Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Oxunub:21 372

Tarix: 24-12-2016, 13:27

ABŞ istəsə, Rusiyanı bir neçə günə...

ABŞ istəsə, Rusiyanı bir neçə günə...
yüklənir...

Amerika istəsə, heç bir əsgər göndərmədən yalnız müasir texnologiyaların köməyi ilə Rusiyanın idarəetmə sistemlərini bir neçə günə sıradan çıxara və bununla da ölkədə tam xaos yarada bilər.

Bu sözləri Axar.az-a açıqlamasında dünyanın qabaqcıl ölkələri ilə müqayisədə Rusiyanın hərbi xərclərini azaltması barədə danışarkən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Rusiya hərbi xərclərini azaltsa da, ölkənin ümummilli gəlirinin 40 faizindən çoxu silahlanmaya sərf edilir:

“Bu göstərici Amerikada cəmi 5 faizdir. Halbuki Amerikanın hərbi büdcəsi Rusiyanınkından 10 dəfə böyükdür. Buna baxmayaraq, Amerika öz hərbi büdcəsini 1 faiz də artırır. Üstəlik, texnoloji yeniliklər baxımından Amerika silahları bütün parametrlər üzrə Rusiyanı bir neçə onil qabaqlayır. Düzdür, ABŞ müharibə, yaxud hərbi qarşıdurma istəmir və Rusiya ilə də sürətlə silahlanma yarışına girmək fikrində deyil. Rusiya hazırda bir növ psixoloji yolla Qərb ölkələrini ondan çəkinməyə vadar edir. Qərb isə Rusiyanın nüvə silahına malik olmasından ehtiyatlanır. Digər tərəfdən, ABŞ-da yeni hakimiyyətə keçid dövrü də Rusiyanın əl-qolunu açır”.

Rusiyanın nüvə və qeyri-nüvə silahlarını gücləndirməsinə gəlincə, politoloqun fikrincə, Rusiya hazırda Amerikanın bir sıra bölgələrdə fəaliyyətinin zəifləməsini nəzərə alaraq öz nüvə gücünü artırır:

“Bu silahların ən azı 80 faizi sovet dövründən qalmadır. Nəzərə almaq lazımdır ki, Amerikanın raketdən müdafiə sistemi çox güclüdür, rus raketlərinin az qala 95 faizini havada tutmağa qadirdir. Bütün bunlar Rusiyanın nüvə arsenalını heçə endirir. Amerika istəsə, heç bir əsgər göndərmədən müasir texnologiyaların köməyi ilə Rusiyanın idarəetmə sistemlərini bir neçə günə sıradan çıxara və bununla da ölkədə tam xaos yarada bilər. Rusiyanın Amerikada analoji prosesləri həyata keçirməsi isə mümkün deyil. Üstəlik, ABŞ son dövrlər bir-birindən fərqli çoxlu silah növləri icad edib ki, bu silahlar dağıdıcı gücünə və dəqiqliyinə görə nüvə silahları qədər təhlükəlidir”.

Maraqları Suriya, Ukrayna və Gürcüstanda toqquşan Rusiya və ABŞ-ın son hərəkətlərinin dünyaya bir növ səsləniş olduğunu deyən politoloq bunun heç bir real nəticə ilə bitməyəcəyi qənaətindədir:

“İnanmıram ki, Rusiya Tramp dövründə Amerika ilə əzələ nümayişinə çıxsın. Bu, ilk növbədə dünyada xoşagəlməz nəticələrə gətirib çıxara bilər. Bir sözlə, qlobal nüvə müharibəsi təhlükəsi qalmaqdadır. Ancaq bunun daha qorxulu nəticələrini Rusiya öz üzərində hiss edə bilər. Yəqin ki, Putin də öz daxilində belə düşünür”.

Qeyd edək ki, Yaponiya hərbi büdcəsini rekord həddə - 43,6 milyard dollara çatdırmağı hədəfləyib. Çin, Hindistan, Səudiyyə Ərəbistanı, ABŞ da hərbi büdcələrini artırmağı planlaşdırır. Rusiya isə iqtisadi çətinlikləri ucbatından hərbi xərclərini 6% azaltmaq məcburiyyətində qalıb.

yüklənir...

XƏBƏR LENTİ

26.03.2017 , 15:32

ABŞ şirkətləri “YouTube”-də reklam yerləşdirməkdən imtina edirlər

26.03.2017 , 15:31

Prezidentə ölüm hökmü oxundu

26.03.2017 , 15:25

Azərbaycan-Almaniya futbol matçına bütün biletlər satıldı

26.03.2017 , 15:22

Türklər həm bizdən oğurladı, həm də şikayət etdi - Video

26.03.2017 , 13:29

ABŞ prezidentinin tərəfdarları və əleyhdarları arasında toqquşma – VİDEO

26.03.2017 , 12:28

Şirkət rəhbəri öldü - Maşın vurub

26.03.2017 , 11:26

Britaniyada güclü partlayış - 32 yaralı var

26.03.2017 , 10:23

Venesuela prezidenti BMT-dən yardım istədi -Ölkə dərman qıtlığı çəkir

26.03.2017 , 05:38

Lotu Bəxtiyar hansı qanuni oğruya “kriminal aləmin imamı” deyirdi?

26.03.2017 , 02:58

İcra başçısı Zakir Fərəcovdan aprel şəhidinin ruhuna hörmətsizlik: Yaşadığı binaya şəkilinin vurulmasına icazə vermədi

26.03.2017 , 01:04

Azərbaycanlı oğlan ifası ilə rusları heyran etdi – Video

26.03.2017 , 01:00

Sarkisyan Qarabağdan hədələdi: “İskəndər”dən istifadə edəcəyəm”

26.03.2017 , 00:58

Abbas Abbasovun oğlu ermənilərin təmsil olunduğu siyasi təşkilat yaradır - Fotofakt

25.03.2017 , 21:55

İranlı soydaşlarımızın Bakı təəssüratları - SORĞU (VİDEO)

25.03.2017 , 21:52

Azərbaycan prezidenti banqladeşli həmkarını təbrik edib

25.03.2017 , 21:47

Sarkisyan hərbi formada Qarabağdan Ermənistana mesaj verdi - FOTO

25.03.2017 , 18:44

Rusiya sovet ampluasında - Avropanı şərqdən, Türkiyəni hər yandan dövrəyə alır..

25.03.2017 , 18:37

“Kandildə, İmralıda, Pensilvaniyada olanlar “yox” deyirlər” – Ərdoğan

25.03.2017 , 18:10

Qubernator: “Azərbaycanlılar Gürcüstanın inkişafında mühüm rol oynayırlar”

25.03.2017 , 17:54

Nazir: "Bakı-Tbilisi-Qars layihəsi Qara dənizdən çəkiləcək dəmir yoluna birləşdiriləcək"

25.03.2017 , 17:45

Kombinat direktorunun qətli ilə bağlı yeni detallar

25.03.2017 , 17:26

Ərdoğan: "Kılıçdaroğlu gəlməyəcəm demişdi, amma quzu kimi gəldi"

25.03.2017 , 17:20

Aprel seçkisi: Ermənistanı nə gözləyir?

25.03.2017 , 17:11

Kılıçdaroğlu yenə gündəmdə - Bu dəfə zirehli avtomobillə...

25.03.2017 , 17:08

ABŞ Şimali Koreyaya hərbi müdaxilə edərsə, Çin və Rusiyanın mövqeyi necə olacaq? - Politoloqun cavabı

25.03.2017 , 16:55

Bank səhvən xarici hesablara 5 milyard avro köçürdü

25.03.2017 , 16:51

Türkiyəli nazirlər Fətullah Güləni Amerikadan gizlicə qaçırmaq istəyib - Plan açıqlandı

25.03.2017 , 16:50

“Balkan yarımadasında müharibə başlaya bilər” - Jan-Klod Yunker

25.03.2017 , 16:48

Azərbaycan millisinin hər futbolçusuna 100 min manat veriləcək

25.03.2017 , 16:48

Rusiya Bakıda doğulan ermənini beynəlxalq axtarışa verdi

25.03.2017 , 16:46

Trampdan növbəti qalmaqal: Yunkerlə Tusku səhv saldı

25.03.2017 , 16:46

“Barselona” Premyer Liqa çempionunu istəyir

Bütün Xəbərlər

FaceBook