Pekinin bölgəyə münasibətdə siyasəti ayrı-seçkiliyə əsaslanır və onların özünəməxsus mədəni eyniyyətini təhdid edir. Xanlılar əvvələr Sinszyanda azlıq təşkil edirdilər. Mao Tszedun 67 il əvvəl hakimiyyətə gələndə müsəlman uyğurlar bu bölgə əhalisinin 85%-ni təşkil edirdi, indi isə uyğurların “qeyri-leqal iqtisadi mühacirlər” dediyi xanlıların axını nəticəsində etnik azlıq olublar.

ÇXR prezidenti Si Szinpin xanlıların Sinszyana, həmçinin uyğurların Çinin başqa rayonlarına köçünü dəstəkləyir.

Dil və dini məhdudiyyətlər daxil olmaqla ayrı-seçkilik, həmçinin iqtisadi sıxışdırmalar uyğurlara özlərini Çinin tamdəyərli vətəndaşı kimi hiss etməyə mane olur. Bu yaxınlarda tələbələrə Ramazan ayında oruc tutmağı qadağan edib, həmçinin uşaqlar üçün dini təhsilə və uyğur dilində təhsil almağa qadağa qoyublar. Bundan başqa, qədim Böyük İpək Yolunun tərkibindəki Kaşqar şəhərində müasir binaların inşasına görə qədim tarixi rayonları söküblər ki, bu da yerli sakinləri qəzəbləndirib.

Bəzi hüquq müdafiəçiləri hesab edir ki, bütün bu hadisələr bəzi uyğurları zorakılığa itələyərək onların radikallaşmasına şərait yaradır. Duruma xeyli amillər təsir etsə də, uyğurlara münasibətdə tətbiq edilmiş yerdəyişmə azadlığına məhdudiyyətlər, çox güman ki, onları daha çox məyus edəcək.

Bununla belə, bu tədbirlərin yaraqlıların fəaliyyətinin qabağını alacağı az ağlabatandır. Sinszyanda dayanıqlı sabitliyə ancaq yerli əhalinin narazılıq səbəblərini aradan qaldırmaqla nail olmaq mümkündür.
strateq

Teqlər:
yüklənir...

XƏBƏR LENTİ

24.06.2017

Azərbaycanda ilk: Komediya filmləri haqqında komediya çəkilir – VİDEO

24.06.2017

Bakı yeni müasir silahları cəbhəyə göndərdi - Video

24.06.2017

Elçin Əmirbəyov birinci vitse-prezidentin köməkçisi təyin olundu

19.06.2017

İstənilən təxribata cavab verəcəyik – İlham Əliyev

15.06.2017

Azərbaycan xalqının Milli Qurtuluş günü -Ulu Öndərin hakimiyyətə qayıdışı

13.06.2017

Prokurorluq Əfqan Muxtarlı ilə bağlı bəyanat yaydı

13.06.2017

MM “Təhsil haqqında” qanuna dəyişikliklər layihəsini qəbul etdi

13.06.2017

Milli Məclisdə qalmaqal: "Kimin özəl söhbəti varsa,.."

13.06.2017

Rusiya: Müxalifət lideri Navalnı barəsində həbs qərarı verilib

13.06.2017

Azərbaycan prezidenti: “Ermənilərin məscidləri dağıdıtması müsəlman aləminə qarşı törədilmiş cinayətdir”

13.06.2017

İsrail xüsusi xidmət orqanları İŞİD terrorçularının noutbuklarda bomba hazırladıqlarını bəyan edib

13.06.2017

Milli Məclisin sədr müavini deputatlara xəbərdarlıq edib: “Sakitliyə riayət edin...”

13.06.2017

Prezident İlham Əliyev Natiq Əliyevin məzarını ziyarət edib

13.06.2017

Ərdoğan: “Türkiyə və Qətər olmasaydı, Suriyada müxalifət rejimə qarşı mübarizə apara bilməzdi”

12.06.2017

Fransadakı parlament seçkilərində prezident Makronun partiyası qalib gəlib

12.06.2017

Fikrət Yusifov: “İlham Əliyev müasir Azərbaycanın uğurlarının qarantıdır”

12.06.2017

“Avropa İttifaqı ilə viza məsələsində sadələşdirilmə mərhələsindəyik”

12.06.2017

I vitse-prezidentin Katibliyinin rəis müavinləri təyin olunub

11.06.2017

Zəhərlənən uşaqların sayı 119 imiş - Səbəb sudur+Video

10.06.2017

“Reket jurnalistika” sıradan çıxarılır

10.06.2017

Natiq Əliyev II Fəxri xiyabanda dəfn olunub

10.06.2017

Relsdən çıxarılan Qətər – TƏHLİL

10.06.2017

Tehran teraktının arxasında bu ölkə dayanır – Satanovski

10.06.2017

Azərbaycan Türkiyədən hazır sosial şəbəkə almaq istəyir

10.06.2017

Natiq Əliyevin cənazəsi Bakıya gətirilib

09.06.2017

Komi:“FTB Rusiyanın kiber hücumları barədə ilk dəfə 2015-ci ildə xəbər tutub”

09.06.2017

Rusiyanın “mehriban düşmənləri”:Qətərə qarşı qəfil siyasi embarqo Moskvanı niyə şoka saldı? - TƏHLİL

09.06.2017

Vergilər Nazirliyi əmək müqaviləsi bağlamayan sahibkarlar barədə cinayət işi açıb

09.06.2017

İran Təhlükəsizlik Nazirliyi:Kirmanşah, Kürdüstan, Qərbi Azərbaycan və Tehranda 41 İŞİD-çi həbs olunub

09.06.2017

“Quba məzarlığındakı vəziyyətlə bağlı təkliflər Prezidentə təqdim ediləcək” - Əli Həsənov

09.06.2017

“Heydər Əliyev demişdi ki, Natiq Əliyevi dərhal...” - VİDEO

09.06.2017

Almaniya da kürd dövlətinə qarşı çıxdı

Bütün Xəbərlər

FaceBook