Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Tarix: 29-12-2016, 13:55

Səfir: “Qətər Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini dəstəkləyir”

Səfir: “Qətər Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini dəstəkləyir”
yüklənir...

Qətərin Azərbaycandakı səfiri Yusif Əl Saainin APA-ya müsahibəsi.

- Son vaxtlar Qətər dövləti ilə Azərbaycan arasında münasibətdə inkişaf müşahidə edilir. Bu il Qətər əmirinin Azərbaycana səfəri həyata keçirildi, gələn il isə Azərbaycan prezidentinin səfər planlaşdırılır. Səfər zamanı hər hansı müqavilələrin imzalanması gözlənilirmi?

- Qətər dövləti və Azərbaycan arasındakı əlaqələr ötən illər ərzində xeyli inkişaf edib. Şeyx Təmim bin Həməd Al Taninin 2016-cı ilin martında Azərbaycana səfəri iki ölkə arasında iqtisadiyyat və investisiya sahələrində əlaqələrin möhkəmlənməsinə təkan verib. Bu səfər çərçivəsində tərəflər arasında əlaqələrin bütün sahələrdə inkişafına gətirib çıxaran bir sıra sazişlər imzalanıb. Qarşıdan gələn ilin əvvəllərində Azərbaycan prezidenti İlham Əliyevin Qətər dövlətinə səfərinin iki dost ölkə arasında mövcud möhkəm və sarsılmaz əlaqələrin inkişafına səbəb olacağına, qarşılıqlı hörmət və dostluğa, səmimi münasibətlərə əsaslanan əməkdaşlığın möhkəmlənməsinə təkan verəcəyinə, investisiya və ticarət sahələrində yeni imkanlar açacağına ümid edirik. Eyni zamanda, sözügedən səfər zamanı ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və həqiqi strateji tərəfdaşlıq əlaqələrinin yaradılmasında mühüm rol oynayacaq bir sıra yeni sazişlərin imzalanacağı gözlənilir.

Qətər-Azərbaycan əlaqələri özəlliyi ilə seçilir. İki ölkə rəhbərləri arasında olan mövcud dostluq əlaqələri qardaşlıq münasibətlərinə söykənir. Bu əlaqələr ötən müddət ərzində yüksələn xətlə inkişaf edib. Müştərək iqtisadi, ticari, texniki komissiyanın yaradılması barədə sənəd imzalanıb, bu da iqtisadi və ticarət sahələrindəki əməkdaşlığın yüksək səviyyəli siyasi əlaqələrlə paralel səviyyədə inkişaf etməsinə gətirib çıxaracaq. Hazırda sözügedən komissiyanın birinci toplantısına hazırlıq işləri gedir və bu toplantı zamanı iqtisadi əməkdaşlığın genişləndirilməsi, ticarət mübadiləsi həcminin artırılması, Azərbaycan tərəfinin Qətər tərəfinə təklif etdiyi investisiya imkanlarının öyrənilməsi və bir sıra digər problemlər, o cümlədən, iki ölkə arasında əməkdaşlığın müştərək istiqamətləri, birgə maraq doğuracaq layihələrin yerinə yetirilməsi mexanizmi kimi məsələlərin müzakirə edilməsi nəzərdə tutulur. Komissiya həmçinin prezident İlham Əliyevin qarşıdan gələn ilin əvvəllərində Dohaya nəzərdə tutulan səfəri zamanı imzalanacaq sazişlərin üzərində lazımi tamamlama işlərini görməyi planlaşdırır.

- Ümumilikdə iki ölkə arasında iqtisadi əlaqələri necə qiymətləndirirsiniz?

- Hər iki ölkənin malik olduğu böyük imkanlara və hüquqi bazanın mövcudluğuna baxmayaraq, iqtisadiyyat və ticarət sahələrindəki əməkdaşlığın səviyyəsi siyasi münasibətlərin səviyyəsi ilə düz mütənasib deyil. Əminəm ki, yaxın zamanlarda, xüsusən də, iqtisadi və ticari əməkdaşlıqda hər iki tərəfin xeyrinə olacaq böyük bir inkişaf müşahidə edəcəyik. Qeyd etdiyim kimi, birgə iqtisadi, ticari, texniki komissiyanın yaradılması iqtisadiyyat və ticarət sahələrindəki əməkdaşlığın inkişafına təkan verəcək.

- Qətərlə Azərbaycan arasında siyasi əlaqələr hansı səviyyədədir? İki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığını necə qiymətləndirirsiniz?

- Qətər dövləti Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlər sırasındadır. Hazırda hər iki ölkə BMT, İƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir. Qətər dövlətini Azərbaycanla bütün səviyyələrdə seçilən əlaqələr birləşdirir. Ümid edirik ki, bu əlaqələr gələcəkdə də sürətlə inkişaf edəcək və çiçəklənəcək.

- Əməkdaşlıq daha hansı konkret sahələrdə inkişaf edir?

- Müştərək iqtisadi, ticari, texniki komissiyanın yaradılması iqtisadi və strateji əməkdaşlıq yolunda yeni səhifə açmaqla yanaşı, investisiyalar sahəsində, xüsusilə də, inşaat, turizm və kənd təsərrüfatı sahələrindəki investisiyalar üçün geniş imkanlar yaradacaq. Bu da iki dost ölkə arasında əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə çatmasına gətirib çıxaracaq.

- Hər il İƏT-də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı işğala son qoyulmasına çağırış edən sənəd qəbul edilir. Qətər bu sənədi dəstəkləyən ölkələrdən biridir. Sizcə münaqişənin həlli üçün daha hansı addımlara ehtiyac var?

- Qətər dövlətinin bu münaqişədə mövqeyi dəyişməzdir. Biz Azərbaycanın bütün hüquqlarının, o cümlədən ərazi bütövlüyünün, suverenliyinin beynəlxalq qanunlara və Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinə müvafiq olaraq bərpa edilməsini dəstəkləyirik. Sözsüz, bu, Cənubi Qafqazda sabitlik və sülhün bərqərar olmasına gətirib çıxaracaq. Qətər dövləti bütün münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq qanunlara əsasən dinc yolla həllini dəstəkləyir və eyni zamanda, bütün əlaqədar beynəlxalq təşkilatları bu münaqişənin ədalətli və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün öz səylərini birləşdirməyə çağırır.

yüklənir...

XƏBƏR LENTİ

24.04.2017

Azərbaycanlı qadın siyasətçi Estoniyada partiya sədri seçildi

24.04.2017

Diqqəti Fransada: Makron qalib gəldi (YENİLƏNİB)

24.04.2017

Azərbaycanda ŞOK olay - Biznesmen itlərinə toy edib məclis qurdu - VİDEO

24.04.2017

ÜAK-ın taleyi həll olunur - Moskva məhkəməsi hansı qərarı çıxaracaq? Moskva məhkəməsi hansı qərarı çıxaracaq?

24.04.2017

İşğalçıya ortaq güc nümayişi: türk hərbçiləri Qarabağda...

24.04.2017

İki lider Koreyanı telefonda müzakirə etdilər

24.04.2017

Bu gün Strasburqda AŞPA-nın yaz sessiyası başlayır

23.04.2017

Fransada exit-pollun nəticələri açıqlanıb

23.04.2017

BMT baş katibi Bəşər Əsədi təbrik edib

23.04.2017

Yaponlar ABŞ-ın Şimali Koreyaya münasibətindən razıdır

23.04.2017

Türkiyə daha 2 şəhid verdi

23.04.2017

Yağış və qar yağacaq - Sabahın hava proqnozu

23.04.2017

Tiflis prezident postunu "dişsiz" hala gətirir - Dəyişiklik

23.04.2017

Şimali Koreya bu ölkəni nüvə ilə hədələyib

23.04.2017

Fransada prezident seçkiləri keçirilir

23.04.2017

Düşmən mövqelərimizi minaatanlardan atəşə tutub

22.04.2017

İŞİD bu şəhəri özünə yeni paytaxt seçdi

22.04.2017

Тramp Merkelin əlini sıxmamasının səbəbini - Açıqladı

22.04.2017

“Xoşlarına gəlməyən deputatın mandatını alacaqlar” - Millət vəkili yeni qanuna qarşı çıxdı

22.04.2017

Tramp geniş islahatlara başladı – Fərman

22.04.2017

Rövşən Ağayev REAL-dan istefa verdi

22.04.2017

İtaliya:"Rusiyaya sanksiyanı dəstəkləyirik, amma belə olmaz"

22.04.2017

Türkiyə Hərbi Hava Qüvvələri terrorçularının obyektlərini bombalayıb

22.04.2017

“Azərsığorta”nın Tovuz filialının direktoru iş otağında ölü tapılıb

22.04.2017

Bakıda daha bir avtobusda sürücü özbaşınalığı - VİDEO

22.04.2017

Türkiyə hava yolları şirkəti Ermənistana reys açdı- Azərbaycana xəyanət?

22.04.2017

Nəsimidə ağaclar abadlıq adı ilə kütləvi şəkildə kəsildi

22.04.2017

Azərbaycanın 4 əsas iqtisadi rayonu açıqlanıb

22.04.2017

İcra hakimiyyəti məhkəməyə verilib

22.04.2017

Türkiyənin hava yolları şirkəti Ermənistana birbaşa reys açır - İyunun 1-dən

22.04.2017

Azərbaycandakı müəssisə və təşkilatların sayı açıqlanıb

22.04.2017

Rövşən Lənkəranskinin 24 il əvvəlki - Videosu

Bütün Xəbərlər

FaceBook