Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Rusiya eksperti:"Karlovu Rusiya və Türkiyəni vuruşdurmaq üçün öldürüblər” – Təhlil

Rusiya eksperti:
yüklənir...

Pyotr Akopov

Vz.ru, 20.12.2016


“Biz qatili kimin yönəltdiyini bilməliyik”: Putinin bu sözləri Rusiyada hamının ümumi fikrin i ifadə edir. Rusiya səfirinin Türkiyədə öldürülməsi fövqəladə hadisədir, Rusiya diplomatiyasnın tarixində bu cür halları barmaqla saymaq olar. Lakin həm qətlin səbəbi, həm də qatillərin məqsədi artıq aydındır.

Rusiya prezidenti Ankarada səfirimizin öldürülməsini bu cür xarakterizə edib: “Həyata keçirilmiş cinayət Türkiyə-Rusiya münasibətlərinin normallaşması və Suriyada sülh prosesinin pozulmasına yönəlmiş fitnəkarlıqdır”.

Vladimir Putin deyib ki, qətlə terrorizmləö mübarizənin gücləndirilməsi ilə cavab vermək lazımdır və vəd edib ki, “banditlər bunu öz üzərlərində hiss edəcəklər”.

Prezident həmçinin məlumat verib ki, müstəntiqlər qrupumuz Türkiyəyə yollanacaq və təhqiqatda iştirak edəcək – “biz qatilin əlini kimin yönəltdiyini bilməliyik”.

Bununla belə, Karlovu kimin deyil, məhz nəyin öldürdüyünü artıq indidən demək mümkündür. Rusiyanın Türkiyə səfirini “nifrət atmosferi” öldürüb – Putinin Rusiya daxilindəki əleyhdarları bir neçə il qabaq bu cür ifadəni çox sevirdilər. Onlar prezidenti ittiham edirdilər ki, guya ölkədə “müxalifləri” öldürən atmosfer yaradır. Lakin Putin ancaq ölkəyə və adamlara kömək edib ki, öz qüvvələrinə inam, özünə hörmət qazansınlar, güclü olsunlar. Bu isə avtomatik şəkildə buna səbəb olurdu ki, russayağı hər şeyin “məhvediciləri” havasız fəzaya düşür, xalqın onlara bəslədiyi nifrətdən boğulmağa başlayırdılar.

Karlovun qətlində də Putin “günahkardır” – çünki Rusiyanın həm bütünlükdə dünyada, həm də Yaxın Şərqdə mövqelərinin güclənməsi üçün bütün səyləri göstərir. Rusiya isə nə qədər güclüdürsə, “dünya düzəni”nin ağalarına bir o qədər mane olur.

Krımın ardınca Suriya əməliyyatı Rusiyanın keçərək dünyada qarşılıqlı mübarizə aparan bütün əsas qüvvələrin diqqət mərkəzində göründüyü Rubikon olub. Və ölkəmizdən “şər imperiyası”, Putindən isə “yeni Hitler” yapmağa başlayıblar. Qərb KİV-ləri Rusiyanı sülhə baş təhlükə və təcavüzkar kimi təsvir edir, eyni zamanda həm Avropanı, həm də Asiyanı bizimlə qorxudur. Xüsusən də islam dünyasını – budur, sanki Rusiya Suriyada müəslmanları qırır, günahsız qadın və uşaqları bombalayır, biabırçılıq, dəhşətdir.

Qərbin qaladığı cəhənnəm alovunu indi Rusiyanın heç olmasa azaltmağa cəhd etdiyi rusofoblardan heç birini həyəcanlandırmır. Qərb artıq əsrlər boyu İslamdaxili zidiyyətlərlə oynayaraq eyni zamanda həm şübhəni özündən kənarlaşdırmağa, həm də Rusiyanın islam dünyasında mövqeyinin güclənməsinə mane olmağa çalışır. Rusiyaya “nifrət atmosferi” geopolitik mübarizənin önəmli alətidir. Və gördüyümüz kimi, bu atmosfer, doğrudan da, öldürür və dekabrın 19-da Karlov onun qurbanı olub. Çox ehtimal ki, 22 yaşlı polis Mövlud Mert Altıntaş səfirimizi öldürməklə “müsəlman qardaşlar”a aid deyil, gülənçi və ipi Türkiyə sərhədlərindən kənara, yalana və yaxud kəşfiyyata uzanan böyük, gizli sui-qəsdin tərkib hissəsi idi. Düzdür, bunu hələ sübut etmək lazımdır. Lakin sanballı sübutlar dərhal tapılmasa da, “kimə sərfəlidir” prinsipini heç kim ləğv etməyib.

Həm də Altıntaşın motivləri içində tam dəqiq olanı, onun qışqırdığı kimi, Hələbdə “günahsız adamları öldürən” Rusiyadan qisas almaq arzusu idi. Yəni Altıntaş Rusiyada cəhənnəm bədheybəti, müsəlmanların düşmənini görüb – o, ölkəmizə nisbətdə yaradılmış “nifrət atmosferi”nin özündə yaşayıb. Və “cinayətkarları cəzalandırmaq” üçün səfir Andrey Karlovu qətlə yetirməyi kəsdirib.

Bu qətldə Türkiyə hökuməti, prezident Ərdoğan günahkardırmı? Bir il ərzində “arxadan ikinci zərbə” – iki ölkənin münasibətləri üçün həddindən çox deyilmi? Əgər Putin “Su-24” və öldürülmüş Oleq Peşkova görə üzr üstəməyi səkkiz ay gözlədisə, onda əvvəllər praktik olaraq müharibə elan edilməsinə bərabər tutulan səfirin qətli haqda nə demək olar?

Yox, səfirimizi Ərdoğan öldürməyib, Rusiyanı biabır etməyə tonu isə Türkiyə KİV-lərindən də çox Qərb və onlara züy tutan müsəlman KİV-ləri verir. Əksinə, Türkiyə həqiqətən də son aylarda Rusiya ilə birgə Suriya probleminin həllini tapmağa çalışır və Hələbdən sonra buna yol asanlaşıb. Karlovu Türkiyə ilə Rusiyanı vuruşdurmaq, Suriya nizamlamasını pozmaq üçün iki ölkəni bir-birinin üstünmə salmaqdan ötrü ölüdürüblər. Səfiri nişan alıblar ki, Putinlə Ərdoğanın münasibətini öldürsünlər.

Lakin təkrar edirəm, Altıntaşın hərəkətinin arxasında həm kürəsəl sui-qəsd, həm də “sadəcə” Rusiyadan qisas almaq istəyən islamçı qruplardan birinin lokal fəaliyyəti dura bilərdi. Lakin indi həm qətlin arxasında kimin durduğu, həm də bunun nəticələrindən necə istifadə ediləcəyi mühümdür.

Teraktın arxasında kimin durduğunun aydınlaşdırılması uzun çəkəcək, amma, bax, onu nəticələrinə artıq indi reaksiya vermək lazımdır.

Rusiya nə edəcək?

Getdiyi kursla da getməyi davam etdirmək: xüsusən də məsələni Suriya müharibəsinin bitməsinə aparmağı. Rusiya, Türkiyə və İranın birinci raundu ərəfəsində Kalovun öldürüldüyü üçtərəfli danışıqları Suriya nizamlanması səmtində ciddi addım olacaq. Tehran və Moskva Suriyada müttəfiqdir. “Xilafət” və kürd probleminin həllində Türkiyə ilə sazişə gəlmək mümkün olsa, onda “barışığa məcbur etmək” cəmi bir neçə ay çəkər.

Karlovun qətlində gülənçilərin və onlar vasitəsilə Qərb xüsusi xidmətlərinin əlinin olmasının tamamilə mümkünlüyü Rusiya geopolitik strategiyasında heç nəyi dəyişdirmir.

“Bizə müharibə elan ediblər!” – bəli, amma, bax, Karlovun qətlə yetirilməsi ilə deyil, xeyli əvvəldən. Və bu müharibəni bizə ABŞ deyil, xeyli dərəcədə güclü qüvvə elan edib. Və “qəribə” təsadüf üzündən bu qüvvə üçün indi əsas problemi Rusiya deyil, məhz Donalad Tramp təmsil edir. Sabah Trampı öldürsələr, yenə də ABŞ-ı ittiham edəcəyik? Yeri gəlmişkən, həm Ərdoğanı, həm Putini, həm də Trampı bu birləşdirir ki, onlar millətüstü kürəsəl elitanı qətiyyən qane etmirlər.

Teqlər:
yüklənir...

XƏBƏR LENTİ

24.05.2017

Rus ekspert İrəvanı Bakıya qarşı böyük savaşa çağırdı - Şok

24.05.2017

Əli Abbasova yeni vəzifə verildi

24.05.2017

“Britaniya hakimiyyəti terror aktına heç təəccüblənmədi” - Qərb mətbuatı

24.05.2017

Stalinin nəvəsi 75 yaşında öldü

24.05.2017

İstanbulda genişmiqyaslı əməliyyat

24.05.2017

22 nəfərin ölümünə səbəb olan terrorçu Mançesterdə bir neçə ünvanda yaşayıb

24.05.2017

Qərb anlamır ki, düşməni Rusiya deyil - Zaxarova

24.05.2017

Əli Həsənovun siyasi portireti

24.05.2017

“Beynəlxalq Bank 2018-ci ildən tez özəlləşdirilməyəcək” - Samir Şərifov

24.05.2017

Vüqar Səfərlidən jurnalistlərə veriləcək mənzillərlə bağlı - "Qardaşıma da güzəşt etməyəcəm"

23.05.2017

İs­la­mia­da Azər­bay­ca­nın iq­ti­sa­di, id­man və si­ya­si ta­ri­xin­də han­sı iz­lə­ri sal­dı...

23.05.2017

ABŞ prezidenti: “İran nüvə silahına malik olmayacaq”

23.05.2017

Azərbaycanlı gənc qubernator müavini oldu

23.05.2017

"Ceyms Bond" vəfat etdi

23.05.2017

Tarif Şurasından yeni qərar

23.05.2017

Avropada yeni münaqişə ocağı: Kataloniya İspaniyadan ayrılmaq istəyir

23.05.2017

Türkiyədə suriyalılardan ibarət 10 minlik ordu qurulur

23.05.2017

Manat nə vaxt ucuzlaşa bilər?

23.05.2017

Trampın Qüds səfəri və Yaxın Şərqdə yeni planlar

23.05.2017

“Ermənistan Azərbaycan torpaqlarını işğal edib” - ABŞ-ın keçmiş səfiri (MÜSAHİBƏ)

23.05.2017

281 milyon manat hara xərclənib? - Rəsmi məlumat

23.05.2017

"Bir daha gördük ki, xalqımız, cəmiyyətimiz birdir" - İlham Əliyev

23.05.2017

"Qarabağ münaqişəsi siyasi yolla həll olunmalıdır" - Mogerini

23.05.2017

Azərbaycan prezidenti Britaniya baş nazirinə başsağlığı verib

23.05.2017

ABŞ prezidenti Fələstindədir

23.05.2017

Türkiyə millisinin futbolçusu saxlanıldı

22.05.2017

Türkiyə ABŞ-a nota verib

22.05.2017

Nazir prezidentin çıxışı zamanı yatdı - VİDEO

22.05.2017

Almaniyadakı azərbaycanlılar Putinə müraciət etdi

22.05.2017

İrəvanın xəstə təfəkkürü: "Güc tətbiqi mehribançılığı"

22.05.2017

Ermənilər 28 mayda Bakıya qarşı təxribat hazırlayır

22.05.2017

Ərdoğan: “Fövqəladə vəziyyət rejimini ləğv etməyəcəyik”

Bütün Xəbərlər

FaceBook