Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Dünyanın taleyini həll edəcək seçim:ABŞ Rusiyanı, yoxsa Çini öz yanına çəkəcək? - TƏHLİL

Dünyanın taleyini həll edəcək seçim:ABŞ Rusiyanı, yoxsa Çini öz yanına çəkəcək? - TƏHLİL
yüklənir...

ABŞ-ın yeni prezidentinin yüksək vəzifələrə təyin edəcəyi namizədlərin hər biri dünya mediasında ciddi müzakirə obyektinə çevrilir. Bu, bir tərəfdən, Amerikanın ən güclü dövlət olması ilə bağlıdırsa, digər tərəfdən, namizədlərin şəxsiyyətləri ilə əlaqəlidir. Bu sırada dövlət katibliyinə təyin edilə biləcək biznesmen Reks Tillersonun adı ətrafında kifayət qədər geniş müzakirələr başlayıb. Onun Rusiya Prezidenti V.Putinlə şəxsi dostluq münasibətlərinin olması haqqında informasiyaların yayılması müəyyən ajiotaj yaradıb. Bu, MKİ-nin Amerikadakı seçkilərə Kremlin təsir etməsi ilə bağlı ifadə etdiyi fikirlərin fonunda Qərb siyasi təfəkkürü üçün xeyli qıcıqlandırıcı görünür. Çünki belə nəticə çıxır ki, Amerika kimi qüdrətli ölkədə siyasi hakimiyyətin seçilməsində Moskvanın rolu var! Buna inananlar da, inanmayanlar da ola bilər. Ancaq əsas odur ki, belə informasiyalar Qərb siyasi dairələrinə istər-istəməz təsir edir. Bu mənada həmin məlumatların məqsədli şəkildə hallandırıldığı barədə düşünmək olar. Məhz bu kimi tezislərin işığında D.Trampın kadr siyasəti necə təsir bağışlayır?

Biznesdən siyasətə keçid: risklər və təhlükələrlə dolu fəaliyyət

Donald Trampın ABŞ-ın prezidenti seçilməsini analitiklər adi hadisə kimi qəbul etməməkdə davam edirlər. Onların əksəriyyəti bunun Amerikanın xarici siyasətində və hətta strateji olaraq ciddi dəyişikliklərə səbəb ola biləcəyinə inam ifadə edir, həmin kontekstdə də D.Trampın məsul vəzifələrə kimləri təyin etməsini böyük maraqla izləyirlər. Reallıq ondan ibarətdir ki, D.Tramp kadrları xüsusi qaydada seçir. Demək olar ki, Ağ Evdə ənənəvi siyasi isteblişmentdən əsər-əlamət qalmır. Sarayın sahibləri sözün əsl mənasında dəyişir.

Mütəxəssislərin diqqətini çəkən məqamlar arasında Amerikanın bütövlükdə xarici siyasət strategiyasında hansı dəyişikliklərin baş verə biləcəyi ayrıca yer tutur. O cümlədən ABŞ-Rusiya münasibətlərinin gələcəyi aktuallıq kəsb edir. Bu kontekstdə D.Trampın iş adamı, "ExxonMobil" şirkətinin başçısı Reks Tillersonu dövlət katibi postuna nəzərdə tutması çox geniş rezonans doğurub. Bu mövzu ilə bağlı ətraflı təhlillər aparılır və müxtəlif proqnozlar verilir.

Öncə xatırladaq ki, "ExxonMobil" enerji sahəsində dünya miqyasında xüsusi çəkisi olan şirkətlərdəndir. O cümələdən 1995-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin üzvü kimi "Əsrin müqaviləsi"ndəki payı 8%-dir. Bu şirkət "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan neft-qazçıxarmada iştirak edir. Şirkət dünyanın bir çox ölkəsi ilə əməkdaşlıq edir. Rusiya və Ukraynada da fəaliyyət göstərir. "ExxonMobil"in rəhbəri R.Tillerson Rusiyadakı işlərinə görə V.Putin tərəfindən "Dostluq" ordeni ilə təltif edilib. Bu, R.Tillersonun 2013-cü ildə "Rosneft"lə Arktikanın Rusiyaya aid hissəsində neft çıxarmaqla bağlı əməkdaşlıq sazişi imzalamasından sonra baş verib (bax: Михаил Бушуев. Как будущий госсекретарь США может сблизить Вашингтон и Москву / "Deutsche Welle", 13 dekabr 2016).

Ümumiyyətlə, R.Tillersonla V.Putin arasında yaxın münasibətlərin olmasından bəhs edilir. Həmin aspektdə də R.Tillersonun Rusiya ilə ABŞ arasında münasibətləri müsbətə tərəf dəyişəcəyi ilə bağlı rəylər mövcuddur. Bir sıra ekspertlər isə Rusiya məsələsinə bütövlükdə Vaşinqtonun xarici siyasət kursunu yeniləşdirmək çərçivəsində yanaşmağı daha doğru hesab edirlər. Tom Svitser yazır ki, "Tillersonun təyinatı ondan xəbər verir ki, Amerikanın xarici siyasəti köklü yenidən qiymətləndirmə fazasına qədəm qoyur" (bax: Tom Switzer. What Rex Tillerson's Nomination Means for Russia Policy / "The National Interest", 13 dekabr 2016).

Müəllif konkret olaraq D.Trampın hakimiyyətlə gücün ayıqlıqla qiymətləndirildiyi reallığa əsaslanaraq hərəkət edəcəyini vurğulayır. O, D.Trampın Barak Obamanın "Pax Americana" haqqındakı arzu və xəyalları ilə deyil, konkret faktlara görə davranacağından bəhs edir (bax: əvvəlki mənbəyə). Bu bağlılıqda D.Trampın Moskva ilə kompromisə çalışması, onunla dialoq qurmaq üçün addımlar ata bilməsini istisna etmir. Məhz bu aspektdə də müəllif R.Tillersonun müsbət rol oynaya biləcəyi qənaətinə gəlir.

Dünya güclərinin savaşı: Vaşinqton-Moskva-Pekin xəttinin gərginlikləri


Ancaq fərqli yanaşma da vardır. Məsələn, Henri Kissincer R.Tillersonun dövlət katibi kimi fəaliyyəti ilə şirkət rəhbəri olaraq apardığı işlər arasında ciddi fərqlərin olacağını vurğulayır (bax: Kissinger at 93 Expounds on Rex Tillerson, ‘One-China’ and Trump / "bloomberg.com", 14 dekabr 2016). Amerika diplomatiyasının patriarxı deyib: "Mən onun (R.Tillerson nəzərdə tutulur – Newtimes.az) Rusiyaya münasibətdə ifrat dostluğa meyl etməsi haqqında deyilənlərə fikir verməzdim… Biz bu münasibətlərə şəxsi müstəvidə baxmamalıyıq. Putinin öz ölkəsində çalışan biznesmenə dost və ya qeyri-dost münasibətdə olması, R.Tillersonun dövlət katibi kimi hansı işləri görməli olduğunu müəyyənləşdirmir" (bax: əvvəlki mənbəyə).

Ekspertlər onu da qeyd edirlər ki, 2017-ci ildə R.Tillerson "ExxonMobil"in rəhbərliyindən getməlidir. Bu zaman o, şirkətdəki payının hamısını satacaq. Onun miqdarı isə az deyil – 149-218 milyon ABŞ dolları civarında olduğu haqqında informasiyalar vardır. Bütün hallarda R.Tillersonun bir neçə aydan sonra bizneslə birbaşa bağlantısı olmayacaq. O halda yeni dövlət katibinin heç kimin qarşısında bizneslə bağlı öhdəliyi də qalmayacaq. Deməli, H.Kissincer haqlıdır – R.Tillerson dövlət katibi kimi fərqli xətt yeridəcək. Əslində, ABŞ kimi böyük bir dövlət üçün bu, gözləniləndir. Lakin burada siyasətçilərin diqqət yetirdiyi başqa özəllik də vardır.

Məsələ ondan ibarətdir ki, siyasətdə güclü fərdlər heç də həmişə bir komanda ola bilmirlər. Onlar ayrılıqda öz işlərini gözəl yerinə yetirə bilərlər, lakin birgə fəaliyyətdə komanda olmaq digər faktorları da nəzərdə tutur. Bu baxımdan Rusiyanın keçmiş xarici işlər naziri İqor İvanovun R.Tillersonun təyinatı ilə əlaqədar dedikləri düşündürücüdür. O, "РИА Новости" agentliyinə verdiyi müsahibədə deyib ki, "Tillerson yalnız biznes sahəsində tanınmır".

Bununla yanaşı, "komandanın seçilməsi həmişə mürəkkəb işdir. Burada yalnız peşəkarlar deyil, həm də ortaq siyasi baxışları olanların və onları praktikada həyata keçirə bilənlərin olması lazımdır. Zaman faktoru da böyük əhəmiyyət kəsb edir: beynəlxalq həyat yerində dayanmır və dövlət katibi təyin edilən günün səhərisi çoxlu sayda problemlərin həlli ilə məşğul olmaq lazım gəlir" (bax: Игорь Иванов: Рекс Тиллерсон — фигура, известная не только в мире бизнеса / "ria.ru", 14 dekabr 2016).

Yuxarıdakı təhlili müqayisələrdən belə çıxır ki, D.Trampın təyinatları ilə bağlı müşahidə edilən müzakirələr daha çox informasiya savaşı xarakteri daşıyır. Mütəxəssislər və siyasətçilər hələlik nəyin necə olacağını dəqiq bilmir, buna görə də müəyyən informasiyaları ortaya atıblar. Bir növ, Vaşinqtonun nəbzini yoxlamağa çalışırlar. Bunun Rusiya tərəfdən daha çox müşahidə olunması təbii haldır. Çünki Moskva üçün həyat əhəmiyyətli bir mərhələ başlayıb. Onun Qərblə yanaşı, Çinlə də quracağı münasibətlərinin məzmunu aktual olaraq qalır. Zahirən ümidverici görünən məqamların çoxluğuna baxmayaraq, reallıq fərqli faktları ortaya qoymaqdadır.

Görünür, məhz bu səbəbdən də bir sıra ekspertlər D.Trampın Rusiyanı öz yanına çəkərək, birlikdə Çinə qarşı mövqe tutacağından bəhs edirlər. Artıq Vaşinqton-Pekin xəttində müəyyən problemlər özünü göstərməkdədir. Burada proseslərin iki istiqamətdə inkişafından bəhs etmək olar.

Birincisi, Moskva Vaşinqton-Pekin ziddiyyətlərindən istifadə edərək, düşünülmüş manevrlərlə vəziyyəti öz xeyrinə dəyişməyə çalışa, həm ABŞ, həm də Çinlə münasibətlərini inkişaf etdirə bilər.

İkincisi, Rusiya konkret mövqe tutaraq ya ABŞ-ı, ya da Çini seçə bilər. Bu halda onun əvəzində hansı şərtləri qoyacağı daha maraqlıdır. Yəni dünyada nüfuz dairəsini Kremlin kiminlə bölüşəcəyi vacib məqamdır. Bu seçimin dünyanın taleyini dəyişə biləcəyini demək mümkündür.

Nəhayət, bunlardan başqa, Henri Kissincerin keçən əsrin 70-80-ci illərində etdiyini Reks Tillerson təkrarlamağa çalışar. Təbii ki, bir qədər başqa məzmunda. Yəni Amerika bu dəfə Rusiya, yaxud Çini tərəfdaş kimi seçib, ondan digərinə qarşı istifadə etməyə cəhd göstərə bilər. Bu keyfiyyətdə tərəfdaş kimi indi müəmmalı görünən Çinə üstünlük verilə bilər. Böyük siyasətdə absurd təsiri bağışlayan şeylər belə reallığa çevrilə bilir. Dostluğun deyil, maraqların əsas olduğu indiki mərhələdə bu, nəyə görə olmasın?

Newtimes.az

Teqlər:
yüklənir...

XƏBƏR LENTİ

24.06.2017

Azərbaycanda ilk: Komediya filmləri haqqında komediya çəkilir – VİDEO

24.06.2017

Bakı yeni müasir silahları cəbhəyə göndərdi - Video

24.06.2017

Elçin Əmirbəyov birinci vitse-prezidentin köməkçisi təyin olundu

19.06.2017

İstənilən təxribata cavab verəcəyik – İlham Əliyev

15.06.2017

Azərbaycan xalqının Milli Qurtuluş günü -Ulu Öndərin hakimiyyətə qayıdışı

13.06.2017

Prokurorluq Əfqan Muxtarlı ilə bağlı bəyanat yaydı

13.06.2017

MM “Təhsil haqqında” qanuna dəyişikliklər layihəsini qəbul etdi

13.06.2017

Milli Məclisdə qalmaqal: "Kimin özəl söhbəti varsa,.."

13.06.2017

Rusiya: Müxalifət lideri Navalnı barəsində həbs qərarı verilib

13.06.2017

Azərbaycan prezidenti: “Ermənilərin məscidləri dağıdıtması müsəlman aləminə qarşı törədilmiş cinayətdir”

13.06.2017

İsrail xüsusi xidmət orqanları İŞİD terrorçularının noutbuklarda bomba hazırladıqlarını bəyan edib

13.06.2017

Milli Məclisin sədr müavini deputatlara xəbərdarlıq edib: “Sakitliyə riayət edin...”

13.06.2017

Prezident İlham Əliyev Natiq Əliyevin məzarını ziyarət edib

13.06.2017

Ərdoğan: “Türkiyə və Qətər olmasaydı, Suriyada müxalifət rejimə qarşı mübarizə apara bilməzdi”

12.06.2017

Fransadakı parlament seçkilərində prezident Makronun partiyası qalib gəlib

12.06.2017

Fikrət Yusifov: “İlham Əliyev müasir Azərbaycanın uğurlarının qarantıdır”

12.06.2017

“Avropa İttifaqı ilə viza məsələsində sadələşdirilmə mərhələsindəyik”

12.06.2017

I vitse-prezidentin Katibliyinin rəis müavinləri təyin olunub

11.06.2017

Zəhərlənən uşaqların sayı 119 imiş - Səbəb sudur+Video

10.06.2017

“Reket jurnalistika” sıradan çıxarılır

10.06.2017

Natiq Əliyev II Fəxri xiyabanda dəfn olunub

10.06.2017

Relsdən çıxarılan Qətər – TƏHLİL

10.06.2017

Tehran teraktının arxasında bu ölkə dayanır – Satanovski

10.06.2017

Azərbaycan Türkiyədən hazır sosial şəbəkə almaq istəyir

10.06.2017

Natiq Əliyevin cənazəsi Bakıya gətirilib

09.06.2017

Komi:“FTB Rusiyanın kiber hücumları barədə ilk dəfə 2015-ci ildə xəbər tutub”

09.06.2017

Rusiyanın “mehriban düşmənləri”:Qətərə qarşı qəfil siyasi embarqo Moskvanı niyə şoka saldı? - TƏHLİL

09.06.2017

Vergilər Nazirliyi əmək müqaviləsi bağlamayan sahibkarlar barədə cinayət işi açıb

09.06.2017

İran Təhlükəsizlik Nazirliyi:Kirmanşah, Kürdüstan, Qərbi Azərbaycan və Tehranda 41 İŞİD-çi həbs olunub

09.06.2017

“Quba məzarlığındakı vəziyyətlə bağlı təkliflər Prezidentə təqdim ediləcək” - Əli Həsənov

09.06.2017

“Heydər Əliyev demişdi ki, Natiq Əliyevi dərhal...” - VİDEO

09.06.2017

Almaniya da kürd dövlətinə qarşı çıxdı

Bütün Xəbərlər

FaceBook