Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Tarix: 28-12-2016, 09:21

Putin Rusiyası:təhlükəli beynlxalq oyunçu, yaxud adi bandit? – Təhlil

Putin Rusiyası:təhlükəli beynlxalq oyunçu, yaxud adi bandit? – Təhlil
yüklənir...

Feysəl Qasim

Sabr (Küveyt), 28.12.2016

Heç kimə sirr deyil ki, dünyada daha heç bir supergüc yoxdur – Avropa, Rusiya və s. Hətta dünyanın ənn güclü orduları iqtisadi nəhənglər və ticarət maqnatlarının alətinə çevrilib. Müharibələrin əksəriyyətinin iqtisadi motivlər üzrə baş verdiyi haqda çox eşitmiş və oxumuşuq. Və güclü dövlətlər ölkədə iqtisadi durumu yaxşılaşdırmaqdan ötrü gah burada, gah orada müharibə qızışdırmağa artıq vərdiş edib.

Hətta ordunun əla vəziyyəti də qələbəyə zəmanət vermir və bütün mexanizmi hərəkətə gətirən qüdrətli iqtisadi qüvvələrin əlində yalnız alət ola bilər. Bu, hər şeydən əvvəl Amerika və onun əsas siyasi institutlarına – Ağ Ev, Konqres və Senata aiddir. Hakimiyyət orada deyil, kapitalistlərin əlində cəmləşib.

Hamımız bilirik ki, konqresmenin arxasında çoxmilyonluq maliyyə dəstəyi olmasa, öz postuna qovuşa bilməz. Buna öz növbəsində uğurlu biznesmen olmaqla nail olmaq mümkündür. Siyasətçi və siyasi institutların taleyi nüfuzlu malliyyə və iqtisadi dairələrdən asılı olanda bu, ancaq təsdiq edir ki, dünyanı siyasət deyil, iqtisadiyyat idarə edir. Biz bu tendensiyanı artıq on illər bioyunca görürük.

Qərbin Ümyumdünya Bankı və Beynəlxaq Valyuta Fondu kimi çox böyük maliyyə qoluna diqqət yetirsək, onda görərik ki, nadir istisnalarla bütün dünya Ümumdünya Bankının total diktatı altına düşüb. Amerika hərbi üsulla əldə edə bilmədiyini iqtisadiyyat və iqtisadi təzyiq hesabına əldə etməyə başlayıb. Transmilli şirkətlər əksər adamların yaşayış vasitələrini idarə edir.

Bəs Rusiyanın arxasında hansı iqtisadi güclər durur ki, ona dünyanı yönəltməyə qatılmaq imkanı versin?

ABŞ və Avropa ölkələrinin qüdrəti yalnız böyük korporasiyalar alətindən ibarətdirsə, çoxlarının dediyi kimi, bəs Rusiya yeni dünya düzənini necə yaratmağa hazırlaşır? Qərb və Amerika şirkətləri ilə bir səviyyədə ola biləsi heç bir sahədə – iqtisadi, maliyyə, texnologiya, sənaye, əczaçılıq və ya qidada. Təkcə bir qaz şirkətindən savayı. Rusiya iqtisadiyyatı yetərincə iqtisadi və maliyyə resurslarına malik olmamaqla adətən, neft istehsalçısı olan ölkələrdə baş verdiyi kimi neft qiymətləri düşən zaman çökür.

Rusiya ümumi daxili məhsul göstəriciləri sadə rəqəmlərlə onun zəiflyini ifadə edir. Və siz necə düşünürsünüz, Rusiya, məsələn, bank sahəsində həqiqi mənada heç bir böyük şirkəti olmadan dünya lideri olacaq? Dövlətin çağdaş dünyadakı yerini və qüvvələr tərtibinə təsir etmək iqtidarını təhlil etməzdən qabaq transmilli şirkətlərin gücünü etiraf etmək lazımdır.

Siz inanırsınız ki, Rusiya biznes və pulun yönəltdiyi bu aləmə daxil olacaq? Suriya, Şimali Koreya və Hindistan üçün silahdan başqa nəyəsə inanırsınız? İnanırsınız ki, Rusiyada iqtisadi nəhəng olmağa imkan verən texnologiyalar olacaq? Elektron və başqa yüksəkdəqiqlikli sahələrin təmin etdiyi rifaha inanırsınız? İnanırsınız ki, günlərin birində Rusiyanın mobil telefonu və yaxud velosipedini alacaqsınız? Rusiya sənayesinin dünya bazarında rəqabət apara biləsi, heç olmasa, istənilən nümunəsindən danışın. Heç olmasa, hər evdə olan bircə elektron məhsul göstərin. Rusiyanın tekstil sənayesi haqda nə vaxtsa eşidibsiniz? Moskva modalar evi haqda? Rusiyadan kənarda ad çıxarmış əczaçılıq şirkəti haqda? Rusiyanın dünyaca məşhur bankı barədə?

Rusiya çox böyük hərbi və xüsusən də nüvə potensialına malik olmaqla hərbi nəhəng ola bilər. Amma bilirik ki, nə hərbi güc, nə də nüvə silahı Sovet İttifaqını dağılmaqdan xilas edib – hələ bütün dünyada ağalıq imkanından danışmırıq. Nə qədər güclü olsa da, hərbi potensiala sahib olmaqla deyil, yalnız dünya iqtisadiyyatında üstün mövqe tutan qüvvələr buna iddia edə bilər. Sovet İttifaqının Əfqanıstanda necə yenildiyi və İraqın ABŞ-ı necə tar-mar etdiyini görmüşük. Rusiya Suriyanı hərbi baxımdan işğal edib, halbuki Amerika Suriyaya Ümümdünya Bankı vasitəsilə əl uzadır.

Dünyanı hərbi gücə tabe etməyin mümkünlüyünü düşünənlər yanılırlar. Gerçək nəzarət iqtisadiyyat və texnologiya sahəsində qalır. Rusiya hərbi azman və iqtisadi cırtdandır, buna görə də biznes, maliyyə və texnologiyaların tam hökm sürdüyü qanunlara tabe olan beynəlxalq sistemdə həqiqi mənada iştirak edə bilməz.

Cənab Putin, silah cingildətməklə bütün dünyanı hərbi maşınınızla qorxuda bilərsiniz, lakin bu belə də adi şantaj olaraq qalacaq.

yüklənir...

XƏBƏR LENTİ

24.04.2017

Azərbaycanlı qadın siyasətçi Estoniyada partiya sədri seçildi

24.04.2017

Diqqəti Fransada: Makron qalib gəldi (YENİLƏNİB)

24.04.2017

Azərbaycanda ŞOK olay - Biznesmen itlərinə toy edib məclis qurdu - VİDEO

24.04.2017

ÜAK-ın taleyi həll olunur - Moskva məhkəməsi hansı qərarı çıxaracaq? Moskva məhkəməsi hansı qərarı çıxaracaq?

24.04.2017

İşğalçıya ortaq güc nümayişi: türk hərbçiləri Qarabağda...

24.04.2017

İki lider Koreyanı telefonda müzakirə etdilər

24.04.2017

Bu gün Strasburqda AŞPA-nın yaz sessiyası başlayır

23.04.2017

Fransada exit-pollun nəticələri açıqlanıb

23.04.2017

BMT baş katibi Bəşər Əsədi təbrik edib

23.04.2017

Yaponlar ABŞ-ın Şimali Koreyaya münasibətindən razıdır

23.04.2017

Türkiyə daha 2 şəhid verdi

23.04.2017

Yağış və qar yağacaq - Sabahın hava proqnozu

23.04.2017

Tiflis prezident postunu "dişsiz" hala gətirir - Dəyişiklik

23.04.2017

Şimali Koreya bu ölkəni nüvə ilə hədələyib

23.04.2017

Fransada prezident seçkiləri keçirilir

23.04.2017

Düşmən mövqelərimizi minaatanlardan atəşə tutub

22.04.2017

İŞİD bu şəhəri özünə yeni paytaxt seçdi

22.04.2017

Тramp Merkelin əlini sıxmamasının səbəbini - Açıqladı

22.04.2017

“Xoşlarına gəlməyən deputatın mandatını alacaqlar” - Millət vəkili yeni qanuna qarşı çıxdı

22.04.2017

Tramp geniş islahatlara başladı – Fərman

22.04.2017

Rövşən Ağayev REAL-dan istefa verdi

22.04.2017

İtaliya:"Rusiyaya sanksiyanı dəstəkləyirik, amma belə olmaz"

22.04.2017

Türkiyə Hərbi Hava Qüvvələri terrorçularının obyektlərini bombalayıb

22.04.2017

“Azərsığorta”nın Tovuz filialının direktoru iş otağında ölü tapılıb

22.04.2017

Bakıda daha bir avtobusda sürücü özbaşınalığı - VİDEO

22.04.2017

Türkiyə hava yolları şirkəti Ermənistana reys açdı- Azərbaycana xəyanət?

22.04.2017

Nəsimidə ağaclar abadlıq adı ilə kütləvi şəkildə kəsildi

22.04.2017

Azərbaycanın 4 əsas iqtisadi rayonu açıqlanıb

22.04.2017

İcra hakimiyyəti məhkəməyə verilib

22.04.2017

Türkiyənin hava yolları şirkəti Ermənistana birbaşa reys açır - İyunun 1-dən

22.04.2017

Azərbaycandakı müəssisə və təşkilatların sayı açıqlanıb

22.04.2017

Rövşən Lənkəranskinin 24 il əvvəlki - Videosu

Bütün Xəbərlər

FaceBook