Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Türkiyədə Rusiya və İrana qarşı nümayişlərin arxasında kim durur? –Təhlil

Türkiyədə Rusiya və İrana qarşı nümayişlərin arxasında kim durur? –Təhlil
yüklənir...

Müyesser Yıldız

Odatv.com (Türkiyə), 22.12.2016




ABŞ-ın hazırladığı və həmsədrliyini Türkiyə, İtaliya və Yəmənə həvalə etdiyi “Böyük Yaxın Şərq” layihəsi (BYŞ), başqa adla “Genişləndirilmiş Yaxın Şərq” və yaxud Buşun dediyi kimi, “”böyük səlib yürüşü” layihəsi qüvvədədir? Bəli, qüvvədədir!

BYŞ-ə təkcə İraq və Suriyanın deyil, həm də Türkiyə və İranın parçalanması daxildir? Bəli, daxildir!

MKİ XXI əsrə proyeksiyada “sünni bədrli ayı ilə şiə ayparasının müharibəsini", yəni müsəlmanların müsəlmanları qıracağını öncədən görmüşdü? Bəli, görmüşdü!

NATO-nun yeni missiyasının “cihadçılıq və islam terrorizmi ilə mübarizə”, Yaxın Şərqdə isə “yeni Berlin divarı”nın meydana çıxacağının qət edildiyi 2005-ci ildə “İran təhlükəsinə qarşı İsrailin təhlükəsizliyinin təminatı” və “sünni Türkiyənin bu prosesdə rolu” ilə bağlı yol xəritəsi çızılmışdı? Bəli, cızılmışdı!

Suriya prezidenti Bəşər Əsəd, aramızda sıx dostluq olarkən 2010-cu ildə Bərzaninin PKK-ya dəstəyinə diqqəti cəlb edib xəbərdarlıq etmişdi ki, “PKK bu günün məsələsi deyil, biz onu Sevrə qədər aparb çıxarda bilərik” və demişdi ki, bu planları pozmaqdan ötrü “Türkiyə, Suriya və İran birgə hərəkət etməlidir”? Bəli, demişdi!

(Ölkəmizin rəhbərliyi nə vaxt ilk dəfə səsləndirib: “Qarşımızdakı yenə də Sevrdir?” Yalnız yeddi ay bundan əvvəl. Lakin məlum olduğu kimi, davadan sonra yumruq silkələmirlər).

NATO baş katibi Stoltenberq xəbər verib ki, İŞİD-lə müharibə üçün Suriyaya hərbçi göndərilməyəcək, əvəzində yerli oyunçular gücləndiriləcək. Və deyib ki, “Müsəlmanların əvəzinə bu müharibəni biz apara bimərik”? Bəli, deyib.

ABŞ dövlət katibinin müavini olmuş Nikolas Berns 2007-ci ildə deyirdi: “Türkiyə müsəlman cəmiyyətlərinin sərhədində ən uğurlu dünyəvi demokratiyadır. Bunun Geniş Yaxın Şərq üçün də müsbət əks-sədası var. Türkiyə bölgə liderliyi rolunu öz üzərinə götürə bilər… İraq, İran və Suriyanın qonşusu olan Türkiyə Geniş Yaxın Şərqdəki maraqlarımız üçün son dərəcə vacibdir”.

Türkiyədə 1 noyabr seçkilərindən sonra “Türkiyə və Yaxın Şərq baxımından təhlükəli bir dövr yaşayırıq. Bəlkə də, Yaxın Şərqdə 1967 və 1973-cü il müharibələrindən sonra ən dərin böhrandan keçirik. İndiki böhran həmin dövrdəkindən daha dərin ola bilər, çünki təkcə İsrailin qonşularını deyil, daha geniş bölgəni əhatə edir. Bu müharibə bəzi mənalarda siyasi islamın gələcəyini müəyyən edəcək. Sünni islamının özünün daxilində müharibə gedir. Şiə islamını təmsil edən İran və sünni Səudiyyə Ərəbistanı açıq şəkildə bir-biri ilə rəqabət aparır” deyib? Bəli, deyib.



Hələb məsələsi təkcə Hələb deyil



Bu suallar siyahısını uzatmaq olar, lakin dekabrın 19-da axşam Rusiya səfirinin qətlinə dövr etmiş Hələb mövzusuna keçək.

Ən qədim türkman şəhərləri Mosul və Kərkük qarət olunanda Türkiyə özünün tarixi qırmızı xətlərindən imtina edərək “Biz etnik qrupların hamısına eyni gözlə baxırıq” deməsəydi…

Ədalət və İnkişaf partiyasının Amerika hərbçilərinin 2004-cü ildə Fəllucədə təşkil etdiyi qırğını “soyqırımı” adlandırmış deputatı Mehmet Elkatmışı ABŞ-ın mənfi reaksiyasından sonra susmağa məcbur edib istefaya göndərməsəydik və bu qırğın əmrini vermiş komandiri öz komandasına götürən yeni prezident Trampın gəlişini səbirsizliklə gözləməsəydik…

Mosul və Kərkük türkmanlarını Bərzaniyə tabe etməyə səy etməyib onların hökumətdə iştirakı üzərində işləsəydik…

Türkiyədə sığınacaq tapmağa cəhd edən türkmanlar arasında ayrı-seçkilik qoymasaydıq…

15 iyuldan sonra deyildiyi kimi, “gülənçilərin vurduğu” Rusiya təyyarəsindən katapultasiya zamanı pilotu öldürmüş “türkman komandir”ə “qəhrəman” kimi baxmasaydıq…

İsraillə birlikdə Türkiyənin bölünməsini nəzərdə tutan “Böyük Kürdüstan” yaradılması üzrə planlar quran Səudiyyə Ərəbistanının başçılığı ilə “islam ordusu” olmasaydı; İran birnömrəli düşmən kimi müəyyən edilməsəydi və Türkiyə bu orduya qoşulmasaydı…

Bilsəydik ki, ərəb baharının başlanğıcı və Suriya ilə münasibətlərimizdə ABŞ-ın Hələbin şimalına qədər irəliləməkdə Türkiyəyə “kökə” uzatmasaydı…

Şübhələnməsəydik ki, Pentaqonun adından işləyən Rand beyin mərkəzi Suriyanın üç-dörd hissəyə parçalanması planı hazırlayır və bu plana əsasən Suriyanın şimalının, yəni “kürd dəhlizi”nin zamini ABŞ və Hələb və çevrəsindəki “sünni rayonları”nın zamini Türkiyə və Səudiyyə Ərəbistanı olacaq…

Eşitməsəydik ki, Neçirvan Bərzaninin Türkiyə səfərində “Kürdüstan bölgə hökuməti”nin Ankarada təmsilçiliyinin açılışı müzakirə edilib, yəni tərəfimizdən “Kürdüstanın müstəqlliyi”nin tanınmasının xeyrinə siqnal verilib. Halbuki İran parlamentinin spikeri Əli Laricani “müstəqil Kürdüstan”a veto qoyaraq qeyd edib: “Fikrimizcə, İraqın ərazi bütövlüyünü saxlamaq lazımdır. Bu cür oyunların aləti olan ölkələr isə başa düşməlidir ki, bu işlər onlara başağrısı verəcək”…

Anadolu Ajansı dövlət informasiya agentliyi bir neçə gün əvvəl “Əsəd ordusu və Suriyada İranın komandanlığı altındakı şiə döyüşçülərin mühasirəyə aldığı Şərqi Hələbdə atəşkəsin təmin olunması haqda yenidən razılıq əldə olunub” xəbərini verərək qeyd etməsəydi: “Türkiyə müxalifətin, Rusiya isə rejimin adından zamindir”…

Və Səudiyyə Ərəbistanının Rusiya səfirinin öldürülməsindən cəmi bir neçə saat öncə Ər-Riyadda ABŞ dövlət katibi Con Kerri ilə görüşən xarici işlər naziri Adil əl-Cubeyr dünyanı İranın Bəhreyn, Yəmən, Səudiyyə Ərəbistanı, Suriya və İraqdakı təhlükəli yürüşlərinə qarşı ciddi tədbirlər görməyə çağırmasaydı…

Heç bir şübhə yeri yoxdur ki, Hələb məsələsi, həqiqətən də, ancaq Hələbə və humanitar problemə aiddir. Təəssüf ki, Hələb “qiyamət günü sseanrisi”nin, yəni İranla Türkiyəni “taran” etmək istədikləri sünni-şiə müharibəsinin episentrlərindən biri kimi nəzərdən keçirilir.

Rusiya və İrana qarşı nümayişlər, şüarlar kimin işidir?

Mən Rusiya ilə münasibətlərimizin qaydaya düşməsi, bunun üçün səylər göstərildiyi və ABŞ-a qarşı tarazlıq yaratdığımız haqda baxış nöqtəsini dəstəkləmirəm. Bu, yalnız bu cür görünür… Bəzi ticarət münasibətlərindən başqa əsas mövzular üzrə aramızdakı böyük uçurumlar qalmaqdadır…

Digər yandan, Rusiya və İranın ittifaqı, tərəfdaşlığı, əməkdaşlığı mübahisəsiz faktdır. Türkiyə Hələb zəminində İranla yaxalaşan kimi (ya da buna təhrik etsələr), Rusiyanın hansı mövqeyi tutacağı məlumdur.

Bu şəraitdə sual meydana çıxır: son həftə ərzində İstanbul və Ankarada Rusiya və İran təmsilçilikləri qarşısında Hələblə bağlı keçirilən etirazlar haradan peyda olub? Halbuki deyilir ki, Rusiya ilə birlikdə Hələbdə barışığa “zaminik” və nizamlama üzrə birgə səylər göstəririk? Yaxud hakimiyyətə yaxın bəzi qəzetlərdə Rusiya və İranı açıq şəkildə hədəfə götürən başlıqlar?

Niyə bunu dayandırmırlar?

Rusiya səfirinə sui-qəsd etmiş qatil isə bu aksiyalarda iştirak edib və yaxud bu başlıqlardan təsirlənə bilərdi?

Bu arada Türkiyədəki bu nümayişlər və başlıqlara qədər Hələbdəki hadisələr üzündən hansı ölkələrin Əsəd, Rusiya və İrana qarşı hədəfləndiyini yada salaq.

Dekabrın 7-də ABŞ, Kanada, Fransa, Almaniya, İtaliya və Böyük Britaniya liderləri Hələbdəki durumla bağlı dərc edilmiş birgə bəyanatda bu üçlüyü mühakimə edərək vurğulayıb ki, “gözümüzün qabağında humanitar fəlakət baş verir”.

Sui-qəsdə və qatilə qayıtsaq… Bu polisi “FETÖ terror təşkilatının üzvü” sayırlar: iddia olunur ki, əmri Fətulla Gülən verib. Lakin FETÖ-nün “ABŞ-MKİ”yə bərabər olduğuna görə fikir yürüdülsə və bununla bağlı həmin sui-qəsdin əsil ünvanı göstərilirsə, ABŞ-la birgə getməyi və onu öz “dostumuz” adlandırmağı davam etdiririk?

Xəbər verilir ki, qatil Hələbə görə hücum həyata keçirib və “ən-Nusra”nın şüarlarını qışqırıb. Düzdür, lakin məgər Türkiyə hökumətinin “ən-Nusra”ya baxışı hamıya məlum deyil? Çox uzaq vaxtda deyil, iki ay qabaq məgər Ərdoğanın özü oktyabrın 19-da kənd ağsaqqalları ilə görüşdə sıradakını deməyib? “Dünən axşam Putinlə söhbətim olub, biz Hələbi müzakirə etmişik. O dedi ki, saat 22-dən başlayaraq hava bombardmanı dayandırılır. O, istəyini bildirdi ki, “ən-Nusra” şəhəri tərk etsin. Biz həmkarlarımıza zəruri göstərişlər verdik və bu yöndə işə başladıq. Həmçinin razılığa gəldik ki, “ən-Nusra” şəhərdən çıxarılsın və şəhər sakinlərinin əmin-amanlığı təmin edilsin və bunun üçün birgə işləməyimiz lazımdır”.

Mən bizi addım-addım bataqlığa necə çəkdikləri haqda danışmağa cəhd etdim. Təəssüf ki, 15 iyul dövlət çevrilişi cəhdi bizi ağıllandırmayıb, lakin Alllah eləsin, bu son ciddi hadisə “Türkiyə Cümhuriyyətinin çoxdan itirilmiş dövlət zəkası”nı bizə qaytarsın və ölkəmizi batmaqdan xilas etsin.



Tərcümə Strateq.az-ındır.

Teqlər:
yüklənir...

XƏBƏR LENTİ

24.05.2017

Rus ekspert İrəvanı Bakıya qarşı böyük savaşa çağırdı - Şok

24.05.2017

Əli Abbasova yeni vəzifə verildi

24.05.2017

“Britaniya hakimiyyəti terror aktına heç təəccüblənmədi” - Qərb mətbuatı

24.05.2017

Stalinin nəvəsi 75 yaşında öldü

24.05.2017

İstanbulda genişmiqyaslı əməliyyat

24.05.2017

22 nəfərin ölümünə səbəb olan terrorçu Mançesterdə bir neçə ünvanda yaşayıb

24.05.2017

Qərb anlamır ki, düşməni Rusiya deyil - Zaxarova

24.05.2017

Əli Həsənovun siyasi portireti

24.05.2017

“Beynəlxalq Bank 2018-ci ildən tez özəlləşdirilməyəcək” - Samir Şərifov

24.05.2017

Vüqar Səfərlidən jurnalistlərə veriləcək mənzillərlə bağlı - "Qardaşıma da güzəşt etməyəcəm"

23.05.2017

İs­la­mia­da Azər­bay­ca­nın iq­ti­sa­di, id­man və si­ya­si ta­ri­xin­də han­sı iz­lə­ri sal­dı...

23.05.2017

ABŞ prezidenti: “İran nüvə silahına malik olmayacaq”

23.05.2017

Azərbaycanlı gənc qubernator müavini oldu

23.05.2017

"Ceyms Bond" vəfat etdi

23.05.2017

Tarif Şurasından yeni qərar

23.05.2017

Avropada yeni münaqişə ocağı: Kataloniya İspaniyadan ayrılmaq istəyir

23.05.2017

Türkiyədə suriyalılardan ibarət 10 minlik ordu qurulur

23.05.2017

Manat nə vaxt ucuzlaşa bilər?

23.05.2017

Trampın Qüds səfəri və Yaxın Şərqdə yeni planlar

23.05.2017

“Ermənistan Azərbaycan torpaqlarını işğal edib” - ABŞ-ın keçmiş səfiri (MÜSAHİBƏ)

23.05.2017

281 milyon manat hara xərclənib? - Rəsmi məlumat

23.05.2017

"Bir daha gördük ki, xalqımız, cəmiyyətimiz birdir" - İlham Əliyev

23.05.2017

"Qarabağ münaqişəsi siyasi yolla həll olunmalıdır" - Mogerini

23.05.2017

Azərbaycan prezidenti Britaniya baş nazirinə başsağlığı verib

23.05.2017

ABŞ prezidenti Fələstindədir

23.05.2017

Türkiyə millisinin futbolçusu saxlanıldı

22.05.2017

Türkiyə ABŞ-a nota verib

22.05.2017

Nazir prezidentin çıxışı zamanı yatdı - VİDEO

22.05.2017

Almaniyadakı azərbaycanlılar Putinə müraciət etdi

22.05.2017

İrəvanın xəstə təfəkkürü: "Güc tətbiqi mehribançılığı"

22.05.2017

Ermənilər 28 mayda Bakıya qarşı təxribat hazırlayır

22.05.2017

Ərdoğan: “Fövqəladə vəziyyət rejimini ləğv etməyəcəyik”

Bütün Xəbərlər

FaceBook