Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Oxunub:4 602

Tarix: 26-12-2016, 10:24

İordaniyalı ekspert:"ABŞ nüfuzunu itirir və dünya liderliyi sona çatır” – Təhlil

İordaniyalı ekspert:

Roger Herts

Dagsavisen (Norveç), 26.12.2016



Yaxın Şərqin aparıcı intellektualı Rami Xuri hesab edir ki, Hələbin süqutu Yaxın Şərq hüdudlarından uzaqlarda da duyulacaq.

Mülki əhali və üsyançıların təxliyəsi yekun mərhələsindədir, Suriya qoşunları qalanlara rayonu tərk etmək xahişilə müraciət edib. Şərqi Hələbdə təxliyə getdiyi bir dövrdə iali trəhsilli adamlar və Yaxın Şərqüin intellektualları bundan sonrakı nəticələri müzakirə edirlər. Hamıya tam aydındır ki, Hələb, sadəcə, Suriyada hakimiyyət uğrunda daha bir döyüş deyildi. Rami Xuri internetdəki səhifəsində yazır: “Bu, ABŞ-ın üstünlük təşkil etdiyi dünya düzəninin sonudur”.

İordaniyalı Xuri Beyrutda Amerika İssam Fares universitetinin beynəlxalq münasibətlər kafedrasına rəhbərlik erdir.



Yeni dövr



Tədqiqatçı Xurinin fikrinə əsasən, Amerika qırıcılarının təhlükəsiz məsafədə yerləışdiyi bir vaxtda Rusiya qoşunlarının durmadan dağıtdığı Hələb uğrunda döyüş bunun nişanəsidir ki, ABŞ daha beynəlxalq siyasətdə əngəlsiz liderlik edə bilməyəcək və dünya mədəniyyətinə Qərb təsiri də bu qayda ilə zəifləyəcək.

Xuri bildirir: “Amerika düzəni və Amerika həyat tərzinin kürəsəl liderliyi Suriyada ciddi maneələrlə üzləşib. ABŞ iki onillik ərzində istədiyini edirdi, amma indi vəssalam”.

Xurinin fikrincə, Rusiyanın ABŞ ağalığına meydan oxumağı və rejimin mülki əhali üzərində son dərəcə qəddar qələbəsi buna səbəb olub ki, yeni və daha pis dövrün astanasındayıq. O deyir: “Dünya bu gün öncədən görə bilmədiyimiz yeni bir dövrə daxil olur”.



Yeni höklumət strukturu



Suriya prezidenti Bəşər Əsəd Hələbdə qələbə ilə ölkənin ən mühüm yaşayış məntəqələrini geri qaytarıb. Böyük ərazilər əbvvəlki tək İŞİD daxil olmaqla müxtəlif silahlı qruplaşmaların nəzarətindədir, lakin güman etmirik ki, bu əraziər Əsədin hakimiyyətinə yetərincə ciddi təhdid yarada bilər. Bununla belə, prezident köhnə Suriya üzərində nəzarəti bərpa etməyə hazırlaşmır. Palmiranın keçən həftə yenidən itirilməsi hökumət qoşunlarınn nə qədər zəiflədiyi və Əsədin İran və Rusiya dəstəyindən nə qədər asılı olduğunu göstərir. Görünür, ərəb şərhçilərinin əksəriyyəti hesab edir ki, Yaxın Şərqdə yeni hakimiyyət strukturunuin meydana çıxmasına yaxınıq.

Livanın tanınmış şərhçisi Hişam Məlhəm xəbərdarlıq edir ki, Donald Tramp bölgədə ABŞ-a hörmətin ən aşağı tarixi səviyyədə olduğu bir dövrdə prezident postunu tutacaq. Məlhəm “Əl-Ərəbiyə” xəbərlər kanalının saytında yazır: “Gözəl sözlər daha prezident Obamanı tarixin amansız mühakiməsindən xilas etməyəcək”.

ABŞ-ın Yaxın Şərqdə tarixi rolunun geniş tənqidinə baxmayaraq, Vaşinqtonn daha ehtiyatlı bölgə siyasətinin nəticəsi kimi meydana çıxan boşluqdan çoxları əndişə kerçirir.



Səhvlər



ABŞ son dövrlərədək ölkədəki mühacir fəlakəti və yüksək sayda, ola bilsin, yarım milyon nəfərin itirilməsinə görə əsas sorumlu Əsəd rejimi ilə qarşıdurmadan şüurlu şəkildə yayınıb. Amerika qırıcısı sentyabrda Suriya qoşun qruplaşmalarını bombalayarkən ABŞ “səhv barədə” açıq şəkildə təəssüfünü bildirdi. Lakin cəmi bir ay keçəndən sonra Rusiya Hələbin üzərinə qanlı hücuma başlarkən Moskva Vaşinqtona soyuq bir xəbərdarlıq göndərdi. Rusiya XİN rəsmi təmsilçisi Mariya Zaxarova xəbərdarlıq etdi: “ABŞ birbaşa Dəməşqə və yaxud Suriya ordusuna hücum etsə, bunun bütün bölgə üçün dəhşətli nəticələri olacaq”.



Əsədə raket zərbəsi?



Qərbdə və ərəb dünyasında bəzən düşünürlər ki, şəxsən Əsədə qarşı çıxış etsinlər və onun Dəməşqdəki sarayına raket buraxılsın. Vaşinqtonda respublikaçı müşavirlərdən birinin bu günlərdə Əsədin özünə qarşı əsil sui-qəsd həyata keçirmək təklifi qalmaqal doğurub. Və Səudiyyə Ərəbistanı da buna bənzər nəsə bildirib. Xarici işlər naziri Adil əl-Cubeyr qeyd edib ki, Əsəd “ya siyasi proses nəticəsində, ya da hərbi güc vasitəsilə aradan qaldırılacaq”.

İsrail hərb tarixçisi, professor Martin van Kreveld bildirib ki, dövlətlər başqa dövlətlərin rəhbərlərini nadir hallarda öldürməyə cəhd edir. O, “Dagsavisen”-lə söhbətdə deyib: “Uniforma geyinənlərlə geyinməyənlər arasında fərq görülür. Həm də hesab edilir ki, dövlət başçısı uniforma geyinmir. Ola bilsin, onların özləri üçün nəticələr ola biləsi presedent yaratmaq təhlükəsi var”.

Professor van Kreveld Suriyaya münasibətdə bədbinliyə köklənib. Suriyada müharibənin hələ bir neçə il çəkəcəyini düşünən professor deyib: “Suriyanın iztirabları çox böyükdür. Lakin şəxsən mən hesab edirəm ki, Əsədə hücum etmək səhv olardı. Bu halda Əfqanıstan və Somalidəki kimi otuz illik hərc-mərclik əldə edərik. Heç bir hökumətsizlikdənsə pis hökumət daha yaxşıdır”.
Strateq

XƏBƏR LENTİ

16.01.2017 , 20:46

Azərbaycanda borcu silinənərin sayı açıqlandı - Siyahı

16.01.2017 , 18:59

Naxçıvan televiziyasının saytına 800 min baxış olub – 1000 baxış Ermənistandan qeydə alınıb

16.01.2017 , 18:48

70 minə qədər ödəyicinin faiz borcu silindi

16.01.2017 , 18:48

Avetyan İrəvana gedir: “Azərbaycandan xahiş edirəm...”

16.01.2017 , 18:40

“Təfəkkür” bağlansa da, universitetdəkilərin xəbəri yoxdur

16.01.2017 , 18:31

Türkiyədə partlayış - 5 yaralı

16.01.2017 , 18:30

İlham Əliyev Türkiyənin Fəxri doktoru adına layiq görüldü

16.01.2017 , 18:23

ABŞ Astana görüşlərinə dəvət edilmədi

16.01.2017 , 17:59

Nəcməddin Sadıkov NATO toplantısında iştirak edəcək

16.01.2017 , 17:56

General: "Şəhidimizin qisası tezliklə alındı"

16.01.2017 , 17:20

Təfəkkür Universiteti bağlandı

16.01.2017 , 17:09

Rektordan sərt qərar - Universitetin 5 dekanı vəzifədən çıxarıldı (Siyahı)

16.01.2017 , 17:09

Dünya İqtisadi Forumunun Davos zirvəsi başlayır

16.01.2017 , 17:08

Sərdar Cəlaloğlundan sensasion iddialar - "Hakimiyyətin daxilində parçalanma tendensiyaları var..."

16.01.2017 , 16:57

Terrorçuluqla məşğul olan 58 nəfər Azərbaycan vətəndaşlığından məhrum edildi

16.01.2017 , 16:54

Mehriban Əliyeva ən fəal deputat seçildi

16.01.2017 , 16:52

Beynəlxalq Bankın 6 filialı haqda cinayət işi açılıb

16.01.2017 , 16:51

“Belə şərəfsizləri generallara qarşı ifadə verməyə məcbur edirlər” – Çovdarov

16.01.2017 , 16:49

ADAU mükafat yalanı ittihamına cavab verdi, amma...

16.01.2017 , 16:47

Şahin Mustafayev: "Növbəti üç ildə əczaçılıq sahəsində dönüş olacaq"

16.01.2017 , 15:23

Lənkəranskinin 5 metrlik abidəsi Bakıya gətirildi - Hindistanda hazırlanıb

16.01.2017 , 15:22

"Ermənilərin təxribat cəhdi baş tutmadı"- Nazirlikdən bəyanat

16.01.2017 , 15:16

Tanınmış yumoristə ağır itki

16.01.2017 , 15:08

“Azərbaycanın müharibə edəcəyi danılmazdır”

16.01.2017 , 15:04

Həyacanla gözlənilən Möhtəşəm 100 Gün lotareyasının qalibləri məlum oldu

16.01.2017 , 14:56

Dilqəm Əsgərovun atası iflic oldu - Foto

16.01.2017 , 14:45

Polis mayoru vətəndaşı söydü, araşdırma başladı - Şirvanda + Video

16.01.2017 , 14:20

Ermənilər “KVN”in səhnəsində - Maslyakovun yalanı üzə çıxdı

16.01.2017 , 14:12

Özünü güllələyən deputat arvadının məktubu tapıldı - “Tükəndim...”

16.01.2017 , 13:56

Dollar hərracda bahalaşdı

16.01.2017 , 13:38

Azərbaycan prezidenti qırğızıstanlı həmkarına başsağlığı verdi

16.01.2017 , 13:36

Bu gün TANAP-la bağlı kredit sazişi imzalanacaq- Bakıda

Bütün Xəbərlər

FaceBook