Mayın 18-23-də keçirilən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri elan olunub.
<span style="color:;" #ff0000;">NOCOMMENT xəbər verir ki, müsabiqənin vakansiya seçimi zamanı ümumilikdə 953 nəfər elektron yerləşdirmə nəticəsində uğur qazanıb.
Qeyd edək ki, uğur qazanan namizədlərin sənədləri yoxlanıldıqdan sonra uyğun namizədlər tutduqları vakansiyaya təyin olunacaq. Bu məqsədlə 6-7 iyun tarixlərində sənədlərin düzgünlüyünün yoxlanılması prosesi həyata keçiriləcək. Namizədlər şəxsi səhifələrində qeyd olunan tarixdə İnsan resursları mərkəzinə gələrək aşağıdakı sənədləri təqdim etməlidirlər:
– Şəxsiyyəti təsdiq edən sənədin əsli;
– Ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin əsli;
– Əmək kitabçasının əsli;
– Əvvəlki iş yerindən əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən çıxarış.
Qeyd edək ki, namizəd şəxsi səhifəsində qeyd olunan tarixdə sənədlərini təqdim etmədikdə nəticələri ləğv olunacaq və bu hal həmin namizədin yerdəyişmə etdiyi yerdən imtinası kimi qiymətləndiriləcək.
Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlərlə” açılması təmin edilib.
<span style="color:;" #ff0000;">NOCOMMENT xəbər verir ki, bununla bağlı Baş Prokurorluq və Daxili işlər Nazirliyi birgə məlumat yayıb.
Belə ki, mayın 27-i saat 07 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində yanğın baş verməsi və orada yaşayan 1961-ci il təvəllüdlü Xuraman Həsənovanın üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə məlumat daxil olub.
Cinayət işi üzrə həyata keçirilmiş intensiv istintaq və əməliyyat tədbirləri ilə qeyd edilən cinayət əməlinin 1985-ci il təvəllüdlü Orxan Novruzov tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Orxan Novruzov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.
Rusiyanın Primorsk diyarının Qanunvericilik Məclisinin bir qrup deputatı Ukraynadakı hərbi əməliyyatların dərhal dayandırılması tələbi ilə Rusiya Prezidenti Vladimir Putinə müraciət ünvanlayıb.
<span style="color:;" #ff0000;"><span style="color:;" #ff0000;">NOCOMMENT xəbər verir ki, Rusiyanın Kommunist Partiyasından olan dörd deputatın müraciətini regional parlamentin iclasında deputat Leonid Vasyukeviç səsləndirib.
İclasın moderatoru deputata mane olmağa çalışsa da, Leonid Vasyukeviç tələbini səsləndirə bilib.
L.Vasyukeviçin sözlərinə görə, region hökuməti Ukraynada həyatını itirən və yaralanan hərbçilərin ailələrinə dəstək üçün bir sıra tədbirlər həyata keçirib:
“Bununla belə, Rusiya ordusu əhəmiyyətli itkilər fonunda hərbi uğur qazana bilməyəcək. Biz başa düşürük ki, ölkəmiz hərbi əməliyyatı dayandırmasa, ölkəmizdə yetim qalan uşaqların sayı daha da çox olacaq. Hərbi əməliyyatlar zamanı ölkəmizə böyük fayda verə biləcək gənclər əlil olur, ölürlər”.
“Hərbi gücümüzü də artırırıq. Müharibədən sonra yeni silahlı birləşmələr yaradılıb, yeni texnika alınır və bundan sonra da biz bunu edəcəyik”.
<span style="color:;" #ff0000;">NOCOMMENT xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində sakinlərlə görüşdəki çıxışında deyib.
“Çünki biz güclü olmasaq, istədiyimiz kimi yaşaya bilmərik. Biz istəyirik ki, azad yaşayaq. Biz istəyirik ki, bundan sonra heç kim bizim işimizə qarışmasın. Buna ehtiyac yoxdur. Biz elə gözəl dövlət qurmuşuq ki, bu gün bir çoxları buna həsəd apara bilər. Heç kim gəlib bizə dərs oxumasın, məsləhət verməsin, öyrətməsin. Buna ehtiyac yoxdur”,- dövlət başçısı bildirib.
Bu gün Rusiyanın Liberal Demokrat Partiyasının növbədənkənar qurultayı keçirilib.
<span style="color:;" #ff0000;">NOCOMMENT xəbər verir ki, qurultayda rusiyalı liberal demokratların yeni liderinin adı məlum olub.
Beləliklə, Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski bu ilin aprel ayında vəfat edən Vladimir Jirinovskidən sonra Rusiya Liberal Demokrat Partiyasının lideri seçilib.
Rus işğalçıları tərəfindən dağıdılmış Mariupolda daha bir məzarlıq aşkar edilib.
<span style="color:;" #ff0000;">NOCOMMENT Unian.net-ə istinadən xəbər verir ki,bu barədə Mariupol merinin müşaviri Pyotr Andryuşenko məlumat verib.
Onun sözlərinə görə, hazırda işğalçıların fövqəladə hallar işçiləri keçmiş Oktyabr zavodunun ərazisində Kuinci küçəsindəki dağıntıları yığışdırır. Məhz orada 70-ə yaxın ukraynalının meyiti tapılıb.
“Səbəb eynidir – işğalçıların atəşə tutmasından sonra insanlar binanın dağıntıları altında qalıblar. Ölənlərin meyitləri polietilen torbalara yığılaraq basdırılmaq üçün Starıy Krım kəndindəki kütləvi məzarlığa aparılıb. Meyitlərin identifikasiyası aparılmayıb və ölənlərin kimlikləri müəyyən edilməyib. Yerli sakinlər isə meyitlərin vəziyyətini nəzərə alaraq identifikasiyanın çox çətin olduğunu bildiriblər”, – Andryuşenko deyib.
Azərbaycan əsilli daha bir boksçu İrəvanda keçirilən Avropa çempionatında erməniyə qalib gəlib.
<span style="color:;" #ff0000;">NOCOMMENT xəbər verir ki, 48 kq çəki dərəcəsində Gürcüstanı təmsil edən Sahil Allahverdovi Bareqam Harutyunyana tam üstünlüklə qalib gəlib – 5:0.
Azərbaycanın karate üzrə kumite komandası Türkiyənin Qaziantep şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib.
<span style="color:;" #ff0000;">NOCOMMENT xəbər verir ki, Pənah Abdullayev, Tural Ağalarzadə, Rafael Ağayev, Asiman Qurbanlı, Rafiz Həsənov, Turqut Həsənov və Ayxan Mamayevdən ibarət heyət həlledici raunnda Fransa ilə üz-üzə gələcək.
Final mayın 29-da olacaq.
Mübarizəyə 1/8 finalda start verən yığma ardıcıl olaraq Kosovonu 3:1, Portuqaliyanı 2:0, Yunanıstanı isə 3:0 hesabı ilə məğlub edib.
Türkmənistan Rusiyanın “Rossiya 1” və Rusiya Müdafiə Nazirliyinə bağlı “Zvezda” telekanallarının yayımını dayandırıb.
<span style="color:;" #ff0000;">NOCOMMENT “İnterfaks”a istinadən xəbər verir ki, onlar ölkənin ən böyük lisenziyalı rabitə operatoru “Aşqabad Şəhər Telefon Şəbəkəsi” QSC tərəfindən yayımlanıb.
Rusiyanın digər telekanalları, o cümlədən “Pervı”, RenTV, NTV, STS, TNT, “Çe”, “Matç” və başqaları yayımlanmaqda davam edir.
Türkmənistanda xarici telekanallara baxmaq yalnız yerli operator tərəfindən təqdim olunan kabel və İP televiziyada mümkündür.
Qeyd edək ki, daha öncə Qırğız Respublikasında yerli operator Rusiya telekanallarının yayımını dayandırmışdı.
Bizim Twitter səhifəmizə abunə olun
Bu ilin əvvəlindən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi 2 600 ticarət və ictimai iaşə obyektində yoxlama aparıb.
<span style="color:;" #ff0000;">NOCOMMENT xəbər verir ki, bunu bu gün “Azəriqaz”ın Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov qurumda media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.
Onun sözlərinə görə, onlardan 420 obyektdə qanunsuzluqlar aşkarlanıb: “290 obyektdə sayğac çıxarılıb. Bunlar əsasən layihə-smeta şərtlərə və texniki normalara uyğun deyil. 133 müəssisədə isə qaz təchizatı dayandırılıb”.
O, qeyd edib ki, bunlar tək Bakını deyil, regionları da əhatə edir: “Bakıya nisbətən regionlarda qanunsuzluqlar daha az aşkarlanır. Hazırda “Azəriqaz” İstehsalat Birliyinin 37 844 qeyri-əhali sektoru üzrə qazdan istifadə edən abonenti mövcuddur. Onların əksəriyyətinin qazdan düzgün istifadə etməsinə baxmayaraq, onlar da yoxlamalar aparılacaq. Çünki bu Nazirlər Kabineti tərəfindənb qoyulan tapşırıqdır”.
Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub.
<span style="color:;" #ff0000;">NOCCOMENT xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər və burada yaradılan şəraitlə tanış olublar.
Sonra dövlətimizin başçısı və birinci xanım Ağalı kənd sakinləri ilə görüşüblər.
“Zaqatala rayonunda itkin düşən Hindistan vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikathın axtarışları davam etdirilir”.
<span style="color:;" #ff0000;">NOCOMMENT xəbər verir ki, bunu “Report”un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru polis baş leytenantı Mahir Məsimov bildirib.
O, qeyd edib ki, DİN Daxili Qoşunlarının hərbi qulluqçuları, Zaqatala Rayon Polis Şöbəsi, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq strukturunun əməkdaşları əcnəbi turistin itkin düşdüyü ehtimal olunan ərazilərdə axtarışlara cəlb olunublar: “Hələlik müsbət nəticə əldə olunmasa da, bu istiqamətdə bütün zəruri tədbirlər görülür”.
Xatırladaq ki, mayın 17-də DİN-in “102” Xidməti-Zəng Mərkəzinə turist kimi ölkəmizə səyahət edən Hindistan vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikathın itkin düşməsi ilə bağlı müraciət daxil olub. Daxil olan müraciət əsasında aparılan ilkin araşdırma zamanı onun Zaqatalada qaldığı hoteli mayın 12-də tərk etdiyi və Car kəndinin çətin relyefə malik yüksək dağlıq ərazisinə getdiyi müəyyən olunub.
Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların hərbçisi, çavuş Əzizağa Umarov Ağdam rayonunda minaya düşüb.
Bu barədə <span style="color:;" #ff0000;">NOCOMMENT-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Ə.Umarov Çəmənli kəndi ərazisindəxidməti vəzifəsini yerinə yetirən zaman minaya düşərək xəsarət alıb.
Faktla bağlı Ağdam Rayon Prokurluğunda araşdırma aparılır.
Böyük Britaniyanın Baş naziri Boris Conson “gizli plan” hazırlayıb və Ukrayna Prezidenti Volodimir Zelenskini yeni beynəlxalq alyans yaratmağa dəvət edib.
<span style="color:;" #ff0000;">NOCOMMENT “Corriere Della Sera” qəzetinə istinadən xəbər verir ki, London Brüsseldən qorxan və “ruslarla maksimum barışmazlığa” hazır olan ölkələr arasında yeni siyasi, iqtisadi və hərbi sazişlər sistemini – Avropa İttifaqına alternativ yaratmağı təklif edir.
Conson modeli Böyük Britaniyanın rəhbərlik etdiyi birliyin yaradılmasını nəzərdə tutur. Gözlənildiyi kimi, buraya təkcə Avropa ölkələri – Ukrayna, Polşa, Estoniya, Latviya və Litva deyil, eyni zamanda Türkiyə də daxil olacaq.
Yazıda qeyd edildiyinə görə, Conson “bir aydan çoxdur ki, bu toru toxuyur” – o, bu təşəbbüsü ilk dəfə aprelin əvvəlində Kiyevdə görüşləri zamanı Zelenskiyə təqdim edib. Kiyev hələlik bu təkliflə bağlı mövqe bildirməyib.
“London rəsmisinin Kiyevə səfərindən sonra danışıqlar davam edir və Böyük Britaniyanın Ukraynaya münasibəti getdikcə daha israrlı olur”, – deyə məqalədə bildirilir.
Bəzi KİV-lərin son günlər Azərbaycanda refenrendumun keçiriləcəyi ilə bağlı yaydığı məlumatlar həqiqəti əks etdirmir.
<span style="color:;" #ff0000;">NOCOMMENT xəbər verir ki, bu barədə “Report”a hökumətdəki mənbələrdən məlumat veriblər.
“Ölkə Konstitusiyasına heç bir dəyişiklik nəzərdə tutulmur. Hazırda hökumətdə belə bir plan yoxdur və bununla bağlı heç bir müzakirə aparılmır. Bu cür məlumatların yayılması əsassızdır və həqiqəti əks etdirmir. Ona görə də belə bir həssas dönəmdə kütləvi informasiya vasitələrini ictimai rəyi çaşdırmamağa və yoxlanılmamış məlumatların tirajlanmasına yol verməməyə çağırırıq”, – mənbə qeyd edib.
Qeyd olunur ki, belə bir şaiyənin yayılmasına əsas kimi götürülən ölkədə seçici siyahılarının dəqiqləşdirilməsi qanunvericiliklə nəzərdə tutulmuş və mütəmadi aparılan prosesdir.
Bu il seçici siyahılarının dəqiqləşdirilməsinə həmçinin Koronavirus pendemiyası şəraitində, habelə Rusiya-Ukrayna müharibəsi şəraitində miqrasiya hallarının baş verməsi, Vətən müharibəsi dövründə və ondan sonra daxili miqrasiya proseslərinin baş verməsi ehtiyac yaradıb.
Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Qəza-çağrı xidmətinə qazın olmaması ilə bağlı 21 747 müraciət daxil olub.
<span style="color:;" #ff0000;"><a style="color:;" #ff0000;" href="https://nocomment.az" target="_blank" rel="noopener">NOCOMMENT–in məlumatına görə, bunu bu gün Qəza-çağrı xidməti şöbəsinin rəisi Xalidə Şimşək qurumda media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.
Onun sözlərinə görə, bu, keçən ilin eyni dövrü ilə müqayisədə 5 707 müraciət azdır.
O bildirib ki, qazın olmaması ilə bağlı müraciətlərin azalmasına baxmayaraq, bu müraciətlərdən 10 350-si borcu ödəməyən abonentlərdir: “Bu qədər sayda abonentin qaz təchizatı borc yarandığı üçün dayandırılıb. Dəfələrlə belə abonentlərə bildirişlərin verilməsinə baxmayaraq, onlar ilin əvvəlindən bu günə qədər sərf etdikləri qazın pulunu ödəmədikləri üçün 10 350 abonentin qaz təchizatı dayandırılıb”.
X. Şimşək deyir ki, həttə belə abonentlər borclarının olduqlarını bilə-bilə, “Azəriqaz”ın 104 xidmətinə qazın olmaması ilə bağlı müraciət edirlər: “Ancaq bununla belə həmin abonentlərin bir daha nəzərinə çatdırırıq ki, sərf etdikləri təbii qazın ödənişini hətta hissə-hissə ödəsələr belə bir problemlə qarşılaşmayacaqlar”.
Azərbaycanda seçicilərin ümumi sayı açıqlanıb.
<span style="color:;" #ff0000;">NOCOMMENT “Report”a istinadən xəbər verir ki, ölkə üzrə vahid seçici siyahısı dəqiqləşdirilərək yenidən tərtib edilib.
Belə ki, vahid seçici siyahısının tərtib edilməsi dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə həyata keçirilib.
Dəqiqləşdirilmiş vahid seçici siyahısına əsasən, Azərbaycanda 6 milyon 400 min səsvermə hüququ olan şəxs var.
“Bəzi hallarda xəstəxana və ya poliklinikalar göndərişi daha keyfiyyətli yazır ki, həmin şəxslərə daha tez əlillik təyin olunsun. Son aparılan yoxlamada 100-dən çox uşağa daun sindromu diaqnozu ilə əlillik təyini edilmişdi. Növbəti yoxlamalarda isə həmin uşaqların daun sindromu olmayan sağlam olduqları məlum oldu”.
<span style="color:;" #ff0000;">NOCOMMENT xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev deyib.
O, bildirib ki, həmin uşaqların saxta əlilliyi qanunvericiliyə uyğun şəkildə ləvği ilə bağlı qərar qəbul edildi:
“Tibb müəssisələri lazım olduğu halda göndərişi keyfiyyətli doldura bilirlər. Bir çox hallarda isə bilərəkdən, yaxud bilməyərəkdən, həmçinin məlumat qıtlığı səbəbindən vətəndaşı tez yola salmaq üçün müəyyən addımlar atırlar. Hamı bilməlidir ki, göndəriş yazılması dərhal əlillik təyinatı demək deyil. Dünyanın heç bir yerində əlillik təyini sadə proses sayılmır. Bəzən də Forma 88-də olmayan məlumatlar da yazılır. Artıq icbari tibbi sığortanın tətbiqi nəticəsində məlumat bazası vasitəsilə bütün məlumatlar əldə ediləcək. Yeni meyarların qəbulundan sonra saxta əlillik təyinatı məsələsi mümkün olmayacaq”.
İranın Xuzistan vilayətinin Abadan şəhərində məsul şəxslərin səriştəsiz idarəçiliyinə qarşı başlayan etiraz aksiyaları yenidən başqa əyalətlərə yayılır.
<span style="color:;" #ff0000;"><a style="color:;" #ff0000;" href="https://nocomment.az" target="_blank" rel="noopener">NOCOMMENT “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, mayın 26-da gecə Abadan, Xorrəmşəhr, Hormozqan əyalətinin mərkəzi Bəndər-Abbas şəhərlərindən başqa, Şahinşəhr və Behbahan şəhərlərində də kütləvi etiraz aksiyaları başlayıb.
Etirazçılar hökumət rəsmilərinə qarşı ənənəvi şüarlar səsləndirməklə yanaşı, “Vilayət-e fəqih hakimiyyətinə ölüm olsun”, “Xamenei qatildir, hakimiyyəti batildir” kimi birbaşa Əli Xameneiyə qarşı şüarlar səsləndiriblər.
“Yeni əlillik meyarlarə bəzi əlillərə ödənilən vəsaitin artmasına səbəb olacaq”.
<span style="color:;" #ff0000;">NOCOMMENT xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev “Sosial saat”da deyib.
O, bildirib ki, məsələn, birinci qrup əlillərə qulluq edən şəxslərə ödənilən 80 manat da daxil olmaqla ümumilikdə 430 manat verilirdi:
“Lakin eyni kateqoriyada olan uşaqlara ödənilən vəsait daha az – 280 manat idi. Yeni meyarların üstünlüyü ondan ibarətdir ki, həmin uşaqlar da 280 manat yox, 430 manat alacaqlar. Belə ki, bir sıra meyarlarda artımlar ediləcək”.
Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda intensiv meyvə bağı ilə tanış olublar.
<span style="color:;" #ff0000;">NOCOMMENT xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.