Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Oxunub:22 389

Tarix: 3-12-2016, 20:06

Türkiyə və Rusiya Suriya üzrə sazişə gəldi:“Moskva ASO ilə danışıqlara başlayıb” – Təhlil

Türkiyə və Rusiya Suriya üzrə sazişə gəldi:“Moskva ASO ilə danışıqlara başlayıb” – Təhlil
yüklənir...

Zeynəb Gürcanlı
Sözcü (Türkiyə), 02.12.2016




Türkiyə və Rusiya arasında Suriya məsələsi üzrə danışıqlar mühüm nəticələr verib. Prezident Rəcəb Ərdoğan son həftədə prezident Vladimir Putinlə üç dəfə telefonla danışdığı halda Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edib. Ankara və Moskva arasındakı silsilə təmaslarla bağlı mühüm siqnallar XİN başçıları Mövlud Çavuşoğlu və Sergey Lavrovun birgə mətbuat konfransında üzə çıxıb.

Ərdoğanın Əsəd haqda bəyanatına “diplomatik düzəliş”



Prezident Tayyib Ərdoğanın “Biz Əsəd idarəçiliyinə son qoymaq üçün Suriyaya girmişik” bəyanatına “diplomatik düzəliş” edilib. Ərdoğan öz sözlərini Putinlə telefon danışığının gedişində birbaşa izah edib. Kreml rəsmən bildirib ki, Ərdoğan və Putin danışıqlarda bu mövzunu qaldırıblar.

“Diplomatik düzəliş” həmçinin Milli Təhlükəsizlik Şurasının (MGK) son toplantısının nəticələri üzrə dərc edilmiş kommünikedə də var. Ərdoğanın sədrliyi altında MGK rəsmi məlumatında bildirilib ki, “Fərat qalxanı” əməliyyatının məqsədi “sərhəd təhlükəsizliyinin təminatı, Türkiyəyə hücumların dəf edilməsi, bölgənin İŞİD və digər terrorçu qurumlardan tam təmizlənməsidir”.

Bu mövzuda üçüncü siqnal Lavrov və Çavuşoğlunun mətbuat konfransında verilib. Çavuşoğlu deyib: “Suriyanı İŞİD-dən təmziləmək zəruridir. Əslini desək, biz bunun üçün oradayıq”.

Çavuşoğlu Ankaranın Əsəd rejiminin indiyədək saxlanmasını “qəbul edə bilmədiyini” sıradakı sözlərlə ifadə edib: “Əsəd haqda bizim baxışımız məlumdur. O, 600 min insanın həlakına görə məsuliyyət daşıyır. Biz bu məsələdə Rusiya ilə şərik olmaya bilərik. Lakin atəşkəs, humanitar yardım, siyasi transformasiyaya gəlincə, burada Rusiya ilə razılaşırıq”.

Türkiyə Hələbdə Əsəd-Rusiya əməliyyatı xüsusunda “susur”



Əsədə loyal ordunun Rusiya dəstəyi ilə Hələbdə başladığı əməliyyat Türkiyədə qızğın reaksiya doğurub. Keçmiş prezident Abdulla Gül daxil olmaqla Ədalət və İnkişaf Partiyası təmsilçiləri və hökumətyönlü KİV-lər “Hələb məhv olur” başlığı altında sosial şəbəkələrdə diqqəti buna cəlb etməyə çalışır ki, Əsəd-Rusiya əməliyyatı üzündən şəhərdə nələr baş verir.

Lakin diqqət çəkəndir ki, Türkiyə xarici işlər naziri Çavuşoğlu Lavrovla danışıqların gedişində Hələb məsələsində sosial şəbəkələrdə meydana çıxmış qəzəblə həmahəng reaksiya nümayiş etdirməyib. Rusiya xarici işlər naziri Lavrov “Hələbi terrorçulardan azad edəcəyik” sözlərilə elan edib ki, Hələbdə əməliyyatlar davam edəcək.

Lavrov daha bir addım uzağa gedib: Hələbi tərk etməyən sakinləri diplomatik manerada “terrorçulara yardım”da ittiham edib. Rusiyalı nazir deyib: “Hələbi terrorçulardan azad etməyimiz üçün evlər boş olmalıdır”.

Çavuşoğlunun Lavrovun bu bəyanatına cavabda susmasını “Ankara və Moskva arasında Hələb barəsində sazişin əldə olunması” kimi şərh edirlər.



Rusiya ASO ilə təmasdadır



Türkiyənin Hələb və Əsəd məsələlərində yeni yanaşımına cavabda Rusiyadan daha bir addım gəlib. Moskva Əsəd rejiminin rəsmən “terrorçu təşkilat” elan etdiyi və Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu (ASO) ilə danışıqlar masasının arxasına oturmağa razılaşıb. “Biz hamı ilə danışıqlar aparırıq” – Lavrov bu sözlərlə, iddia edildiyi kimi, Türkiyənin vasitəçiliyi ilə baş tutmuş ASO-Rusiya danışıqları faktını rəsmən təsdiq edib.

Çavuşoğlu qeyd edib: “Suriyada inklüziv proses lazımdır, heç kimi kənarda qoymaq lazım deyil. Biz hesab edirik ki, bu cür danışıqlar ölkənin bütövlük və birliyini təmin etməkdən ötrü faydalıdır”.

yüklənir...

XƏBƏR LENTİ

26.03.2017 , 15:32

ABŞ şirkətləri “YouTube”-də reklam yerləşdirməkdən imtina edirlər

26.03.2017 , 15:31

Prezidentə ölüm hökmü oxundu

26.03.2017 , 15:25

Azərbaycan-Almaniya futbol matçına bütün biletlər satıldı

26.03.2017 , 15:22

Türklər həm bizdən oğurladı, həm də şikayət etdi - Video

26.03.2017 , 13:29

ABŞ prezidentinin tərəfdarları və əleyhdarları arasında toqquşma – VİDEO

26.03.2017 , 12:28

Şirkət rəhbəri öldü - Maşın vurub

26.03.2017 , 11:26

Britaniyada güclü partlayış - 32 yaralı var

26.03.2017 , 10:23

Venesuela prezidenti BMT-dən yardım istədi -Ölkə dərman qıtlığı çəkir

26.03.2017 , 05:38

Lotu Bəxtiyar hansı qanuni oğruya “kriminal aləmin imamı” deyirdi?

26.03.2017 , 02:58

İcra başçısı Zakir Fərəcovdan aprel şəhidinin ruhuna hörmətsizlik: Yaşadığı binaya şəkilinin vurulmasına icazə vermədi

26.03.2017 , 01:04

Azərbaycanlı oğlan ifası ilə rusları heyran etdi – Video

26.03.2017 , 01:00

Sarkisyan Qarabağdan hədələdi: “İskəndər”dən istifadə edəcəyəm”

26.03.2017 , 00:58

Abbas Abbasovun oğlu ermənilərin təmsil olunduğu siyasi təşkilat yaradır - Fotofakt

25.03.2017 , 21:55

İranlı soydaşlarımızın Bakı təəssüratları - SORĞU (VİDEO)

25.03.2017 , 21:52

Azərbaycan prezidenti banqladeşli həmkarını təbrik edib

25.03.2017 , 21:47

Sarkisyan hərbi formada Qarabağdan Ermənistana mesaj verdi - FOTO

25.03.2017 , 18:44

Rusiya sovet ampluasında - Avropanı şərqdən, Türkiyəni hər yandan dövrəyə alır..

25.03.2017 , 18:37

“Kandildə, İmralıda, Pensilvaniyada olanlar “yox” deyirlər” – Ərdoğan

25.03.2017 , 18:10

Qubernator: “Azərbaycanlılar Gürcüstanın inkişafında mühüm rol oynayırlar”

25.03.2017 , 17:54

Nazir: "Bakı-Tbilisi-Qars layihəsi Qara dənizdən çəkiləcək dəmir yoluna birləşdiriləcək"

25.03.2017 , 17:45

Kombinat direktorunun qətli ilə bağlı yeni detallar

25.03.2017 , 17:26

Ərdoğan: "Kılıçdaroğlu gəlməyəcəm demişdi, amma quzu kimi gəldi"

25.03.2017 , 17:20

Aprel seçkisi: Ermənistanı nə gözləyir?

25.03.2017 , 17:11

Kılıçdaroğlu yenə gündəmdə - Bu dəfə zirehli avtomobillə...

25.03.2017 , 17:08

ABŞ Şimali Koreyaya hərbi müdaxilə edərsə, Çin və Rusiyanın mövqeyi necə olacaq? - Politoloqun cavabı

25.03.2017 , 16:55

Bank səhvən xarici hesablara 5 milyard avro köçürdü

25.03.2017 , 16:51

Türkiyəli nazirlər Fətullah Güləni Amerikadan gizlicə qaçırmaq istəyib - Plan açıqlandı

25.03.2017 , 16:50

“Balkan yarımadasında müharibə başlaya bilər” - Jan-Klod Yunker

25.03.2017 , 16:48

Azərbaycan millisinin hər futbolçusuna 100 min manat veriləcək

25.03.2017 , 16:48

Rusiya Bakıda doğulan ermənini beynəlxalq axtarışa verdi

25.03.2017 , 16:46

Trampdan növbəti qalmaqal: Yunkerlə Tusku səhv saldı

25.03.2017 , 16:46

“Barselona” Premyer Liqa çempionunu istəyir

Bütün Xəbərlər

FaceBook