Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

ABŞ Ərdoğanı bu azərbaycanlının vasitəsilə devirmək üçün hərəkətə keçdi

ABŞ Ərdoğanı bu azərbaycanlının vasitəsilə devirmək üçün hərəkətə keçdi
yüklənir...

ABŞ 2019-cu ildə Türkiyədə keçiriləcək prezident seçkilərində Ərdoğana qarşı Rza Zərrabı istifadə edəcək.

“Aydınlıq” qəzeti ABŞ-ın qurmaq istədiyi “terror dəhlizi” və bölgədəki digər planlarının alt-üst olduğunu yazıb: “ABŞ itirdiklərini yenidən qazanmaq üçün 2019-cu ildə Türkiyədəki prezident seçkilərində hərəkətə keçəcək. İngiltərənin tövsiyəsi və İsrailin dəstəyi ilə ABŞ prezident seçkilərində Abdullah Gülü namizəd kimi irəli çəkəcək. Ərdoğanın namizəd ola bilməməsi üçün isə “Zərrab işi”ni dövriyyəyə salacaq. ABŞ-ın məşhur CNBC media orqanının yayımladığı materiallar da bunu göstərir”.

CNBC adını açıqlamadığı, lakin Zərrabla bağlı məhkəmə işini yaxından izləyən mənbəyə istinadən məlumat yayıb ki, “Məhkəmənin sonunda çoxlu məlumatlar ortaya çıxacaq və bu, türklərin üzünü qızardacaq”.

Məqalədə Ərdoğan təhdid olunur və iddia edilir ki, “Rza Zərrab məhkəmədə çirkli pul yumaq üçün qurduğu şəbəkədən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın və yaxın çevrəsinin xəbəri olduğunu etiraf edəcək”.

“Aydınlıq” mənbəyə istinadən yazır ki, ABŞ konsulluğunda işləyən və bu günlərdə casusluq ittihamı ilə həbs olunan Metin Topuz Rza Zərrabı Federal Tədqiqatlar Bürosu (FTB) ilə görüşdürən şəxslərdən biridir.

“ABŞ-ın Topuz məsələsində Türkiyənin üzərində bu qədər gəlməsi də bu şəxsin adi konsulluq əməkdaşı olmadığını göstərir. Topuzun “17-25 dekabr” arxiv sənədlərini ABŞ-a ötürdüyü ehtimalları var. Lakin Zərrab hazırda ABŞ üçün Topuzdan daha önəmli adamdır”, - deyə mənbə vurğulayıb.

Qeyd edək ki, İranın Azərbaycan əsilli iş adamı olaraq Türkiyəyə gələn Rza Zərrab Tehrana qarşı sanksiyaların tətbiq edildiyi dövrdə “sanksiyaları dələn şəbəkə” yaratmaqda və İranın pullarını Türkiyə üzərindən “yumaqda” ittiham olunur. İddialara görə, Obama dövründə İranla “nüvə razılaşması”na gedən ABŞ Rza Zərrab və onun ortağı Babək Zəncaninin həbs olunmasını tələb edir. Bu tələbdən sonra İran hökuməti Zəncanini həbs edir, ardınca Zərrabı tutmaq istəyir. Zərrab isə Əhməd Davudoğlu hökumətindən kömək istəsə də, buna nail ola bilmir. Buna görə də FETÖ-çülərin vasitəsilə FTB ilə təmasa keçərək, bir sıra məlumatları ötürür. Daha sonra onu Amerikaya aparırlar və guya həbs edirlər.

Bütün bunlar iddialardır, lakin Zərrabın ABŞ-a getdiyi vaxt baş verən proseslərin təhlili ortada böyük oyunun olduğu ehtimalını gücləndirirdi.


Ehtimallara görə, ABŞ Zərrabı 2019-cu ildə Ərdoğanı devirmək üçün hazırlayır.

ABŞ-da işləmiş türk diplomatlardan biri CNBC-də yayımlanan məqaləni belə şərh edir: “ABŞ-ın bu plan daxilində hərəkət etdiyi görünür. ABŞ Türkiyədə özünün istədiyi birini prezident seçdirərək, itirdiklərini yenidən qazanmaq istəyir. Bu, aydın məsələdir. Qarşımızda böyük risklər var. İlk hədəf Ərdoğanın namizəd olmasının qarşısını almaqdır. Ərdoğan uduzacağını dəqiq görsə, namizəd olmaz. Amerika bunu istəyir”, - deyə diplomat vurğulayıb.скачать dle 10.6фильмы бесплатно

Teqlər:
yüklənir...

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry

XƏBƏR LENTİ

21.11.2017

Hava limanında gömrükçülər tanınmış rejissor və azyaşlı uşaqlarına zülm verdilər — DƏHŞƏTLİ KADRLAR

20.11.2017

Ramil Səfərovun həbsxana FOTOLARI

20.11.2017

Putin iki gün sonra yeni Qarabağ planını təqdim edir

20.11.2017

"Bütün sualların cavabları həmin “qara qutu”nun içərisində gizlədildi..."

20.11.2017

"Biz NATO-da qalsaq da Türk millətinə, dövlətinə qarşı bu alçaqlığı qəbul etməyəcəyik”

20.11.2017

Türkiyə parlamentinin sədri məlum oldu

17.11.2017

Plüralizm bir mədəniyyətdir

17.11.2017

Kərkükdən Ceyhana neft nəqli bərpa olunacaq –Türkiyə ilə İraq hökuməti anlaşdı

17.11.2017

Ərdoğan Putinlə Qarabağ haqda söhbətindən danışdı:"Çox da ümidli deyil"

17.11.2017

Milyonçu Rza Zərrabı həbsxanada öldürmək istəyiblər –Vəkil onun harada saxlandığını bilmir

17.11.2017

Rus politoloqlarından bədbin rəy:“Qarabağ kürd və Yaxın Şərq kimi həlli mümkün olmayan münaqişədir”

17.11.2017

“Qarabağ üçün də Qars müqaviləsinə böyük ehtiyac var” –Zahid Oruc

17.11.2017

TÜRKİYƏ DAHA ABŞ və NATO-nu DİNLƏMİR:“Triumf” Putinlə Ərdoğanı hara aparır? – Təhlil

17.11.2017

"5 rayon Azərbaycana qaytarılacaq, Ərdoğan Putinlə razılaşdı" - Rus mediasından sensasion iddia

16.11.2017

MÜBARİZ MƏNSİMOVDAN DAHA BİR TARİXİ ADDIM: NATİQ ƏLİYEVİN ADI VERİLƏN GƏMİ YOLA ÇIXDI

16.11.2017

Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-a nota verdi –Rza Zərrabın vəziyyəti ilə bağlı

15.11.2017

Azərbaycanda 40 saniyəlik güclü zəlzələ

15.11.2017

SEYMUR ORUCOV: “AZƏRBAYCANDA XALQ-İQTİDAR BİRLİYİ MÖHKƏM ƏSASLARA SÖYKƏNİR” AÇIQLAMA

15.11.2017

Nəsiminin icra başçısı “MTN şəbəkəsi”nin məşhur adamına pilot layihə etibar edib- VƏTƏNDAŞLAR DƏLƏDUZLUĞA GÖRƏ HƏBS EDİLƏN YAVƏR QURBANOVA ETİBAR ETMİR

15.11.2017

“Səba Broyler” şirkətinin rəhbərindən Prezidentə şikayət – FOTOLAR

15.11.2017

Mehriban Əliyeva: “Bu gün Azərbaycan dünyada mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzlərindən biri hesab olunur”

15.11.2017

ATƏT-in baş katibindən gözlənilməz etiraf: “Təşkilatın işi münaqişənin həlli deyil”

15.11.2017

Atambayev Nazarbayevə "qoca diktator" dedi: "Üzr istəmək fikrində deyiləm..."

15.11.2017

Qarabağ: bütün yollar Moskvaya aparır

15.11.2017

Azərbaycan ordusu irimiqyaslı komanda-qərargah təlimlərinə başlayır:dağlarda, havada, dənizdə...

15.11.2017

İş adamı: “Qida Təhlükəsizliyi İnstitutunun yaradılması günün tələbi idi”

15.11.2017

Birinci vitse-prezidentin yeni köməkçisi kimdir?

15.11.2017

Lavrovdan Bakı və Yeravana səfəri ilə bağlı açıqlama:"Qarabağı müzakirə edəcəyik"

15.11.2017

TÜRKİYƏ VƏ İRAN ƏLEYHİNƏ KÜRD KARTI –Bərzaniyə dəstək verməklə, İsrail strateji xətaya yol verdimi? - TƏHLİL

15.11.2017

Sarkisyan da Rusiyaya gedir –Sabah Putinlə görüşəcək

15.11.2017

ABŞ-la RUSIYA ARASINDA “XARİCİ AGENT” QALMAQALI- Kremldən Vaşinqtona cavab zərbəsi

15.11.2017

“Bunlar sübutsuz, qeyri-dəqiq və tamamilə yanlışdır” –ABŞ-dan Rusiya Müdafiə Nazirliyinə cavab

Bütün Xəbərlər

FaceBook