Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Oxunub:19 092

Tarix: 7-01-2017, 19:11

Binəli Yıldırım:"İraqın suverenliyi bizim üçün çox əhəmiyyətlidir"

Binəli Yıldırım:

Yanvarın 7-də Türkiyənin Baş naziri Binəli Yıldırımın İraqa ikigünlük səfəri başlayıb.

Binəli Yıldırım və İraqın Baş naziri Heydər əl-İbadi Bağdadda görüşdən sonra mətbuata bəyanatla çıxış ediblər.

Baş nazir Binəli Yıldırım bildirib: “İraqın suverenliyi bizim üçün çox əhəmiyyətlidir. Biz İraqın suverenliyinə zərər verəcək heç bir fəaliyyətə razılıq vermərik. İraqın ərazi bütövlüyü bizim üçün öz ölkəmizinki qədər əhəmiyyətlidir”.

Türkiyə Silahlı Qüvvələrinin hərbi kontingentinin İraqın Başika bölgəsində mövqe tutmasından danışan Baş nazir iraqlı həmkarı ilə görüşdə bu məsələnin də müzakirə edildiyini vurğulayıb. “Bu, zərurətdən yaranıb. Görürük ki, bölgənin İŞİD-dən təmizlənməsində mühüm irəliləyişlər əldə edilməkdədir. Buna görə də bu məsələni dostcasına həll edəcəyik”, – deyə Türkiyənin Baş naziri diqqətə çatdırıb.

İraqın Sincar vilayətindəki PKK terrorçuları ilə bağlı danışan Binəli Yıldırım deyib: “Yerli kürd hərbi birləşmələri və İraqın hökumət qüvvələri tərəfindən Sincarın terrorçulardan təmizlənməsi istiqamətində lazımi tədbirlər görüləcək. Haradan gəlməsindən asılı olmayaraq, bizim terrora qarşı qətiyyətimiz dəyişməzdir. Sincardakı terrorçular ən böyük təhdidi bizim üçün təşkil edir. Bu təhdidin aradan qaldırılması ilə bağlı Baş nazir Heydər əl-İbadinin göstərdiyi həssaslığa görə təşəkkür edirik. Biz bu məsələdə də əməkdaşlığa hazırıq. Təkcə Sincarda deyil, İraqın bütün ərazisindən ölkəmizə təhdid təşkil edən terrorçulara qarşı əməkdaşlığı davam etdirəcəyik”.

Səfər zamanı Türkiyə-İraq Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının üçüncü toplantısının keçirilməsi planlaşdırılır. Həmçinin Bağdadda İraq Prezidenti Fuad Masum, parlamentin Nümayəndələr Palatasının sədri Səlim Cuburi ilə görüşlər nəzərdə tutulub. Bundan başqa, müxtəlif partiyaların təmsilçiləri, ölkənin tanınmış ictimai-siyasi xadimləri, habelə İraq türkmənlərinin nümayəndələri ilə də görüşlər keçiriləcək.

Görüşlərdə bölgədə sabitliyin və rifahın təmin edilməsi istiqamətində atılmalı olan addımlar ətrafında fikir mübadiləsi aparılacaq. Bu baxımdan hər iki ölkə üçün ciddi təhdid təşkil edən PKK, İŞİD, FETÖ terror təşkilatlarına qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunacaq. Bundan başqa, iki ölkə arasında iqtisadiyyat, enerji və nəqliyyat sahələrində əməkdaşlığın inkişafı da nəzərdən keçiriləcək.

Səfər zamanı Baş nazir Binəli Yıldırımı iqtisadiyyat naziri Nihat Zeybekci, enerji və təbii sərvətlər naziri Berat Albayrak, gömrük və ticarət naziri Bülent Tüfenkci, milli təhsil naziri İsmet Yılmaz və milli müdafiə naziri Fikri İşıq müşayiət edirlər(azərtac).

yüklənir...

XƏBƏR LENTİ

22.02.2017 , 14:11

ABŞ-dan Rusiyaya sərt Ukrayna vetosu

22.02.2017 , 14:00

Ermənistan Rusiyadan yeni silahlar almaq istəyir

22.02.2017 , 13:59

Mehriban Əliyevanın vətənə, dövlətə və xalqa layiqli xidmət missiyası yeni mərhələyə qədəm qoyur

22.02.2017 , 13:33

Vidadi Zeynalov 43 milyonluq əmlaklarının üzərindənhəbsin götürülməsini istəyib

22.02.2017 , 11:49

Əli İnsanovun martda azadlığa çıxacağı iddiaları artır

22.02.2017 , 11:37

“Prezidentin bu sahədə çox ciddi tapşırıqları var”

22.02.2017 , 11:24

Ekspertdən problemli kreditlərlə bağlı yeni təklif

22.02.2017 , 11:13

Livanlı ekspert:“Suriya şiri türk tülküsü ilə rus ayısı arasında girinc qalıb”

22.02.2017 , 11:10

Tramp ABŞ-ın bütün ticarət sazişlərinə yenidən baxacaq

22.02.2017 , 11:09

Ramil Usubov Qazaxa yeni rəis göndərdi

22.02.2017 , 11:08

İlham Əliyev ABŞ-ın nümayəndə heyətini qəbul edib - Foto

22.02.2017 , 11:07

BMT-nin baş katibi Qarabağ çağırışı etdi

22.02.2017 , 10:44

Moskvada Qarabağ danışıqları başlayır

22.02.2017 , 10:12

İranda vəziyyət qarışır: “İran baharı”, yoxsa...

22.02.2017 , 10:09

Trampın Rusiyadan gözləntisi nədir? - Ağ Evin sözçüsü açıqladı

22.02.2017 , 09:37

Ermənistana sığınan xain haqqında yeni - İlginc açıqlamalar

21.02.2017 , 23:56

“Soruşurlar ki, Mehriban xanım ölkənin rəhbəri ola bilərmi?..” - Zahid Oruc

21.02.2017 , 22:23

Mehriban Əliyevanın deputat fəaliyyətinə xitam veriləcək

21.02.2017 , 22:21

Qızı Mehriban Əliyevanı təbrik etdi

21.02.2017 , 22:20

Rus hokkeyçi ABŞ vətəndaşlığından imtina etdi

21.02.2017 , 22:19

Ramil Usubov Avropa Polis Konqresinin açılışına qatılıb

21.02.2017 , 20:38

Cavid Qurbanov: "Mehraban Əliyevanın təyinatı gözlənilən idi"

21.02.2017 , 20:34

İraq ordusu strateji əhəmiyyətli əraziləri azad edib

21.02.2017 , 19:44

Vahid Nuriyev Ramil Usubovun əmrinə niyə tabe olmur?

21.02.2017 , 19:30

İlham Əliyev və Ərdoğan arasında telefon danışığı olub

21.02.2017 , 19:02

“Mehriban Əliyeva xalqın hər zaman rəğbətini qazanıb”

21.02.2017 , 19:01

Sabunçu rayon 170 saylı məktəbin yeni direktoru Mikayıl Cabbarovu saymır

21.02.2017 , 19:00

Prezident universitetlə bağlı fərman verdi

21.02.2017 , 18:53

Dəmirtaşa 5 ay iş kəsildi

21.02.2017 , 18:34

Qənirə Paşayeva Qarabağ problemi ilə bağlı konfransların artması təklifi ilə çıxış edib

21.02.2017 , 18:21

Dollar rəsmən bahalaşdı

21.02.2017 , 17:35

Samir Şərifov və ətrafı hədəfdə - Maliyyə bosları sıxıntılı günlər keçirir

Bütün Xəbərlər

FaceBook