Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Oxunub:11 053

Tarix: 6-12-2016, 16:10

İtaliya yazarı“Avropa Birliyini “İtalexit” gözləyir” – Təhlil

İtaliya yazarı“Avropa Birliyini “İtalexit” gözləyir” – Təhlil

Culyetto Kyeza
RİA Novosti, 06.12.2016


İtaliya sakinləri referendumda baş nazir Matteo Rensinin təklif (daha çox vadar) etdiyi konstitusiya islahatlarının əleyhinə səs veriblər və bu, Florensiyanın keçmiş meri üçün siyasi ölüm oldu. Bu cür mütləq məğlubiyyət ölkənin onun hökumətinə hansısa formada qayıtmasını mümkünsüz edib.

Rensinin özü gecə səslər sayılarkən məğlubiyyəti boynuna alıb. Onunla birgə İtaliya demokratiyasının monokratiyaya – bir partiyanın (və yaxud bir nəfərin) hakimiyyətinə deformasiya olunan variantına çevrilməsi üzrə təhlükəli layihə də gedir. Səs vermiş seçicilərin gözlənilmədən böyük qismi – demək olar, 60%-i layihəni rədd edib. Bu, Rensinin iki illik idarəçiliyində dağıdıcı olsa da, yeganə həqiqi layihə idi.

Əlavə etməyinə dəyər ki, konstitusiya islahatı ideyasını Avropa Birliyi və ABŞ geniş şəkildə dəstəkləyirdi. Onlar məqsədi Avropanın cənub ölkəsinin konstitusiyasını məhv etmək olan JP Morgan-ın direktivi arxasında gizlənməkdə birləşmişdi, çünki bu konstitusiyada hədsiz dərəcədə çox “sosializm ünsürləri” var.

Ümumiyyətlə, hər şey “demokratiyanın çoxluğu bazara ziyan vurur” şüarı altında edilirdi. İtaliyalıların əksəriyyəti bu nalayiq təklifə “yox” cavabı verib. Beləliklə, onlar ifrat həddə çatdırılmış neoliberal versiyaya çıxışdan imtina ediblər.

O cümlədən İtaliyada antiavropa dalğası kəskin şəkildə yüksəlib. Bu, artıq Böyük Britaniyada Brexit formasında, Marin Le Penin populyarlıq topladığı Fransada üzə çıxıb. O, Avropanın əksər ölkələrində oxşar şəkildə özünü büruzə verir. Bu qayda ilə Rensiyə zərbə indiki qanunları və forması ilə Avropa Birliyinə də zərbə oldu.

Söz yox, bu cür nəticənin səbəblərindən biri də İtaliyanın xarici siyasəti, ABŞ-ın qərarlarına total tabeliyi və xüsusən də NATO-nun Rusiya ilə qarşıdurmanı gücləndirmək tələbləri olub.

Antirusiya sanksiyaları iş adamlarının önəmli hissəsini islahata “yox” deməyə məcbur edib, Rusiya embarqosu üzündən ziyan çəkmiş sənaye və kənd təsərrüfatının müxtəlif sahələrindəki on minlərlə işçinin səsi isə onların əlindədir.

İtaliya və Avropanın Rusiya ilə qarşıdurmaya cəlb edilə biləcəyi narahatlığı da öz rolunu oynayıb.

Deməli, İtaliyanı qaçılmaz şəkildə siyasi kursun dəyişilməsi gözləyir. Ola bilsin, bizi yeni seçki qanunu ilə keçirilməli olan erkən seçkilər gözləyir. Lakin Rensinin təklif etdiyi və referendumda artıq rədd olunmuş qanunla deyil. Roberto Kalderolinin Konstitusiya məhkəməsinin qərarı ilə ləğv edilmiş əvvəlki qanunu ilə də deyil. Buna görə də heç bir gözlənilməzlik olmasa, İtaliya Respublikasının prezidenti Sercio Mattarella “texniki” hökumətin yeni başçısını təyin etməli olacaq. Onun yeganə, lakin mürəkkəb vəzifəsi yeni seçki qanunu hazırlamaq olacaq.

Lakin bu cür hökuməti də toplamaq da asan olmayacaq. Demokratik Partiya bütöv bir ölkə ilə qarşıdurmadan darmadağın olunmuş halda çıxıb. Sağları yalnız Matteo Salvininin “Şimal liqası” təmsil edir, Berluskoni artıq oyundan çıxıb. Beppe Qrillonun “Beş ulduz hərəkatı”nın mövqeyini müəyyən etmək çətindir. Bununla belə, hər iki partiya Rusiya ilə münasibətlərin köklü şəkildə yenidən nəzərdən keçirilməsi, sanksiyalarn ləğvini dəstəkləyir, avro və Avropa Birliyini tənqid edir.

Ölkə Vaşinqton və Brüsseldən asılılığın dumanlı limanından çıxıb. Özünü yenilikçi adlandıran sərkərdədən hamı, o cümlədən bir çox tərəfdarları üz çevirib. Yeni sərkərdə yoxdur. Bəlkə də, xoşbəxtlikdən. Ən azı, səsvermə bir məsələni göstərib: italiyalıların əksəriyyəti dünya bankirlərinin bataqlığından zəhərlənmiş su içmək istəmir.
strateq

yüklənir...

XƏBƏR LENTİ

28.02.2017 , 03:05

Bu gün Sumqayıt hadisələrindən 29 il ötür

28.02.2017 , 03:04

Sürücülərə xəbərdarlıq – Bu işıq təhlükəlidir

28.02.2017 , 03:04

İsveçrə bankı Gülnarə Kərimovanın pullarını “yumaq”da ittiham olunur

28.02.2017 , 03:03

Rusiyanın “QAZ“ avtomobilləri Azərbaycan tədarük oluna bilər

28.02.2017 , 03:03

Leyla Əliyeva və Emin Bakıda toyda

28.02.2017 , 02:32

Əbülfəs Qarayevin Qubada reputasiyasını ləkələyən şöbə müdiri- Fuad Orucov

28.02.2017 , 00:00

İstanbul derbisinin qalibi “Beşiktaş” oldu

27.02.2017 , 22:58

Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolu mövcud deyil

27.02.2017 , 22:56

Ermənilər Kəlbəcər və Laçınla bağlı planlarını açıqladı

27.02.2017 , 22:14

Azərbaycanda baş həkim rüşvət alarkən belə yaxalandı - Video

27.02.2017 , 21:31

NATO-dan Dağlıq Qarabağ açıqlaması

27.02.2017 , 19:29

İlham Əliyevin Qətərə rəsmi səfəri başa çatdı

27.02.2017 , 19:25

“Akif Çovdarov məni döyməklə və həbslə hədələyib“ - Yenilənib

27.02.2017 , 19:18

“Həlak olmuş hərbçilərin meyitlərinin toplanması başa çatıb”

27.02.2017 , 19:15

Nərgiz Paşayeva Müşfiqin heykəlinin sökülməsini pislədi: “Bu, vandalizmdir, barbarlıqdır”

27.02.2017 , 18:46

Xocalı faciəsi ilə bağlı yaradılmış haştaq“Twitter”də 5-ci olub

27.02.2017 , 18:44

Səddam Hüseynin eyni ad-soyadlı nəvəsi Trampdan kömək istədi

27.02.2017 , 18:21

Nazirin təyinatı Lənkəranda bayram oldu: Hacı Mazanın Şirvanda rəis qardaşı kimdir?

27.02.2017 , 18:02

Yardımlılar Ayaz Əsgərovdan I-ci VİTSE-PREZİDENTƏ şikayətçi düşdü- "Bizi icra başçısının zülmündən..."

27.02.2017 , 17:52

“Erməni və azərbaycan xalqları yanaşı yaşayıb, bundan sonra da yaşayacaq...”

27.02.2017 , 17:41

"200 MANAT MAAŞ ALACAMSA, RÜŞVƏT GÖTÜRƏCƏM" - 700 BAL TOPLAYAN TƏLƏBƏ

27.02.2017 , 17:30

Cəbhədə vəziyyət gərginləşdi- Alı Alıyev təmas xəttindən biznesin köçürtdü

27.02.2017 , 16:51

Şəhid olmuş hərbiçilərin nəşləri döyüş meydanından çıxarıldı – Müdafiə Nazirliyi

27.02.2017 , 14:41

İsa Qəmbər və Arif Hacılı Baş Prokurorluda ifadə verir

27.02.2017 , 14:31

İcra başçısı, müavini və şöbə müdiri korrupsiyada ittiham olunur

27.02.2017 , 14:22

Ramil Usubov Göyçaya yeni rəis göndərdi

27.02.2017 , 14:09

Türkiyə müdafiə nazirinin kortejinə silahlı hücum edildi

27.02.2017 , 12:33

Ərdoğanın Putinlə müzakirə edəcəyi məsələləri açıqlandı

27.02.2017 , 12:07

ABŞ prezidenti Konqres qarşısında ilk müraciətini edəcək

27.02.2017 , 12:03

“Azərbaycanda dini radikal qrupların təsiri altında olan məscid yoxdur”

27.02.2017 , 11:49

“Ermənistan heç bir güzəştə getməyəcək”

27.02.2017 , 11:46

“Xocalı qətliamı türk millətinin ümumi dərdidir“

Bütün Xəbərlər

FaceBook