Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Bakı və Ankara Ermənistanın “nəfəsini” kəsir - blokada güclənir

Bakı və Ankara Ermənistanın “nəfəsini” kəsir - blokada güclənir
yüklənir...

İzolyasiyanı yarmağın yollarını axtaran İrəvan növbəti fiaskoda; Tiflis erməniləri yenə məyus elədi; rusiyalı politoloq: “Gürcüstan Bakı və Ankaradan o dərəcədə asılıdır ki...”


İşğalçı Ermənistanın kommunikasiya blokadasını daha da gücləndirəcək Bakı-Tiflis-Qars dəmir yolunun inşası sürətləndirilib və başa çatmaq üzrədir. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

Bəllidir ki, neçə vaxtdır Ermənistandan yan keçəcək bu mühüm dəmir yolunun işə düşməməsi üçün erməni lobbisi əlindən gələni edir. Hətta az öncə məlumat yayılmışdı ki, Bakı-Tiflis-Qars layihəsinin ləngiməsi və ya reallaşmaması üçün Türkiyə rəhbərliyinə belə təsir göstərən çevrələr var.


Bu da təbiidir. Ən əvvəl o səbəbə ki, dənizə çıxışı olmayan işğalçı ölkə nəyin bahasına olur-olsun, kommunikasiya blokadasını yarmağa çalışır. Hədəf də tranzit ölkə statusunu itirməmək, həmçinin öz iqtisadiyyatını tam çöküçdən xilas eləməkdir. Ancaq Dağlıq Qarabağ məsələsi həll olunmamış qaldıqca bu səylər iflasa məhkumdur. Daha bir səbəbə görə.
Azərbaycan və Türkiyənin mövqeyi və şərtləri bəlli, məsələ ondadır ki, Ermənistanın xarici aləmə dəmir yolu ilə çıxışı həm də Gürcüstan vasitəsilə mümkündür. Gürcüstan isə Azərbaycan və Türkiyə ilə sıx bağlı olduğu, geniş iqtisadi əlaqələr qurduğu üçün birtərəfli qərarlar verə, Bakı və Ankaranın razılığını almadan buna gedə bilmir.


***


Təsadüfi deyil ki, srağagün jurnalistlərə açıqlamasında Gürcüstan baş nazirinin Rusiya üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze bu xüsusda erməniləri məyus edən və onların ümidini qıran açıqlama verib. Abaşidze deyib ki, gürcü hökuməti Tiflis İrəvan-Tiflis-Suxumi-Moskva dəmir yolunun açılması məsələsini nəzərdən keçirmir (axar.az). Onun sözlərinə görə, Rusiya-Gürcüstan danışıqlarında Ermənistana tranzit dəhlizinin açılacağı ilə bağlı ümid verə biləcək məqam yoxdur.
Yada salaq ki, Ermənistanın nəqliyyat naziri Vaan Martirosyan bundan qabaq tezliklə, İrəvan-Tiflis-Suxumi-Moskva dəmiryolunun açılacağına ümid etdiyini bildirmişdi. Bundan qabaq isə Ermənistanın baş naziri Karen Karapetyan Gürcüstana səfəri çərçivəsində Abxaziya dəmiryolu məsələsini müzakirə eləmiş və İrəvana nikbin ovqatla qayıtmışdı. Lakin onun nikbinliyi də özünü doğrultmamışdı.


Təkcə ona görə yox ki, Abxaziya Rusiyanın işğalı altında olduğu üçün bu xəttin işə düşməsinə qarşıdır. Daha bir səbəb odur ki, Ermənistan bununla eyni vaxtda iki mühüm hədəfə çatmış olur: 1. Gürcüstanla Azərbaycanın arasını vurur. 2. Azərbaycanla müharibə variantında əsas müttəfiqi Rusiya ilə daha etibarlı quru əlaqəsi əldə edir.

Image result for Russia Abxaziya


Sözsüz ki, bu əlaqə Gürcüstanın özünün təhlükəsizliyinə də təhdiddir. Çünki həmin dəmir yolu ilə Rusiyadan hərbi təyinatlı yüklər də daşınacaq. Bu üzdən Suxumi dəmir yolunun bağlı qalması Bakı-Tiflis-Qars dəmir yolunun işə düşməsi qədər hər üç ölkə üçün, üstəgəl də Türkiyə üçün mühüm önəm kəsb edir.


***


“Bakı və Ankara Abxaziyadan keçən dəmir yolunun açılmasını əngəlləyir. Gürcüstan da onlardan o dərəcədə güclü asılıdır ki, başqa bir şeydə təkid edə bilmir”. Musavat.com-un məlumatına görə, bu barədə rusiyalı politoloq, Moskvadakı Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun direktoru Aleksandr Krılov məsələni erməni portalına şərh edərkən deyib.


Onun sözlərinə görə, texniki məsələlərlə bağlı nəyisə razılaşdırmaq bəlkə də olar, lakin prinsipial maneələr ayrı müstəvidədir. “İdeyanı kökündən baltalayan Azərbaycan və Türkiyədir. Gürcüstanın özü artıq yolların açılması tərəfdarı kimi çıxış edib. Ancaq Tiflis təzyiqlərə tab gətirməyəcək dərəcədə özünün şərq və Qərb tərəfdaşlarından asılıdır”, - deyə ekspert qeyd edib.
Rusiyalı analitik baş səbəb qismində Ermənistanın gəlir əldə eləməsinin Ankara və Bakıdan ötrü yolverilməz olmasında görür: “Abxaziya və Cənubi Osetiyadan keçən marşrutlar əslində Gürcüstanın Rusiya ilə əlaqələrini möhkəmlədərdi. Amma hər şey yenə gedib Bakı və Ankaranın ”yox"una dirənir. Bu iki paytaxtın Gürcüstana çox güclü təsiri mövcuddur. Söhbət həm enerjidaşıyıcıları, həm də hərbi əməkdaşlıq və sərmayələrdən gedir".


***

Image result for Ermənistan


Bu, gerçəkdən də belədir: Gürcüstan Azərbaycan və Türkiyədən güclü şəkildə asılıdır. Daha dəqiq desək, üç ölkə arasında iqtisadi, energetika və hərbi sahədə əməkdaşlıq son vaxtlar o qədər inkişaf edib ki, hətta analitiklər “Bakı-Tiflis-Ankara” geosiyasi oxundan danışmağa başlayıblar. Ən əsası, üçlü format ona daxil olan hər bir ölkənin strateji maraqlarına cavab verir. O üzdən də Gürcüstanın bu formatda ermənilər və cari iqtisadi maraqlar xətrinə “xaric oxuması” yolverilməz olmaqla yanaşı, öncə elə onun özünün ziyanınadır.


Hər halda, Rusiyaya güclü bağlanmaqla Gürcüstan öz təhlükəsizliyini möhkəmlədə bilməz. Tam əksinə, 2008-ci ilin avqustundakı “5 günlük müharibə” göstərdi ki, Rusiya müstəqil Gürcüstana qarant yox, ən böyük təhlükədir. Elə öz suverenliyinin yalnız kağız üzərində saxlayan satellit Ermənistanın hazırkı durumu da buna şəkk-şübhə saxlamır.
Ermənistan daxil, region ölkələrinə Rusiya təhlükəsini aradan qaldırmağın, Ermənistanın iqtisadi projelərə qoşulmasının tək yolu isə bəlli: Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, ədalətli həlli. Yəni “top” həmişəki kimi, Ermənistan tərəfdədir...скачать dle 10.6фильмы бесплатно

yüklənir...

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry

XƏBƏR LENTİ

21.10.2017

Qarabağda daha iki erməni hərbçi ölüb - Adlar

21.10.2017

"Öcalan hörmət görməyə layiq bir şəxsiyyət deyil" - ABŞ-dan rəsmi Ankaranın etirazına daha bir cavab

21.10.2017

Sabah Qarabağ haqda qalmaqallı yazını sildi - FOTO

21.10.2017

"Şimali İraq Türkiyə ilə birləşdirilsin" - Sensasion təklif...

21.10.2017

ATƏT Parlament Assamleyasının yeni prezidenti məlum oldu

21.10.2017

“Azərbaycan Rusiyanın tərkibinə daxil olmalıdır” - Jirinovskidən daha bir sensasion açıqlama

20.10.2017

Telnov küçəsi 10-da pusquda duranlar var

20.10.2017

Bu tədris ilində bir abituriyent iki qrup üzrə qəbul imtahanı verə biləcək

20.10.2017

AXC-nin 100 illiyi ilə bağlı sərəncam - 5 milyon ayrıldı

20.10.2017

Ərdoğan: “Türkiyə və Azərbaycan niyə BMT Təhlükəsizlik Şurasında olmasın?”

20.10.2017

Atadan azyaşlı övladına inanılmaz vəhşilik – Video/18+

20.10.2017

İbadi orduya qəti əmr verdi: Ərbilə girməyin - Video

20.10.2017

Səfir ABŞ-da təhsil alan azərbaycanlıların sayını açıqladı

20.10.2017

"Bu üsulla 10 min adam həbsdən xilas olar, dövlət 80 milyon manat qənaət edər" - TƏKLİF

20.10.2017

Malik İsaqov Yasamalın yeni icra başçısı olacaq?! - İDDİA

20.10.2017

Qazaxda icra başçısı 2-ci qrup əlili “həsir-yesir” edib

20.10.2017

Prezident İlham Əliyev: Məscidləri dağıdan ölkə heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz

20.10.2017

“Nar”-dan yenilənmiş “Günlük” paketləri

20.10.2017

İŞİD-dən alınan Raqqada Öcalanın portreti asılıb, ABŞ rəsmisi izahat verib: “SDG ilə çalışırıq…”

20.10.2017

Pensiya və maaşlar artacaq - RƏSMİ

20.10.2017

Ərdoğan Bərzaninin “elçilərini” qəbul etmədi - “Artıq çox gecdir

20.10.2017

“Bu il minlərlə məcburi köçkün ailəsi evlə təmin olunacaq” - Əli Həsənov

20.10.2017

Dünya siyasəti dünya neftini boğur:Səudiyyə-Rusiya işbirliyi neft bazarını dirçəldəcəkmi? – Təhlil

20.10.2017

Azərbaycan uğrunda rəqabət sərtləşir - Bakı toqquşan maraqların mərkəzində

20.10.2017

“Mən hələ baş nazir olanda ABŞ-ın o zamankı prezidenti Bill Klintona təklif etmişdim ki..."

20.10.2017

Nümayəndəlik institutunun fəaliyyətini məhdudlaşdıran layihə: Gündəlikdən çıxarıldı

20.10.2017

Kreml Sarkisyanla bağlı qərar verdi: Qarabağ danışıqlarından sonrakı GƏLİŞMƏ

20.10.2017

“Naxçıvandakı hərbi potensial işə düşsə, Ermənistanda daş-daş üstə qalmayacaq!”

20.10.2017

İlham Əliyev D-8 Zirvə görüşündə iştirak edir

20.10.2017

Putin:“ABŞ Rusiya KİV-inə məhdudiyyət qoysa, Moskva da bu addımı atacaq”

20.10.2017

Rusiyalı politoloq:“Bu dəfə iraqlılar və kürdlər arasında yeni silahlı qarşıdurma yaranacaq”

20.10.2017

Cenevrə görüşünü kim və niyə təşkil etdi, yaxud Bakı necə 1:0 önə keçdi? - TƏHLİL

Bütün Xəbərlər

FaceBook