Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Oxunub:6 012

Tarix: 5-12-2016, 09:44

Ermənistanın hərbi balans yaratmaq ümidi həmişəlik basdırılır

Ermənistanın hərbi balans yaratmaq ümidi həmişəlik basdırılır

Strateji tərəfdaşlıqdan strateji müttəfiqliyə - tarixi qərar anı; İlham Əliyevin kritik səfəri – ya Türkiyə, ya da Pakistanla...; iki dost dövlətdən biri ilə Azərbaycanın hərbi müttəfiqlik müqaviləsi imzalamasının zamanı çatıb; prezidentin ziyarətini Pakistan səbirsizliklə gözləyir; baş nazir Nəvaz Şərifi “füsunkar oğlan” adlandıran Donald Trampdan erməniləri məyus edən müjdə...

Azərbaycan prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasına ikinci rəsmi səfərinə hazırlıq gedir (Birinci rəsmi səfər 2005-ci ildə baş tutub, 2015-də isə o, İƏT toplantısı çərçivəsində Pakistanda olub). Gələn ilin əvvəlinə planlaşdırılan bu ziyarət, şübhəsiz ki, ikitərəfli əlaqələrin inkişafında növbəti mərhələnin əsasını qoyacaq.

Bu gün Pakistan Azərbaycandan ötrü faktiki, Türkiyə qədər vazkeçilməz, dost-müttəfiq statusunda və dəyərində olan bir dövlətdir. Müstəqilliyimizi Türkiyədən sonra ikinci sırada tanımış Pakistan həmçinin, nüvə silahına malik yeganə müttəfiqimizdir. Bu, nüvə dövləti Rusiya ilə Ermənistanın müttəfiqliyinin ölkəmiz üzərində yaratdığı psixoloji üstünlüyü tamamən neytrallaşdırmağa qadir yetərincə mühüm və strateji əhəmiyyətli bir məqamdır. Nəhayət, Pakistan Ermənistanın müstəqilliyini tanımayan yeganə ölkədir.

*****

Hazırda Bakı ilə İslamabad arasında əlaqələr bütün sahələr üzrə ən yaxşı dövrünü yaşayır desək, yanılmarıq. Təsadüfi deyil ki, son illər hər iki tərəfdən yüksək səviyyədə qarşılıqlı səfərlər xeyli intensivləşib. Üstəlik, hər belə səfər əlaqələrə özünəməxsus dinamika verməsi ilə yadda qalıb - ələlxüsus da hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində. Bu il ərzində həm Pakistanın prezidenti Məmnun Hüseynin və baş nazir Məhəmməd Nəvaz Şərifin, həm də müdafiə naziri Məhəmməd Asif və müdafiə sənayesi naziri Rana Tanvir Husainin böyük bir nümayəndə heyətləri ilə uğurlu Bakı səfərləri qənaətimizi təsdiqləyir.

Azərbaycanın yüksək rütbəli rəsmilərinin, generalitet təmsilçilərinin son illər Türkiyədən sonra ikinci ən çox səfər etdikləri dövlət də məhz elə dost Pakistandır. Son olaraq (noyabr ayında) baş nazirin 1-ci müavini Yaqub Eyyubovla hərbi sənaye naziri Yavər Camalov, ondan az öncə isə müdafiə naziri Zakir Həsənov Pakistanda olub, ən yüksək səviyyədə görüşlər keçiriblər.

Bu, əlbəttə ki, çox yaxşı göstəricidir. Eyni zamanda Azərbaycanı hərbi və hərbi-təhlükəsizlik baxımından tək-tənha sayan düşmənlərimizə bir göz dağı, xəbərdarlıq mesajı sayılacaq göstəricidir. İkitərəfli təmasların zirvəsi isə sözsüz ki, prezidentlərin görüşüdür. Qeyd edildiyi kimi, bu il həm Pakistanın prezidenti, həm də baş naziri Azərbaycanda olub hər iki səfər hərbi-əməkdaşlıq sahəsində əlaqələrin dərinləşməsi ilə yadda qalıb. İndi isə prezident İlham Əliyevin dost ölkəyə səfəri gözlənilir.

*****

Ən önəmlisi odur ki, Pakistan Ermənistan üzərində hərbi üstünlüyümüzü saxlamaq üçün bizə real şəkildə kömək edə biləcək həlledici dövlətlərdən biridir. Prezident İlham Əliyevin qarşıdakı səfəri hər şeydən öncə bu kontekstdə önəm daşıyır. Yəqin ki, belə də olacaq və rəsmi ziyarət Ermənistanın yuxusunu qaçıracaq çox mühüm və yeni anlaşmaların və sənədlərin imzalanması ilə yadda qalacaq.

 Ermənistanın hərbi balans yaratmaq ümidi həmişəlik basdırılır


Söhbət ən əvvəl Pakistandan modern hava hücumundan müdafiə sistemlərinin alınmasından, eyni zamanda, müasir döyüş sistemlərinin Azərbaycanda (ortaq) istehsalını təşkil etməkdən gedir - nə barədə ki, Nəvaz Şərifin oktyabrda Bakı səfəri çərçivəsində prezident Əliyevlə onun arasında müzakirələr aparılıb.

Əslində söhbət həm də ölkələrimiz arasında əlaqələri hərbi müttəfiqlik səviyyəsinə qaldırıb rəsmiləşdirməkdən, yəni öncəliklə hərbi saziş imzalamaqdan getməlidir. Rusiya ilə işğalçı Ermənistanın ortaq hərbi qruplaşma yaratdığı vaxtda ya qardaş Türkiyə, ya da Pakistanla bu cür müqavilənin bağlanması, beləliklə də Azərbaycanın təhlükəsizliyinin daha etibarlı səviyyəyə qaldırılması artıq zamanın imperativinə çevrilib. Bununla ciddi maliyyə imkanlarından məhrum Ermənistanın hərbi balans yaratmaq ümidləri həmişəlik basdırıla, düşmən Qarabağ danışıqlarında konstruktiv mövqeyə məcbur ola bilər.


*****

Bəzi təhlilçilərə görə, Türkiyə ilə Azərbaycan arasında belə bir sənədin imzalanmasına qardaş ölkənin NATO üzvü olması maneə yarada bilər. Ancaq Türkiyə, məsələn, on illərdir Şimali Kiprdə böyük hərbi kontingent saxlayır və buna görə ona NATO-dan ona heç bir etiraz olmayıb. Eyni qaydada və Qars müqaviləsinin iki əsas tərəfindən biri olaraq qardaş ölkə Naxçıvanda hərbi bazalar yerləşdirə bilər. Pakistan dövləti üçünsə, ümumiyyətlə, bu qəbildən əngəllər mövcud deyil və Azərbaycan belə bir imkanı rahatca nəzərdən keçirə bilər.

Bu, avtomatik şəkildə o anlama gəlmir ki, müharibə variantında Türkiyə və ya Pakistan dərhal Azərbaycanın tərəfində müharibəyə qoşulacaq. Ancaq ən azından Ermənistan və onun havadarları, ilk növbədə isə işğalçı ilə hərbi müttəfiqliyini gücləndirən Rusiya üçün çəkindirici amilə çevriləcək. O ki qaldı Azərbaycanın “Qoşulmamaq hərəkatı”nın üzvü olması və qanunla ölkə ərazisində xarici hərbi bazaların yerləşdirilməsinin yasaqlanmasına, bu da problem deyil. Qanuna düzəliş oluna bilər. Çünki öncə təhlükəsizliyimiz və suverenliyimizdir...

*****

Pakistan mövzusunda daha bir əhəmiyyətli və diqqətçəkici detal: ötən həftə ABŞ-ın yeni prezidenti Donald Trampla Pakistan baş naziri Nəvaz Şərif arasında telefon danışığı olub. Tramp Pakistan qarşısında duran problemlərin həllində Pakistana kömək etməyə hazır olduğunu söyləyib. Ən maraqlısı odur ki, danışıqların yekununda Ağ Evin təzə başçısı Pakistan baş nazirini “füsunkar oğlan” adlandırıb.

Bu - bizə dost-müttəfiq ölkə kimi Pakistanla ABŞ arasında əlaqələrin qarşıdakı 4 ildə yaxşı axarda gedəcəyi barədə olduqca pozitiv bir anons, erməniləri, erməni lobbisini isə pəjmürdə edən mesajdır. Çünki artıq Pakistana münasibət həm də Azərbaycana münasibət deməkdir.

Analitik xidmət

XƏBƏR LENTİ

16.01.2017 , 20:46

Azərbaycanda borcu silinənərin sayı açıqlandı - Siyahı

16.01.2017 , 18:59

Naxçıvan televiziyasının saytına 800 min baxış olub – 1000 baxış Ermənistandan qeydə alınıb

16.01.2017 , 18:48

70 minə qədər ödəyicinin faiz borcu silindi

16.01.2017 , 18:48

Avetyan İrəvana gedir: “Azərbaycandan xahiş edirəm...”

16.01.2017 , 18:40

“Təfəkkür” bağlansa da, universitetdəkilərin xəbəri yoxdur

16.01.2017 , 18:31

Türkiyədə partlayış - 5 yaralı

16.01.2017 , 18:30

İlham Əliyev Türkiyənin Fəxri doktoru adına layiq görüldü

16.01.2017 , 18:23

ABŞ Astana görüşlərinə dəvət edilmədi

16.01.2017 , 17:59

Nəcməddin Sadıkov NATO toplantısında iştirak edəcək

16.01.2017 , 17:56

General: "Şəhidimizin qisası tezliklə alındı"

16.01.2017 , 17:20

Təfəkkür Universiteti bağlandı

16.01.2017 , 17:09

Rektordan sərt qərar - Universitetin 5 dekanı vəzifədən çıxarıldı (Siyahı)

16.01.2017 , 17:09

Dünya İqtisadi Forumunun Davos zirvəsi başlayır

16.01.2017 , 17:08

Sərdar Cəlaloğlundan sensasion iddialar - "Hakimiyyətin daxilində parçalanma tendensiyaları var..."

16.01.2017 , 16:57

Terrorçuluqla məşğul olan 58 nəfər Azərbaycan vətəndaşlığından məhrum edildi

16.01.2017 , 16:54

Mehriban Əliyeva ən fəal deputat seçildi

16.01.2017 , 16:52

Beynəlxalq Bankın 6 filialı haqda cinayət işi açılıb

16.01.2017 , 16:51

“Belə şərəfsizləri generallara qarşı ifadə verməyə məcbur edirlər” – Çovdarov

16.01.2017 , 16:49

ADAU mükafat yalanı ittihamına cavab verdi, amma...

16.01.2017 , 16:47

Şahin Mustafayev: "Növbəti üç ildə əczaçılıq sahəsində dönüş olacaq"

16.01.2017 , 15:23

Lənkəranskinin 5 metrlik abidəsi Bakıya gətirildi - Hindistanda hazırlanıb

16.01.2017 , 15:22

"Ermənilərin təxribat cəhdi baş tutmadı"- Nazirlikdən bəyanat

16.01.2017 , 15:16

Tanınmış yumoristə ağır itki

16.01.2017 , 15:08

“Azərbaycanın müharibə edəcəyi danılmazdır”

16.01.2017 , 15:04

Həyacanla gözlənilən Möhtəşəm 100 Gün lotareyasının qalibləri məlum oldu

16.01.2017 , 14:56

Dilqəm Əsgərovun atası iflic oldu - Foto

16.01.2017 , 14:45

Polis mayoru vətəndaşı söydü, araşdırma başladı - Şirvanda + Video

16.01.2017 , 14:20

Ermənilər “KVN”in səhnəsində - Maslyakovun yalanı üzə çıxdı

16.01.2017 , 14:12

Özünü güllələyən deputat arvadının məktubu tapıldı - “Tükəndim...”

16.01.2017 , 13:56

Dollar hərracda bahalaşdı

16.01.2017 , 13:38

Azərbaycan prezidenti qırğızıstanlı həmkarına başsağlığı verdi

16.01.2017 , 13:36

Bu gün TANAP-la bağlı kredit sazişi imzalanacaq- Bakıda

Bütün Xəbərlər

FaceBook