Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Ramiz Mehdiyev “xalq diplomatiyasının” tərəfdarıdır və münaqişənin sülh yolu ilə həllinə inanır

Ramiz Mehdiyev “xalq diplomatiyasının” tərəfdarıdır və münaqişənin sülh yolu ilə həllinə inanır
yüklənir...

Rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə ordunu gücləndirmək, yeni silahlar almaq və Rusiya-Türkiyə yaxınlaşmasından faydalanmaqla yanaşı “xalq diplomatiyası”na da üstünük verməyə başlayıb.

Tərəfdar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu açıqlama verib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin qatı tənqidçilərinin noyabrın əvvəllərində Bakıda konfransa dəvət edilmələri də bu siyasətlə bağlıdır:

"Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 30 səhifəlik yazısında bu yanaşmaya geniş yeri verildi.

Məqalədə əsas tezislər bunlar idi:

– “İki dövlətin xalqlarının nümayəndələri münaqişənin real mənbələrini açıq şəkildə və “yerlərdə” müzakirə edərək ümumi məxrəcə gələ, birgə nəticələrə nail ola bilərlər…”;

– “Azərbaycan və Ermənistan nümayəndələri arasında ən müxtəlif səviyyələrdə, o cümlədən sülhün bərqərar olması üçün mühüm hüquqi məkan olan xalq diplomatiyası formatında əlaqələrin intensivləşdirilməsi xüsusilə dəyərlidir…”;

– “erməni sosiumunda bəzi adamlar aydın başa düşürlər ki, Azərbaycan onların düşməni deyil…”;

– “Azərbaycan xalqı həmişə öz qonaqpərvərliyi ilə fərqlənib, kin saxlamayıb və dostluq etməyi bacarıb. Erməni fəallarının Bakıya səfəri bunu növbəti dəfə sübut etdi”.


Ramiz Mehdiyevin bu tezislərindən gəlinən əsas qənaət budur ki, Prezident Administrasiyasının rəhbəri “xalq diplomatiyasının” tərəfdarıdır və münaqişənin sülh yolu ilə həllinə inanır. Çünki geniş həcmli məqalədə “sülh” ifadəsinin sayı “müharibə” ifadəsinin sayını dəfələrlə çox idi. Ümumiyyətlə, məqalənin əsasını erməni ictimai fəalların Bakıya gəlişləri və onların Azərbaycan paytaxtında iştirak etdikləri konfransın tezislərindən ibarətdir. Məqalənin az qala üçdə bir hissəsini Bakıya gələn ermənilərin müxtəlif açıqlamaları təşkil edirdi.

“Noyabrın 8-də keçirilən konfrans bir daha sübut etdi ki, Azərbaycan və erməni xalqları qarşılıqlı anlaşmaya çalışır” – bu da Ramiz Mehdiyevin cümləsidir. Bu məqalədən gəlinən digər nəticə isə bundan ibarətdir ki, ermənilərin Bakıya dəvət olunub sülhpərvər açıqlamalar verməsi elə Ramiz Mehdiyevin ideyasıdır. Yaxşı ideyadır. Sadəcə, bu ideya Dağlıq Qarabağ münaqişəsinin həllini nə dərəcədə sürətləndirəcək – əsas sual budur!".

Politoloq bu gün “Ermənistanla Azərbaycan arasında sülh naminə Platforma”nın yaradıldığını da xatırladaraq, bildiriir ki, Ermənistan tərəfdən platformanın yaradılması ilə bağlı birgə bəyanatı imzalamış şəxslər elə Bakıdakı konfransda iştirak edənlərdir:

"Bəyanatda əsas fikir bundan ibarətdir ki, Azərbaycan və Ermənistan bir-birlərinin ərazi bütövlüklərini tanımaqla Dağlıq Qarabağ müanqişəsinin sülh yolu ilə həllini sürətləndirməlidirlər. Ayrıca, sənəddə işğal altındakı torpaqların boşaldılması, qaçqınların geri qayıtması və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın statusunun müəyyənləşməsi hüququ vurğulanır. “Sülh platforması” hər iki ölkədən ictimai fəalların qoşulması üçün acıqdır".

Elxan Şahinoğlu deyir ki, bu platformanın yaradılması Azərbaycanın uğuru sayıla bilər. Çünki platforma və orada qeyd olunan bəndlər Ermənistan cəmiyyətində Azərbaycanın ərazi bütövlüyünü qəbul edən insanların varlığını göstərir:

"Önəmli olan Ermənistanda Dağlıq Qarabağın Azərbaycana aid olduğunu qəbul edən insanların sayının artmasına nail olmaqdır ki, onlar bu ətrafda fikir mübadiləsini genişləndirməklə öz cəmiyyətlərinə təsir edə bilsinlər. Bu, bir beyin oyunudur və bu oyunda da işğalçıdan irəli olmağı bacarmalıyıq".скачать dle 10.6фильмы бесплатно

Teqlər:
yüklənir...

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry

XƏBƏR LENTİ

21.10.2017

Qarabağda daha iki erməni hərbçi ölüb - Adlar

21.10.2017

"Öcalan hörmət görməyə layiq bir şəxsiyyət deyil" - ABŞ-dan rəsmi Ankaranın etirazına daha bir cavab

21.10.2017

Sabah Qarabağ haqda qalmaqallı yazını sildi - FOTO

21.10.2017

"Şimali İraq Türkiyə ilə birləşdirilsin" - Sensasion təklif...

21.10.2017

ATƏT Parlament Assamleyasının yeni prezidenti məlum oldu

21.10.2017

“Azərbaycan Rusiyanın tərkibinə daxil olmalıdır” - Jirinovskidən daha bir sensasion açıqlama

20.10.2017

Telnov küçəsi 10-da pusquda duranlar var

20.10.2017

Bu tədris ilində bir abituriyent iki qrup üzrə qəbul imtahanı verə biləcək

20.10.2017

AXC-nin 100 illiyi ilə bağlı sərəncam - 5 milyon ayrıldı

20.10.2017

Ərdoğan: “Türkiyə və Azərbaycan niyə BMT Təhlükəsizlik Şurasında olmasın?”

20.10.2017

Atadan azyaşlı övladına inanılmaz vəhşilik – Video/18+

20.10.2017

İbadi orduya qəti əmr verdi: Ərbilə girməyin - Video

20.10.2017

Səfir ABŞ-da təhsil alan azərbaycanlıların sayını açıqladı

20.10.2017

"Bu üsulla 10 min adam həbsdən xilas olar, dövlət 80 milyon manat qənaət edər" - TƏKLİF

20.10.2017

Malik İsaqov Yasamalın yeni icra başçısı olacaq?! - İDDİA

20.10.2017

Qazaxda icra başçısı 2-ci qrup əlili “həsir-yesir” edib

20.10.2017

Prezident İlham Əliyev: Məscidləri dağıdan ölkə heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz

20.10.2017

“Nar”-dan yenilənmiş “Günlük” paketləri

20.10.2017

İŞİD-dən alınan Raqqada Öcalanın portreti asılıb, ABŞ rəsmisi izahat verib: “SDG ilə çalışırıq…”

20.10.2017

Pensiya və maaşlar artacaq - RƏSMİ

20.10.2017

Ərdoğan Bərzaninin “elçilərini” qəbul etmədi - “Artıq çox gecdir

20.10.2017

“Bu il minlərlə məcburi köçkün ailəsi evlə təmin olunacaq” - Əli Həsənov

20.10.2017

Dünya siyasəti dünya neftini boğur:Səudiyyə-Rusiya işbirliyi neft bazarını dirçəldəcəkmi? – Təhlil

20.10.2017

Azərbaycan uğrunda rəqabət sərtləşir - Bakı toqquşan maraqların mərkəzində

20.10.2017

“Mən hələ baş nazir olanda ABŞ-ın o zamankı prezidenti Bill Klintona təklif etmişdim ki..."

20.10.2017

Nümayəndəlik institutunun fəaliyyətini məhdudlaşdıran layihə: Gündəlikdən çıxarıldı

20.10.2017

Kreml Sarkisyanla bağlı qərar verdi: Qarabağ danışıqlarından sonrakı GƏLİŞMƏ

20.10.2017

“Naxçıvandakı hərbi potensial işə düşsə, Ermənistanda daş-daş üstə qalmayacaq!”

20.10.2017

İlham Əliyev D-8 Zirvə görüşündə iştirak edir

20.10.2017

Putin:“ABŞ Rusiya KİV-inə məhdudiyyət qoysa, Moskva da bu addımı atacaq”

20.10.2017

Rusiyalı politoloq:“Bu dəfə iraqlılar və kürdlər arasında yeni silahlı qarşıdurma yaranacaq”

20.10.2017

Cenevrə görüşünü kim və niyə təşkil etdi, yaxud Bakı necə 1:0 önə keçdi? - TƏHLİL

Bütün Xəbərlər

FaceBook