Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Oxunub:12 572

Tarix: 23-12-2016, 18:25

"Elə etməyin ki, faktları toplayıb prezidentə təqdim edim" -Məmurlara xəbərdarlıq

yüklənir...

Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Prezident İlham Əliyevin Tarif Şurasının işıq və qazla bağlı qərarına dəyişiklik etməsinə münasibət bildirib.

Bu barədə verən partiya sədri deyib ki, ölkə başçısının bu addımı təqdir olunandır: «Bildiyiniz kimi, mən həm saytlar, həm də kanal13 televiziyası ilə əziz qardaşıma müraciət edərək Tarif Şurasının qərarına müdaxilə etməyi xahiş etmişdim. Mən həminə ağıllı məsləhətlər verirəm. Hakim komandadakıların əksəriyyəti xəyanət yolu tutublar. Bu 300 milyon elə bir böyük pul deyil. Buna görə xalqı narazı salmaq olmaz. Sağ olsun ki, Prezident çağırışımı eşitdi və belə bir qərar verdi. Düzdür, Tarif Şurasının qiymət artımı ilə bağlı qərarı qalır, amma bütün hallar da bu addımı da müsbət qiymətləndirmək lazımdı. Mən istəmirəm ki, İlham Əliyevə xəyanət eləsinlər. Bütün gücümlə bunun qarşısını alacağam».

2016-05-20-16-25-57hafiz-hedeledi.jpg (424×262)

MMP sədri onu da nəzərə çatdırıb ki, Prezidentin bu addımı bir daha göstərdi ki, «qocalar evi»ndə oturanların hamısını başı kiflənib. Onun sözlərinə görə, hökumətdə təmsil olunan qocalar «gora gedən özünə yoldaş axtarar» məsəlindəki kimi hamını cəhənnəmə çəkmək istəyirlər: «Hər halda, bundan sonra da çalışacağam ki, xalqımın fikrini prezidentə çatdırım. Mənə çətin olsa da, bütün variantlardan istifadə edərək, sözümü deyə bilirəm. Elə buna görə də təzyiqlərə məruz qalıram. İlham Əliyevin əleyhinə olan məmurlar mənə təzyiqləri artırırlar. Düşünürəm ki, qarşıdakı dövrdə də xalqın iradəsinə əsasən fəaliyyət göstərəcəyik».

Partiya sədri ərzaq məhsullarının qiymətinin artmasına da sərt mövqe ifadə edib. Onun sözlərinə görə, aidiyyatı qurumlar süni qiymət artımına görə cavab verməlidirlər.

«İqtitsadi İnkişaf Nazirliyinin anti-inhisar departamenti hara baxır? Tikinti materialların qiyməti günü-gündən artır. Bakıda şifer zavodunu hansısa bir oliqarx alıb işlətmir, amma özümüz xaricdən baha qiymətə şifer alırıq. «Azərsun» bitki yağını 7 manata qaldırıb. Gözəllər gözəli Abdulbari müllimə deyəndə ki, o şirkətin arxasında dayanan şəxslərə hörmət eləsin, o əksinə edir. Abdulbari Goozalın müavini müavinimə zəng edib təhdid edir. Mən bilirəm, o şirkətin yiyəsi kimdir. Masazırda yığdığı duzu qiymətini qaldırmaq hansı əndazəyə sığır? İqtisadiyyat Nazirliyindəki adamlar heç bir nəzarət funksiyasını yerinə yetirə bilmir. Qarşıdan yeni il gəlir, qiymət artımının qarşısını almaq lazımdır. Mən xəyanət edən məmurlara xəbərdarlıq edirəm, elə etməyin ki, faktları toplayıb prezidentə təqdim edim. Lazım gələrsə, prezidentin yanında onlarla üzləşəcəm. Onu da unutmasınlar ki, bu yoldan geri dayanan deyiləm».(mia.az)

yüklənir...

XƏBƏR LENTİ

26.03.2017 , 15:32

ABŞ şirkətləri “YouTube”-də reklam yerləşdirməkdən imtina edirlər

26.03.2017 , 15:31

Prezidentə ölüm hökmü oxundu

26.03.2017 , 15:25

Azərbaycan-Almaniya futbol matçına bütün biletlər satıldı

26.03.2017 , 15:22

Türklər həm bizdən oğurladı, həm də şikayət etdi - Video

26.03.2017 , 13:29

ABŞ prezidentinin tərəfdarları və əleyhdarları arasında toqquşma – VİDEO

26.03.2017 , 12:28

Şirkət rəhbəri öldü - Maşın vurub

26.03.2017 , 11:26

Britaniyada güclü partlayış - 32 yaralı var

26.03.2017 , 10:23

Venesuela prezidenti BMT-dən yardım istədi -Ölkə dərman qıtlığı çəkir

26.03.2017 , 05:38

Lotu Bəxtiyar hansı qanuni oğruya “kriminal aləmin imamı” deyirdi?

26.03.2017 , 02:58

İcra başçısı Zakir Fərəcovdan aprel şəhidinin ruhuna hörmətsizlik: Yaşadığı binaya şəkilinin vurulmasına icazə vermədi

26.03.2017 , 01:04

Azərbaycanlı oğlan ifası ilə rusları heyran etdi – Video

26.03.2017 , 01:00

Sarkisyan Qarabağdan hədələdi: “İskəndər”dən istifadə edəcəyəm”

26.03.2017 , 00:58

Abbas Abbasovun oğlu ermənilərin təmsil olunduğu siyasi təşkilat yaradır - Fotofakt

25.03.2017 , 21:55

İranlı soydaşlarımızın Bakı təəssüratları - SORĞU (VİDEO)

25.03.2017 , 21:52

Azərbaycan prezidenti banqladeşli həmkarını təbrik edib

25.03.2017 , 21:47

Sarkisyan hərbi formada Qarabağdan Ermənistana mesaj verdi - FOTO

25.03.2017 , 18:44

Rusiya sovet ampluasında - Avropanı şərqdən, Türkiyəni hər yandan dövrəyə alır..

25.03.2017 , 18:37

“Kandildə, İmralıda, Pensilvaniyada olanlar “yox” deyirlər” – Ərdoğan

25.03.2017 , 18:10

Qubernator: “Azərbaycanlılar Gürcüstanın inkişafında mühüm rol oynayırlar”

25.03.2017 , 17:54

Nazir: "Bakı-Tbilisi-Qars layihəsi Qara dənizdən çəkiləcək dəmir yoluna birləşdiriləcək"

25.03.2017 , 17:45

Kombinat direktorunun qətli ilə bağlı yeni detallar

25.03.2017 , 17:26

Ərdoğan: "Kılıçdaroğlu gəlməyəcəm demişdi, amma quzu kimi gəldi"

25.03.2017 , 17:20

Aprel seçkisi: Ermənistanı nə gözləyir?

25.03.2017 , 17:11

Kılıçdaroğlu yenə gündəmdə - Bu dəfə zirehli avtomobillə...

25.03.2017 , 17:08

ABŞ Şimali Koreyaya hərbi müdaxilə edərsə, Çin və Rusiyanın mövqeyi necə olacaq? - Politoloqun cavabı

25.03.2017 , 16:55

Bank səhvən xarici hesablara 5 milyard avro köçürdü

25.03.2017 , 16:51

Türkiyəli nazirlər Fətullah Güləni Amerikadan gizlicə qaçırmaq istəyib - Plan açıqlandı

25.03.2017 , 16:50

“Balkan yarımadasında müharibə başlaya bilər” - Jan-Klod Yunker

25.03.2017 , 16:48

Azərbaycan millisinin hər futbolçusuna 100 min manat veriləcək

25.03.2017 , 16:48

Rusiya Bakıda doğulan ermənini beynəlxalq axtarışa verdi

25.03.2017 , 16:46

Trampdan növbəti qalmaqal: Yunkerlə Tusku səhv saldı

25.03.2017 , 16:46

“Barselona” Premyer Liqa çempionunu istəyir

Bütün Xəbərlər

FaceBook