Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Oxunub:11 642

Tarix: 16-12-2016, 19:15

Neft, dollar və böyük müharibə:niyə bütün yollar Hələbə aparır? – Təhlil

Neft, dollar və böyük müharibə:niyə bütün yollar Hələbə aparır? – Təhlil

Sərkis Saturyan

REGNUM İA, 15.12.2016


2016-cı ilin dekabrı kürəsəl hadisələr baxımından zəngindir. Əlbəttə, beynəlxalq sistem tarazlıqdan uzaqdır. Lakin aylın I yarısının hadisələri ümid doğurur. Hər şey haqda növbə ilə.

“Роснефть” dekabrın 10-da dövlət səhmlərinin 19,5%-nin “Glencore” İngiltərə-İsevçrə treyderi və Qətərin suveren fonduna (Qatar Investment Authority) satıldığını elan edib, iki gündən sonra isə Suriya hökumət ordusu ərəb respublikasının iqtisadi paytaxtı Hələbin azad eildiyi haqda raport verib. 13 dekabrda xəbər agentliklərinin diqqəti Şimal Amerikaya yönəldi. Seçilmiş ABŞ prezidenti Donald Tramp dövlət katibinin adını çəkdi. O, Exxon Mobilin direktorlar şurasının sədri Reks Tillerson elan edilib. Artıq dekabrın 14-də isə ABŞ FES (federal ehtiyatlar sistemi-tərc.) açıq bazarda əməliyyatlar üzrə Komitəsi açar tarifi 0,5-0,7%-ədək yüksəldib dolların möhkəmlənməsi və Amerikanın neft sahəsinə investisiya həcmini genişləndirmək üçün müqəddə şərtlər yaradıb. Təsadüfdürmü?

Hər necə olur-olsun, Moskva strateji hədəflərinə yetişir:

Nəzərə alınsa ki, Qatar Investment Authority “Glencore”nin ən böyük xarici səhmdarı, həmçinin Volkswagen qrupu, Barclays London bankı və başqa nüfuzlu korporasiyaların səhmlərinin sahibidir, onun “Роснефть”-dən pay alması Rusiya və Suriya üzrə Britaniya və qitə Avropası elitalarının sıralarında yaranan konsensusdan xəbər verir;

Moskva və Dohanın biznes əməkdaşlığı sonuncunu Qətərin İŞİD və “Müsəlman qardaşlar”a bağlı antihökumət qruplaşmalarını dəstəklədiyi Suriya hərbi əməliyyatlar teatrında daha üzüyola edə bilər;

Avropa Birliyi ölkələrinin Moskvaya münasibətdə sanksiya siyasəti yalana dönür. Amerikalılar “Роснефть” səhmlərinin qismən özəlləşdirilməsində əldən buraxılmış mənfəəti hesablamağa məcburdurlar. Donald Trampın seçkiqabağı qərargahının keçmiş müşaviri Karter Peyc “Amerikanın səsi”-nə bildirib: “Sanksiyalar tətbiqi yoluyla “Роснефть”i və şirkətin tam bir qrup rəhbərini cəzalandırmağa ədavətli cəhdlər basşlıca olaraq Qərb şirkətlərinə ziyan vurub və elan edilən məqsədlərə çatdırmayıb. Bu həftəki innovasiya sövdələşməsi bunu bir daha göstərir, belə ki əksər potensial strateji yatırımçılar çıxdaş olunub”;

Pekin yeni siyasi konsensusun tərkib hissəsi olur, Moskvanın yaratdığı “Роснефть” və Çinin milli neft-kimya şirkəti (ChemChina) Primorsk vilayətində polimer ötrük və boyalar istehsalı üçün şərikli müəssisə qurur;

Amerika xarici siyasət idarəsinin başındakı neftçi Moskva üçün Vaşinqtonla birbaşa təmaq qurmaq imkanıdır və sonralar hətta Ər-Riyad başda olmaqla OPEK-ə üzv ölklərin qabağını almağa şərait yaradacaq;

Qüvvələrin kürəsəl tarazlığı əvvəlki tək Şərqi Aralıq dənizi bölgəsindəki hərbi-siyasi vəziyyətlə müəyyən edilir – NATO bloku Hələbin yaraqlılardan azad edilməsilə burada faktiki olaraq taktiki məğlubiyyət uğrayıb.

Hələb, yoxsa Süveyş kanalı?


Göstərilən perspektivlərə baxmayaraq Atlantikanın hər iki sahilindəki xəbər agnetlikləri Dəməşqin uğurlarını gözardı etməyə, dünya ictimaiyyətininn diqqətini Hələbin şərqi uğrunda final döyüşündən əvvəl Palmiranın İŞİD terrorçuları tərəfindən ələ keçirilməsinə yönəltməyə cəhd edir. Suriya prezidenti Bəşər Əsəd RT kanalı və başqa antihökumət qruplaşmalarını – ABŞ, Fransa və Böyük Britaniyanı İŞİD-in kuratoru adlandırmaqla dərhal reaksiya verib. Suriya lideri xülasə edir: “Onlar Dəməşqdə məğlubiyyətə uğrayandan sonra – ilk üç ildə isə leytmotiv “Dəməşqi hökumət qüvvələrindən azad etmək idi” – Xomsa keçdilər. Xomsdakı uğursuzluqdan sonra Hələbə keçd ilər. Hələb onlar üçün Suriya döyüş meydanında oynaya biləcəkləri son böyük kart oldu”. Osmanlı imperiyası dönəmindən bəri statusuna görə İstanbul və Qahirədən sonra üçüncü fəxri yeri tutan azad edilmiş şəhərin önəmi barədə tarixin özü xəbər verir. Bu üç şəhərin taleyi həmişə kəsişir. Heç olmasa, 1958-ci ilin fevralından 1961-ci ilin sentyabrına qədər davam etmiş və bürokratik intriqaların təsiri ilə axırına çıxılmış Misir-Suriya birliyini yada salaq. Qahirə və Dəməşq belə də sıralarını sıxlaşdıra bilmədi, çünki onları hakimiyyət və iqtisadi maraqlar ayırırdı. Daha dəqiqi, Süveyş kanalı ilə Hələb, dəniz “İpək yolu” ilə quru “İpək yolu”arasındakı rəqabət. Mübarizə Fransa memarı Ferdinand de Lessepsin layihəsi ilə Qırmızı dənizi Aralıq dənizi ilə birləşdirən kanalın inşa olunduğu 1869-cu ildən kəskinləşib. Hələb bir müddətdən sonra tənəzzülə uğrayıb. Özü də bu, təkcə maliyyə məğlubiyyəti deyildi.

Məsələ burasındadır ki, Hələb Avropa ilə Asiya arasında quru ticarətində açar bənd, əsrlər boyu Hindistan və Çindən karvanların İran İsfahanı və ərəb Bağdadına yetmək üçün gəldiyi şərqi Aralıq dənizi bölgəsinə yol açan “darvaza”olub – transmilli şirkətlər meydana çıxmamşıdan xeyli əvvəllər tacirlər Sakit və Hind okeanı sahillərində müqavilələr bağlayıblar. Buna görə də türklərin 1516-cı ildə Hələbi ələ keçirməsi Osmanlı dövlətini sonradan öz şərtlərini Avropa kapitalizminin paytaxtlarına – Venetsiya, Genuya, Florensiya və Romaya diktə edən dünya dövlətinə çevirib. Beş yüz il lazım gəldi ki, İstanbul öz məğlubiyyətini etiraf etsin: prezident Əsəd Hələbi döyüşlə geri almaqla 2010-cu ildən Suriyadakı silahlı müxalifəti fəal şəkildə dəstəkləyən Rəcəb Ərdoğanın kartlarını qarışdırıb. Milli dövlət imperiyaya üstün gəlib. Həm də Dəməşqə yardım rəqabətə girmiş Avropa metopoliyasndan deyil, Rusiyadan gəlib.


Fransa hədəfi vura bilmədi!


Gözləmək lazım gəldiyi kimi, Hələbin Dəməşqdən dövlət müstəqilliyini (État d'Alep) elan etdiyi I dünya savaşı dönəminə qayıtmaq ümidilə Suriyanı xanədan knyazlıqlarına bölmək planı bəsləyən Fransa hamıdan çox dilxor olub. Söhbət Fransanın Yaxın Şərqdəki ali təmsilçisi general Quronun planından gedir. Bu plan çərçivəsində onun 1920-ci ilin sentyabrında yaratdığı Hələb dövləti Suriyanın digər şəhər-dövlətləri ilə rəqabət üçün nəzərdə tutulmuşdu. Paris bu qayda ilə 1916-1918-ci illərdə antiosmanlı üsyanının gedişatında qüvvə toplamış, İstanbul və Berlin alyansının pik vaxtında (“Bağdad dəmiryolu” layihəsi) Britaniya müstəmləkə administrasiyasının dəstəklədiyi ərəb millətçiliyini zəiflətmək niyyətində idi. London ordusu 1918-cin ilin oktyabrında Dəməşqi lə keçirmiş Əmir Feysəlin başçılıq etdiyi Haşimilər sülaləsinə istinad edirdi. İş o yerə çatdı ki, Feysəl 1920-ci ilin martında Fransa mandatına meydan oxuyaraq özünü Suriya kralı elan etdi. Müvəffəqiyyət çox çəkmədi: artı q iyulun 24-də Məysalun yaxınlığındakı (Suriyanlın cənubi-qərbində Dəməşqdən 12 km qərbə sarı) döyüşdə Quronun rəhbərliyi ilə Levanta ordusu ərəb qoşunlarını məğlub edib Dəməşqə girdi. Belə ki Parisin tarixi örnəyi var. Təsadüfi deyil ki, keçmiş prezident Valeri Jiskar D`Esten BMT-ni fransız generalını uyğun mandatla təmin edib Suriyaya göndərməyə çağırıb. Bu gün az adamın yadındadır ki, D`Esten 1916-cı ilin 16 mayında Fransa, Böyük Britaniya və Rusiya imperiyasının hökumətləri arasında imzalanmış məxfi sazişin (Sayks-Piko-Sazonov) müəlliflərindən biri Fransua Jorj-Pikonun qardaşı oğludur. Paris, London və Sankt-Peterburq buna uyğun olaraq Osmanlı imperiyasının ərazilərini öz aralarında bölüb.

Fransızlar Suriya hökumət ordusunun Hələbdəki uğurlarından dilxor olublar. Francetvinfo.fr. agentliyi xəbər verir ki, geopolitik Frederik Pişon prezident Ollandın “acı şərbətini şirinləşdirmək üçün” mülahizələrə varır ki, “Hələbin götürülməsi ilə Suriya müharibəsi başa çatmayıb”, “müxalifətlə beşillik qarşıdurmadan üzülmüş hökumət ordusunun isə xarici dəstəyə ehtiyacı var”.

Ekspert hökumət ordusu ilə terrorçular arasında gələcək savaşa işarə edərək qeyd edir: “Hələbi tərk etmiş üsyançıların böyük hissəsi indi İdlib əyalətində əsaslanır”.

Üçüncü dünya müharibəsi final müharibəsinə girir. Qalib ən yaxın 5-7 ildə bilinəcək

yüklənir...

XƏBƏR LENTİ

28.02.2017 , 03:05

Bu gün Sumqayıt hadisələrindən 29 il ötür

28.02.2017 , 03:04

Sürücülərə xəbərdarlıq – Bu işıq təhlükəlidir

28.02.2017 , 03:04

İsveçrə bankı Gülnarə Kərimovanın pullarını “yumaq”da ittiham olunur

28.02.2017 , 03:03

Rusiyanın “QAZ“ avtomobilləri Azərbaycan tədarük oluna bilər

28.02.2017 , 03:03

Leyla Əliyeva və Emin Bakıda toyda

28.02.2017 , 02:32

Əbülfəs Qarayevin Qubada reputasiyasını ləkələyən şöbə müdiri- Fuad Orucov

28.02.2017 , 00:00

İstanbul derbisinin qalibi “Beşiktaş” oldu

27.02.2017 , 22:58

Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolu mövcud deyil

27.02.2017 , 22:56

Ermənilər Kəlbəcər və Laçınla bağlı planlarını açıqladı

27.02.2017 , 22:14

Azərbaycanda baş həkim rüşvət alarkən belə yaxalandı - Video

27.02.2017 , 21:31

NATO-dan Dağlıq Qarabağ açıqlaması

27.02.2017 , 19:29

İlham Əliyevin Qətərə rəsmi səfəri başa çatdı

27.02.2017 , 19:25

“Akif Çovdarov məni döyməklə və həbslə hədələyib“ - Yenilənib

27.02.2017 , 19:18

“Həlak olmuş hərbçilərin meyitlərinin toplanması başa çatıb”

27.02.2017 , 19:15

Nərgiz Paşayeva Müşfiqin heykəlinin sökülməsini pislədi: “Bu, vandalizmdir, barbarlıqdır”

27.02.2017 , 18:46

Xocalı faciəsi ilə bağlı yaradılmış haştaq“Twitter”də 5-ci olub

27.02.2017 , 18:44

Səddam Hüseynin eyni ad-soyadlı nəvəsi Trampdan kömək istədi

27.02.2017 , 18:21

Nazirin təyinatı Lənkəranda bayram oldu: Hacı Mazanın Şirvanda rəis qardaşı kimdir?

27.02.2017 , 18:02

Yardımlılar Ayaz Əsgərovdan I-ci VİTSE-PREZİDENTƏ şikayətçi düşdü- "Bizi icra başçısının zülmündən..."

27.02.2017 , 17:52

“Erməni və azərbaycan xalqları yanaşı yaşayıb, bundan sonra da yaşayacaq...”

27.02.2017 , 17:41

"200 MANAT MAAŞ ALACAMSA, RÜŞVƏT GÖTÜRƏCƏM" - 700 BAL TOPLAYAN TƏLƏBƏ

27.02.2017 , 17:30

Cəbhədə vəziyyət gərginləşdi- Alı Alıyev təmas xəttindən biznesin köçürtdü

27.02.2017 , 16:51

Şəhid olmuş hərbiçilərin nəşləri döyüş meydanından çıxarıldı – Müdafiə Nazirliyi

27.02.2017 , 14:41

İsa Qəmbər və Arif Hacılı Baş Prokurorluda ifadə verir

27.02.2017 , 14:31

İcra başçısı, müavini və şöbə müdiri korrupsiyada ittiham olunur

27.02.2017 , 14:22

Ramil Usubov Göyçaya yeni rəis göndərdi

27.02.2017 , 14:09

Türkiyə müdafiə nazirinin kortejinə silahlı hücum edildi

27.02.2017 , 12:33

Ərdoğanın Putinlə müzakirə edəcəyi məsələləri açıqlandı

27.02.2017 , 12:07

ABŞ prezidenti Konqres qarşısında ilk müraciətini edəcək

27.02.2017 , 12:03

“Azərbaycanda dini radikal qrupların təsiri altında olan məscid yoxdur”

27.02.2017 , 11:49

“Ermənistan heç bir güzəştə getməyəcək”

27.02.2017 , 11:46

“Xocalı qətliamı türk millətinin ümumi dərdidir“

Bütün Xəbərlər

FaceBook