Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Mərkəz sədri: “Makronun belə qərarı düşünülməmiş qərardır" ŞƏRH

Mərkəz sədri: “Makronun belə qərarı düşünülməmiş qərardır" ŞƏRH
yüklənir...

“Ermənistan prezidenti Serj Sərkisyan uzun müddətdir öz ölkəsinin ərazisində 3 beynəlxalq tədbiri keçirmək məqsədilə fəaliyyət göstərir”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, bunlardan ən vacibi Ermənistanda Frankofoniya sammitinin keçirilməsidir: “Çünki Frankofoniyanın Ermənistandakı sammitində bir neçə dövlət başçısının iştirakı gözlənilir. O cümlədən Fransa prezidenti E.Makronun oktyabrda Frankofoniya sammiti zamanı Ermənistana gələcəyi təsdiqlənib. Müstəqil Ermənistanda eyni vaxtda 3 dövlətin prezidentindən artıq heç bir əlavə prezident olmayıb. Bu 2015-ci ilin aprelin 24-də uydurma erməni soyqırımının qeyd olunması zamanı baş verdi. Fransa və Serbiya prezidentləri iştirak etdi. Rusiya prezidenti V.Putinin də “erməni soyqırımında” iştirakını demək olar. Bu baxımdan Ermənistan qonşularından, xüsusilə Azərbaycandan çox geridədir.

Fransa prezidenti E.Makronun belə qərarı düşünülməmiş qərardır. Çünki Fransa ilə Ermənistanın arasındakı münasibətlərdə Fransanın xeyrinə, eləcə də sağlam düşüncə prizmasından heç bir müsbət proseslər baş verməyib. Fransa-Ermənistan münasibətləri Fransa prizmasından müsbət tendensiyaya malik deyil:

I. Fransanın Ermənistandakı keçmiş səfiri Anri Reno etiraf etdi ki, Ermənistanda fransız dilini öyrənənlərin sayı hətta SSRİ dövründə olduğundan da aşağıya düşüb. Görünür Frankofoniya Ermənistan üçün fransız dilinin inkişafı məqsədi ilə deyil, yalnız öz məqsədlərini reallaşdırmağa lazımdır.

II. Ermənistanla Fransa arasında mal dövriyyəsi 100 milyon dollar həddini ötməyib və illik mal dövriyyəsində də heç bir artım yoxdur. Əksinə azalma istiqamətindədir.

III. “Orange” mobil operatoru Jak Şirakın dövründə sürətlə Ermənistanın mobil operatorları bazarına daxil oldu. Sonradan “Orange” səhmlərini Rusiyaya məxsus şirkətə satmağa məcbur oldu.

IV. “Karfur” dükanlar şəbəkəsi Ermənistanda reallaşa bilmədi. Bu şirkəti də Rusiya ilə sıx əməkdaşlığı olan erməni biznesmenlərindən biri ələ keçirdi.

Ermənistan-Fransa münasibətlərində artan seqmentlər də var:

I. Fransa ərazisində terror həyata keçirən erməni terrorçuları qəhrəmana çevrilir, onların adına küçələr, meydanlar verilir.

II. Fransa rəsmilərinin, parlament deputatlarının Dağlıq Qarabağa marağı artır. “Fransa-Dağlıq Qarabağ” Dostluq qrupu yaradılıb. Fransa rəsmiləri yeganə şəxslərdir ki, qoşunların təmas, başqa sözlə işğal xəttində bir neçə dəfə olublar.

III. Fransanın ayrı-ayrı şəhərləri Dağlıq Qarabağla rəsmi müqavilə imzalayıblar. Belə disbalansın fonunda S.Sərkisyanın E.Makronu Ermənistana gətirtməsi, əslində bu meyli daha da gücləndirəcək. Ermənilərin destruktiv siyasətinə Fransanın dəstəyi artacaq. Fransa üçün Ermənistanla əlaqəli məsələlərdə neqativ meyllər isə güclənəcək. Təbii ki, Fransa dövlətinin inkişafının qayğısını çəkmək, o barədə fikir bildirmək bizim maraq dairəmizə daxil deyil. Amma faktdır ki, hadisələrin başqa istiqaməti yoxdur. Ona görə Makronun Ermənistana səfəri yalnız Ermənistanın xeyrinə, Fransanın əleyhinə yönəlmiş olacaq. S.Sərkisyan Makron kimi prezidenti Yerevana dəvət etməklə özünün imicini gücləndirəcək. E.Makron Fransanın maraqlarının tapdanması hesabına S.Sərkisyanın imicinin güclənməsinə xidmət etməyə razılıq verib. Səbəbi isə yalnız özünə və yaxud Fransanı idarə edən siyasətçilərə bəllidir”.скачать dle 12.1

yüklənir...

XƏBƏR LENTİ

İlham Əliyev Atatürkün məzarını ziyarət edib
25.04.2018

İlham Əliyev Atatürkün məzarını ziyarət edib

Danışıqlar baş tutmasa, məcburuq ki... - Ramiz Mehdiyev-Video
25.04.2018

Danışıqlar baş tutmasa, məcburuq ki... - Ramiz Mehdiyev-Video

Quska Bakıya qarşı kimlərə pul verib? – Şok adlar
25.04.2018

Quska Bakıya qarşı kimlərə pul verib? – Şok adlar

Ərdoğan-Əliyev görüşü: Bakı İrəvana yardım edə bilər
25.04.2018

Ərdoğan-Əliyev görüşü: Bakı İrəvana yardım edə bilər

Ramiz Mehdiyev Miqrasiya Xidmətinin yeni rəhbərini təqdim etdi - VİDEO
24.04.2018

Ramiz Mehdiyev Miqrasiya Xidmətinin yeni rəhbərini təqdim etdi - VİDEO

PA rəhbərindən Qarabağla bağlı önəmli AÇIQLAMA
24.04.2018

PA rəhbərindən Qarabağla bağlı önəmli AÇIQLAMA

Milli Məclisdə 6 vakansiya - Təkrar seçkilər keçiriləcəkmi?
24.04.2018

Milli Məclisdə 6 vakansiya - Təkrar seçkilər keçiriləcəkmi?

“Qaçqınkom”un yeni sədri kollektivə təqdim olundu
24.04.2018

“Qaçqınkom”un yeni sədri kollektivə təqdim olundu

Sarkisyanı kreslodan aşıran Nikol Paşinyan kimdir?
24.04.2018

Sarkisyanı kreslodan aşıran Nikol Paşinyan kimdir?

Əflatun Amaşov hesabata etiraz etdi
24.04.2018

Əflatun Amaşov hesabata etiraz etdi

Aydın Əliyev DANIŞDI: – “Həyat bunu göstərir”
24.04.2018

Aydın Əliyev DANIŞDI: – “Həyat bunu göstərir”

Nazim İbrahimov qızının toyunu son anda təxirə saldı – Dəvətnamələr də paylanılıbmış
24.04.2018

Nazim İbrahimov qızının toyunu son anda təxirə saldı – Dəvətnamələr də paylanılıbmış

“150 manat alanların banklara borcu bağlansın” – Millət vəkili
24.04.2018

“150 manat alanların banklara borcu bağlansın” – Millət vəkili

Ramiz Mehdiyev: "Nazim İbrahimov vəzifəsinin öhdəsindən gələ bilməyib, dövlət vəsaiti öz ünvanına çatmayıb"
24.04.2018

Ramiz Mehdiyev: "Nazim İbrahimov vəzifəsinin öhdəsindən gələ bilməyib, dövlət vəsaiti öz ünvanına çatmayıb"

Yeni nazir: "Sosial ədalət prinsipləri üstün tutulacaq"
24.04.2018

Yeni nazir: "Sosial ədalət prinsipləri üstün tutulacaq"

Gücləndirilmiş “Nar” şəbəkəsi Bakı Formula Qran Prisinə hazırdır
24.04.2018

Gücləndirilmiş “Nar” şəbəkəsi Bakı Formula Qran Prisinə hazırdır

“İstənilən məmur haqda dosye İlham Əliyevin masası üzərindədir”
24.04.2018

“İstənilən məmur haqda dosye İlham Əliyevin masası üzərindədir”

İlham Əliyev Azərbaycanı necə xilas etdi – nümunə
24.04.2018

İlham Əliyev Azərbaycanı necə xilas etdi – nümunə

Naxçıvan Mədəniyyət Nazirliyi və Naxçıvan Turizm Departamenti yaradıldı
24.04.2018

Naxçıvan Mədəniyyət Nazirliyi və Naxçıvan Turizm Departamenti yaradıldı

Dövlət Miqrasiya Xidmətinin yeni rəisi kimdir? – DOSYE
24.04.2018

Dövlət Miqrasiya Xidmətinin yeni rəisi kimdir? – DOSYE

Sergey Markov: “Qarabağ klanı”nın hakimiyyətdən getməsi Azərbaycana ciddi şans verir”
24.04.2018

Sergey Markov: “Qarabağ klanı”nın hakimiyyətdən getməsi Azərbaycana ciddi şans verir”

Təhsil Naziri Ceyhun Bayramov kimdir? – DOSYE
24.04.2018

Təhsil Naziri Ceyhun Bayramov kimdir? – DOSYE

Milli Məclisdə deputatların sayı azaldı
24.04.2018

Milli Məclisdə deputatların sayı azaldı

Sabiq AMİP-çi yeni Baş naziri belə xarakterizə etdi: “Qazanan Millətimiz və Dövlətimiz olacaq”
24.04.2018

Sabiq AMİP-çi yeni Baş naziri belə xarakterizə etdi: “Qazanan Millətimiz və Dövlətimiz olacaq”

Serj Sarkisyan istefa verdi: “Bir neçə yol var, amma heç birinə əl atmayacam” - YENİLƏNİB
24.04.2018

Serj Sarkisyan istefa verdi: “Bir neçə yol var, amma heç birinə əl atmayacam” - YENİLƏNİB

Prezident Nazirlər Kabinetinin yeni üzvlərini təyin etdi - SİYAHI
24.04.2018

Prezident Nazirlər Kabinetinin yeni üzvlərini təyin etdi - SİYAHI

Fuad Muradov Diaspor Komitəsinin sədri təyin edildi
24.04.2018

Fuad Muradov Diaspor Komitəsinin sədri təyin edildi

“YENİ TƏYİNATLAR OLACAQ, GÖRƏCƏKSİNİZ Kİ…” – Ramiz Mehdiyev (VİDEO)
23.04.2018

“YENİ TƏYİNATLAR OLACAQ, GÖRƏCƏKSİNİZ Kİ…” – Ramiz Mehdiyev (VİDEO)

Hüseynqulu Bağırovu nazir postunda əvəzləyəcək şəxs məlum oldu - FOTO
23.04.2018

Hüseynqulu Bağırovu nazir postunda əvəzləyəcək şəxs məlum oldu - FOTO

Bütün Xəbərlər

FaceBook