Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Fransız ekspert:"Avropa və Fransa Putinlə Trampın oyununda bir piyadadır” – Təhlil

Fransız ekspert:
yüklənir...

Deni Jambar

Challenges (Fransa), 27.12.2016


Putin və Trampın səyləri sayəsində yeni dünya düzəni müəyyən edilir. Avropa və Fransa onların oynunda bir piyadadır. Yelisey sarayına namizədlərin narahat olmağa başlamasının vaxtıdır.

Kimsə buna, heç olmasa, bir saniyəliyə şübhə edir? Yeni dünya düzəni doğulur. Onun doğum tarixi Donald Tramp ABŞ-ın rəsmən 45-ci prezidenti olacağı 20 yanvardır. Gözümüzün qabağında 2016-cı ilin sonuna nəzərdə tutulan şeylər yekunda gerçəkləşəcək. Və heç nə ondan xəbər vermir ki, Avropa və Fransa buna yaxşı hazırlaşıb.

Əslində, Tramp yarıməsrlik Amerika diplomatiyasını şübhə altında qoymaq istəyir. Millətçi, Ağ Evin gələcək sahibi artıq öz kartlarını açıb: o, Nikson və Kissincerin 1972-ci ildə buraxdığı “vahid Çin” prinsipinin unudulmasını istəyir. O zaman söhbət ABŞ-la Çin arasında münasibətlərin normallaşmasından gedirdi. Bunun nəticəsi Vaşinqtonun Tayvanı tanımaqdan imtinası oldu. Tramp hesab edir ki, ABŞ axmaq yerində qalıb və bu sövdələşmədən heç nə udmayıb. İstəyir ki, Çin güzəştlərə getsin. Məqsədinə çatmaq üçün ölkələr arasında ciddi gərginlik törətmək təhlükəsi doğurur.

Bu diplomatik dönüş daha bir köklü dəyişiklik – Putin başda olmaqla Rusiya ilə yaxınlaşmaqla müşayiət olunur. Tramp artıq Qərbin son illərdə Rusiya ekspansionizminə, o cümlədən Krımın birləşdirilməsi və Ukraynanın sabitsizləşdirilməsinə qarşı yönəlmiş sanksiyalar strategiyasını sındırır.

Moskva ABŞ və Fransada seçkilərə müdaxilədən daha çəkinmir

Tramp bu ikiqat manevrə nail ola bilsə, həqiqtən dünyanın xəritəsini dəyişəcək. AB nəticələrə etinasız qala bilməz, çünki ABŞ-la münasibətləri ziyan çəkir. Vaşinqton doğrudan da kursu dəyişsə, Avropa Rusiya ilə nə edəcək? Təkbaşına hərəkət edib cavab tədbirləri görə biləcəkmi? Vaşinqtonla Pekin arasında münasibətlər pisləşsə, bu əhvalatdan qurtara biləcəkmi? Ən yaxın dövrdə yaxınlaşacaq yeni dünya düzənində hansı rolu oynayacaq?

Fransa səsini çıxartmalıdır. Amma bunu edə biləcəkmi? Düzünü desək, o, bir neçə ay ərzində “başsız atlı” kimi olacaq. Fransua Ollandın siyasi gələcəyi yoxdur. Onun səsi beynəlxalq arenada daha etibara layiq görülmür. Postunu 2017-ci ilin mayında tərk edəcək adama heç kim qulaq asmaycaq. Prezident kampaniyaları xarici siyasət məsələlərində xal toplamadığından bu mühüm məqamlar Yelisey sarayı uğrunda mübarizə zamanı ciddi müzakirə olunmayacaq. Sağların praymerizi zamanı buna əmin olmuşuq. Və solların praymerizi zamanı da yoxlaya bilərik. Nə Avropa, nə də yeni dünya düzəni Yelisey döyüşlərinin episentrində olacaq. Başqa sözlə, həlledici anda zəif duruma düşmüşük. Lakin daha pis nəsə var. Amerika seçkiləri dünyaya görünməmiş fenomen göstərib – ilk dəfə xarici dövlət – Rusiya Ağ Ev uğrunda mübarizənin nəticələrinə açıq şəkildə təsirə cəhd edib, bəlkə də, təsir edib də. Putin Trampı açıq şəkildə öz namizədi və sevimlisi edib. O, aşkar şəkildə Trampın qələbəsi üzərində işləyib, çünki bilirdi ki, onda daha başa düşən tərəfdaş tapacaq. Başqa ölkədə seçkilər prosesinə müdaxilə ümumməqbul demokratik praktikaya ziddir və Putin strategiyasının tərkib hissəsidir. Rusiya onun beynəlxalq mövqelərini bölüşən namizədlərə vicdansızcasına kömək edəcək. Rusiya prezidentinin Fransua Fiyonun praymerizdə qələbəsinə necə sevindiyini eşitmişik. Və burada özünə həmsöhbət seçib.

Moskva da Vaşinqton kimi AB-ni dağıtmaq üçün Marin Le Peni dəstəkləyir

Ancaq Kremlin sahibi əldə edilmişlə kifayətlənməyəcək. O, oyundakı bütün piyadalardan istifadə edir. Yəni Milli Cəbhədən. Marin Le Pen ötən mayda ona artıq vəd verib. O, prezident seçiləcəyi halda Krımı Rusiyanınkı kimi qəbul edəcək. Biz başa düşürük ki, “Milli Cəbhə” Rusiya bankından 9 milyon avro kredit alıb və Moskvanın sayəsində prezident kampaniyasının hesablarını bağlamağa ümid edir. 25-30 milyon avro qiymətində xırda bir iş!

Qısası, Putin imkan daxilində seçkilərə təzyiq göstərəcək ki, sonra ölkəmizin diplomatiyasına təsir etsin. Göründüyü üzrə, o, məqsədə yetmək üçün Trampın komandasına güvənəcək. “Milli cəbhə” də Amerikanın yeni administrasiyasına iltifat göstərir. Trampın Ağ Evdə gələcək müşaviri Stiven Bennon – ona çox yaxın adam gizlətmir ki, MC-ə kömək etmək istəyir. O, buna nail olmaq üçün Avropada öz informasiya saytını buraxmağı planlaşdırır. Tramp kimi onun da məqsədi Avropanı zəiflətmək və AB-i məhv etməkdir. Brexit öz işini görüb. Marin Le Penin qələbəsi isə onun işini axıra çatdıracaq və AB dağılacaq.

Putin və Trampın bu cür arzusunda olduğu yeni dünya düzənində Avropa açar rol oynaya bilməyəcək. Onların hesabı bunadır ki, Fransa burada xüsusən də seçkilər zamanı zəif bənd olacaq. Onların müdaxilə arzusu tamamilə göz qabağındadır. Prezidentliyə namizədlər bu durumda yaranan beynəlxalq vəziyyətin vəzifələrini, bu xüsusda mövqelərini fransızlara izah, yəni sabahkı dünyada Fransa və Avropaya öz baxışlarını təqdim etməli olacaqlar.

İş gününün davamı, vaxtından artıq işləmək və yaxud Konstitusiyanın 49.3 bəndi (“Məsuliyyətin qəbul edilməsi”) haqda mülahizələrdənsə bu, xeyli dərəcədə əhəmiyyətlidir!
starteqскачать dle 10.6фильмы бесплатно

Teqlər:
yüklənir...

XƏBƏR LENTİ

Nərgiz Paşayevanın qızı Bakıdakı məşhur kinoteatrı - Tənqid etdi
18.02.2018

Nərgiz Paşayevanın qızı Bakıdakı məşhur kinoteatrı - Tənqid etdi

“Bu, bizim şəhidlərimiz qarşısında olan borcumuzdur”
16.02.2018

“Bu, bizim şəhidlərimiz qarşısında olan borcumuzdur”

İlham Əliyev Dövlət Agentliyinə 18 milyon manat ayırdı
16.02.2018

İlham Əliyev Dövlət Agentliyinə 18 milyon manat ayırdı

20 ildə keçsə, heç vaxt seçkiyə qatılmayacaqlar-Seymur Süleymanov
16.02.2018

20 ildə keçsə, heç vaxt seçkiyə qatılmayacaqlar-Seymur Süleymanov

UZAĞI, APRELƏ QƏDƏR… KÖŞƏ YAZISI
16.02.2018

UZAĞI, APRELƏ QƏDƏR… KÖŞƏ YAZISI

Xain Orduxan xalqı təhqir etdi-Video
16.02.2018

Xain Orduxan xalqı təhqir etdi-Video

“Veysəloğlu” bu il yüzlərlə yeni iş yeri yaradacaq
16.02.2018

“Veysəloğlu” bu il yüzlərlə yeni iş yeri yaradacaq

İlham Əliyev: “Azərbaycan Avropa bazarına daxil olmağa hazırdır”
15.02.2018

İlham Əliyev: “Azərbaycan Avropa bazarına daxil olmağa hazırdır”

“Vaqner”in son rekviyemi | Suriyada öldürülən Rusiya muzdluları böyük qalmaqala səbəb ola bilər – TƏHLİL
15.02.2018

“Vaqner”in son rekviyemi | Suriyada öldürülən Rusiya muzdluları böyük qalmaqala səbəb ola bilər – TƏHLİL

Prezidentin köməkçisindən mühüm açıqlama: “Əvvəllər hər seçkidən sonra icra başçıları işdən azad edilirdi”
15.02.2018

Prezidentin köməkçisindən mühüm açıqlama: “Əvvəllər hər seçkidən sonra icra başçıları işdən azad edilirdi”

Arif Paşayev üçün özəl gün
15.02.2018

Arif Paşayev üçün özəl gün

Tofiq Yaqublu Müsavat başqanının müavini vəzifəsindən uzaqlaşdırılıb
14.02.2018

Tofiq Yaqublu Müsavat başqanının müavini vəzifəsindən uzaqlaşdırılıb

Prezident Administrasiyasına şikayətlər daha çox bu rayonlardan daxil olur – SİYAHI
14.02.2018

Prezident Administrasiyasına şikayətlər daha çox bu rayonlardan daxil olur – SİYAHI

Mehriban Əliyeva Britaniyanın ticarət elçisini qəbul edib
14.02.2018

Mehriban Əliyeva Britaniyanın ticarət elçisini qəbul edib

2.6 milyonluq ittihamla bağlı rəsmi açıqlama
14.02.2018

2.6 milyonluq ittihamla bağlı rəsmi açıqlama

İdris Koçovalının gerçəkdə kim olduğu üzə çıxdı – Kürt İdris kimdir?
14.02.2018

İdris Koçovalının gerçəkdə kim olduğu üzə çıxdı – Kürt İdris kimdir?

Qabil Hüseynli: “Bu, müxalifətin indiyə qədər buraxdığı ən böyük səhvdir”
14.02.2018

Qabil Hüseynli: “Bu, müxalifətin indiyə qədər buraxdığı ən böyük səhvdir”

ABŞ kəşfiyyatı:
14.02.2018

ABŞ kəşfiyyatı: "Dağlıq Qarabağda gərginlik 2018-ci ildə genişmiqyaslı hərbi münaqişəyə səbəb ola bilər"

Bir generalın manifesti: Ramiz Zeynalovun DYP üzərində qurulan imperiyası
14.02.2018

Bir generalın manifesti: Ramiz Zeynalovun DYP üzərində qurulan imperiyası

İlham Əliyevin qurultay nitqində “MİSAK-İ MİLLİ” kodları
14.02.2018

İlham Əliyevin qurultay nitqində “MİSAK-İ MİLLİ” kodları

BLOGERLİK JURNALİSTİKADA YENİ İSTİQAMƏT HESAB OLUNUR
13.02.2018

BLOGERLİK JURNALİSTİKADA YENİ İSTİQAMƏT HESAB OLUNUR

Meydan TV ermənilərlə sıx işləyir - FAKTLAR
13.02.2018

Meydan TV ermənilərlə sıx işləyir - FAKTLAR

Azərbaycanla bağlı həbs olunan siyasətçi bəraət aldı
13.02.2018

Azərbaycanla bağlı həbs olunan siyasətçi bəraət aldı

13.02.2018

"Ordumuzun peşakarlığı və qəhrəmanlığı işğalçı ordunun əl-qolunu bağlayır"

Prezidentin həyata keçirdiyi islahatlar - PA rəsmisi təhlil edir
13.02.2018

Prezidentin həyata keçirdiyi islahatlar - PA rəsmisi təhlil edir

Nazir söz verdi: “Korrupsiyanın kökü kəsiləcək”
13.02.2018

Nazir söz verdi: “Korrupsiyanın kökü kəsiləcək”

Növbədənkənar seçkilərə Moskvadan baxış: “İlham Əliyev xarici planların qarşısını aldı” (EKSKLÜZİV)
13.02.2018

Növbədənkənar seçkilərə Moskvadan baxış: “İlham Əliyev xarici planların qarşısını aldı” (EKSKLÜZİV)

Azərbaycan müəllimləri İlham Əliyevin namizədliyini dəstəkləyir
13.02.2018

Azərbaycan müəllimləri İlham Əliyevin namizədliyini dəstəkləyir

“Qaradağa Heydər Əliyevin adı verilsin” - Deputatdan təklif
13.02.2018

“Qaradağa Heydər Əliyevin adı verilsin” - Deputatdan təklif

İlham Əliyev: “Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir”
13.02.2018

İlham Əliyev: “Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir”

“LİBRAFF” kitab mağazaları şəbəkəsi Nigar Köçərlinin CAVABIN VERDİ
13.02.2018

“LİBRAFF” kitab mağazaları şəbəkəsi Nigar Köçərlinin CAVABIN VERDİ

Mayıl Şahverdiyevə general-mayor rütbəsi verilib
13.02.2018

Mayıl Şahverdiyevə general-mayor rütbəsi verilib

Bütün Xəbərlər

FaceBook