Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Tarix: 15-12-2016, 14:17

İstanbul terroru PKK-nın strateji səhvidir –Kürd separatçıları özünə quyu qazır – Təhlil

İstanbul terroru PKK-nın strateji səhvidir –Kürd separatçıları özünə quyu qazır – Təhlil
yüklənir...

Vərda Özər

Hürriyet (Türkiyə), 14.12.2016

Bu dəhşətli, kütləvi qırğın bizə şox məsələlərdən xəbər verir. “Azad Kürdüstan Şahinləri” (AKŞ), yəni kamikadze terrorçuların hücumuna görə məsuliyyəti öz üzərinə götürən PKK-nın bölməsi bunu niyə məhz indi edib? Həm də niyə məhz bu cür? Nəticələr hansılar olacaq?

Tramp gəlməmişkən

Əlbəttə, vaxt seçimi həlledici amildir. Bu baxımdan ən önəmlıi səbəblərdən biri ABŞ-dakı keçid dövrüdür.

Obama administrasiyası xüsusən son iki ildə PKK-nın Suriya şaxəsi Xalq Özünü Müdafiə Dəstələrini (YPG) İŞİD-lə mübarizədə yerüstü qüvvə kimi istifadə edir. Həm də YPG Suriya Demokratik Qüvvələri (SDQ) pərdəsi altında Vaşinqtondan güclü dəstək alır. YPG-i daha PKK-dan ayrıca nəzərdən keçirmək mümkün deyil. Çünki Suriya müharibəsi başlanan dövrdən bəri bu iki təşkilat bir-birilə sıx çulğaşıb. PKK hətta artıq silah əldə etməyə pul sərf etmir. Bu tələbatı YPG ödəyir. Məlumat verilir ki, terakt etməkdən ötrü Türkiyəyə gələn PKK yaraqlılarını Suriyanın şimalındakı YPG düşərgələrində hazırlayırlar. Buna görə də Ankara PKK və YPG-i daha iki müxtəlif terror təşkilatı kimi müəyyən etmir.

Obama hazırda öz kreslosunu varisi Trampa təhvil verməyə hazırlaşır. Tramp Suriyada hansı siyasəti izləyəcək və yaxud YPG-i dəstəyi davam etdirəcəkmi – hələlik müəmmadır. Görünür, PKK/YPG qanadı son dəfə “öz yetkinliyini sübut etməyə” səy göstərib. Obama hələ getməmiş, Tramp isə gəlməmiş irimiqyaslı terakt həyata keçirir.

15 iyuldan sonra

Vaxt seçimi baxımından başqa bir mühüm məqam sıradakından ibarətdir: məlum olıduğu kimi, 15 iyul dövlət çevrilişi cəhdindən sonra kütləvi təmizlənmə baş verib – xüsusən də orduda. Fikir hökm sürür ki, Milli İstiqbarat Təşkilatı (MİT) əvvəlcədən mötəbər kəşfiyyat məlumatları versə də, əksər zabit və generallar PKK hədəflərinin bombalanmasına mane olublar. Bu səbəbdən 15 iyuldan sonra terrorizmə qarşı mübarizədə MİT, hərbçilər və polis arasında daha effektli əməkdaşlıq meydana çıxıb. Bu isə PKK-ya ağır zərbə vurub. Və təşkilat buna bu şəkildə cavab verir.

Yenə də Suriyada keçirdiyimiz “Fərat qalxanı” əməliyyatı daha bir amildir. Bu əməliyyat xüsusən də son zamanlar YPG-yə şimali Suriyada dəhliz yaratmaqda çox mənada mane olub.

Türkiyə SQ İraqda PKK hədəflərini vurur və bu da nüfuzlu amildir. PKK-nın buradakı döyüş sursatı və düşərgələri ciddi ziyan görüb. Bir sözlə, terrorizmlə mübarizə sərtləşdikcə bu, Türkiyənin daxilində də əks olunur. Bununla bərabər, bu mənzərə göstərir ki, Suriyada YPG problemi həll olunmadan Türkiyədə PKK terrorizminin axırına çıxmaq asan deyil.

*

Bura Avropa dövlətlərinin qabiliyyətsizliyini əlavə edək. Məlumdur ki, PKK Avropanın bəzi ölkələrində birləşir, dəstək əldə edir. YPG də Avropanın bir sıra paytaxtlarından dəstək alır və bu da Ankaranı narahat edir. Söhbət birinci növbədə Belçika, Fransa və Almaniyadan gedir. Məsələn, Fransa 2015-ci ilin noyabrında Parisdəki teraktlardan sonra diqqətini xeyli dərəcədə İŞİD-lə mübarizəyə cəmləyib və bu bəhanə ilə YPG-yə dəstəyi artırıb. Bu, PKK-ı gücləndirən və mübarizəmizdə bizi tək qoyan daha bir amildir.

PKK-nın tarixi səhvi

Bununla belə, PKK bu teraktı həyata keçirməklə ən böyük strateji səhvi buraxıb. Artıq dediyimiz kimi, ABŞ yeni dövrə daxil olur. Yeni prezident Trampın YPG-nin dəstəkləyib-dəstəkləməyəcəyi və kürdlərə münasibətdə hansı siyasəti izləyəcəyi haqda məsələ hələlik həll olunmayıb. Amma o, ən azı, YPG-yə nisbətdə Obama administrasiyasından qalmış siyasəti hələ bir müddət davam etdirə bilər. Bu arada PKK kamikadze terrorçuların hücumunu həyata keçirməklə YPG-nin Tramp tərəfdən dəstəklənməsi ehtimalını son dərəcə zəiflədib. Və eyni zamanda ABŞ-la gələcək danışıqlarda bu mövzuda prezident Ərdoğanın mövqeyini gücləndirəcək. Görünür, NATO üzrə müttəfiqimiz ABŞ-ın torpaqlarımızda teraktlar keçirən təşkilata silah verən YPG-i dəstəkləməyi sonralar xeyli çətin olacaq.

*

PKK-nın başqa bir böyük strateji səhvi bundan ibarətdir ki, kamikadze terrorçuların həmləsini öz taktikasına çevirib. Terrorçu təşkilatların da təsnifatı var. Suisidial (özünü öldürmək-tərc.) teraktlar ən önəmli kriteriyalardan biridir. Bu cür aksiyalar keçirən təşkilatlara ən radikal, ən marginal, rasional düşüncəyə qabil olmayan terrorçu qurum kimi yanaşılır. İRO-nun (İrlandiya Respublika Ordusu-tərc.) Şimali İrlandiyada və ETA-nın (basklar ölkəsi və azadlıq-tərc.) İspaniyada bu cür üsula heç vaxt əl atmaması əsla təsadüfi deyil.

Beləliklə, PKK kamikadze terrorçuların həmləsini həyata keçirməklə terrorçu təşkilatların şkalasında yerini lap axıra doğru dəyişib. Həm də bu onun Qərbdən aldığı dəstəyi bu və ya digər formada zəiflədəcək. Dinc əhali arasında qurbanlar yaratdığına görə isə ölkə daxilində də tərəfdarları azalacaq. Elə Qərb də bu durumu müdafiə edə bilməz.


AKŞ xüsusunda dolaşıqlıq

Və sonuncusu. Bəli, AKŞ bu həmləni öz üzərinə götürüb. Lakin KİV-də AKŞ xatırladılanda təəssürat yaranır ki, o, PKK-dan ayrıca bir qurumdur. Çünki çoxları bilmir ki, AKŞ PKK-nın kamikadze terrorçuların hücumunun təşkilinə sorumlu olan bölməsidir. Yeri gəmişkən, ekspertlərin əksəriyyəti hesab edir ki, PKK AKŞ-i məhz buna görə yaradıb ki, onu suisidial teraktlarla heç vaxt əlaqələndirməsinlər. Bu qayda ilə AKŞ-i həmişə PKK ilə birlikdə qeyd etmək lazımdır.
strateq

yüklənir...

XƏBƏR LENTİ

24.04.2017

Azərbaycanlı qadın siyasətçi Estoniyada partiya sədri seçildi

24.04.2017

Diqqəti Fransada: Makron qalib gəldi (YENİLƏNİB)

24.04.2017

Azərbaycanda ŞOK olay - Biznesmen itlərinə toy edib məclis qurdu - VİDEO

24.04.2017

ÜAK-ın taleyi həll olunur - Moskva məhkəməsi hansı qərarı çıxaracaq? Moskva məhkəməsi hansı qərarı çıxaracaq?

24.04.2017

İşğalçıya ortaq güc nümayişi: türk hərbçiləri Qarabağda...

24.04.2017

İki lider Koreyanı telefonda müzakirə etdilər

24.04.2017

Bu gün Strasburqda AŞPA-nın yaz sessiyası başlayır

23.04.2017

Fransada exit-pollun nəticələri açıqlanıb

23.04.2017

BMT baş katibi Bəşər Əsədi təbrik edib

23.04.2017

Yaponlar ABŞ-ın Şimali Koreyaya münasibətindən razıdır

23.04.2017

Türkiyə daha 2 şəhid verdi

23.04.2017

Yağış və qar yağacaq - Sabahın hava proqnozu

23.04.2017

Tiflis prezident postunu "dişsiz" hala gətirir - Dəyişiklik

23.04.2017

Şimali Koreya bu ölkəni nüvə ilə hədələyib

23.04.2017

Fransada prezident seçkiləri keçirilir

23.04.2017

Düşmən mövqelərimizi minaatanlardan atəşə tutub

22.04.2017

İŞİD bu şəhəri özünə yeni paytaxt seçdi

22.04.2017

Тramp Merkelin əlini sıxmamasının səbəbini - Açıqladı

22.04.2017

“Xoşlarına gəlməyən deputatın mandatını alacaqlar” - Millət vəkili yeni qanuna qarşı çıxdı

22.04.2017

Tramp geniş islahatlara başladı – Fərman

22.04.2017

Rövşən Ağayev REAL-dan istefa verdi

22.04.2017

İtaliya:"Rusiyaya sanksiyanı dəstəkləyirik, amma belə olmaz"

22.04.2017

Türkiyə Hərbi Hava Qüvvələri terrorçularının obyektlərini bombalayıb

22.04.2017

“Azərsığorta”nın Tovuz filialının direktoru iş otağında ölü tapılıb

22.04.2017

Bakıda daha bir avtobusda sürücü özbaşınalığı - VİDEO

22.04.2017

Türkiyə hava yolları şirkəti Ermənistana reys açdı- Azərbaycana xəyanət?

22.04.2017

Nəsimidə ağaclar abadlıq adı ilə kütləvi şəkildə kəsildi

22.04.2017

Azərbaycanın 4 əsas iqtisadi rayonu açıqlanıb

22.04.2017

İcra hakimiyyəti məhkəməyə verilib

22.04.2017

Türkiyənin hava yolları şirkəti Ermənistana birbaşa reys açır - İyunun 1-dən

22.04.2017

Azərbaycandakı müəssisə və təşkilatların sayı açıqlanıb

22.04.2017

Rövşən Lənkəranskinin 24 il əvvəlki - Videosu

Bütün Xəbərlər

FaceBook