Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Putinlə Tramp arasındakı 93 yaşlı “qırılmaz körpü”:Əfsanəvi Kissincer ABŞ-ın yeni prezidentini Rusiya ilə əməkdaşlığa sövq edə biləcəkmi? - Təhlil

Putinlə Tramp arasındakı 93 yaşlı “qırılmaz körpü”:Əfsanəvi Kissincer ABŞ-ın yeni prezidentini Rusiya ilə əməkdaşlığa sövq edə biləcəkmi? - Təhlil
yüklənir...

Neyhal Tusi, Ayzek Arnsdorf

Politico (ABŞ), 26.12.2016


ABŞ-ın əfsanəvi dövlət katibi Henri Kissincer 1990-cı illərdə maraqlı, cavan bir Rusiya siyasətçisi ilə tanış olub və onu keçmiş təcrübəsi və uğurları barədə uzun müddət sorğu-suala tutub. Kissincerin sonralar “Birinci şəxs” adlı tərcümeyi-halında yazdığı kimi, o zaman hələ heç kimin tanımadığı Vladimir Putin bir neçə saatlıq söhbətdən sonra, nəhayət, ona deyib: “Mən kəşfiyyatda işləmişəm”. Kissincer cavab verib: “Bütün layiqli insanlar öz yollarını kəşfiyyatdan başlayıblar. O cümlədən mən də”.

Putin Kremlin pillələri ilə qalxıb son nəticədə avtokratik prezident olana qədər ABŞ-Rusiya münasibətlərindəki soyuqluğa baxmayaraq, Kissincerlə isti münasibət saxlayıb. ABŞ-ın keçmiş səfirlərindən birinin bu yaxınlarda dediyi kimi, Kissincer kinoulduz Stiven Siqal və çox ehtimal ki, "ExxonMobil"in ABŞ-ın növbəti dövlət katibi olacaq başçısı Reks Tillersonla yanaşı Putinlə müntəzəm şəkildə görüşən az-az amerikalılardan biridir.

Hazırda Donald Tramp Moskva ilə əməkdaşlıq münasibətlərinin qaydaya salınması haqda danışarkən, 93 yaşlı Kissincer özünü potensial vasitəçi kimi qələmə verməyə cəhd edir: seçilmiş prezidentlə şəxsi qaydada görüşür və ictimai çıxışlarda onun üzünə gülür. Kissincer, Tramp kimi, kəşfiyyat agentliklərinin Rusiyanın seçkiləri udmaqda Trampa yardım etmək cəhdi haqda qənaətini şübhə altına alır. Bu günlərdəki müsahibələrindən birində deyib: “Onlar haker hücumu həyata keçiriblər, lakin bundan hansı səmərə götürə biləcəkləri mənə aydın deyil”.

Bəzi ekspertlər təəccüblənir ki, incə intellektual və dərrakəli, keçmiş yüksəkçinli diplomat Kissincerlə kəskin və sözü birbaşa deyən Tramp arasında ümumi nə ola bilər? Lakin təcrübəli müşahidəçilər qeyd edirlər ki, bu, uzunmüddətli karyerası ərzində ən müxtəlif kral və prezidentlərlə ümumi dil tapmağı öyrənmiş xarici siyasət realistinin klassik davranışıdır. Gerçəklikdə Tramp 1970-ci illər gərginliyinin boşaldılması siyasətinin arxitektoru Kissincer üçün soyuq müharibənin keçmiş rəqiblərinin münasibətlərinin yaxınlaşdırılması üzrə onun çoxdankı planlarının gerçəkləşdirilməsində çox gözəl imkan ola bilər.

Kissincer uzun müddət iddia edib ki, ABŞ və Rusiya arasında münasibətlərin yaxşılaşdırılması kürəsəl sabitlik səviyyəsinin yüksəldilməsinə səbəb olacaq. Lakin şəkkaklar ehtiyat edirlər ki, bu cür yanaşma ABŞ-ı digər dəyərləri qurban verməyə məcbur edir və ABŞ-dakı seçkilərə ehtimal edilən müdaxiləsi, Ukraynaya soxulmaq və Suriya diktatoru Bəşər Əsədə dəstək daxil olmaqla, Kremli qəbuledilməz davranışa təşviq edir. Bundan başqa, hələ Kissincerin ABŞ-Rusiya münasibətlərinin yenidən yüklənməsindən hansı mənfəəti götürə biləcəyi haqda məsələ də var: nüfuzunu – dünyanın iki lideri ilə asanlıqla təmasda olmağı bacaran adamın nüfuzu – möhkəmləndirməkdən savayı özünün "Kissinger Associates" konsaltinq şirkətinin işlərini ciddi şəkildə yaxşılaşdıra bilər.

“Düşünürəm ki, Kissincer diplomatik həmlə hazırlayır, – Rusiya üzrə mütəxəssis və Putinin tənqidçisi, Hollandiya "Cicero Foundation" analitik mərkəzinin rəhbəri Marsel van Herpen deyir. – O, realistdir. Onun üçün ən mühümü insan haqları və yaxud demiokratiya haqda söhbətlər deyil, dünyada tarazlığı saxlamaqdır”.

Trampın köməkçiləri seçilmiş prezidentlə Riçard Nikson və Cerald Ford administrasiyası dönəmində dövlət katibi və milli təhlükəsizlik məsələləri üzrə müşavir işləmiş Kissincer arasındakı münasibəti heç cür şərh etməyiblər. Lakin bəzi qaynaqlar iddia edir ki, Manhetten maqnatı Kissincerə, həmçinin öz siyasəti və administrasiyanın tərkibi barədə müraciət etdiyi Robert Geyts və Kondoliza Rays kimi yaşlı respublikaçı siyasi xadimlərə məftundur.

Kissincer və Tramp dəfələrlə söhbət edib və noyabrın 8-dən bəri, ən azı, bir dəfə şəxsi görüş keçiriblər. Kissincer xarici siyasət isteblişmentinin əksər təmsilçilərinin təəccübünə rəğmən müəyyən qədər ehtiyatla olsa da, Tramp fenomeni haqda heyranlıqla danışır. Hətta Tramp Tayvan prezidenti ilə birbaşa danışdıqdan sonra – Kissincerin 1970-ci illərdə irəli sürdüyü “vahid Çin” siyasətinə zidd bu addım Pekini çox əsəbiləşdirib – keçmiş dövlət katibi əminliyini ifadə edib ki, Tramp bundan sonra Çinə münasibətdə diplomatik ənənələri gözləyəcək. Kissincerin silahdaşları da Trampın orbitində olanlarla münasibət saxlayırlar. Hesab edilir ki, məlumatlı qaynağın iddia etdiyi kimi, Kissincerin köməkçisi Tomas Qrehem ABŞ-ın Rusiya səfiri ola bilər. Görüşün gedişindən məlumatlı olan dörd qaynağın iddia etdiyinə görə, Qrehem əvvəllər dekabrda Rusiya təmsilçilərinin müşayiəti ilə Nümayəndələr Palatasının xarici məsələlər üzrə Komitəsinin əməkdaşı ilə görüşüb. Qrehem həmçinin Senatda görüşü razılaşdırmağa cəhd edib. Hər şeydən göründüyü üzrə, Qrehem Rusiyaya münasibətdə onun baxışlarını bölüşən və Trampın komandasına aid adamlar tapmağa çalışır.

Kissincer həmçinin Trampın dövlət katibi postuna irəli sürdüyü namizədi hədsiz dərəcədə yüksək qiymətləndirib və "ExxonMobil" başçısının Kremllə son dərəcə bağlı olduğu faktı onu narahat etməyib. “O, Rusiya ilə dostluq münasibətləri saxlamasaydı, "ExxonMobil"in rəhbəri qismində tamamilə faydasız olardı. Mən bu əndişələrə qulaq asmazdım, – Kissincer Manhettendəki tədbirlərin birində deyib. – Heç bir adam dövlət katibi postuna ideal şəkildə uyğun gələ bilməz. Hesab edirəm ki, bu, yaxşı seçimdir”.

"Kissinger Associates" şirkəti ABŞ qanunlarına istinadən müştərilərinin adını bildirmir. Bu şirkət bir dəfə ABŞ Konqresinin müştərilərin siyahısını təqdim etmək tələbinə görə onu məhkəməyə verməklə hədələyib. Qurum keçmişdə "American Express", "Anheuser-Busch", "Coca-Cola" və "Daewoo" kimi şirkətlərə məsləhət verib. Lakin bu firma "ExxonMobil", "JPMorgan CHASE" və "Pfizer"in daxil olduğu Amerika-Rusiya işgüzar şurasına məxsusdur. Tramp komandasının milli təhlükəsizlik sahəsində planları ilə tanış bir qaynaq Kissincer və Trampın münasibətlərində olmayan şeyi axtarmaqdan çəkinməyə çağırıb. Bu qaynağın sözlərinə görə, seçilmiş prezident “Kissincerin nüfuz və avtoritetinə heyrandır, lakin heç də onun baxışlarını bölüşmür”. Bu, birinci növbədə Trampda kifayət qədər tez-tez qəzəb doğuran Çinlə münasibətlərə və güclü, Trampın məqsədəuyğunluğunu dəfələrlə şübhə altına aldığı NATO alyansını saxlamağın zərurətinə aiddir. Lakin Trampın Rusiya ilə daha isti münasibətlər qurmaq cəhdləri onun ən ardıcıl strategiyalarından biridir və bu məsələdə və bu məsələdə onun baxış nöqtəsi Kissincerin fikri ilə üst-üstə düşür.

"POLITICO"-nun Kissincerlə əlaqə yaratmaq cəhdləri uğurlu olmadı. Lakin Vyetnamdan Banqladeşə qədər xeyli faciələrə görə məsuliyyəti onun ayağına yazan hüquq müdfafiəçiləri arasında son dərəcə yaxşı nüfuzuna baxmayaraq, hər iki siyasi partiyadan prezidentlər 40 il ərzində Kissincerlə məsləhətləşiblər. Həm də o, fərəhlə onlara məsləhət verib. Kiçik Corc Buş administrasiyasının son illərində Moskva ilə münasibətlər sürətlə korlanarkən Kissincer Rusiyanın keçmiş baş naziri Yevgeni Primakov və Ticarət-Sənaye palatasının başçısı ilə birləşib ABŞ və Rusiyann ikitərəfli münasibətləri ilə məşğul olan işçi qrupun həmsədri olub. Putin bu təşəbbüsü bəyənib. Kissincerin sözlərinə görə, Buş da bu təşəbbüsün müsbət nəticələr verəcəyinə ümid edib. Lakin nəticələr ən yaxşı halda cüzi olub: Rusiya 2008-ci ilin avqustunda keçmiş sovet respublikası Gürcüstana qoşun göndərməklə Buş administrasiyasında hiddət doğurub.

ABŞ prezidenti postunda Buşu Obama əvəz edərkən Kissincerə Rusiya ilə münasibətləri qaydaya salmaqda ona yardım etməyi xahiş edib. Kissincerlə Putinin 2009-cu ildə baş tutmuş görüşü Obamanın Rusiya ilə münasibətləri yenidən yükləmək cəhdləri çərçivəsində silahlar üzərində nəzarət haqda yeni sazişin əsasını qoymağa kömək edib. Lakin sonda münasibətlərin yenidən yüklənməsi iflasa uğrayıb – xüsusən də ABŞ NATO və Avropa Birliyinin şərqə doğru genişlənməyini dəstəklədiyinə görə, Putinin narazılığı üzündən. Onun fikrincə, bu genişlənmə Ukrayna kimi ölkələrdə Rusiyanın nüfuzunu təhdid edirdi.

ABŞ-ın keçmiş Ukrayna səfiri Stiven Payfer qeyd edir ki, Trampın Rusiya ilə münasibətləri necə qaydaya salmağa hazırlaşdığı hələlik aydın deyil. Seçilmiş prezident müdafiə naziri postuna dəniz piyadası generalı, Rusiyanı ciddi təhlükə sayan Ceyms Mettisi seçib. Saziş bağlamaq bacarığı ilə öyünən Tramp isə son nəticədə nəticəyə gələ bilər ki, Rusiyanın ona təklif etməyə bir şeyi yoxdur.

“Tramp daha məqbul davranış mənasında Rusiyuadan güzəşt əldə etməklə onunla münasibətləri qaydaya sala biləcəkmi? – Payfer soruşur. – Onların Suriya, Krım və Ukraynaın şərqində etdikləri ilə barışmağa hazırıqsa, münasibəti qaydaya sala bilərik. Amma başqa maraqları qurban veririk və əvəzində nə əldə edəcəyimiz hələlik aydın deyil”.

Kissincer "CBS News"-a bu yaxınlardakı müsahibəsində Putin və Tramp haqda təəssüratlarını nağıl edib və eyham vurub ki, hər ikisinə hörmət edir.

Kissincerin sözlərinə görə, Trampın “tarixə olduqca ləyaqətli prezident kimi düşməyə bütün şansları var”. Obamanın xaricdə Amerikanın nüfuzunu zəiflətdiyi haqda ümumi qənaət üzündən “ehtimal etmək olar ki, Tramp administrasiyasından yeni və diqqətçəkən nəsə alınar”. O, əlavə edib: “Mən iddia etmirəm ki, bu, belə də olacaq. Mən ondan danışıram ki, bu, qeyri-adi imkandır”.

Kissincerin sözlərinə görə, Putin ona “Cinayət və cəza”, “Səfeh” romanlarının müəllifi Dostoyevskinin romanlarındakı qəhrəmanlar kimi görünür.

Kreml bu sözləri kompliment kimi qəbul edib. “Kissincer ölkəmizi həqiqətən də çox yaxşı tanıyır. O, yazıçılarımıza da yaxşı bələddir, rus fəlsəfəsini yaxşı bilir və buna görə də onun ifasında bu cür müqayisə olduqca müsbət hadisədir”, – deyə Rusiya hökumətinin təmsilçisi Dmitri Peskov bildirib.
strateq

Teqlər:
yüklənir...

XƏBƏR LENTİ

24.06.2017

Azərbaycanda ilk: Komediya filmləri haqqında komediya çəkilir – VİDEO

24.06.2017

Bakı yeni müasir silahları cəbhəyə göndərdi - Video

24.06.2017

Elçin Əmirbəyov birinci vitse-prezidentin köməkçisi təyin olundu

19.06.2017

İstənilən təxribata cavab verəcəyik – İlham Əliyev

15.06.2017

Azərbaycan xalqının Milli Qurtuluş günü -Ulu Öndərin hakimiyyətə qayıdışı

13.06.2017

Prokurorluq Əfqan Muxtarlı ilə bağlı bəyanat yaydı

13.06.2017

MM “Təhsil haqqında” qanuna dəyişikliklər layihəsini qəbul etdi

13.06.2017

Milli Məclisdə qalmaqal: "Kimin özəl söhbəti varsa,.."

13.06.2017

Rusiya: Müxalifət lideri Navalnı barəsində həbs qərarı verilib

13.06.2017

Azərbaycan prezidenti: “Ermənilərin məscidləri dağıdıtması müsəlman aləminə qarşı törədilmiş cinayətdir”

13.06.2017

İsrail xüsusi xidmət orqanları İŞİD terrorçularının noutbuklarda bomba hazırladıqlarını bəyan edib

13.06.2017

Milli Məclisin sədr müavini deputatlara xəbərdarlıq edib: “Sakitliyə riayət edin...”

13.06.2017

Prezident İlham Əliyev Natiq Əliyevin məzarını ziyarət edib

13.06.2017

Ərdoğan: “Türkiyə və Qətər olmasaydı, Suriyada müxalifət rejimə qarşı mübarizə apara bilməzdi”

12.06.2017

Fransadakı parlament seçkilərində prezident Makronun partiyası qalib gəlib

12.06.2017

Fikrət Yusifov: “İlham Əliyev müasir Azərbaycanın uğurlarının qarantıdır”

12.06.2017

“Avropa İttifaqı ilə viza məsələsində sadələşdirilmə mərhələsindəyik”

12.06.2017

I vitse-prezidentin Katibliyinin rəis müavinləri təyin olunub

11.06.2017

Zəhərlənən uşaqların sayı 119 imiş - Səbəb sudur+Video

10.06.2017

“Reket jurnalistika” sıradan çıxarılır

10.06.2017

Natiq Əliyev II Fəxri xiyabanda dəfn olunub

10.06.2017

Relsdən çıxarılan Qətər – TƏHLİL

10.06.2017

Tehran teraktının arxasında bu ölkə dayanır – Satanovski

10.06.2017

Azərbaycan Türkiyədən hazır sosial şəbəkə almaq istəyir

10.06.2017

Natiq Əliyevin cənazəsi Bakıya gətirilib

09.06.2017

Komi:“FTB Rusiyanın kiber hücumları barədə ilk dəfə 2015-ci ildə xəbər tutub”

09.06.2017

Rusiyanın “mehriban düşmənləri”:Qətərə qarşı qəfil siyasi embarqo Moskvanı niyə şoka saldı? - TƏHLİL

09.06.2017

Vergilər Nazirliyi əmək müqaviləsi bağlamayan sahibkarlar barədə cinayət işi açıb

09.06.2017

İran Təhlükəsizlik Nazirliyi:Kirmanşah, Kürdüstan, Qərbi Azərbaycan və Tehranda 41 İŞİD-çi həbs olunub

09.06.2017

“Quba məzarlığındakı vəziyyətlə bağlı təkliflər Prezidentə təqdim ediləcək” - Əli Həsənov

09.06.2017

“Heydər Əliyev demişdi ki, Natiq Əliyevi dərhal...” - VİDEO

09.06.2017

Almaniya da kürd dövlətinə qarşı çıxdı

Bütün Xəbərlər

FaceBook