Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Qarabağ separatçıları Ermənistandakı “Qarabağ klanı”nı qorumaq üçün hərəkətə keçdi

Qarabağ separatçıları Ermənistandakı “Qarabağ klanı”nı qorumaq üçün hərəkətə keçdi
yüklənir...

Ermənistan əhalisinin diqqətini İrəvandakı hadisələrdən yayındırmaq üçün Qarabağdakı işğalçı ordu təlimlərə başladı, mülki sakinlərimiz atəşə tutuldu;  İrəvanda qan töküldü: “Əgər 8-də Paşinyan basqılarla baş nazir seçilsə...”

Aprelin 13-dən etibarən Ermənistanda həyatı iflic etmiş etiraz aksiyalarına moratorium qoyulub. Müxalifət lideri, ölkənin baş naziri postuna əsas iddiaçı Nikol Paşinyanın çağırışından sonra yolların açılmasına qərar verilib. 
Güman olunur ki, bu, Ermənistan Milli Məclisinin mayın 8-də keçiriləcək iclasında Paşinyanın hökumət başına gətiriləcəyi barədə yekdil qərarın olması ilə bağlıdır. Hər halda, müxalifət liderinin tərəfdarlarını evə yollaması təslim olmaq anlamı vermir.
Virtualaz.org-un yazdığına görə, Ermənistanda ötən gün hakim partiya, nəhayət, kapitulyasiyaya razılaşıb və Nikol Paşinyanın baş nazir seçilməsinin yolunu açıb. Respublika Partiyası elan edib ki, parlament üzvlərinin üçdə birinin irəli sürdüyü namizədi dəstəkləyəcək. Paşinyan isə artıq 105 yerlik parlamentdə 45 deputatın dəstəyini qazana bilib və beləliklə də onun mayın 8-də baş nazir seçilməsinə əngəl qalmır. Hərçənd Nikol öz tərəfdarlarını “ayıq olmağa” və onun “Facebook” səhifəsini yaxından izləməyə çağırıb.
Bəs Ermənistan hakim partiyasının bu kapitulyasiyasının səbəbi nədir? Axı dünənki qərardan cəmi bir gün əvvəl-mayın 1-də partiyanın parlament fraksiyası qərar vermişdi ki, Paşinyanın namizədliyi onları qane etmir və bu namizədə səs verməyəcəklər. Bu, partiyanın rəsmi qərarı idi və bütün fraksiya üzvləri üçün məcburi sayılırdı. Sayt bu suallara cavab tapmağa çalışıb. Qeyd edib ki, Rusiya hökuməti yanında Maliyyə Universitetinin politologiya departamentinin dosenti Gevorq Mirzəyan “RİA Novosti” agentliyində dərc edilmiş məqaləsində bunun səbəblərini araşdırıb.
Mirzəyanın yazdığına görə, məlumatlardan biri belədir ki, hakimiyyət və müxalifət müəyyən kompromisə nail oldular, bu kompromisin tərkib hissəsi Paşinyanın baş nazir olmasıdır. Digər məlumata görə, heç bir kompromis olmayıb və respublikaçılar ölkə boyu yolların bağlanmasını görərək hakimiyyətdə qalmağa heç bir şansları qalmadığına əmin olublar. Üçüncü məlumata görə isə Moskva öz sözünü deyib-Serj Sərkisyana israrla məsləhət gördülər ki, bu xaosa son qoysun.
Müəllif xatırladır ki, bütün böhran ərzində Rusiya susub, lap əvvəldən heç kimin tərəfini tutmayıb və baş verənləri “Ermənistanın daxili işi” adlandırıb.  “The Washington Post”un yazdığı kimi Moskva Sərkisyanı sadəcə qurban verib ki, Ermənistanı öz təsir zonasında saxlasın.
Mirzəyana görə, Moskva üçün optimal olanı Ermənistanda nə Respublika Partiyasını, nə müxalifəti təmsil etməyən “texniki baş nazirin” seçilməsi idi. Həmin baş nazirin vəzifəsi ölkəni yeni seçkilərə hazırlamaqdan ibarət olmalıydı. Lakin Paşinyanın hakimiyyət hərisliyi bütün kartları qarışdırdı. Və Nikolu başa düşmək olardı, o nəzərə alırdı ki, insanlar küçələrə ona görə deyil, Serj Sərkisyanın hakimiyyətinə qarşı çıxıblar. Və əgər indi Nikol Paşinyan bu dalğadan istifadə edib hakimiyyətə gəlməsə, onun populyarlığı bir neçə ay sonra azalacaqdı və seçkiləri uduza bilərdi.
Pashinyan ile ilgili görsel sonucu
Bəs Paşinyan baş nazir kimi Rusiyanı nə dərəcədə qane edəcək? Bu məsələdə həm optimistlərin, həm pessimistlərin öz tutarlı arqumentləri var. Məqalədə bu məqamlardan da bəhs olunub. Vurğulanıb ki, əgər Paşinyanın etirazlara qədər olan mövqeyindən çıxış edilsə o, anti-Rusiya mövqeli siyasətçidir və Ermənistanın Avrasiya İttifaqına üzvlüyünə qarşıdır. Lakin indi o, mövqeyini dəyişib. Paşinyan dəfələrlə deyib ki, Ermənistanı Avrasiya İttifaqından, KTMT-dən çıxarmayacaq, Gümrü bazası yerində qalacaq, Ermənistanın Türkiyə ilə sərhədlərini yenə rus əsgərləri qoruyacaq. Və ölkəsinin bu təşkilatlarda mövqeyini  gücləndirməyə çalışacaq. Optimistlər Paşinyana inanmağa meyllidir. Çünki o, hakimiyyətə gələndə reallıqlarla hesablaşmalı olacaq. Ermənistanın isə Rusiya ilə sıx müttəfiqlikdən başqa yolu yoxdur. Ən azından ona görə ki, təkcə Moskva Qarabağ məsələsində indiki status-kvonu saxlamağa və Ermənistanın təhlükəsizliyinə təminat verə bilər. Pessimistlər isə xatırladırlar ki, Qafqazdakı digər inqilabçı Mixail Saakaşvili də hakimiyyətə təzə gələndə belə deyirdi, Rusiya ilə yaxşı münasibətlər saxlayacağı haqda danışırdı. Amma sözünün üstündə durmadı. Gevorq Mirzəyana görə, bu məqamda pessimistlərə xatırlatmaq olar ki, erməni xalqı gürcü xalqı deyil və daha rusiyameyllidir. Ona görə də Paşinyana Rusiyadan üz döndərməyə imkan verməz. Lakin əhalinin sağlam düşüncəsinə arxayınlaşmaq olmaz, üstəlik, indiki texnologiya əsrində “beyinlərin yuyulması”nı nəzərə alanda. Paşinyanı hakimiyyətə gənclər gətirib və onların da arasında anti-Rusiya meylləri hər gün artır.

Paşinyanın problemi həm də ondadır ki, o, verdiyi vədləri, məsələn, korrupsiya ilə mübarizəni, inhisarçılığın aradan qaldırılmasını, iqtisadiyyatın bataqlıqdan çıxarılmasını müvəqqəti baş nazirlik dövründə yerinə yetirə bilməz. Axı o, ölkəni növbədənkənar seçkilərə hazırlamalıdır və bu seçkilərin bir neçə ay sonra keçirilməsi nəzərdə tutulur. Ona görə də müəllif hesab edir ki, populist Paşinyan reytinqini qəfil qaldırmaq üçün xarici siyasət meydanında kəskin addımlar ata bilər. Məsələn, Dağlıq Qarabağın “müstəqilliyini” tanıyar və Xankəndi aeroportunu işə salar, yaxud Qarabağ ətrafında situasiyanın kəskin eskalasiyasına səbəb olan başqa addımlar atar. Bununla da Moskvanın başqa sahələrdə bərk məşğul olduğu bir vaxtda Rusiyaya çoxlu problemlər yarada bilər.
“Serj Sərkisyan ola bilsin ”korrupsiya ilə döyüşməyib", amma xarici siyasətdə özünü tamamilə realist və adekvat aparıb. Paşinyanda bu adekvatlıq çatacaqmı, bunu onun baş nazirliyi göstərəcək" - erməni ekspert Moskvadan yazıb.
Bu arada məlumat yayılıb ki, Nikol Paşinyan Rusiyanın, Avropa Birliyinin, İranın və Gürcüstanın səfirləri ilə görüşmək niyyətindədir (Sputnik). “Biz Rusiya, Avropa Birliyi, İran və Gürcüstan səfirləri, həmçinin diplomatik korpus nümayəndələri ilə müzakirələr planlaşdırırıq. Biz onlarla siyasi vəziyyəti müzakirə etmək niyyətindəyik”, - Paşinyan bildirib. Müxalifət liderinin sözlərinə görə, Ermənistanda baş verən hadisələrdə hansısa geosiyasi qəsd və səbəblər axtarmaq lazım deyil. Onun Ermənistanın baş naziri seçilməsi halında, ölkənin xarici siyasəti öz istiqamətini saxlayacaq.
Qafar Ãaxmaqlı ile ilgili görsel sonucu
Ermənişünas alim Qafar Çaxmaqlı “Yeni Müsavat”a bildirdi ki, Paşinyanın baş nazir olmasına əngəl törədən qüvvələr bundan sonra da qərarlı olacaqlar: “Milli Məclisin yeni tərkibində vəziyyətin dəyişməməsi ehtimalı daha böyükdür. Çünki Paşinyan nə qədər Rusiya ilə bağlı keçmiş siyasətin dəyişməyəcəyini söyləsə də, Kreml ona inanmır. Onun Sərkisyanı əvəzləyəcək adamı da var. İşdir əgər 8-də Paşinyan basqılarla seçilsə, onda Rusiya onu qısa zamanda yıxmaq planını işə salacaq. Paşinyan Rusiyanın istədiyi adam deyil və onun ikinci bir Saakaşvili olmasına imkan verməz. Burada baş verənlər artıq klan söhbəti deyil. Qarabağlılar onun ətrafında da var. Bako Saakyan adlı separatçı loyal mövqe sərgiləyir. Ermənistandakı Qarabağ mafiyası da gözləyir. Hələ kimin daha güclü olduğunu bilmədiyindən fikrini açıq bildirmir”.
Ermənistandakı hadisələri arxa plana keçirmək istəyən qüvvələr var gücü ilə Qarabağda gərginlik yaratmağa çalışır. Son günlər Azərbaycana məxsus hərbi texnikanın “manevrləri” barədə xəbərlər və videogörüntülər yayan düşmən tərəf mayın 3-də işğal altındakı Ağdam ərazisində hərbi təlimlərə başladı. Eyni zamanda gərginliyi tətikləyən təxribata əl atıldı. Belə ki, erməni silahlı bölmələri Ağdamda Suvarma İdarəsinin əməkdaşlarının olduğu yük avtomobilini atəşə tutub. Məlumata görə, Ağdam rayonunun Çəmənli kəndi ərazisində nasaz olan su artezian quyusunu təmir etməyə gedən işçilər düşmən tərəfindən atəşə məruz qalıb. 02 AC 416 dövlət nömrə nişanlı, “KamAZ 43114" markalı avtomobil güllə-baran edilib. İdarənin maşında olan 5 əməkdaşı xəsarət almasa da, avtomobil yararsız hala düşüb. İdarənin rəisi Hafiz Əzimzadə bildirib ki, ərazidə yüzlərlə artezian quyusu var. Ermənilər kənd sakinləri ilə yanaşı, ərazidə fəaliyyət göstərən işçiləri də atəşə tuturlar. Müdafiə Nazirliyindən faktı təsdiq edərək bildiriblər ki, bu, Ermənistan tərəfindən mülki əhalinin hüquqlarının kobud şəkildə pozulmasına yönəlmiş məqsədyönlü təxribatıdır: ”Cəbhə xəttində vəziyyət bölmələrimizin tam nəzarəti altındadır".
Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yerləşdirilən erməni hərbi birləşmələri hazır vəziyyətə gətirilib. Publika.az AzadlıqRadiosunun erməni xidmətinə istinadən xəbər verir ki, işğal olunmuş torpaqlarda yaradılan qondarma “DQR”-in “prezidenti” Bako Saakyan separatçı rejimin “müdafiə nazirliyi”ndə müşavirə keçirib. Qarabağdakı erməni hərbi birləşmələrinin rəhbərliyi ilə görüşən Saakyan təmas xəttindəki vəziyyəti müzakirə edib və erməni ordusunun hazır vəziyyətə gətirilməsi ilə bağlı göstəriş verib. Ermənistanda daxili gərginliyin fonunda Qarabağdakı erməni hərbiçilərin hazır vəziyyətə gətirilməsi diqqət çəkir. Ekspertlər Ermənistanın hərbi-siyasi rəhbərliyinin xalq hərəkatının qarşısını almaq üçün Qarabağda təxribatlara əl ata biləcəyi ehtimalını vurğulayırlar. Bu isə ondan xəbər verir ki, Ermənistanda “Qarabağ klanı”nı xilas etmək istəyən Qarabağdakı separatçılar da hərəkətə keçib və işğalçı ordu hər an işə qarışa bilər.
Mayın 3-də işğalçı ölkənin özündə də silahlar işə düşüb. Belə ki, Böyük Britaniyaya məxsus olduğu bildirilən HSBC bankının İrəvan şəhərindəki filialında atışma baş verib. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, naməlum şəxslərin açdığı atəş nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb. Məlumata görə, hücumu həyata keçirən polis polkovniki Daniel Danielyandır. O, yol polisində videomüşahidə kameraları tərəfindən aşkarlanan qayda pozuntularının qeydiyyatı şöbəsinin rəisidir.
Xəbərə görə, polkovnik Danielyan bıçaq, qumbara və tüfənglə silahlanaraq banka hücum edib, mühafizə xidmətinin iki əməkdaşını yaralayıb. Onlardan 2-si ölüb. Cinayətkar bankdan pulları götürüb və hadisə yerini tərk etmək istəyib. Lakin uzağa gedə bilməyib. Əməliyyat qrupu onun gizləndiyi rayonu mühasirəyə alıb, cinayətkar polkovnik müqavimət göstərib və polisi yaralayıb. Lakin onu neytrallaşdırmaq mümkün olub. Bu, Ermənistanda Nikol Paşinyanın başçılığı ilə başlayan etiraz hərəkatı fonunda ən səs-küylü cinayətdir. Polkovnik Danielyanın bankı soymaq cinayətini planlaşdırarkən Ermənistandakı inqilab fonunda yaranan xaosdan faydalanmaq istədiyi istisna deyil.
Göründüyü kimi, hakimiyyəti əldən vermək istəməyən hakim partiya gah parlament səsverməsini pozur, gah da regionda gərginliyi tətikləyən addımlarla Paşinyanın hökumət başına gəlişini əngəlləməyə çalışır. Baxmayaraq ki, mayın 8-dəki parlament iclasında “heç bir problemin olmayacağı” barədə xəbərlər dövriyyəyə buraxılır...
Elşad Paşasoy скачать dle 12.1

yüklənir...

XƏBƏR LENTİ

“Alıcılıq qabiliyyətinin azalmasına səbəb olacaq” – EKSPERT
24.05.2018

“Alıcılıq qabiliyyətinin azalmasına səbəb olacaq” – EKSPERT

Mübariz Qurbanlı azanla bağlı xəbərdarlıq etdi
24.05.2018

Mübariz Qurbanlı azanla bağlı xəbərdarlıq etdi

Ali Attestasiya Komissiyasının sədri məhkəməyə verilib
24.05.2018

Ali Attestasiya Komissiyasının sədri məhkəməyə verilib

İTV ətrafında həbslər gözlənilir – kanalda ciddi korrupsiya faktları aşkarlanıb
24.05.2018

İTV ətrafında həbslər gözlənilir – kanalda ciddi korrupsiya faktları aşkarlanıb

“Əli İnsanovun ailəsinə ölkədən çıxışa qadağa qoyulub” – Sabiq nazirin vəkilindən iddialara reaksiya
24.05.2018

“Əli İnsanovun ailəsinə ölkədən çıxışa qadağa qoyulub” – Sabiq nazirin vəkilindən iddialara reaksiya

Rüstəm İbrahimbəyov milli xəyanət yoluna kino ştampını da vurdu
24.05.2018

Rüstəm İbrahimbəyov milli xəyanət yoluna kino ştampını da vurdu

Tapdıq Abbas BDYPİ-nin rüşvət mexanizmini ifşa etdi: “Səhər saat 9-45-də 1000 manat rüşvət verildi”
24.05.2018

Tapdıq Abbas BDYPİ-nin rüşvət mexanizmini ifşa etdi: “Səhər saat 9-45-də 1000 manat rüşvət verildi”

Valideynlər Ceyhun Bayramova müraciət etdilər - Şamaxıdan
24.05.2018

Valideynlər Ceyhun Bayramova müraciət etdilər - Şamaxıdan

Prezident və məmurlar ciddi şəkildə oruc tuturlar - İBRƏTAMİZ...
24.05.2018

Prezident və məmurlar ciddi şəkildə oruc tuturlar - İBRƏTAMİZ...

Amerikada erməni dələduzluğu - 8 milyon dollarlıq cinayət
24.05.2018

Amerikada erməni dələduzluğu - 8 milyon dollarlıq cinayət

“Ən pisi İbrahimbəyov vaxtilə prezidentliyə namizəd olub”
24.05.2018

“Ən pisi İbrahimbəyov vaxtilə prezidentliyə namizəd olub”

"Bu xəyanətinin arxasında köynəyinin altında məharətlə gizlətdiyi paqonlarının "ağırlığı" durur"
24.05.2018

"Bu xəyanətinin arxasında köynəyinin altında məharətlə gizlətdiyi paqonlarının "ağırlığı" durur"

“Avropa şirkətləri İranı tərk etməli olacaqlar”
24.05.2018

“Avropa şirkətləri İranı tərk etməli olacaqlar”

Türkiyəli professor: “Yanlış iqtisadi siyasət ölkəni bu vəziyyətə gətirdi”
24.05.2018

Türkiyəli professor: “Yanlış iqtisadi siyasət ölkəni bu vəziyyətə gətirdi”

ABŞ-ın yeni dövlət katibi erməniləri məyus etdi
24.05.2018

ABŞ-ın yeni dövlət katibi erməniləri məyus etdi

İsrail parlamenti "erməni soyqırımı"nı müzakirəyə çıxarır
24.05.2018

İsrail parlamenti "erməni soyqırımı"nı müzakirəyə çıxarır

Arzu Əliyeva Cümhuriyyətin 100 illiyi ilə bağlı film çəkib - VİDEO
24.05.2018

Arzu Əliyeva Cümhuriyyətin 100 illiyi ilə bağlı film çəkib - VİDEO

BVF: Azərbaycan regionun ən varlı, Ermənistanı isə ən kasıb ölkəsidir
24.05.2018

BVF: Azərbaycan regionun ən varlı, Ermənistanı isə ən kasıb ölkəsidir

BBC ilə prezident arasında qalmaqal: "Yazını saytdan silin..."
24.05.2018

BBC ilə prezident arasında qalmaqal: "Yazını saytdan silin..."

"50, 100 manatlıq əskinaslar dövriyyədən çıxarılacaq, 300 manatlıq buraxılacaq" - Deputatdan anons
24.05.2018

"50, 100 manatlıq əskinaslar dövriyyədən çıxarılacaq, 300 manatlıq buraxılacaq" - Deputatdan anons

Azərbaycanlıların vizasız gedə biləcəkləri ölkələr - SİYAHI
24.05.2018

Azərbaycanlıların vizasız gedə biləcəkləri ölkələr - SİYAHI

Zöhrə Abdullayevanın oğlu vəfat etdi - FOTO
24.05.2018

Zöhrə Abdullayevanın oğlu vəfat etdi - FOTO

Ermənistanın yeni təhsil naziri rus dilinə qarşı çıxış edib
24.05.2018

Ermənistanın yeni təhsil naziri rus dilinə qarşı çıxış edib

Sovet əfsanəsi qayıdır: Bazara “Volqa” gəlir
24.05.2018

Sovet əfsanəsi qayıdır: Bazara “Volqa” gəlir

Veysəloğlu Şirkəti Belarusiyadan idxal etdiyi kərə yağlarının keyfiyyətinə zəmanət verir
24.05.2018

Veysəloğlu Şirkəti Belarusiyadan idxal etdiyi kərə yağlarının keyfiyyətinə zəmanət verir

İBRAHİMBƏYOVDAN XƏYANƏTKAR DAVRANIŞ – Əli Həsənov çağırış etdi
24.05.2018

İBRAHİMBƏYOVDAN XƏYANƏTKAR DAVRANIŞ – Əli Həsənov çağırış etdi

Bakı Şəhər İcra Hakimiyyətində Fidumə Hüseynova hökmranlığı
23.05.2018

Bakı Şəhər İcra Hakimiyyətində Fidumə Hüseynova hökmranlığı

Yeni nazir İnam Kərimov Əbülfəz Məlikovu çək-çevirə sala bilər… – “Fermer evləri” layihəsi niyə dayandı?
23.05.2018

Yeni nazir İnam Kərimov Əbülfəz Məlikovu çək-çevirə sala bilər… – “Fermer evləri” layihəsi niyə dayandı?

Hadi Rəcəbli: Boşanmaların səbəbi “Facebook”dur
23.05.2018

Hadi Rəcəbli: Boşanmaların səbəbi “Facebook”dur

Bütün Xəbərlər

FaceBook