Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Oxunub:7 051

Tarix: 1-12-2016, 10:28

Avrasiya yeni dünya gücünün bir addımlığında:Moskva-Ankara yaxınlaşması türk-slavyan birliyinə çevrilə bilər - Təhlil

Avrasiya yeni dünya gücünün bir addımlığında:Moskva-Ankara yaxınlaşması türk-slavyan birliyinə çevrilə bilər - Təhlil
yüklənir...

Salih Yılmaz

Yeni Safak (Türkiyə), 30.11.2016




Sovetlərin dağılmasının ardınca yaradılmış uğursuz MDB strategiyasından sonra Rusiyanın avrasiyaçılıq konsepsiyası Rusiyanın posstsovet məkanında nüfuzunu yeni forma və ideyada saxlamaq və ona ABŞ-a güzəştə getməmək imkanı verib. MDB ölkələrinin önəmli qismi günümüzdə avrasiyaçılıq ideyası ətrafında birləşib. Qaldı ki, Avrasiya Birliyi, Türkiyə, İran, Gürcüstan, Ukrayna, Azərbaycan və Özbəkistana, bu, strategiyanın kritik bəndləridir. Avrasiyaçılıq çağdaş Rusiyanın əsas xarici siyasət konsepsiyasıdır.

Avrasiyaçılıq konsepsiyasının pravoslavlıq ideologiyasına söykənməsi faktını bəziləri tənqid edirlər. Lakin bu cür tənqidi səsləndirənlər Duqinin ideyalarından çıxış edirlər. 2000-ci ilərin başlanğıcında təqdim edilimiş avrasiyaçılıq ideyasına əsasən, ruslar dünyaya sülh gətirilməsi həvalə edilmiş müqəddəs xalqdır. Bu haqda Duqinin əsas tezisləri bu cürdür: “Bu sivilizasiyanın dini parvoslavlıqdır. Rusiya bütün dünyanı idarə etmək istəyirsə, hər şeydən əvvəl antiamerika cəbhəsi yaratmaldır. İran, Almaniya, Yaponiya bu cəbhədə olmalıdır. Çin və Türkiyə Rusiyanın tarixi düşmənləridir. Bu iki ölkə Rusiyanın hədəfləri qarşısında əsas maneələrdir. Bu maneələrin aradan qaldırılması bu iki ölkədə iğtişaşların törədilməsi və onların dağılmasından keçir. Türkiyə eyniyyəti və tarixi təməli üzündən Orta Asiyanın türkdilli respublikalarında milli oyanışı təşviq edəcək. Hadisələrin bu cür inkişafı Rusiyanın Orta Asiyadakı bütün hədəflərini heçə doğru aparır. Orta Asiyada İranın təsiri artsa, Türkiyənmin bu bölgəyə nüfuz etməyinə mane olacaq. Türkiyədə etnik nifaq və münaqişə qızışdırmaq lazımdır. Separatçı kürd hərəkatını dəstəkləmək və Türkiyəyə rəğbət bəsləyən Azərbaycanı İran, Rusiya və Ermənistan arasında bölmək lazımdır”.

Duqin bu ideyaları 2000-ci illərin əvvəlində səsləndirib. O, daha çox rusların ABŞ-a qarşı yaratmağa cəhd etdiyi ittifaqın təsvirini ehtiva edirdi. Rusiyada Duqinin ideyaları ilə razılaşmayanlar Türkiyənin dağıdılması ideyasını tənqid edib və Türkiyənin də yer aldığı avrasiyaçılıq strategiyasını təklif edərək “vahid sivilizasiya”nı vurğulayıblar. Bu baxış nöqtəsinin tərəfdarları Avrasiyada Türkiyə ilə əməkdaşlığın zərurətindən danışırlar. Rusiya siyasətini müəyyən edən və gerçəkləşdirən simalar, hər şeydən əvvəl Putin Türkiyə ilə dostluq münasibətlərinin qurulmasına üstünlük verirlər. Və xüsusən də FETÖ terorçu təşkilatının 15 iyul dövlət çevrilişinə cəhdindən sonra Duqinin ideyalarında mühüm dəyişikliklər baş verib. Duqin əvvəllər yazılmış kitablarından Türkiyə və türklərə qarşı yönəlik fəsilləri çıxrdıb və daha müsbət mövqe tutaraq uyğun fraqmentləri yenidən yazıb. Duqin ideyalarındakı dəyişikliklər “Türkiyə öz milli maraqları sahəsində şərtləri göstərməklə Moskva və Tehranla yanaşı, tamhüquqlu iştirakçı hüququnda Avrasiya inteqrasiyasına qoşulacaq” səviyyəsinə çatıb.


Avrasiyaçılığın düzgün təyini


Türkiyənin akademik və siyasi dairələri avrasiyaçılığı ancaq Duqin ideyaları kontekstində nəzərdən keçirəndə konsepsiyanın yanlış anlaşmasına səbəb olur. Çağdaş Rusiyada Duqinin israr etdiyi avrasiyaçılıq ultramillətçilik kimi qəbul edilir. Avrasiyaçılıq nəzəriyyəsi Duqindən xeyli qabaq təklif edilib və özgə cür ifadə olunub. Belə ki, avrasiyaçılığın müəllifi Duqin deyil və bundan sonra da olmayacaq. Bu faktı gözardı etmək olmaz ki, bu gün Avrasiya İqtisadi Birliyininə üzv ölkələrin əksəriyyəti müsəlman ölkələridir. Buna görə də Rusiya və yaxud Türkiyənin avrasiyaçılıq ideyasını Duqin ideyalarının təsiri altında deyil, özəl siyasi nəzəriyyə vasitəsilə nəzərdən keçirmək faydalı olardı. Putin və çevrəsindəki polismeykerlər 1991-ci ildən sonra Rusiyada nəzəriyyəçisi Duqin olan “yeni avrasiyaçılıq” siyasətini tətbiqi saymırdılar və o, dəyişikliklərə uğradı. “Rus dünyası” anlayışı bu dəyişimlərə uyğun olaraq son illərdə Avrasiya məkanında ön plana çıxıb.

Rusiyanın avrasiyaçılıq konsepsiyasında ruslara liderlik rolu ayrılır. Avrasiyaçılıq çardağı altına çox xalqlar toplaşıb. Bu çardaq tatar, slavyan, fin, fars, Qafqaz xalqlarını ümumi hədəf ətrafında elə şəkildə birləşdirir ki, onların milli mədəniyyətləri qorunsun. Avrasiya – fövqəlmədəniyyətdir. “Avrasiya” termini eyni coğrafiyanı bölüşən xalqların yaratdığı imperiyanın adıdır. Bu xalqlar tarix boyunca yanaşı yaşayıb və bir-birini tanıyıb. Bu tanışlıq üzündən aralarında intensiv qarışma baş verib, necəsə bir hibrid cəmiyyət meydana çıxıb. Avrasiya mədəni planda Bizans, ellin, türk-tatar və rus submədəniyyətlərinin çulğaşması ilə biçimlənib. Rusiya Avrasiya məkanında hökmranlıq etmiş Çingizxanın mirasına iddia edir. Lakin Rusiyanın avrasiyaçılıq konsepsiyasının yolunda əsas əngəl Amerikadır. Rusların fikrincə, ABŞ qarşısında məğlubiyyət onların Avrasiya layihəsini pozar. Sovet İttifaqının dağılmasından sonra Rusiya avrasiyaçılığına maraq göstərən ölkələr kürəsəlləşmə, atlantizmə qarşı durmaq üçün bu hərəkata qoşulub. Əksər ölkələr məxməri və çəhrayı inqilabların təsiri altında Rusiyaya daha yaxın olub. Bundan savayı, bu dövlətlər Avrasiya çardağı altında kürəsəl miqyaslı beynəlxalq terrorizm, narkoticarət, qaçaqmalçılıq kimi problemlərlə mübarizə aparmağa güc qazanıb.

Son zamanlar Rusiyada Baqramovun təklif etdiyi “türk-slavyan birliyi” haqda tezisə əsaslanan nəzəriyyə tez-tez müzakirə olunur. Bu yeni nəzəriyyə Rusiya tarixində (mühüm tarixi mirasa malik) Qızıl Orda tərkibində türk-müsəlman icmalarının rolunun bərpasını təklif edir. Nəzəriyyə bundan çıxış edir ki, türk və slavyan icmaları avrasiyaçılığın uğurlu təcəssümü üçün birgə hərəkət etməlidir. Nəzərə alınsa ki, Avrasiya coğrafi deyil, mədəni birliyə həfədlənib, bu cür birlik yalnız türk və slavyan xalqlarının ittifaqa gəlməsi ilə uğurlu olacaq.

ABŞ və Almaniya Avrasiya qitəsində türk-slavyan ittifaqına qarşı hamıdan çox çıxış edir. ABŞ hesab edir ki,Türkiyə və Rusiyanın ümumi hədəfdə birləşməsi onun maraqlarına ziyan vurur. Almaniya isə düşünür ki, Rusiyanın Türkiyə ilə əməkdaşlıq quracağı halda onu iqtisadi mənafeyi zərər çəkər. Bu bölgədə təkcə Çin Rusiya və Türkiyənin ümumi hədəf ətrafında iqtisadi inteqrasiyasına önəm verir. Nəzərdən buraxmaq olmaz ki, Avrasiya mədəniyyətinin ən mühüm ünsürü Turan (türkçülük) xəttidir.

Bölgəyə münasibətdə strategiyanın təyini


Türkiyə və Rusiya Qərb (Avropa) və Şərq (Asiya) arasında körpü rolunu oynayan Avrasiyanın icmalarının ifadəçisi ola bilər. Bu iki ölkənin təkbaşına hərəkət etdiyi Avrasiya istənilən səviyyədə nüfuzlu olmayacaq. Günümüzün Avrasiyası ABŞ, Rusiya və Çinin dünya ağalığı uğrunda mübarizə səhnəsidir. Türkiyə, İran və Hindistan da zaman-zaman bu mübarizəyə qoşulub. Türkiyə-Qafqaz və Orta Asiya türk respublikaları malik olduğu yeraltı sərvət və enerji resursları, həmçinin nəql marşrutları baxımından ixtilaf bölgəsidir. Bura, əsasən, türk xalqları və Türkiyəyə qohum icmaların yaşadığı bölgədir. Buna görə də fikir var ki, Rusiyanın avrasiyaçılıq ideyasını uğurla gerçəkləşdirmək üçün Türkiyəni bu bölgələrdən uzaq tutmaq lazımdır. Türkiyə hələlik fəal və planauyğun şəkildə bu bölgələrə müdaxiləyə hazır olduğunu sərgiləmir. Amma Türkiyə uzunmüddətli perspektivdə bu bölgələrə daha mütəşəkkilcəsinə yanaşsa, onda Avrasiya bölgəsində Rusiya nüfuzu azalacaq. Rusiya bu təhlükəni görərək Avrasiyada Türkiyə ilə rəqabətə girməkdənsə vahid Avrasiya çardağı altında Türkiyə ilə necə əməkdaşlıq etmək və birləşmək planlarını daha çox müzakirə edir.

Eyni zamanda Rusiyada Türkiyəyə münasibətdə bu planlara qarşı yetərincə kəskin çıxış edənlər də var. Bu müxalifət təyyarə böhranından sonrakı Rusiya ilə münasibətlərdə istədiyinə nail olub və Rusiya cəmiyyətində türk xofunu qidalandırıb. Bütün bu olay və planlara baxmayaraq, Türkiyə Rusiya ilə ittifaqdan yayınır, çünki öz Avrasiya strategiyasını hələ hazırlaya bilməyib. Rusiya hesab edir ki, Avrasiyada ona rəqib yoxdur. Rusiya ŞƏT və MDB kimi fəal qurumlar vasitəsilə rəqabətin olmadığı Avrasiya bölgəsində hərbi, mədəni, iqtisadi və siyasi inteqrasiya formalarını asanlıqla tapa bilər.


Güclü qütb meydana çıxa bilər


Türkiyənin Avrasiya konsepsiyasının uğurla gerçəkləşdirilməsi kommunikasiya və RF ərazisində yaşayan türk icmaları ilə əməkdaşlığın artmasını tələb edir. Lakin Rusiya bu riski gördüyündən Türkiyəni aralı saxlamağa cəhd edib. Rusiya bölgədə təcridə düşdüyünü anlayanda onun bu siyasəti zaman keçdikcə iflasa uğrayıb. İki ölkə bir-birindən qarşılıqlı asılılığını daha çox dərk edib və yenidən sürətlə əməkdaşlığa qayıdıb. Rusiya və Türkiyə avrasiyaçılığı özlüyündə dünyada ayrıca qütb yaratmaq iqtidarında deyil. Lakin bu iki nəzəriyyə ümumi hədəfdə birləşsə, dünyada həqiqətən də, güclü qütb meydana çıxa bilər. Türkiyə-Rusiya əməkdaşlığı hər iki cəmiyyəti gücləndirər və firavanlığı artırar. Bu iki dövlət birliyi seçməklə birqütblü dünyaya meydan oxuya bilər.

yüklənir...

XƏBƏR LENTİ

26.03.2017 , 15:32

ABŞ şirkətləri “YouTube”-də reklam yerləşdirməkdən imtina edirlər

26.03.2017 , 15:31

Prezidentə ölüm hökmü oxundu

26.03.2017 , 15:25

Azərbaycan-Almaniya futbol matçına bütün biletlər satıldı

26.03.2017 , 15:22

Türklər həm bizdən oğurladı, həm də şikayət etdi - Video

26.03.2017 , 13:29

ABŞ prezidentinin tərəfdarları və əleyhdarları arasında toqquşma – VİDEO

26.03.2017 , 12:28

Şirkət rəhbəri öldü - Maşın vurub

26.03.2017 , 11:26

Britaniyada güclü partlayış - 32 yaralı var

26.03.2017 , 10:23

Venesuela prezidenti BMT-dən yardım istədi -Ölkə dərman qıtlığı çəkir

26.03.2017 , 05:38

Lotu Bəxtiyar hansı qanuni oğruya “kriminal aləmin imamı” deyirdi?

26.03.2017 , 02:58

İcra başçısı Zakir Fərəcovdan aprel şəhidinin ruhuna hörmətsizlik: Yaşadığı binaya şəkilinin vurulmasına icazə vermədi

26.03.2017 , 01:04

Azərbaycanlı oğlan ifası ilə rusları heyran etdi – Video

26.03.2017 , 01:00

Sarkisyan Qarabağdan hədələdi: “İskəndər”dən istifadə edəcəyəm”

26.03.2017 , 00:58

Abbas Abbasovun oğlu ermənilərin təmsil olunduğu siyasi təşkilat yaradır - Fotofakt

25.03.2017 , 21:55

İranlı soydaşlarımızın Bakı təəssüratları - SORĞU (VİDEO)

25.03.2017 , 21:52

Azərbaycan prezidenti banqladeşli həmkarını təbrik edib

25.03.2017 , 21:47

Sarkisyan hərbi formada Qarabağdan Ermənistana mesaj verdi - FOTO

25.03.2017 , 18:44

Rusiya sovet ampluasında - Avropanı şərqdən, Türkiyəni hər yandan dövrəyə alır..

25.03.2017 , 18:37

“Kandildə, İmralıda, Pensilvaniyada olanlar “yox” deyirlər” – Ərdoğan

25.03.2017 , 18:10

Qubernator: “Azərbaycanlılar Gürcüstanın inkişafında mühüm rol oynayırlar”

25.03.2017 , 17:54

Nazir: "Bakı-Tbilisi-Qars layihəsi Qara dənizdən çəkiləcək dəmir yoluna birləşdiriləcək"

25.03.2017 , 17:45

Kombinat direktorunun qətli ilə bağlı yeni detallar

25.03.2017 , 17:26

Ərdoğan: "Kılıçdaroğlu gəlməyəcəm demişdi, amma quzu kimi gəldi"

25.03.2017 , 17:20

Aprel seçkisi: Ermənistanı nə gözləyir?

25.03.2017 , 17:11

Kılıçdaroğlu yenə gündəmdə - Bu dəfə zirehli avtomobillə...

25.03.2017 , 17:08

ABŞ Şimali Koreyaya hərbi müdaxilə edərsə, Çin və Rusiyanın mövqeyi necə olacaq? - Politoloqun cavabı

25.03.2017 , 16:55

Bank səhvən xarici hesablara 5 milyard avro köçürdü

25.03.2017 , 16:51

Türkiyəli nazirlər Fətullah Güləni Amerikadan gizlicə qaçırmaq istəyib - Plan açıqlandı

25.03.2017 , 16:50

“Balkan yarımadasında müharibə başlaya bilər” - Jan-Klod Yunker

25.03.2017 , 16:48

Azərbaycan millisinin hər futbolçusuna 100 min manat veriləcək

25.03.2017 , 16:48

Rusiya Bakıda doğulan ermənini beynəlxalq axtarışa verdi

25.03.2017 , 16:46

Trampdan növbəti qalmaqal: Yunkerlə Tusku səhv saldı

25.03.2017 , 16:46

“Barselona” Premyer Liqa çempionunu istəyir

Bütün Xəbərlər

FaceBook