Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Xruşovun nəvəsi olan amerikalı ekspert:“Amerika xalqı cinayətkar Trampın prezidentliyni qəbul edəcəkmi?” – Təhlil

Xruşovun nəvəsi olan amerikalı ekspert:“Amerika xalqı cinayətkar Trampın prezidentliyni qəbul edəcəkmi?” – Təhlil
yüklənir...

Nina Xruşova

Project Syndicate (ABŞ), 18.12.2016


ABŞ-ın seçilmiş prezidenti Donald Tramp, görünür, unudulmuş Hollivud janrını – paranoidal melodramı dirçəltməyi qərara alıb. Ola bilsin, bu janrda ən böyük film sağların aparıcı ailəsinin oğlunu Amerika siyasi sisteminin devrilməsi üçün beyinlərin yuyulduğu kommunist sui-qəsdini ifadə edən “Mançjuriyalı namizəd” filmidir.Trampın və təyin etdiklərinin əksəriyyətinin Rusiya prezidenti Vladimir Putinə bəslədiyi şövqü nəzərə alınmaqla həyat incəsənəti üstələməsə də, onun imitasiyası ola bilər.

Şübhəsiz, Tramp, dövlət katibi təyin edilmiş Reks Tillerson və milli təhükəsizlik üzrə müşavir, general Mayk Flinnin bölüşdüyü Putinə meyl beyinlərin yuyulmasının nəticəsi deyil – pula (və onu sizə göndərən adamlara) sevginin beynin yuyulma forması saydığınız hal istisna olmaqla. Bununla belə, Soyuq müharibə paranoyasını qaytaran sözü dirçəltməkdən ötrü bu cür Kremlsevərlik qəti şəkildə qeyri-amerika hadisəsidir.

Kremlin yönəltdiyi hakerlərin keçən ay baş tutmuiş seçkilərə Trampın xeyrinə müdaxilə etdiyi haqda MKİ hesabatlarına Tramp və əlaltılarının rişxəndini nəzərdən keçirək.Tramp ona xas üslubda bu və ya digər formada Hillari Klintonun təsiri altında olan MKİ-nin ayağının altını qazan tvit qasırğası ilə çıxış edib. Onun dövlət katibinin müavini postuna namizədi Con Bolton daha uzağa gedərək təklif edib ki, Demokratik Partiyanın Milli Komitəsi və Klinton kampaniyasının sədri Con Podestə haker hücumu “yalançı bayraq altında” günahsız Kremlə böhtan atmağa yönəlik əməliyyat idi.

ABŞ-ın seçilmiş prezidentinin MKİ məmurlarına və hətta öz partiyasının ən yüksəkçinli üzvlərinə deyil, Kremlin sözünə daha çox inanması ideyasının özü artıq təəccüblü və təhlükəlidir. Lakin eyni zamanda Tillersonun – Amerikanın ən qüdrətli energetika şirkəti, Rusiyaya milyardlarla pul yatırmış ExxonMobilin çoxillik baş direktorunun Amerikanın baş diplomatı olmağa irəli sürülməsi böyük düşmənlə bu romanı Amerika tarixinin misilsiz səviyyəsinədək qaldırır. Tillerson üçün ABŞ-ın deyil, Rusiyanın tərəfində durmaq yeni şey deyil. ABŞ və Avropanın 2014-cü ildə Krımn ilhaqına – aşkar qanunazidd hərəkətinə cavab kimi Rusiyanın üzərinə qoyduğu sanksiyaları gözdən keçirək. Tillerson ABŞ siyasətini dəstəkləmək əvəzinə qara yaxıb. Tillerson prezident Barak Obamanın ilhaqdan sonra illik Sankt-Peterburq beynəlxalq iqtisadi forumuna təmsilçi göndərməmək çağırışını tam şəkildə yerinə yetirmək əvəzinə ExxonMobil şirkətinin beynəlxalq şöbələrindən birinin başçısını həyasız şəkildə tədbirə göndərib. Və Krıma müdaxilədən qabaq Putindən aldığı “Dostluq ordeni”ni geri qaytarmaq əvəzinə öz statusunu “Putinin dostu” kmi qeyd etməyi davam etdirir.

Flinn də Tillerson kimi Kremlin axurunda kef edir. Obama Hərbi Kəşfiyyat Agentliyinə səriştəsiz rəhbərliyə görə onu istefaya göndərdikdən sonra Flinn dərhal Rusiya ilə işgüzar münasibətləri inkişaf etdirməyə başladı. Və görünür, Putin xoşbəxtdən də xoşbəxt idi ki, Flinn üçün kommersiya qapılarının açıldığını görürdü. Kremlin dəstəklədiyi, bu yaxınlarda seçki kampaniyasında ABŞ-ı basan təhrif edilmiş və hətta saxta yeniliklərin əsas qaynağı olan xəbərlər kabel şəbəkəsi RT üçün banketdə Putinlə yanaşı əyləşmiş Flinnin bədnam fotosu var.

Trampa gəlincə, onun oğullarının verdiyi bəyanatlar güman etməyə imkan verir ki, Amerika ictimaiyyəti nə zamansa onun vergi bəyannamələrinə və biznes kreditlərinə baxmaq imkanı əldə etsəydi, aşkarlayardı ki, o da bir müddət Kremlin qızılından faydalanıb. Şübhəsiz, o, xeyli Rusiya oliqarxından pul alıb. 2008-ci ildə Palm-Biçdəki evlərindən birini kübrə oliqarxı Dmitri Rıbolovlyevə $95 milyona satıb. İddia olunduğu kimi, Rusiya-Amerika Ticarət Palatasına rəhbərlik edən Sergey Millian ruslar tərəfdən Trampın layihələrinə külli miqdarda yatıtrıma şərait yaradıb. Tramp üçün pulun iyi yoxdur.

Trampın Rusiyaya pərəstişi – yaxud daha dəqiqi, Rusiya sərvətlərinə – həmin qənaətdə olan müşavirləri başına yığmaq şakəri amerikalılar seçkilərə gedənə qədər də yəqin idi. Trampın prezident kampaniyasını bir neçə ay siyasi agent, gözdən düşmüş prezident Viktor Yanukoviçin 2010-cu ildə Ukraynada prerzident seçkilərində qələbəsi üzərində işləmiş Pol Manafort yönəldib. Ukraynanın indiki demokratik hökuməti Yanukoviçin Manaforta nəğd şəkildə ödədiyi milyonlarla dollara işarə vuran sənədləri aşkarladıqdan sonra Tramp Manafortla ictimai əlaqələri kəsib.

Trampın andiçmə mərasimi yaxınlaşdıqca amerkalılar üç mühüm sualla üzləşməli olacaqlar. Bunlardan biri müəyyən mənada Trampın seçki kampaniyası zamanı Klintona münasibətdı qaldırdığı suala cavabdır: FTB prezidentin cinayətkar fəaliyyətinə dair sübutlar tapsa, nə olacaq? Və yaxud ola bilsin, çox ehtimal ki, Trampın halında prezident FTB-nin Rusiyanın iştirakı ilə onun kommersiya fəaliyyəti haqda araşdırmasını və yaxud Manafort kimi dostlarının fəaliyyətinin təhqiqatını bağlamağa cəhd etsə, nə olacaq?

Tillersonu dövlət katibi kimi təsdiq etməzdən qabaq ABŞ Senatının verməli olduğu ikinci sual onun və ExxonMobilin Rusiyadakı maliyyə maraqlarının miqyaslarında ehtiva olunub. Senat həmçinin aydınlaşdırmalıdır ki, Tillerson “Роснефть»-in sədri və bədnam, keçmiş KQB agenti İqor Seçinlə nə dərəcədə sıx əməkdaşlıq edir? Xüsusən də Rusiya neft sənayesinin böyük hissəsinin yenidən milliləşdirilməsi və Seçinin şəxsi nəzarətinə keçirilməsində. (Milli təhlükəsizlik üzrə müşavirin Senat tərəfindən təsdiq edilməli olmadığına və onun təyinatına az təsir edəcəyinə baxmayaraq bu cür sualları Flinn haqda da vermək lazımdır.)

Ən önəmli sual Amerika xalqına aiddir. Doğrudanmı, onlar ABŞ-ı müdafiə etməkdən ötrü həyatını təhlükəyə atan kişi və qadınları ittiham edən, Putini və onun dostlarını eyni dərəcədə çox tərifləyən, ağılsız, hətta cinayətkar davranışı ictimaiyyətin gözü qabağına qoyulmuş prezidenti qəbul etməyə hazırdırlar?

“Mançjuriyalı namizədi” filminin sonunda Frenk Sinatranın oynadığı, beyni yuyulmuş başqa bir personaj Marko prqoramlaşmadan yayınır ki, kommunist sui-qəsdi pozulsun. Amma bu, Hollivudun Soyuq müharibəsiydi: əlbəttə, yaxşı oğlanlar qalib gəlirlər. Güman etmirəm ki, Trampın filmi bu cür yaxşı qurtarsın.
strateq

Teqlər:
yüklənir...

XƏBƏR LENTİ

17.08.2017

Kəmaləddin Heydərov vitse-prezident oldu

17.08.2017

Ürək dərhal dayana bilər – Diqqətli olun!

16.08.2017

Aprel şəhidinin doğum günüdür — Xanımı onu belə təbrik etdi - MƏKTUB

16.08.2017

"Qarabağ"a qələbə qazandıran Mahir Mədətov tanınmış prodüserin övladıdır

16.08.2017

Prezident hərbçiləri təltif etdi – Adlar

16.08.2017

Kanadada yaşayan Həsən Səftərovdan bütün nəsli imtina etdi

15.08.2017

İran prezidenti: “ABŞ sanksiyaları tətbiq etsə, İran nüvə sazişindən çıxacaq”

15.08.2017

Prezident sərəncam imzaladı

14.08.2017

"İnfiniti" Fəxri Xiyabanın qarşısındakı dayanacağı zəbt etdi: Yol polisi görməzdən gəldi, dava düşdü

14.08.2017

“Bizə silah verin, Sarkisyanın dəstəsini məhv edək” – Yerevanda üsyan ÇAĞIRIŞLARI

14.08.2017

Ramil Quliyev dönər kəsib, kabab bişirdi- FOTOLAR

14.08.2017

Mirşahin Ağayev : "Lütfi Zadə ölməyib, özüm danışdım..."

14.08.2017

“Bu, Rusiyanın Azərbaycana hərbi intervensiyasına gətirib çıxara bilər...”

14.08.2017

UNESCO-nun ideyalarına sədaqət nümunəsi olan xoşməramlı səfir-Mehriban Əliyeva

13.08.2017

Helsinki Vətəndaş Assambleyası: Ermənistanda kişi çatışmazlığı var

11.08.2017

Ramil Quliyevdən açıqlama: “Mən Türkəm, Atatürkün övladıyam”

11.08.2017

İlham Əliyev Ramili təbrik etdi: "Səninlə fəxr edirik!"

11.08.2017

Azərbaycan Naxçıvana böyük hərbi qüvvə cəmləyir

11.08.2017

“Nəvəmi öz əlimlə polisə təhvil vermişəm”

09.08.2017

Üçüncü dünya müharibəsinin "ayaq səsləri" eşidilir — TƏHLÜKƏLİ GƏRGİNLİK

09.08.2017

Şimali Koreya böhranı: “Atəş və qəzəb”dən sonra nə baş verə bilər?

09.08.2017

Rusiya, ABŞ və İsrail arasında gizli danışıqlar ortaya çıxdı

08.08.2017

Uşaqları belə cəzalandırın: fransalı pedaqoqla a-dan z-yə HƏR ŞEY - MÜSAHİBƏ

08.08.2017

"Erməni vəhşiliyi dözülməzdir" - Fransız senator

08.08.2017

Türkiyədən Almaniya ilə bağlı - Qərar

08.08.2017

İraq kürdlərə qarşı birləşir - Kampaniya

08.08.2017

Ramil Usubov Şəkidə bölgə sakinlərini qəbul edəcək

08.08.2017

OBA marketlər şəbəkəsi status müəlliflərini mükafatlandırıb

08.08.2017

İlham Əliyev Berdiməhəmmədovla görüşdü - Foto

07.08.2017

Prezident 3 sərəncam, 4 fərman imzaladı

07.08.2017

Prezident deputatların etik davranışı ilə bağlı sərəncam imzaladı

07.08.2017

“Alacağım cəzadan belə qorxmuram” - Naili müdafiə edən deputat

Bütün Xəbərlər

FaceBook