Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Ekspertlər mümkün ABŞ-Çin müharibəsi haqda:“Çinin süni adalar zonasında hərbi üstünlüyü var” – Təhlil

Ekspertlər mümkün ABŞ-Çin müharibəsi haqda:“Çinin süni adalar zonasında hərbi üstünlüyü var” – Təhlil
yüklənir...

Andrey Rezçikov, Yuri Zaynaşev

Vz.ru, 15.12.2016


ABŞ HDQ Sakit okean komandanlığının şefi Harri Xarris çərşənbə günü bildirib ki, lazım gəlsə, Cənubi Çin dənizində Çinə qarşı durmağa hazırdırlar. “Cənubi Çin dənizində süni adalarda inşa edilmiş bazalarn sayından asılı olmayaraq ümumi məkanın birtərəfli qaydada bağlanmasına yol verməyəcəyik, – SİTA admiraldan sitat gətirir. – Mümkün olduğu qədər əməkdaşlıq edəcəyik, lakin zərurətə çevriləndə qarşdurmaya da hazır olacağıq”.

Elə həmin gün məlum olub ki, Amerikanın bir neçə şirkəti əksəriyyəti üçün əsas bazara dönmüş və bunu itirməkdən əndişələnərək Çinlə qarşıdurma əleyhinə dərhal çağırış göndərib. Donald Tramp hələ vəzifəyə başlamamış Çin mallarına 45% rüsum tətbiq etmək və Tayvanı ÇXR-in tərkib hissəsi kimi tanlımaqdan imtina haqda bəyanatları ilə yüngül xof yaratmağa nail olub. Çindəki ekspertlər xəbərdarlıq edirlər ki, Tayvanın müstəqilliyinin ABŞ tərəfdən tanınması müharibəyə səbəb ola bilər.

“Tayvanın suverenliyinə razılaşan heç bir Çin hökuməti hakimiyyətdə duruş gətirə bilməz, – Fudan universitetinin Rusiya və Orta Asiyanı araşdırma Mərkəzinin direktoru Çjao Huaşen “Kommersant”a bildirib. – Düşünürəm ki, bu cür hərəkətin cavabı müharibə ola bilər”.

Adaların piyada olmaq təhlükəsi var

“Admiral Xarrrisin bəyanatını fitnəkarlıq saymaq olar. Əslində, Amerika hərbi donanması artıq çoxdan əvvəlki qədər güclü deyil, halbuki Çin HDQ sürətlə inkişaf edir. Obama Pentaqonun büdcəsini güclü şəkildə azaldıb, ABŞ-ın problemləri var, buna görə də bu akvatoriyada Çinlə rəqabət aparmaq üçün tezliklə yetərincə gücü omayacaq, – naməlum qalmasını istəyən Tayvan politolqolarından biri “Vzqlyad” qəzetinə izah edib. – Və ümumiyyətlə, Çinlə dalaşmaq Amerikaya, birinci növbədə çinlilərlə əməkdaşlıqdan çox böyük gəlirlər əldə edən Amerikanın iri biznesinə sərfəli deyil”.

Tayvanlı ekspert xatırladır ki, lakin Tramp iliyinəcən biznesmendir. “O, işgüzar adamların qayda-qanununu yaxşı bilir – sövdələşmk, əvvəlcə ən yuxarı qiymətdən başlamaq lazımdır. Buna görə də özünü elə göstərir ki, guya Tayvanın müstəqilliyini tanıya bilər”.

Məlum olduğu kimi, Tramp bütün seçkiqabağı kampaniyası boyu Pekini ABŞ-ın əsas rəqiblərindən biri adlandırıb. O, Amerikanın Cənubi Çin dənizində iştirakının gücləndirilməyini tələb edib ki, Çinin önünü kəsməyə və Pekinin süni adalar ucaltmağını dayandırmağa şərait yaransın. Pekin öz növbəsində öz aviadaşıyıcısının inşasının yekunlaşdığı haqda bu yaxınlarda məlumat yayıb. Gəmi “Lyaonin”dən (keçmiş sovet “Varyaq”ı) sonra ÇXR HDQ-də ikinci olacaq. Çin mətbuatı aviadaşıyıcının meydana çıxmasını Şərqi və Cənubi Çin dənizlərindəki mübahisəli sularda donanmanın imkanlarını genişləndirmək, həmçinin öz sahillərindən uzaqlarda milli maraqları qorumaq planlarınn tərkib hissəsi kimi qələmə verir.

Ali İqtisadiyyat Məktəbinin beynəlxalq münasibətlər Departamentinin rəhbəri Aleksandr Lukin tayvanlı həmkarından fərqli olaraq əmindir ki, Çin donanması Amerikanınkı ilə hələ uzun müddət rəqabətə girə bilməz. “Çin adaları süni şəkildə böyütməyə başlayıb ki, özününkü saydığı zonaya daha yaxşı nəzarət üçün orada donanma yerləşdirsin. Nəticədə orada nə olacaq – tam aydın deyil. Amerika gəmiləri orada üzdüyü kimi də üzür. Çin ancaq sözdə qəzəblənir. Çin hər halda qarşıdurmaya getsə, onda münaqişə mümkündür. Əlbəttə, Amerika donanması güclüdür, lakin Çinin quru ərazisi orada yaxında yerləşdiyindən Çinin üstünlüyü olacaq: ehtiyatalrı çəkib gətirmək asandır, gəmilərə qurudan, süni adalardan atəş açmaq olar”, – deyə Lukin “Vzqlyad” qəzetinə bildirib.

Lukin qeyd edib: “Tramp Çinə qarşı çox kəskin şəkildə çıxış edir. Hakimiyyətə gələndə nə edəcəyi çox da aydın deyil. Ola bilsin, admiral Xarris Trampın ritorikasına yarınmaq üçün bu qədər dovtələb çıxış edib. Bəlkə də, admiral xidmət mövqeyini qoruyub saxlamaq istəyir”.

Bununla belə, ekspert əmindir ki, heç kim qarşıdurma istəmir və “bu, hələlik mövqelər haqda bəyanatlardır”.

Sakit okeanda da yürüşü başa çatdırıblar


Siyasi və hərbi analiz İnstitutunun analitika şöbəsinin müdiri Aleksandr Xramçixin əmindir ki, Çin Cənubi Çin dənizində gəmiçiliyi yasaqlasa, admiral Xarris hipotetik durumu nəzərdə tutur və bu yasaq “hərbi baxımdan yetərincə mürəkkəb olacaq”.

Onun sözlərinə görə, Çin silahın bütün növlərinin sürətləndirilmiş modernləşmə, o cümlədən Amerika aviadaşıyıcılarını da təhdid edə biləsi ballistik raketlərin istehsal tempini saxlayır. Lakin ekspert bu silahın effektivliyini təxmin etməyə girişmədi, “çünki heç kimin bu cür təcrübəsi olmayıb”. Bundan savayı, Pekin “çoxsaylı qanadlı raketlərin” sürətlə yaradılmasını da davam etdirir.

Hər iki ölkənin ÜDM-in indiki inkişaf tempinin saxlanacağı halda Çin 15 ildən sonra Sakit okeanın şimali-qərb hissəsi və Hind okeanında amerikalılarla bərabər şəkildə rəqabət apara bilər. “Toqquşma Cənubi Çin dənizində baş versə, onda materik Çinin yaxınlığı səbəbindən üstünlük Çinin tərəfində olacaq, – Xramçixin “Vzqlyad” qəzetinə bildirib. – Çinlilər təchizat mərkəzlərinə daha yaxın olacaq. Həm də sahil aviasiyası yardım edə bilər, amerikalıların isə bu cür imkanı olmayacaq”.

Rusiya EA Uzaq Şərq İnstitutunun baş elmi əməkdaşı, strategiya və texnologiyalar Mərkəzinin eksperti Vasili Kaşin inanır ki, Çin və ABŞ-ın Sakit okeandakı hərbi-dəniz potensialını deyil, onların adaların birinci suilsiləsi daxilində, xüsusən də Yaponiyanın Rükü adasında, həmçinin Tayvan və Filippin adalarında hərəkət etmək imkanlarını tutuşdurmağına dəyər.

Kaşin izah edir: “Cənubi Çin dənizi daxil olmaqla bu çərçivələrdə çinlilərin bir sıra olduqca ciddi üstünlükləri meydana çıxır. Birincisi, onlar Amerika aviadaşıyıcısındansa onsuz da çoxsaylı olacaq sahil aviasiyasından istifadə etmək imkanına bağlıdır. İkincisi, bu, qeyri-nüvə sursatlı ballistik raketlərlə Amerikanın istənilən obyektinə zərbə endirmək imkanı ilə bağlıdır”.

Çinlilərin digər üstünlüyü gəmi əleyhinə ballistik raketlər və gəmi əleyhinə YJ-62 ağır qanadlı raketlər kimi yeni silah növlərilə bağlıdır. Ekspert “Üstəgəl, çinlilər bu rayonda raket katerləri, dizel-elektrik sualtı qayıqları kimi külli miqdarda donanma gücündən maksimal şəkildə yararlanmağı bacararlar. Bundan başqa, onlar hazırda adaların birinci silsiləsi daxilində dib hidrofonları şəbəkəsinin irimiqyaslı inşaatını aparır ki, bu da düşmən submarinalarının aşkarlanmasında üstünlük verəcək. Buna görə amerikalılara artıq indi bu zonada vuruşmaq çətin olacaq” deyərək əlavə edir ki, hərbi əməliyyyatlar Çin sahillərindən uzaqlaşdıqca qüvvələr nisbəti dərhal amerikalıların xeyrinə dəyişiləcək.(strateq)

Teqlər:
yüklənir...

XƏBƏR LENTİ

20.08.2017

Almaniya İspaniyanı türk yazıçını Türkiyəyə ekstradisiya etməməyə çağırır

20.08.2017

Azərbaycanda yeni nazir təyin edildi

20.08.2017

Azərbaycan Tərtər istiqamətində pilotsuz aparat tətbiq edirsə bunun ruslara nə dəxli?-“NEZAVİSİMAYA QAZETA”DAN ABSURD

20.08.2017

Həvva necə olub: 10 ən qədim qadın

20.08.2017

“Azəri deyilən bir millət yoxdur, bunu xiyar Stalin uydurub” – Türkiyəli alim

18.08.2017

Bölgələrdə yaşayan ünsiyyət məhdudiyyətli gənclər üçün “Təlim məktəbi” layihəsinin ilk mərhələsi başa çatdı

17.08.2017

Kəmaləddin Heydərov vitse-prezident oldu

17.08.2017

Ürək dərhal dayana bilər – Diqqətli olun!

16.08.2017

Aprel şəhidinin doğum günüdür — Xanımı onu belə təbrik etdi - MƏKTUB

16.08.2017

"Qarabağ"a qələbə qazandıran Mahir Mədətov tanınmış prodüserin övladıdır

16.08.2017

Prezident hərbçiləri təltif etdi – Adlar

16.08.2017

Kanadada yaşayan Həsən Səftərovdan bütün nəsli imtina etdi

15.08.2017

İran prezidenti: “ABŞ sanksiyaları tətbiq etsə, İran nüvə sazişindən çıxacaq”

15.08.2017

Prezident sərəncam imzaladı

14.08.2017

"İnfiniti" Fəxri Xiyabanın qarşısındakı dayanacağı zəbt etdi: Yol polisi görməzdən gəldi, dava düşdü

14.08.2017

“Bizə silah verin, Sarkisyanın dəstəsini məhv edək” – Yerevanda üsyan ÇAĞIRIŞLARI

14.08.2017

Ramil Quliyev dönər kəsib, kabab bişirdi- FOTOLAR

14.08.2017

Mirşahin Ağayev : "Lütfi Zadə ölməyib, özüm danışdım..."

14.08.2017

“Bu, Rusiyanın Azərbaycana hərbi intervensiyasına gətirib çıxara bilər...”

14.08.2017

UNESCO-nun ideyalarına sədaqət nümunəsi olan xoşməramlı səfir-Mehriban Əliyeva

13.08.2017

Helsinki Vətəndaş Assambleyası: Ermənistanda kişi çatışmazlığı var

11.08.2017

Ramil Quliyevdən açıqlama: “Mən Türkəm, Atatürkün övladıyam”

11.08.2017

İlham Əliyev Ramili təbrik etdi: "Səninlə fəxr edirik!"

11.08.2017

Azərbaycan Naxçıvana böyük hərbi qüvvə cəmləyir

11.08.2017

“Nəvəmi öz əlimlə polisə təhvil vermişəm”

09.08.2017

Üçüncü dünya müharibəsinin "ayaq səsləri" eşidilir — TƏHLÜKƏLİ GƏRGİNLİK

09.08.2017

Şimali Koreya böhranı: “Atəş və qəzəb”dən sonra nə baş verə bilər?

09.08.2017

Rusiya, ABŞ və İsrail arasında gizli danışıqlar ortaya çıxdı

08.08.2017

Uşaqları belə cəzalandırın: fransalı pedaqoqla a-dan z-yə HƏR ŞEY - MÜSAHİBƏ

08.08.2017

"Erməni vəhşiliyi dözülməzdir" - Fransız senator

08.08.2017

Türkiyədən Almaniya ilə bağlı - Qərar

08.08.2017

İraq kürdlərə qarşı birləşir - Kampaniya

Bütün Xəbərlər

FaceBook