Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Tarix: 29-12-2016, 10:12

Dünya güclərindən Rusiyaya pis siqnal –Təhlil

Dünya güclərindən Rusiyaya pis siqnal –Təhlil
yüklənir...

Mustafa Yürekli

Haber7 (Türkiyə), 28.12.2016

Strateq

Dövlətlərin oyunu son bir ildə tədricən arzuedilməz vəziyyət alıb: Rusiyanın üç təyyarəsi düşüb, üç diplomatı öldürülüb. Rusiyaya təkid və qəzəblə hansı siqnalı verirlər?

Praktik olaraq Rusiya səfiri Andrey Karlovun Ankarada qətlə yetirilməsi ilə eyni zamanda daha iki müəmmalı qətl baş verib. Bu qətllər silsiləsini “Bir həftədə üç ölüm: bu dəfə baş auditor NATO-dur…” başlığı ilə təqdim emiş “Hürriyet” qəzeti məqalənin anonsunda məlumat verib: “dekbarın 16-da baş vermiş şübhəli ölüm KİV-dən gizlədilib”.

Karlovun öldürüldüyü gün Rusiya xarici işlər nazirliyinin əməkdaşı Pyotr Polşikov öz mənzilində ölü tapılıb.

Polşikovun qətlinin ardınca Belçikada NATO baş auditoru İv Şandelonun başından güllələnmiş meyidi aşkarlanıb. Terrorizimin maliyyələşdirilməsini təmin edən şirkətlərə münasibətdə təhqiqatla məşğul olan İv Şandelon Belçikanın Andenn şəhərində xidmət yerindən 140 km, evindən 100 km aralı öz maşınında ölü tapılıb. Şandelonun cəsədi aşkarlanarkən sağ əlində silah olub, lakin qeyd edildiyi kimi, o, solaxay idi. Onun adına üç vahid odlu silah qeydiyyata alınması qətl haqda versiyanı möhkəmləndirir.

Bu diplomatlaırn – Andrey Karlov, Pyotr Polşikov və İv Şandelonun qətlə yetirilməsi yoluyla dünya gücləri Rusiyaya hansı işarəni verir? Şübhəsiz, bu müəmmalı qətllərin bağlılığı var, bu qətllər üçün məqam seçimi isə bunların Rusiyanın ünvanına siqnal olduğu ehtimalını yüksəldir.

Dünya sisteminin mərkəzindəki müharibə yeni mərhələyə girib. Bu yaxınlaradək dünya gücləri arasında manevr üçün özünə məkan tapan gizli mübarizə hazırda sürətlə açıq münaqişəyə keçir. Gedişatını tədricən sürətləndirən və ehtimal ki, davamı olacaq hadisələr zənciri vaxt keçdikcə sarsıdıcı miqyas ala bilər. Hətta durum nəzarətdən çıxa və qarşılıqlı repressiyalara dönüşə bilər.

Heç şübhəsiz, səfirin və diplomatların qətlə yetirilməsi rəmzi mənalara malikdir… Daha aşkar siqnalı təyyarənin düşməsi verir, çünki şüurlu şəkildə seçilmiş hədəf göz qabağındadır. Başqa cür deyilsə, təyyarənin düşməyində təxribat ehtimalı həmişə var.

Dekabrın 25-də Rusiyanın Tu-154 təyyarəsinin Qara dənizdə düşməyinin də rəmzi mənası yəqindir. Həlak olmuş 64 sərnişinin “Qızıl ordu xoru”, həmçinin “Aleksandrov adına hərbi xor” kimi tanınmış heyətin iştirakçısı olması özlüyündə dərin mənalar daşıyır. (“Qızıl ordu” SSRİ-nin həri-siyasi özülü idi. Qızıl ordu xoru son zamanlar yalnız şou elementi olsa da, əslində, Rusiyanın keçmişdən miras qalmış hərbi qüdrətini rəmzləşdirir. Məsələn, Türkiyədəki yeniçəri hərbi musiqi ansamblı kimi).

Putin dönəmində rəmzə dönmüş KQB ənənəsi Rusiyanın indiki kursunu rəmzləşdirir. Bu mənada təyyarənin düşməsini Putin, Rusiya diplomatiyası və hərbi gücünə münasibətdə siqnal kimi qəbul etmək olar.

Bundan başqa, düşən təyyarə Suriyaya uçurdu. Xəbər verilir ki, Qızıl ordu xoru Latakiya yaxınlığında Rusiya hərbi bazası Xmeymimdə Rusiya hərbçilərinin ruhunu yüksəltmək üçün Yeni il münasibətilə çıxış etməliydi. Bununla bağlı təyyarənin düşməsi Rusiyanın Suriyada hərbi-siyasi iştirakına qarşı yönəlmiş siqnal idi. Və hansısa mənada Rusiyanın son zamanlar Suriya hadisələrində fəal roluna cavab xəbərdarlığı idi.

2015-cin il oktyabrın axırında Misirin Şarm-əl-Şeyx şəhərindən Sankt-Peterburqa uçan Rusiya təyyarəsinin Sinay yarımadası üzərində məhv edilməsi və 224 nəfərin həlakı da siqnaldır..

Bundan sonra 2015-ci il noyabrın 24-də Türkiyə-Suriya sərhədində Rusiya təyyarəsinin məhv edilməsi də…

Diplomatlar və təyyarələr vasitəsilə dövlətlər arasında baş verən bu qəribə siqnallar mübadiləsinə əsasən Rusiyaya deyirlər: “Suriyada planlarımızı pozma”.

Dünya gücləri arasında mübarizə tədricən kəskinləşir… Rusiyanın “SSRİ rolu”nu yenidən öz üzərinə götürdüyündən narahat olan qüvvələr var. Deməli, ola bilsin, Rusiyaya siqnal verilib: “Əvvəlki vəziyyətinə qayıtmağa cəhd etmə!”

Hətta ola bilsin, Tramp hakimiyyəti öz əlinə götürüncə ABŞ və Rusiya arasında münaqişənin amansızlaşmasına yönəlik əməliyyyatlar aparılıb. Rusiya-Amerika yaxınlaşması və hətta Suriyada durumun nizamlanmasını istəməyən qüvvələr fəaliyyətdədir… Bəlkə də, onlar daha çox çaxnaşma törətmək istəyirlər. Rusiya niyə ABŞ, Avropa Birliyi, Çinə deyil, İslam ittifaqına doğru hədəflənib? Rusiyanın müqavimət və rəqabəti niyə mövcud sistem çərçivələrindən kənara çıxır? BMT Təhlükəsizlikk Şurasındakı mübarizəni düzgünmü başa düşürük?

Rusuiya zəif və pərakəndə saydığı İslam ittifaqında hansı amilləri hesaba almır? İslam ölkələri niyə Rusiya qanadının altına keçə bilməz. İslam ümməti yeni tarixi səyahətə Rusiya ilə birgə yollanacaqmı? Suallar çox, problem böyükdür… Deyilənlərə baxarkən insanlar məyus olmaya bilmirlər.

yüklənir...

XƏBƏR LENTİ

24.04.2017

Azərbaycanlı qadın siyasətçi Estoniyada partiya sədri seçildi

24.04.2017

Diqqəti Fransada: Makron qalib gəldi (YENİLƏNİB)

24.04.2017

Azərbaycanda ŞOK olay - Biznesmen itlərinə toy edib məclis qurdu - VİDEO

24.04.2017

ÜAK-ın taleyi həll olunur - Moskva məhkəməsi hansı qərarı çıxaracaq? Moskva məhkəməsi hansı qərarı çıxaracaq?

24.04.2017

İşğalçıya ortaq güc nümayişi: türk hərbçiləri Qarabağda...

24.04.2017

İki lider Koreyanı telefonda müzakirə etdilər

24.04.2017

Bu gün Strasburqda AŞPA-nın yaz sessiyası başlayır

23.04.2017

Fransada exit-pollun nəticələri açıqlanıb

23.04.2017

BMT baş katibi Bəşər Əsədi təbrik edib

23.04.2017

Yaponlar ABŞ-ın Şimali Koreyaya münasibətindən razıdır

23.04.2017

Türkiyə daha 2 şəhid verdi

23.04.2017

Yağış və qar yağacaq - Sabahın hava proqnozu

23.04.2017

Tiflis prezident postunu "dişsiz" hala gətirir - Dəyişiklik

23.04.2017

Şimali Koreya bu ölkəni nüvə ilə hədələyib

23.04.2017

Fransada prezident seçkiləri keçirilir

23.04.2017

Düşmən mövqelərimizi minaatanlardan atəşə tutub

22.04.2017

İŞİD bu şəhəri özünə yeni paytaxt seçdi

22.04.2017

Тramp Merkelin əlini sıxmamasının səbəbini - Açıqladı

22.04.2017

“Xoşlarına gəlməyən deputatın mandatını alacaqlar” - Millət vəkili yeni qanuna qarşı çıxdı

22.04.2017

Tramp geniş islahatlara başladı – Fərman

22.04.2017

Rövşən Ağayev REAL-dan istefa verdi

22.04.2017

İtaliya:"Rusiyaya sanksiyanı dəstəkləyirik, amma belə olmaz"

22.04.2017

Türkiyə Hərbi Hava Qüvvələri terrorçularının obyektlərini bombalayıb

22.04.2017

“Azərsığorta”nın Tovuz filialının direktoru iş otağında ölü tapılıb

22.04.2017

Bakıda daha bir avtobusda sürücü özbaşınalığı - VİDEO

22.04.2017

Türkiyə hava yolları şirkəti Ermənistana reys açdı- Azərbaycana xəyanət?

22.04.2017

Nəsimidə ağaclar abadlıq adı ilə kütləvi şəkildə kəsildi

22.04.2017

Azərbaycanın 4 əsas iqtisadi rayonu açıqlanıb

22.04.2017

İcra hakimiyyəti məhkəməyə verilib

22.04.2017

Türkiyənin hava yolları şirkəti Ermənistana birbaşa reys açır - İyunun 1-dən

22.04.2017

Azərbaycandakı müəssisə və təşkilatların sayı açıqlanıb

22.04.2017

Rövşən Lənkəranskinin 24 il əvvəlki - Videosu

Bütün Xəbərlər

FaceBook