Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Türk nəşri:"Suriyada türk hərbçilərinə hücumun arxasında Rusiya durur” – Təhlil

Türk nəşri:
yüklənir...

Özcan Yeniçəri

Yeni Çağ (Türkiyə), 30.11.2016


Suriyada yerləşmiş bütün kürəsəl və bölgə güclərinin ümumi məqsədi Türkiyəni bölgəyə buraxmamaqdır. Həm Rusiya, həm ABŞ, həm Əsəd bunda həmfikirdir.

Türkiyə SQ-i hədəf seçənlər nəyə can atır?

Türkiyə SQ-ə hücumun məqsədindən danışmazdan əvvəl Türkiyənin bölgəyə müdaxilə məqsədindən danışmaq lazım gəlir. Birincisi, Türkiyənin Suriya ərazisinə iddiası yoxdur. Türkiyə bölgəyə girib və “Fərat qalxanı” əməliyyatına başlayıb, çünki milli təhlükəsizliyə təhdidlə üzləşmişdi.

Türkiyə SQ-nin bu mərhələdə nişanladığı ilk məqsəd Əl-Bab və Afrin, ikinci addım isə Əl-Bab-Minbic marşrutunu kəsmək idi. Sonra isə Türkiyə “Demokratik Birlik” Partiyasının (PYD) Mənbicdəki varlığına qarşı tədbirlər görəcək.

Türkiyə SQ-nin PYD-yə təzyiqi nə qədər güclənirsə, fitnəkarlıqlar bir o qədər çoxalır. Məlum dairələrdə Türkiyə SQ-nin dəstəyi ilə Azad Suriya Ordusunun irəliləməsinə mane olmaqdan ötrü ciddi iş gedir – buna Türkiyəni ABŞ, Rusiya və Suriya ilə toqquşdurmaqla nail olmaq mümkündür.

Noyabrın 24-də, Rusiya təyyarəsinin məhv edilməsinin ildönümündə Suriya aviasiyasının hücumu nəticəsində beş türk hərbiçisinin həlakı qətiyyən sıradan bir hadisə deyil.

Yəqin ki, bu hücum təsadüfi deyildi və qəsdən həyata keçirilmişdi. Böyük hündürlükdə yerləşən və mötəbər kəşfiyyat məlumatına malik olan Suriya təyyarələri Əl-Babın bir kilometrliyində Türkiyə SQ birləşmələrinə nöqtə zərbəsi endirib. Türkiyə SQ məqsəd və nəticələri diqqətlə hesablanmış hücumla üzləşib.

Aydın olur ki, bu həmlənin gedişində hesablama bu imiş ki, Türkiyə Suriyaya dərhal cavab verəcək. Türkiyə SQ-nin bu cür reaksiyasının, ehtimal ki, üç mühüm nəticəsi olmalıydı:

Birincisi, təəssürat yaranacaqdı ki, Türkiyə SQ SƏR ərazisində İŞİD-lə deyil, Suriya ilə vuruşur.

İkincisi, Türkiyə SQ-nin Minbic və Əl-Babda PYD-yə təzyiqi zəifləyəcəkdi.

Üçüncüsü, Türkiyəni bu və ya başqa biçimdə Rusiya və ABŞ-dan üzmək mümkün olacaqdı.


Suriyadakı hücuma görə izahatı Rusiyadan tələb etmək lazımdır!


Türkiyə qurulmuş strateji tələyə gərəkli, qarşılıqlı strateji addımla cavab verməlidir. Türkiyə böyük dövlətə yaraşan kimi soyuqqanlı, təmkinli, uyğun və sərt cavab verməlidir.

Suriya rejiminin varlığı hazırda ancaq Rusiya kölgəsində və müdafiəsi altında hiss olunur. Rusiyanın xəbəri olmadan Suriyanın bu cür hücumu həyata keçirməsi ehtimalı son dərəcə azdır. Bununla bağlı bu faktın mənası var ki, Suriya tərəfdən bu hücumdan sonra prezident Ərdoğan Rusiya lideri Putinlə iki dəfə danışıb.

Türkiyə Əl-Bab yaxınlığında hücumun cavabını ona hücum edən Suriyaya verməlidir. Siyasi mənada isə hücuma görə Rusiyanı sorğu-suala tutmalıdır.


Addım-addım hədəfə yaxınlaşmaq



“Fərat qalxanı” əməliyyatının məqsədi Türkiyəyə düşmən strukturlar tərəfdən Şimali Suriyada baş tutmuş faktların gerçəkləşməsinə yol verməməkdir. Türkiyə SQ-nin Cerablus əməliyyatında şimaldan yolunu kəsdiyi PYD bu dəfə Əl-Babdan keçib Afrinə cənubdan çatmaq istəyirdi. Buna görə də PYD bütün qüvvəsi ilə Əl-Baba ASO-dan əvvəl gəlməyə və oradan Afrin kantonu ilə birlşməni başa çatdırmağa can atırdı.

Türkiyə SQ bunu anlayıb Suriyanın dərinliyinə 28 km nüfuz etməklə əməliyyatı Əl-Baba qədər genişləndirib.

Xəbər verilir ki, Suriya təyyarələrinin Əl-Babda türk hərbçilərinə hücumundan sonra ASO Türkiyə SQ-nin himayəsi altında PYD-nin Afrinə qədər uzanası dəhlizini bağlayıb.

PYD İŞİD-in nəzarət etdiyi Əl-Babı Türkiyə SQ-dən qabaq ələ keçirməyə cəhd edirdi və bunu Hələbdən şimala Fərat çayının qərb sahilində yerləşmiş Minbicdən etmək istəyirdi. Bu məqsədlə Minbicdən Əl-Baba atılan PYD-ni Türkiyənin aviazərbələri və ASO-nun müqaviməti dayandırıb. Sonra isə ASO Türkiyə SQ dəstəyi ilə Əl-Bab-Minbic yoluna doğru hərəkət edib və strateji önəmli Əcəmiə kəndini İŞİD-in əlindən alıb. Bu qayda ilə PYD-nin öz qüvvələrini Minbicdən Əl-Baba atmaq üçün istifadə cəhdləri puça çıxıb. Əl-Babın süqutu ilə PYD-nin ümidləri heçə çıxacaq. Sonralar isə Minbicdə terrorçu ünsürləri Fəratın şərqinə qovmaq mümkün olacaq.

Teqlər:
yüklənir...

XƏBƏR LENTİ

24.05.2017

Rus ekspert İrəvanı Bakıya qarşı böyük savaşa çağırdı - Şok

24.05.2017

Əli Abbasova yeni vəzifə verildi

24.05.2017

“Britaniya hakimiyyəti terror aktına heç təəccüblənmədi” - Qərb mətbuatı

24.05.2017

Stalinin nəvəsi 75 yaşında öldü

24.05.2017

İstanbulda genişmiqyaslı əməliyyat

24.05.2017

22 nəfərin ölümünə səbəb olan terrorçu Mançesterdə bir neçə ünvanda yaşayıb

24.05.2017

Qərb anlamır ki, düşməni Rusiya deyil - Zaxarova

24.05.2017

Əli Həsənovun siyasi portireti

24.05.2017

“Beynəlxalq Bank 2018-ci ildən tez özəlləşdirilməyəcək” - Samir Şərifov

24.05.2017

Vüqar Səfərlidən jurnalistlərə veriləcək mənzillərlə bağlı - "Qardaşıma da güzəşt etməyəcəm"

23.05.2017

İs­la­mia­da Azər­bay­ca­nın iq­ti­sa­di, id­man və si­ya­si ta­ri­xin­də han­sı iz­lə­ri sal­dı...

23.05.2017

ABŞ prezidenti: “İran nüvə silahına malik olmayacaq”

23.05.2017

Azərbaycanlı gənc qubernator müavini oldu

23.05.2017

"Ceyms Bond" vəfat etdi

23.05.2017

Tarif Şurasından yeni qərar

23.05.2017

Avropada yeni münaqişə ocağı: Kataloniya İspaniyadan ayrılmaq istəyir

23.05.2017

Türkiyədə suriyalılardan ibarət 10 minlik ordu qurulur

23.05.2017

Manat nə vaxt ucuzlaşa bilər?

23.05.2017

Trampın Qüds səfəri və Yaxın Şərqdə yeni planlar

23.05.2017

“Ermənistan Azərbaycan torpaqlarını işğal edib” - ABŞ-ın keçmiş səfiri (MÜSAHİBƏ)

23.05.2017

281 milyon manat hara xərclənib? - Rəsmi məlumat

23.05.2017

"Bir daha gördük ki, xalqımız, cəmiyyətimiz birdir" - İlham Əliyev

23.05.2017

"Qarabağ münaqişəsi siyasi yolla həll olunmalıdır" - Mogerini

23.05.2017

Azərbaycan prezidenti Britaniya baş nazirinə başsağlığı verib

23.05.2017

ABŞ prezidenti Fələstindədir

23.05.2017

Türkiyə millisinin futbolçusu saxlanıldı

22.05.2017

Türkiyə ABŞ-a nota verib

22.05.2017

Nazir prezidentin çıxışı zamanı yatdı - VİDEO

22.05.2017

Almaniyadakı azərbaycanlılar Putinə müraciət etdi

22.05.2017

İrəvanın xəstə təfəkkürü: "Güc tətbiqi mehribançılığı"

22.05.2017

Ermənilər 28 mayda Bakıya qarşı təxribat hazırlayır

22.05.2017

Ərdoğan: “Fövqəladə vəziyyət rejimini ləğv etməyəcəyik”

Bütün Xəbərlər

FaceBook