Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Oxunub:8 260

Tarix: 5-01-2017, 00:32

Öztürk Yılmaz: ”İraq hökuməti ilə münasibətlərin normallaşdırılmasını dəstəkləyirik” –MÜSAHİBƏ

Öztürk Yılmaz: ”İraq hökuməti ilə münasibətlərin normallaşdırılmasını dəstəkləyirik” –MÜSAHİBƏ
yüklənir...

Tərəfdar.az az Ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyası (CHP) sədrinin müavini, Ardahan millət vəkili, Türkiyənin Mosuldakı keçmiş baş konsulu Öztürk Yılmazın APA-ya müsahibəsini oxucularına təqdim edir:

– Baş nazir Binali Yıldırım 5-6 yanvarda Bağdad və Ərbilə gedəcək. Bu səfər Türkiyə ilə İraqın mərkəzi hökuməti arasındakı münasibətləri normallaşdırmaq məqsədi daşıyırmı?

– Cümhuriyyət Xalq Partiyası daima AKP hökumətini İraqın mərkəzi hökuməti ilə dialoq qurmağa çağıraraq bunun vacibliyini vurğulayıb. AKP hökumətinin uzun müddətdən sonra İraqın mərkəzi hökuməti ilə birbaşa danışıqlara getməsi müsbət hadisədir, biz bunu dəstəkləyirik. Ölkələrimiz arasında münasibətlərin yenidən inkişaf etdirilməsi baxımından baş nazirin səfəri iki tərəf üçün də önəmlidir. Bölgədə dəyişən tarazlıqlar baxımından Türkiyənin fəallaşması və xüsusilə, qonşuları ilə münasibətlərinə yenidən dinamika qazandırması qaçılmazdır. Rəsmi Bağdadla aparılacaq danışıqlar, əldə ediləcək razılaşmalar təkcə ölkələrimiz arasında münasibətlərə deyil, regional proseslərə də müsbət mənada təsir göstərəcək.

– Bölgədə fəaliyyət göstərmiş diplomat kimi baş nazirin səfərindən sonra oralarda Türkiyə üçün hansı qapıların yenidən açıla biləcəyini düşünürsünüz?

– Biz bundan sonra İŞİD-in bölgədən təmizlənməsindən sonrakı mərhələyə hazırlaşmalıyıq. Bunun üçün İraqın mərkəzi hökuməti ilə əməkdaşlığın daha da gücləndirilməsi lazım gələcək. Bizim əsas prinsipimiz proseslərin İraqın ərazi bütövlüyü çərçivəsində cərəyan etməsidir. İŞİD-dən azad edilən bölgələrə yerləşmiş kürd qrupları oranı tərk etməyəcəklərini deyirlər, elə isə biz mərkəzi hökumətlə əməkdaşlıq edərək İraqın ərazi bütövlüyü çərçivəsində kürd qruplarının İŞİD-dən boşalan bölgələrdən uzaqlaşdırılmasına nail olmalıyıq. Bu həmçinin, Türk bölgələrinə girmiş başqa qrupların da o bölgələrdən çıxarılması üçün keçərli olmalıdır. İraqın ərazi bütövlüyünü dəstəkləməyimiz dövlət marağımızın əsas tərkib hissəsi olmalıdır.

– Xüsusilə, İŞİD-in ortaya çıxaraq İraq və Suriya torpaqlarını bir hissəsini işğal etməsindən sonra İranın hər iki ölkədə öz təsir gücünü artırdığını gördük. İraqla əməkdaşlığı gücləndirərkən bunu İranla münasibətlərdə nə şəkildə əks etdirmək lazımdır?

– İran bölgənin güclü ölkəsi və son illərdə cərəyan edən proseslərin önəmli oyunçusudur. Bunu həm İraqda, həm də Suriyada görürük. Bizim İran və Suriya ilə bağlı siyasətimiz də məlumdur. Suriya terrorçulardan təmizlənməli, ölkənin ərazi bütövlüyü təmin edilməlidir. Bu proseslərdə öz mənafelərimizin müdafiəsi üçün İran ilə əməkdaşlığımızı gücləndirməyimiz də mühüm şərtdir. Xüsusilə, 20 dekabrda Moskvada imzalanmış Rusiya-Türkiyə-İran üçtərəfli sazişindən sonra İranla əməkdaşlığımızın güclənəcəyinə inanıram. Biz 2010-cu ilin axırından etibarən bölgədə dalğalanmalar başlayınca hansı mövqedə durmuşuqsa, indi də o mövqedəyik. Türkiyənin mənafeyinin bunu tələb etdiyi də açıq-aşkardır. (APA)

yüklənir...

XƏBƏR LENTİ

26.03.2017 , 15:32

ABŞ şirkətləri “YouTube”-də reklam yerləşdirməkdən imtina edirlər

26.03.2017 , 15:31

Prezidentə ölüm hökmü oxundu

26.03.2017 , 15:25

Azərbaycan-Almaniya futbol matçına bütün biletlər satıldı

26.03.2017 , 15:22

Türklər həm bizdən oğurladı, həm də şikayət etdi - Video

26.03.2017 , 13:29

ABŞ prezidentinin tərəfdarları və əleyhdarları arasında toqquşma – VİDEO

26.03.2017 , 12:28

Şirkət rəhbəri öldü - Maşın vurub

26.03.2017 , 11:26

Britaniyada güclü partlayış - 32 yaralı var

26.03.2017 , 10:23

Venesuela prezidenti BMT-dən yardım istədi -Ölkə dərman qıtlığı çəkir

26.03.2017 , 05:38

Lotu Bəxtiyar hansı qanuni oğruya “kriminal aləmin imamı” deyirdi?

26.03.2017 , 02:58

İcra başçısı Zakir Fərəcovdan aprel şəhidinin ruhuna hörmətsizlik: Yaşadığı binaya şəkilinin vurulmasına icazə vermədi

26.03.2017 , 01:04

Azərbaycanlı oğlan ifası ilə rusları heyran etdi – Video

26.03.2017 , 01:00

Sarkisyan Qarabağdan hədələdi: “İskəndər”dən istifadə edəcəyəm”

26.03.2017 , 00:58

Abbas Abbasovun oğlu ermənilərin təmsil olunduğu siyasi təşkilat yaradır - Fotofakt

25.03.2017 , 21:55

İranlı soydaşlarımızın Bakı təəssüratları - SORĞU (VİDEO)

25.03.2017 , 21:52

Azərbaycan prezidenti banqladeşli həmkarını təbrik edib

25.03.2017 , 21:47

Sarkisyan hərbi formada Qarabağdan Ermənistana mesaj verdi - FOTO

25.03.2017 , 18:44

Rusiya sovet ampluasında - Avropanı şərqdən, Türkiyəni hər yandan dövrəyə alır..

25.03.2017 , 18:37

“Kandildə, İmralıda, Pensilvaniyada olanlar “yox” deyirlər” – Ərdoğan

25.03.2017 , 18:10

Qubernator: “Azərbaycanlılar Gürcüstanın inkişafında mühüm rol oynayırlar”

25.03.2017 , 17:54

Nazir: "Bakı-Tbilisi-Qars layihəsi Qara dənizdən çəkiləcək dəmir yoluna birləşdiriləcək"

25.03.2017 , 17:45

Kombinat direktorunun qətli ilə bağlı yeni detallar

25.03.2017 , 17:26

Ərdoğan: "Kılıçdaroğlu gəlməyəcəm demişdi, amma quzu kimi gəldi"

25.03.2017 , 17:20

Aprel seçkisi: Ermənistanı nə gözləyir?

25.03.2017 , 17:11

Kılıçdaroğlu yenə gündəmdə - Bu dəfə zirehli avtomobillə...

25.03.2017 , 17:08

ABŞ Şimali Koreyaya hərbi müdaxilə edərsə, Çin və Rusiyanın mövqeyi necə olacaq? - Politoloqun cavabı

25.03.2017 , 16:55

Bank səhvən xarici hesablara 5 milyard avro köçürdü

25.03.2017 , 16:51

Türkiyəli nazirlər Fətullah Güləni Amerikadan gizlicə qaçırmaq istəyib - Plan açıqlandı

25.03.2017 , 16:50

“Balkan yarımadasında müharibə başlaya bilər” - Jan-Klod Yunker

25.03.2017 , 16:48

Azərbaycan millisinin hər futbolçusuna 100 min manat veriləcək

25.03.2017 , 16:48

Rusiya Bakıda doğulan ermənini beynəlxalq axtarışa verdi

25.03.2017 , 16:46

Trampdan növbəti qalmaqal: Yunkerlə Tusku səhv saldı

25.03.2017 , 16:46

“Barselona” Premyer Liqa çempionunu istəyir

Bütün Xəbərlər

FaceBook