Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Azərbaycan uğrunda rəqabət sərtləşir - Bakı toqquşan maraqların mərkəzində

Azərbaycan uğrunda rəqabət sərtləşir - Bakı toqquşan maraqların mərkəzində
yüklənir...

Avropa Birliyinin üzvü olan ölkənin yetkilisi təşkilatı “dünyanın ən iri silah alıcılarından olan Azərbaycan”a qarşı embarqonu götürməyə çağırdı - ilginc gəlişmə; Rusiya-Qərb çəkişməsi silah bazarına da sıçraya bilər...

Rusiyanın əsas silah alıcılarından birinin Azərbaycan olduğu məlumdur. Moskva bununla erməniləri bərk qıcıqlandırsa da Bakı ilə silah ticarətində kommersiya maraqları ilə yanaşı, sözsüz ki, daha bir maraq güdür: bu da ölkəmizi özünə mümkün qədər güclü tellərlə bağlayıb yanında saxlamaq, özünə ehtiyaclı eləmək istəyi ilə bağlıdır.

Aydın məsələdir ki, Rusiyadan alınan hərbi texnikanın, döyüş sistemlərinin istismarı, tətbiqi və təmiri üçün rus mütəxəssislərinin köməyi lazım gəlir. Bizim zabitlər bir növ Rusiyanın hərb elmi əsasında praktik vərdişlərə yiyələnirlər. Biz hələ bu ölkənin ali hərbi məktəblərində azərbaycanlı zabit kadrların hazırlanmasını demirik.

Moskva Azərbaycanla hərbi əməkdaşlığa beləcə, kompleks şəkildə baxır ki, bu da Rusiyanın bölgədə əsas forpostu olan Ermənistanla müharibə vəziyyətində olan ölkəmiz üçün özündə müəyyən risklər də daşıyır. Söhbət həmçinin Azərbaycana verilən silah-sursat barədə Ermənistana informasiyaların ötürülməsindən və Rusiya kəşfiyyatının bu ölkədə hərbi təhsil alan azərbaycanlıları “verbovka”ya cəlb eləmək kimi təhlükəli gözləntilərdən gedir.

Əlbəttə ki, heç də bütün azərbaycanlı kursantlar nəzərdə tutulmur. Ancaq istənilən halda risk qalır və Azərbaycan hərbi mütəxəssislərin hazırlanması baxımından da müəyyən mənada işğalçının əsas müttəfiqi Rusiyadan asılı vəziyyətə düşmüş kimi görünür. Bu üzdən məntiqlə Bakı Rusiyadan getdikcə silah ticarətinin həcmini azaltmaqda və bu ölkəyə təhsil üçün daha az kursant göndərməkdə maraqlı olmalıdır.

Image result for European Union

Alternativlər isə əlbəttə ki, var. Bu, bizə həqiqi mənada strateji tərəfdaş olan dövlətlər - Türkiyə, Pakistan, İsrail, Belarus, Ukrayna, AB ölkələridir. Nəzərə alsaq ki, Rusiya faktiki şəkildə işğalçı Ermənistanın ordusunu yenidən qurmağa başlayıb, ona əlavə yeni silahlar verməkdədir, üstəlik, son vaxtlar Rusiyadan Azərbaycan əleyhinə de-marşlar artıb (ÜAK-ın ləğvi və s.), o zaman alternativlərə daha güclü ehtiyac duyulduğunu qeyd eləmək olar.

*****

Maraqlıdır ki, məhz bu arada Çexiyanın Müdafiə Sənayesi Assosiasiyasının prezidenti Yirji Ginek Avropa Birliyini (AB) Azərbaycana ölümcül silahların satışına qoyduğu qadağanı götürməyə çağırıb (ABŞ belə silahları ərazisi işğal altında olan Ukraynaya verirsə, Azərbaycan niyə ala bilməsin?) Musavat.com-un məlumatına görə, bu barədə haqqin.az “Prajskiy teelqraf” nəşrinə istinadən xəbər verib.

Image result for Kreml

Çex yetkilsi hesab edir ki, AB təşəbbüsü öz əlinə almalı və Azərbaycana silah tədarükü məsələsini nəzərdən keçirməli, onun təbirincə desək, dünyanın ən iri silah alıcılarından olan bir ölkənin - Azərbaycanın bazarı uğrunda rəqabət aparmalıdır. “Mən Brüsselin AB-yə üzv ölkələrə Azərbaycana silah satmağa icazə verməsini zəruri sayıram. İstərdim ki, Çex Respublikası, AB-nin digər üzv dövlətləri Rusiyanı bu bazardan sıxışdırıb çıxarsınlar”, - deyə o qeyd edib.

Bu yerdə xatırladaq ki, az öncə Azərbaycanın Müdafiə Nazirliyi keçirilən təlımlər zamanı çex istehsalı olan “Dana” özüyeriyən iri artilleriya qurğusunu və reaktiv yaylım atəşli RS 30 və RM-70 raket sistemlərini nümayiş etdirmişdi. Çex rəsmiləri Azərbaycana belə silahlar satmadığını bəyan eləsələr də, sonra bəlli oldu ki, çex və slovak şirkətləri silah verilməsində aralıq subyektlər kimi çıxış edib.

*****

Deyilə bilər ki, AB Azərbaycana qarşı silah embarqosunu qaldırsa, eyni addımı Ermənistana qarşı da atacaq. Lakin işğalçı ölkənin AB üzvlərindən müasir bazar qiymətlərinə silah almaq imkanı yoxdur. İkinci yandan, Rusiya buna imkan verməz. Azərbaycan üçünsə belə əngəllər mövcud deyil.

Demək, silah ticarəti energetik faktordan (neft-qaz kəmərləri, başqa transmilli layihələr) sonra Azərbaycanı AB ilə bağlayan daha bir mühüm amil ortaya çıxa bilər. İstisna deyil ki, Rusiya həm də bu üzdən Avropa Birliyi ilə Bakının münasibətlərini korlamağa çalışır və hətta bu yolda Ermənistanın AB ilə saziş bağlamasına belə göz yumur. Necə?

Image result for Baku

Məsələ ondadır ki, Ermənistanla çərçivə sənədində Dağlıq Qarabağla bağlı Azərbaycanı qane etməyən məqam ola bilər. Söhbət ərazi bütövlüyü prinsipinə üstünlük verilib-verilməməsindən, yaxud Minsk Qrupu həmsədrlərinin adından vaxtaşırı səslənən, lakin hələ ki sənəd şəklini almayan məlum üç prinsipin (onların arasında öz müqəddəratını təyinetmə də var) Ermənistanla çərçivə sazişinə salınmasından gedir.

Aydındır ki, AB buna gedərsə, Bakı ilə münasibətlər korlana bilər. Söz düşmüşkən, bu günlərdə erməni rəsmilərindən biri məmnunluqla vurğulayıb ki, “Dağlıq Qarabağ konflikti postsovet məkanında yeganə məsələdir ki, Qərb onun həllində ərazi bütövlüyü prinsipi ilə yanaşı, artıq öz müqəddəratını təyinetmə prinsipini də vacib sayır”. Erməni tərəfi ümidlidir ki, bu yanaşma gələn ay Avropa Birliyi ilə imzalanması gözlənilən sənəddə də öz əksini tapacaq. Bakı bunun qarşısını almalıdır.

*****

Yada salaq ki, Azərbaycan prezidenti İlham Əliyev az öncə Bakıda AB ölkələri səfirləri ilə görüş zamanı AB ilə çərçivə sazişinin imzalanması üçün əsas prinsipial şərtin məhz sənəddə ərazi bütövlüyü prinsipinin əks olunmasını bəyan edib. Kəsəsi, əgər AB Ermənistanla İrəvanın istədiyi sənədi imzalasa, bu, həqiqətən də Bakı ilə münasibətə öz neqativ təsirini göstərəcək ki, bu da təbii ki, Kremlin marağındadır.

“Ermənistanın Avropa İttifaqı ilə saziş məsələsinin gündəmə gətirilməsi də Azərbaycanla Avropa İttifaqı arasında formalaşmaqda olan münasibətlərin korlanması üçündür. Ola bilsin ki, Ermənistanın Avropa İttifaqı ilə sazişində elə məqamlar yer alsın ki, Azərbaycan bununla razılaşmasın və Bakı ilə Brüssel arasında yaranmış və kifayət qədər ciddi perspektivi olan münasibətlər dalana dirənsin”. Bunu da politoloq Elçin Mirzəbəyli mətbuata açıqlamasında bildirib.

Bu ayın sonunda isə AB rəsmiləri yenidən Bakıya səfər edərək sənədlə bağlı yekun müzakirələr aparacaqlar. Yəqin ki, bu, kritik müzakirələr olacaq. Onu da yada salaq ki, Avropa Parlamenti (AB-nin əsas qurumu) bir neçə il öncə Ermənistanı işğalçı kimi tanıyan sənəd qəbul edib. Elə isə qurum zəhmət çəkib öz prinsipial mövqeyini həm Azərbaycan, həm də Ermənistanla imzalayacağı çərçivə sənədlərində bir daha təsbit etməlidir, nəinki şablon “üç prinsipi” ora salmalıdır.

Bunu indi həm də son vaxtlar Avropa Birliyini də təhdid eləməyə başlamış və quruma üzv ölkələrin pislədiyi separatizm dalğası (İspaniya, Kataloniya) diktə edir. Avropa (Birliyi) özünə rəva bilmədiyini Azərbaycana görməməlidir.
Musavatскачать dle 10.6фильмы бесплатно

Teqlər:
yüklənir...

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry

XƏBƏR LENTİ

21.11.2017

Hava limanında gömrükçülər tanınmış rejissor və azyaşlı uşaqlarına zülm verdilər — DƏHŞƏTLİ KADRLAR

20.11.2017

Ramil Səfərovun həbsxana FOTOLARI

20.11.2017

Putin iki gün sonra yeni Qarabağ planını təqdim edir

20.11.2017

"Bütün sualların cavabları həmin “qara qutu”nun içərisində gizlədildi..."

20.11.2017

"Biz NATO-da qalsaq da Türk millətinə, dövlətinə qarşı bu alçaqlığı qəbul etməyəcəyik”

20.11.2017

Türkiyə parlamentinin sədri məlum oldu

17.11.2017

Plüralizm bir mədəniyyətdir

17.11.2017

Kərkükdən Ceyhana neft nəqli bərpa olunacaq –Türkiyə ilə İraq hökuməti anlaşdı

17.11.2017

Ərdoğan Putinlə Qarabağ haqda söhbətindən danışdı:"Çox da ümidli deyil"

17.11.2017

Milyonçu Rza Zərrabı həbsxanada öldürmək istəyiblər –Vəkil onun harada saxlandığını bilmir

17.11.2017

Rus politoloqlarından bədbin rəy:“Qarabağ kürd və Yaxın Şərq kimi həlli mümkün olmayan münaqişədir”

17.11.2017

“Qarabağ üçün də Qars müqaviləsinə böyük ehtiyac var” –Zahid Oruc

17.11.2017

TÜRKİYƏ DAHA ABŞ və NATO-nu DİNLƏMİR:“Triumf” Putinlə Ərdoğanı hara aparır? – Təhlil

17.11.2017

"5 rayon Azərbaycana qaytarılacaq, Ərdoğan Putinlə razılaşdı" - Rus mediasından sensasion iddia

16.11.2017

MÜBARİZ MƏNSİMOVDAN DAHA BİR TARİXİ ADDIM: NATİQ ƏLİYEVİN ADI VERİLƏN GƏMİ YOLA ÇIXDI

16.11.2017

Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-a nota verdi –Rza Zərrabın vəziyyəti ilə bağlı

15.11.2017

Azərbaycanda 40 saniyəlik güclü zəlzələ

15.11.2017

SEYMUR ORUCOV: “AZƏRBAYCANDA XALQ-İQTİDAR BİRLİYİ MÖHKƏM ƏSASLARA SÖYKƏNİR” AÇIQLAMA

15.11.2017

Nəsiminin icra başçısı “MTN şəbəkəsi”nin məşhur adamına pilot layihə etibar edib- VƏTƏNDAŞLAR DƏLƏDUZLUĞA GÖRƏ HƏBS EDİLƏN YAVƏR QURBANOVA ETİBAR ETMİR

15.11.2017

“Səba Broyler” şirkətinin rəhbərindən Prezidentə şikayət – FOTOLAR

15.11.2017

Mehriban Əliyeva: “Bu gün Azərbaycan dünyada mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzlərindən biri hesab olunur”

15.11.2017

ATƏT-in baş katibindən gözlənilməz etiraf: “Təşkilatın işi münaqişənin həlli deyil”

15.11.2017

Atambayev Nazarbayevə "qoca diktator" dedi: "Üzr istəmək fikrində deyiləm..."

15.11.2017

Qarabağ: bütün yollar Moskvaya aparır

15.11.2017

Azərbaycan ordusu irimiqyaslı komanda-qərargah təlimlərinə başlayır:dağlarda, havada, dənizdə...

15.11.2017

İş adamı: “Qida Təhlükəsizliyi İnstitutunun yaradılması günün tələbi idi”

15.11.2017

Birinci vitse-prezidentin yeni köməkçisi kimdir?

15.11.2017

Lavrovdan Bakı və Yeravana səfəri ilə bağlı açıqlama:"Qarabağı müzakirə edəcəyik"

15.11.2017

TÜRKİYƏ VƏ İRAN ƏLEYHİNƏ KÜRD KARTI –Bərzaniyə dəstək verməklə, İsrail strateji xətaya yol verdimi? - TƏHLİL

15.11.2017

Sarkisyan da Rusiyaya gedir –Sabah Putinlə görüşəcək

15.11.2017

ABŞ-la RUSIYA ARASINDA “XARİCİ AGENT” QALMAQALI- Kremldən Vaşinqtona cavab zərbəsi

15.11.2017

“Bunlar sübutsuz, qeyri-dəqiq və tamamilə yanlışdır” –ABŞ-dan Rusiya Müdafiə Nazirliyinə cavab

Bütün Xəbərlər

FaceBook