Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Oxunub:8 814

Tarix: 28-12-2016, 17:17

Qırmızı bayraq və ikibaşlı qartala söykənən Moskva:Ruslar 90-cı illərə niyə nifrət edirlər? –TƏHLİL

Qırmızı bayraq və ikibaşlı qartala söykənən Moskva:Ruslar 90-cı illərə niyə nifrət edirlər? –TƏHLİL
yüklənir...

Rusiyanın Sovet İttifaqından sonra tutduğu yoldan Birləşmiş Ştatların «Foreign Affairs» dərgisi yazır.

Müəllif Dmitri Trenin qeyd edir ki, 1991-ci ildə, Sovet İttifaqı dağılanda hamı yeni yaradılmış Rusiyanın – Rusiya Federasiyasının Avropaya dönəcəyinə, Rusiyada bazar iqtisadiyyatının, Qərbdəki kimi siyasi azadlıqların bərqərar olacağına inanır, xalq isə bol supermarketlərin açılacağını, İsveç və Almaniya kimi ölkələrdə siyasi sabitliyin hökm sürəcəyini gözləyirdi.

“25 il keçib və o səs-küylü iqtisadi və siyasi dönəmdən sonra Rusiyanın Avropadan, əksinə, uzaqlaşdığını görürük”, – deyən müəllif Rusiya liderlərinin öz ölkələrini Avropayla bağlı, amma həm də Avropadan ayrılıqda mövcud ola bilən sivilizasiya hesab etdiklərini yazır. Bu yanaşmanın mahiyyətini anlamaqdan ötrü müəllif geridə qalan 25 ilə nəzər salır.

AVROPANIN MƏRKƏZİNDƏ

SSRİ-nin süqutundan sonrakı ilk illərdə Rusiya liderlərinin qoşulmaq istəmədiyi Avropa, ya da Avro-Atlantik qurum yox idi. Onlar Avropa Birliyini də, NATO-nu da özlərinin əsas məqsədinə çevirmişdilər. Amma nəhəng Rusiyanın tərəfdaşlıq cəhdləri və maraqları bu qurumların üzvlərini çaşdırmışdı. Avropadakı təşkilatlar Rusiyaya çox şey verə bilərdilər, amma Moskvanın istədiyini – qərarların verilməsində rusların da birbaşa iştirakını vəd etmirdilər.

Rusiya o zaman ikinci dərəcəli qurumlara – bölgədə demokratik dəyərlərə və insan haqlarının durumuna nəzarət edən Avropa Şurasına, bir də digər keçmiş Sovet ölkələri kimi, Avropada Əməkdaşlıq və Təhlükəsizlik Təşkilatına (ATƏT) üzvlüyə qəbul edildi.

Soyuq müharibənin məhdudiyyətləri arxada qalmışdı. Ruslar Avropaya gedib-gəldi, Avropa malları Rusiya bazarlarına axışdı, həyat səviyyəsi dəyişdi. Xaricdən maliyyələşən QHT-lər Avropa dəyərlərini təbliğ etməyə, Marksizm-Leninizmin və Sovet təbliğatının yaratdığı boşluqları doldururdular. Bəzi ruslar özlərini hətta fransızlar, ya da ingilislər qədər avropalı hesab etməyə başladılar.

Amma V.Putinin uğrunda mübarizə apardığı böyük Avropa ölkəsi yaranmadı.

VƏTƏNPƏRVƏRLİK VƏ MİLLƏTÇİLİK

Avropalıların çoxundan ötrü Avropa Rusiyanın qərb sərhədlərində bitir. Qərb rəsmiləri də Rusiyanın hər hansı instituta daxil edilməyəcəyini, bundan ötrü yetərincə inkişaf etmədiyini açıq bildirdilər. 90-cı illərin ortalarından isə NATO və AB şərqə doğru genişlənərək, Sovet İttifaqının süqutundan sonra əldə etdiklərini möhkəm saxlamağa çalışdı.

1998-ci ildə baş verənlər – Rusiyada iqtisadi böhran isə durumu bir az da sərtləşdirdi. Qərb Rusiyada keçid dönəminin uğursuzluqla başa çatdığını, ölkədə yenidən hərc-mərclik yaranacağını güman edib, başqa – Rusiyasız qlobal sistem üzrə hərəkət etməyə başladı. Yalnız uzaqgörən liderlər, eləcə də ABŞ siyasətçiləri Rusiyanın, nə olur-olsun, Qərbə inteqrasiyanın birinci şərtiylə razılaşmayacağını, ABŞ-ın liderliyini qəbul etməyəcəyini anlayırdılar. Rusiya Birləşmiş Ştatlarla bərabər status tələb edirdi. Yəni, Avropa Rusiyanı qəbul etsə də, etməsə də, Rusiya ikinci dərəcəli – asılı ölkə olmaq niyyətində deyildi. Elə buna görə də Qərb Rusiyanı Avro-Atlantik sistemə daxil etməkdənsə, onun ambisiyalarından qorunmaq yolunu seçdi; qapılarını keçmiş Sovet ölkələrinə açdı.

Və Rusiya gözlənildiyindən başqa yönə getdi: dövlətin iqtisadiyyatdakı rolu böyüdü, avtoritarizm, kilsənin köməyi ilə artan sosial mühafizəkarlıq və ənənəvilik gücləndi, ölkənin güc strukturları yenidən möhkəmləndi. Ruslar 90-cı illəri – demokratiya, azad bazar təcrübəsini – millətin təhqir olunduğu, layiq olmayanların sərvətə yiyələndiyi, xalqın isə əcnəbilər qarşısında alçaldığı dövr kimi qiymətləndirdilər. Vətənpərvərlik, millətçilik ön plana keçdi. Avropaya səfər etmək imkanı olan ruslar da indi gördüklərinə başqa gözlərlə baxdılar.

MOSKVA ŞƏRQƏ TƏRƏF ÇEVRİLDİ

2014-cü ildə baş verənlər durumu xeyli dəyişdi. Rusiyanın Krımı ələ keçirməsini bayram etsələr də, ruslar Avropanın Rusiyanı sərt tənqid etdiyini, Avropa mətbuatının 2008-ci ildə, Gürcüstana müdaxilə dövründə olduğu kimi, rusların əleyhinə yönəldiyini gördülər. AB-nin sanksiyaları isə xalqı Kremlin ətrafında Kremlin özünün bacarmayacağı qədər möhkəm birləşdirdi («Levada» sorğu mərkəzinin araşdırmaları göstərir ki, rusların 74%-i sanksiyaların Ukraynaya görə deyil, Rusiyanı alçaltmaqdan və zəiflətməkdən ötrü tətbiq edildiyini düşünür).

Kremlin Rusiya-Avropa əlaqələrinə baxışı dəyişdi. ABŞ prezidenti Barak Obamanın Rusiyaya yaxınlaşmaqdan imtinası, Almaniya kansleri Angela Merkelin Moskvayla bağlı mövqeyinin sərtliyi, Suriyadakı münaqişə sükanı çevirdi. Kreml Suriyaya müdaxilə ilə yanaşı, Misirlə əlaqələrini möhkəmləndirdi, Çinlə enerji sahəsində və hərbi əməkdaşlığını gücləndirdi. Şimalda isə daha böyük ərazilərə iddia edərək, Sovet dönəmindəki hərbi bazalarını yenilədi.

İndi Avropa Rusiyadan ötrü bir modeldən, örnəkdən çox, sadəcə, qonşudur, ya da İrlandiyadan Yaponiyaya uzanan Avrasiyanın bir hissəsidir.

«Foreign Affairs» yazır ki, Britaniyanın AB-dən çıxmasıyla yanaşı, Fransada qollizm, Almaniyada isə şərqyönlü siyasət bərpa edilsə, Avropanın Rusiyayla münasibətlərində, özəlliklə də iqtisadi əlaqələrində dəyişiklik nəzərə çarpacaq. Amma 90-cı illərin əvvəlinə qayıtmaq, bütün hallarda, mümkün olmayacaq.

Azadlıq radiosu

yüklənir...

XƏBƏR LENTİ

26.03.2017 , 15:32

ABŞ şirkətləri “YouTube”-də reklam yerləşdirməkdən imtina edirlər

26.03.2017 , 15:31

Prezidentə ölüm hökmü oxundu

26.03.2017 , 15:25

Azərbaycan-Almaniya futbol matçına bütün biletlər satıldı

26.03.2017 , 15:22

Türklər həm bizdən oğurladı, həm də şikayət etdi - Video

26.03.2017 , 13:29

ABŞ prezidentinin tərəfdarları və əleyhdarları arasında toqquşma – VİDEO

26.03.2017 , 12:28

Şirkət rəhbəri öldü - Maşın vurub

26.03.2017 , 11:26

Britaniyada güclü partlayış - 32 yaralı var

26.03.2017 , 10:23

Venesuela prezidenti BMT-dən yardım istədi -Ölkə dərman qıtlığı çəkir

26.03.2017 , 05:38

Lotu Bəxtiyar hansı qanuni oğruya “kriminal aləmin imamı” deyirdi?

26.03.2017 , 02:58

İcra başçısı Zakir Fərəcovdan aprel şəhidinin ruhuna hörmətsizlik: Yaşadığı binaya şəkilinin vurulmasına icazə vermədi

26.03.2017 , 01:04

Azərbaycanlı oğlan ifası ilə rusları heyran etdi – Video

26.03.2017 , 01:00

Sarkisyan Qarabağdan hədələdi: “İskəndər”dən istifadə edəcəyəm”

26.03.2017 , 00:58

Abbas Abbasovun oğlu ermənilərin təmsil olunduğu siyasi təşkilat yaradır - Fotofakt

25.03.2017 , 21:55

İranlı soydaşlarımızın Bakı təəssüratları - SORĞU (VİDEO)

25.03.2017 , 21:52

Azərbaycan prezidenti banqladeşli həmkarını təbrik edib

25.03.2017 , 21:47

Sarkisyan hərbi formada Qarabağdan Ermənistana mesaj verdi - FOTO

25.03.2017 , 18:44

Rusiya sovet ampluasında - Avropanı şərqdən, Türkiyəni hər yandan dövrəyə alır..

25.03.2017 , 18:37

“Kandildə, İmralıda, Pensilvaniyada olanlar “yox” deyirlər” – Ərdoğan

25.03.2017 , 18:10

Qubernator: “Azərbaycanlılar Gürcüstanın inkişafında mühüm rol oynayırlar”

25.03.2017 , 17:54

Nazir: "Bakı-Tbilisi-Qars layihəsi Qara dənizdən çəkiləcək dəmir yoluna birləşdiriləcək"

25.03.2017 , 17:45

Kombinat direktorunun qətli ilə bağlı yeni detallar

25.03.2017 , 17:26

Ərdoğan: "Kılıçdaroğlu gəlməyəcəm demişdi, amma quzu kimi gəldi"

25.03.2017 , 17:20

Aprel seçkisi: Ermənistanı nə gözləyir?

25.03.2017 , 17:11

Kılıçdaroğlu yenə gündəmdə - Bu dəfə zirehli avtomobillə...

25.03.2017 , 17:08

ABŞ Şimali Koreyaya hərbi müdaxilə edərsə, Çin və Rusiyanın mövqeyi necə olacaq? - Politoloqun cavabı

25.03.2017 , 16:55

Bank səhvən xarici hesablara 5 milyard avro köçürdü

25.03.2017 , 16:51

Türkiyəli nazirlər Fətullah Güləni Amerikadan gizlicə qaçırmaq istəyib - Plan açıqlandı

25.03.2017 , 16:50

“Balkan yarımadasında müharibə başlaya bilər” - Jan-Klod Yunker

25.03.2017 , 16:48

Azərbaycan millisinin hər futbolçusuna 100 min manat veriləcək

25.03.2017 , 16:48

Rusiya Bakıda doğulan ermənini beynəlxalq axtarışa verdi

25.03.2017 , 16:46

Trampdan növbəti qalmaqal: Yunkerlə Tusku səhv saldı

25.03.2017 , 16:46

“Barselona” Premyer Liqa çempionunu istəyir

Bütün Xəbərlər

FaceBook