Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Oxunub:8 666

Tarix: 29-12-2016, 21:54

"Bütün hallarda KTMT Ermənistanı qoruya bilməyəcək” –Politoloqdan rəsmi Moskvaya mesaj

"2016-cı ilin bitməsinə 2 gün qalmış Azərbaycan-Ermənistan sərhəddində baş verən silahlı insident və tərəflərin itki verməsi 2017-ci ilin də ağır keçəcəyinin və lokal toqquşmaların baş verməsi ehtimalının yüksək olacağının işarəsidir. Son insidentdə Ermənistan 3 hərbçisini, Azərbaycan isə bir hərbi qulluqçusunun itkin düşdüyünü bəyan edib".

Tərəfdar.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bu gün cəbhədə yaşanan gərgin vəziyyətə münasibətində deyib.

Onun sözlərinə görə, adətən Dağlıq Qarabağ istiqamətində hərbi toqquşmalar olanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibindən və ya katibliyindən açıqlama yayınlanmır. Çünki Ermənistan bu qurumun üzvü olsa da, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan dövlətlər Dağlıq Qarabağı Azərbaycanın ərazisi sayır və ona görə də bu istiqamətdə gedən lokal toqquşmalara qarşı çıxa bilmirlər, yalnız narahatlıq ifadə edilir. Hətta aprel döyüşləri zamanı da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı katibliyi fəallıq nümayiş etdirməməklə yanaşı, birbaşa Ermənistanı müdafiə edə bilmədi:

"Dekabrın 29-da baş verən insident isə Ermənistan-Azərbaycan sərhəddində və Dağlıq Qarabağdan uzaq məsafədə baş verdiyindən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi, rusiyalı diplomat Nikolay Bordyuja anında açıqlama yayaraq, baş verən insidentə görə faktiki Azərbaycanı günahkar saydı.

Birincisi, Bordyuja açıqlamasında Azərbaycanın adını çəkməsə də, dedi ki, "hadisə Ermənistan ərazisində baş verib və bu təxribatdır”.

İkincisi, Bordyuja qısa qçıalamasında "Dağlıq Qarabağ Respublikası” ifadəsi işlədib. Halbuki, əvvəlki açıqlamalarda daha korrekt – "tanınmayan Dağlıq Qarabağ Respublikası” ifadəsi işlədilirdi.

Nikolay Bordyujanın bu açıqlamasına qarşı Azərbaycan Xarici İşlər Nazirliyi bəyanatla çıxış edib və baş katibin mövqeyi tənqid olunub.

XİN-nin bəyanatında belə bir cümlə var: "Ermənistan KTMT-nin sonuncu Sankt-Peterburq zirvə görüşündən sonra növbəti məyusluğa uğrayaraq, belə bir növbəti təxribata əl atması istisna edilməməlidir”.

Həqiqətən Ermənistan-Azərbaycan sərhəddində baş verən son hadisə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yararsız qurum olduğunun və öz üzvünü müdafiə etmədiyinin göstəricisidir. Çünki, əgər rəsmi İrəvanın və baş katib Nikolay Bordyujanın iddia etdikləri kimi, Azərbaycanın kəşfiyyat qrupu Ermənistan ərazisində əməliyyat keçiribsə, onda niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı öz üzvünü qoruya bilmir? Axı, təşkilatın nizamnaməsinə görə üzv dövlətlərdən hər hansı birinə hücum olarsa, digər üzv dövlətlər ona hərbi dəstək verməlidirlər.

Bu nizamnamədə belədir, reallıq isə fərqlidir. KTMT-nin öz üzvünü birgə qoruması üçün mexanizmi yoxdur.

Digər tərəfdən təşkilatın 3 üzvü – Qazaxıstan, Qırğızıstan və Belarus Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyirlər. Belə olmasaydı, bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja deyil, Ermənistan təmsilçisi olmalı idi".

Politoloqun sözlərinə görə, məsələ burasındadır ki, oktyabr ayında rotasiya prinsipi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Ermənistan təmsilçisi baş katib seçilməli idi:

elxan

Elxan ŞAHİNOĞLU

"Qazaxıstan prezidenti Nursultan Nazarbayev isə "xəstəliyi” ilə əlaqədar İrəvana getmədi, nəticədə təşkilat baş katib seçkisini dekabr ayındakı zirvə toplantısına təxirə saldı.Təşkilatın liderlərinin dekabrın 26-da Sankt-Peterburqda keçirilən zirvə toplantsına isə Belarus prezidenti Aleksandr Lukaşenko getmədi. Ermənistan prezidenti Serj Sərkisyan budəfəki toplantıdan da əliboş qayıtdı. Baş katibin seçilməsi aprel ayındakı toplantıya qədər təxirə salındı.

Ermənistan siyasətçiləri və ekspertləri açıq etiraf edirlər ki, Qazaxıstan və Belarus təşkilatda Ermənistanın müttəfiqləri sayılsalar da, bu sözdə belədir, əməldə isə həm Astana, həm də Minsk Azərbaycanın real müttəfiqidirlər və buna görə də Ermənistan vətəndaşının təşkilata baş katib seçilməsinə mane olurlar. Bəli, bu, belədir. İstisna deyil ki, aprel toplantısına da Qırğızıstan prezident qatılmasın və baş katibin seçilməsi yenə ləngisin.

Kreml də nəhayət anlamalıdır ki, Rusiyanın müttəfiqləri belə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini istəyirlər. Yəni Rusiyanın işğalçı Ermənistanı himayə etməsi, tək bizim xoşumuza gəlmir, müttəfiqləri də Kremlin bu siyasətdən narazıdırlar. Ona görə də mümkündür ki, Qazaxıstan və Belarus təmsilçiləri vaxtı bitmiş Nikolay Bordyujanın təxribatçı açıqlamasına qarşı çıxsınlar".

Politoloq bildirir ki, bütün hallarda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanı qoruya bilməyəcək:

"Dekabrın 29-da baş vetən insident həm də ona işarədir ki, İrəvan işğal altındakı torpaqları azad etməyənə qədər nəniki Dağlıq Qarabağda hərbçilərini itirməkdə davam edəcək, Dağlıq Qarabağdan uzaq ərazilərdə də hərbçilərinın təhlükəsizlik təminatı yoxdur".

  1. SammyWob | 3 yanvar 2017 18:44 | Bəyənmə 0 Bəyən

    Вы и правда так думаете?

    ----------
    [url=http://aktivatorwindows7.ru/]активатор скачать торрент[/url]

    Cavab yaz

XƏBƏR LENTİ

16.01.2017 , 20:46

Azərbaycanda borcu silinənərin sayı açıqlandı - Siyahı

16.01.2017 , 18:59

Naxçıvan televiziyasının saytına 800 min baxış olub – 1000 baxış Ermənistandan qeydə alınıb

16.01.2017 , 18:48

70 minə qədər ödəyicinin faiz borcu silindi

16.01.2017 , 18:48

Avetyan İrəvana gedir: “Azərbaycandan xahiş edirəm...”

16.01.2017 , 18:40

“Təfəkkür” bağlansa da, universitetdəkilərin xəbəri yoxdur

16.01.2017 , 18:31

Türkiyədə partlayış - 5 yaralı

16.01.2017 , 18:30

İlham Əliyev Türkiyənin Fəxri doktoru adına layiq görüldü

16.01.2017 , 18:23

ABŞ Astana görüşlərinə dəvət edilmədi

16.01.2017 , 17:59

Nəcməddin Sadıkov NATO toplantısında iştirak edəcək

16.01.2017 , 17:56

General: "Şəhidimizin qisası tezliklə alındı"

16.01.2017 , 17:20

Təfəkkür Universiteti bağlandı

16.01.2017 , 17:09

Rektordan sərt qərar - Universitetin 5 dekanı vəzifədən çıxarıldı (Siyahı)

16.01.2017 , 17:09

Dünya İqtisadi Forumunun Davos zirvəsi başlayır

16.01.2017 , 17:08

Sərdar Cəlaloğlundan sensasion iddialar - "Hakimiyyətin daxilində parçalanma tendensiyaları var..."

16.01.2017 , 16:57

Terrorçuluqla məşğul olan 58 nəfər Azərbaycan vətəndaşlığından məhrum edildi

16.01.2017 , 16:54

Mehriban Əliyeva ən fəal deputat seçildi

16.01.2017 , 16:52

Beynəlxalq Bankın 6 filialı haqda cinayət işi açılıb

16.01.2017 , 16:51

“Belə şərəfsizləri generallara qarşı ifadə verməyə məcbur edirlər” – Çovdarov

16.01.2017 , 16:49

ADAU mükafat yalanı ittihamına cavab verdi, amma...

16.01.2017 , 16:47

Şahin Mustafayev: "Növbəti üç ildə əczaçılıq sahəsində dönüş olacaq"

16.01.2017 , 15:23

Lənkəranskinin 5 metrlik abidəsi Bakıya gətirildi - Hindistanda hazırlanıb

16.01.2017 , 15:22

"Ermənilərin təxribat cəhdi baş tutmadı"- Nazirlikdən bəyanat

16.01.2017 , 15:16

Tanınmış yumoristə ağır itki

16.01.2017 , 15:08

“Azərbaycanın müharibə edəcəyi danılmazdır”

16.01.2017 , 15:04

Həyacanla gözlənilən Möhtəşəm 100 Gün lotareyasının qalibləri məlum oldu

16.01.2017 , 14:56

Dilqəm Əsgərovun atası iflic oldu - Foto

16.01.2017 , 14:45

Polis mayoru vətəndaşı söydü, araşdırma başladı - Şirvanda + Video

16.01.2017 , 14:20

Ermənilər “KVN”in səhnəsində - Maslyakovun yalanı üzə çıxdı

16.01.2017 , 14:12

Özünü güllələyən deputat arvadının məktubu tapıldı - “Tükəndim...”

16.01.2017 , 13:56

Dollar hərracda bahalaşdı

16.01.2017 , 13:38

Azərbaycan prezidenti qırğızıstanlı həmkarına başsağlığı verdi

16.01.2017 , 13:36

Bu gün TANAP-la bağlı kredit sazişi imzalanacaq- Bakıda

Bütün Xəbərlər

FaceBook