Qualcomm şirkəti keçirtmiş olduğu xüsusi təqdimat tədbiri çərçivəsində yeni Snapdragon 8+ Gen 1 flaqman prosessorunu və özündə flaqman özəllikləri birləşdirən Snapdragon 7 Gen 1 prosessorunu təqdim edib. İlk öncə Snapdragon 8+ Gen 1 prosessorundan başlayaq. Qeyd etmək lazımdır ki, sözügedən prosessor adi Snapdragon 8 Gen 1-in davamçısıdır. Snapdragon 8+ Gen 1-in mərkəzi prosessorunun perfromansında artım reallaşdırılıb. Lakin ən əsası odur ki, yeni Snapdragon 8+ Gen 1-in enerji sərfiyyatı diqqət çəkəcək dərəcədə aşağı endirilib. Məlumatda qeyd edilib ki, Snapdragon 8 Gen 1-in mərkəzi prosessorundan fərqli olaraq Snapdragon 8+ Gen 1-in mərkəzi prosessorunun performansı 10% yüksəlib. Bunun əsas səbəbi isə yeni prosessorun sahib olduğu yüksək performanslı Cortex-X2 nüvəsinin çalışma tezliyinin 3 GHz-dən 3.2 GHz-ə yüksəlməsidir.

Yeni prosessorun qrafik sürətləndiricisinin performansında da 10%-lik artım var. Bununla belə CPU ilə GPU-nun enerji sərfiyyatları 30% aşağı düşüb. Ümumilikdə Snapdragon 8+ Gen 1 enerji sərfiyyatı baxımından 15% daha effektivdir. Bu isə prosessorun istehsalında Samsung-un 4 nanometrlik texnoloji prosesinə keçidi ilə bağlıdır. Snapdragon 8+ Gen 1-in digər özəllikləri adi Snapdragon 8 Gen 1-in özəllikləri ilə eynidir. Belə ki, yeni prosessor da 200 MP-lik kameraları, 10 Gbit-lik 5G internetini, Wi-Fi 6E texnologiyasını və Quick Charge 5 adlı sürətli şarj texnologiyasını dəstəkləyir. Artıq rəsmi olaraq məlumdur ki, ASUS, Xiaomi,Honor, Lenovo, Motorola, OnePlus, OPPO, Realme, Vivo və s. kimi brendlər Snapdragon 8+ Gen 1 prosessoruna sahib ilk smartfonlarını bu ilin üçüncü rübündə satışa çıxardacaqlar.

Snapdragon 8+ Gen 1 flaqman prosessorundan əlavə olaraq Qualcomm şirkəti həmçinin Snapdragon 7 Gen 1 adlı yeni prosessorunu da təqdim edib. Bu prosessor, Snapdragon 778G və Snapdragon 778G+ modellərinin davamçısıdır. Sözügedən prosessor özündə 8 ədəd nüvəni birləşdirir. Söhbət, 2.4 GHz tezlikdə çalışan 1 ədəd Cortex-A710 Prime nüvəsindən, 2.36 GHz tezlikdə çalışan 3 ədəd Cortex-A710 Performance nüvəsindən və 1.8 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A510 Efficiency nüvəsindən gedir. Bununla yanaşı Snapdragon 7 Gen 1 özündə Adreno 662 qrafik sürətləndiricisini və Snapdragon X62 5G modemini birləşdirir.

Snapdragon 7 Gen 1-in performansı yüksəldilib və o özündə flaqman smartfonlarda mövcud olan texnologiyaları birləşdirir. Snapdragon 7 Gen 1 prosessoru 4 nanometrlik texnoloji proses əsasında hazırlanıb. Məlumatda qeyd edilib ki, Snapdragon 778G-dən fərqli olaraq Snapdragon 7 Gen 1-in qrafik sürətləndiricisinin performansı 20% yüksəlib. Bundan əlavə olaraq yeni prosessor süni zəka əsaslı əməliyyatları 30% daha sürətlə yerinə yetirir. Prosessora inteqrasiya edilmiş Adreno Frame Motion Engine texnologiyası mobil oyunlarda kadrların tezliklərini 2 dəfə artırır. Bununla belə bu halda prosessorun enerji sərfiyyatı səviyyəsi Snapdragon 778G prosessorunun enerji sərfiyyatı səviyyəsində qalır.

Qeyd etmək lazımdır ki, Snapdragon 7 Gen 1 16 GB-a kimi LPDDR5 standartlı RAM yaddaşlarını dəstəkləyir. Bununla yanaşı o, Quad HD+ keyfiyyətli ekranları, 200 MP-ə kimi olan kameralarda eyni anda 3 obyektiv vasitəsilə çəkiliş imkanını, HEIC formatında foto və HEVC formatında videoları 10 bit-lik çəkilişlərini, 4K HDR formatlı kontentlərin əks etdirilməsini, saniyədə 4.4 Gbit sürətlə 5G internetə qoşulmanı, Wi-Fi 6E texnologiyasını, Bluetooth 5.3-ü və Quick Charge 4+ adlı sürətli şarj texnologiyasını dəstəkləyir. Yaxın zamanda Xiaomi, OPPO və Honor brendləri Snapdragon 7 Gen 1 prosessoruna sahib ilk smartfonlarını təqdim edəcəklər.

Bəzən uzun xronometrajlı hansısa videonu izləmək üçün yetəri qədər zaman olmur. Bundan əlavə olaraq bu cür videolarda lazımi kontentin axtarılıb tapılması prosesi də istifadəçini çox zaman qıcıqlandırır. Youtube tərtibatçıları bu problemi həll etmək qərarına gəliblər. Belə ki, Youtube tərtibatçılarının hazırladıqları yeni funksiya öz növbəsində bu və ya digər videonun istifadəçilər tərəfindən ən çox izlənilmiş hissələrini öncədən ayıracaq və onları qeyd edəcək. Beləliklə istifadəçilər hər hansısa videoda bir çox istifadəçini maraqlandıran hissə ilə tanış ola biləcəklər. Bunun nəticəsində bu və ya digər istifadəçinin də video daxilində axtardığı eyni kontenti tapmaq prosesi sadələşdiriləcək.

Sözügedən funksiya yaxın günlər ərzində Youtube Premium-da test rejimində istifadəyə veriləcək. İstifadəçi videonun əks olunduğu playerin üzərindəki zaman xətti vasitəsilə videonu fərdi şəkildə önə və ya arxaya çevirən zaman dalğa formalı qrafik əmələ gələcək. Həmin dalğa formalı qrafikdə isə videonun müxtəlif hissələrinin baxış sayları əks olunacaq. Qrafikin ən pik nöqtələrinə sahib olan hissələr videonun ən çox baxılmış hissələri olacaqlar. Bunun sayəsində də istifadəçi videonun ən maraqlı və vacib hissəsinə keçid edə biləcək. Bu yeni funksiyanın hamı üçün və ya yalnız Youtube Premium istifadəçiləri üçün istifadəyə verilib-verilməyəcəyi barəsində bir məlumat yoxdur.

TikTok öz yeni funksiyalarının testinə start verib. Start verilmiş test müddəti ərzində Vyetnamdan olan istifadəçilər TikTok daxilində oyunlar oynaya biləcəklər. Bu barədə xəbəri Reuters saytı xəbər verib. İşə salınacaq oyunlar vasitəsilə TikTok öz növbəsində reklamlardan olacaq gəlirlərini və istifadəçilərin servisdə keçirdikləri zamanı yüksəldəcək. Qeyd etmək lazımdır ki, TikTok artıq aylıq 1 milyard aktiv istifadəçi kütləsinə sahibdir. Vyetnam sosial şəbəkələrin yeni funksiyalarını test etmək üçün əla regiondur. Belə ki, Vyetnam əhalisinin 70%-nin yaşı 35-dən aşağıdır və üstəlik əhalinin böyük hissəsinin texniki savadlılıq səviyyəsi çox yüksəkdir. Buna görə də təkcə TikTok deyil, həmçinin Facebook və Youtube kimi servislər də öz yeni funksiyalarını Vyetnamda test edirlər.

TikTok təmsilçisi təsdiqləyib ki, onlar öz platformalarında HTML5 formatlı mini oyunların test edilməsinə başlayıblar. Bu cür imkan Zynga kimi məşhur studiyaların tərtibatçıları ilə birgə səy nəticəsində reallaşdırılıb. Lakin bəzi məlumatlara əsasən yaxın gələcəkdə TikTok daxilində həmçinin ByteDance (TikTok-un sahibi) şirkəti tərəfindən hazırlanacaq oyunlar da istifadəyə veriləcək. İlk mərhələlərdə istifadəçilər sadə mexanikaya sahib mini oyunlardan istifadə edə biləcəklər. Lakin buna baxmayaraq şirkətin bu məsələ ilə bağlı planları daha genişmiqyaslıdır. Məlumatda qeyd edilib ki, TikTok daxilində olacaq mini oyunlarda reklamlar reallaşdırılacaq və həmin reklamlardan əldə ediləcək gəlir TikTok ilə oyun tərtibatçıları arasında bölüşdürüləcək.

Microsoft şirkəti Windows 11 yenilənməsinin qlobal şəkildə işə salındığını elan edib. Beləliklə bütün Windows 10 istifadəçiləri məlumatların itirilməsi halını yaşamadan və faylların ehtiyat versiyalarını yaratmadan öz cihazlarını Windows 11-ə kimi yeniləyə bilərlər. Təbii ki, onların kompüterləri Windows 11-in sistem tələblərini dəstəkləməlidirlər. Windows 11 yenilənməsinin qlobal şəkildə istifadəyə verilməsi dedikdə əməliyyat sisteminin yenilənmələr mərkəzi üzərindən yenilənməsi nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, sözügedən imkan daha öncə bütün Windows istifadəçiləri üçün aktiv deyildi.

İstifadəçilər öz növbələrində kompüterlərinin yeni əməliyyat sistemini dəstəkləyib-dəstəkləmədiklərini PC Health Check adlı pulsuz tətbiq vasitəsilə yoxlaya bilərlər. Windows 10-nun Windows 11-ə kimi yenilənmə prosesi barəsində təfərrüatları isə Microsoft tərəfindən təqdim edilmiş videodan tanış olmaq olar. Microsoft-un verdiyi məlumata əsasən son 6 ay ərzində Windows 11-dən istifadə edən gamerlərin sayı 2 dəfə artaraq Steam-in aktiv istifadəçi kütləsinin 20%-ni təşkil edib. Qeyd etmək lazımdır ki, yenilənmiş istifadəçi interfeysi ilə yanaşı Windows 11 həmçinin Android tətbiqlərin işə salınması imkanını, genişləndirilmiş Taskbar funksiyalarını və yenilənmələrin əldə olunması üzrə optimizasiya edilmiş sistemi əldə edib.

Almaniyada yerləşən Leypsiq Universitetinin alimləri aşkar ediblər ki, PHL7 adlı ferment polietilentereftalatı (termoplastik material) yüksək sürətlə parçalaya bilir. Sözügedən ferment LLC adlı digər ferment ilə müqayisədə plastiki 2 dəfə daha tez parçalayır. LLC fermenti 2016-cı ildə Yapniyada aşkar edilmişdi. Sözügedən ferment də polietilentereftalat materialı yüksək effektivliklə parçalaya bilir. Həmin vaxtdan LLC fermenti plastik tullantıları ən yaxşı emal edən ferment hesab edilir. Alimlər müəyyən müddətdən sonra onun daha yüksək effektivliyə sahib təkmilləşdirilmiş süni versiyasını da yaratmışdılar. Lakin bütün bunlara baxmayaraq LLC fermenti PHL7 adlı yeni fermentin bacarıqlarının kölgəsində qalır. Leypsiq Universitetinin alimləri aşkar ediblər ki, sözügedən ferment polietilentereftalat plastikinin 90%-ni 16 saata parçalaya bilir. Bu isə həqiqətən də emal sürəti üzrə göstəricilər arasında bir rekorddur.

“Aparılmış tədqiqatlara əsasən bu ferment hal hazırda polietilentereftalat qablaşdırmalarının parçalanmaları prosesi üçün ən effektiv üsuldur. Bundan əlavə olaraq həmin fermenti plastik tullantıların emal edilməsində istifadə etmək olar. Emal edilmiş materiallar əsasında isə yeni plastik materialların hazırlanması mümkündür” - deyə universitet mütəxəssislərindən biri qeyd edib. Alimlərin sözlərinə əsasən PHL7 fermentinin plastiki bu cür yüksək sürətlə parçalamasının əsas səbəbi ondan ibarətdir ki, o öz DNT-nin strukturunda müəyyən özəlliklərə sahibdir. Sözügedən ferment plastiki sürətlə parçalamaqla yanaşı laboratoriya şəraitində özünün təkmilləşdirilməsi üçün kənar müdaxiləyə ehtiyac duymur.

Lakin burda bir nüans var. LLC kimi PHL7 də polietilentereftalat butulkaların istehsalında istifadə edilən plastik materialların parçalanmasının öhdəsindən çox pis gəlir. Lakin digər polietilentereftalatların parçalanmasında bir problem yaşanmır. Mütəxəssislərin sözlərinə əsasən PHL7 fermenti vasitəsilə emal edilmiş plastik nəticəsində əldə olunan yan məhsullar vasitəsilə yeni plastik qablaşdırmalar istehsal etmək mümkündür. Bu çox vacib məsələdir. Belə ki, hal hazırda plastik tullantıların yalnız kiçik faiz göstəricisi yeni plastik məhsulların istehsalı məqsədilə təkrar emal edilir. Bununla belə sözügedən proses yüksək enerji sərfiyyatını tələb edir və buna görə də onun reallaşdırılması maliyyə baxımından heç də sərf etmir. Alimlərin sözlərinə əsasən polietilentereftalat plastikinin fermentlər vasitəsilə emal edilməsi ümumilikdə emal prosesini ucuzlaşdırmaqla yanaşı bizləri bu cür tullantılardan da azad edəcək.

Xiaomi Mi Band 6 smart qolbağı Çində keçən ilin aprel ayının əvvəlində təqdim edilmişdi. Artıq 1 ildən bir qədər çox vaxtın keçməsinə baxmayaraq Xiaomi şirkəti hələ də onun davamçısını təqdim etməyib. Lakin buna baxmayaraq yeni smart qolbaq barəsində bəzi məlumatlar mövcuddur. İndi isə Xiaomi Mi Band 7 Çinin online mağazalarından birində ortaya çıxıb. İnternet mağazalarından birində Mi Band 7-nin NFC çipə sahib olan versiyası aşkar edilib. Həmin internet mağazada smart qolbağın qiyməti 40$ qeyd edilib.

Bu, rəsmi qiymət göstəricisi olmasa da reallığı əks etdirə bilər. Belə ki, keçən ilki Mi Band 6-nın NFC dəstəkli versiyasının satışlarına start verilən zaman 43$-a satılırdı. Beləliklə bu il Mi Band 7-nin qiymətində artımın olmayacağını görmək olar. Son məlumatlara əsasən Xiaomi artıq Mi Band 7-nin istehsalına start verib. Onun 490x192 piksel keyfiyyətli 1.56 düym rəngli AMOLED ekran ilə təchiz olunacağı gözlənilir. Bundan əlavə olaraq yeni smart qolbağın GPS sisteminə və Always on Display funksiyasına sahib olacağı da güman edilir. Çox güman ki, şirkət Mi Band 7-ni yaxın zamanda təqdim edəcək.

OnePlus şirkəti OnePlus Nord 2T smartfon modelini təqdim edib. Sözügedən smartfon keçən ilki OnePlus Nord 2-nin bir qədər təkmilləşdirilmiş versiyasıdır. OnePlus Nord 2T modelinin tamamilə yeni prosessor əldə etməsinə baxmayaraq o, keçən ilki Nord 2-nin satış qiymətini qoruyub saxlayıb. Beləliklə smartfon 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.43 düym AMOLED ekran ilə təchiz olunub. Ekranın yuxarı sol hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Bununla yanaşı barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Bundan əlavə olaraq smartfon özündə stereo səsgücləndiriciləri və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipini birləşdirir.

Əsas texniki göstəricilərə gəldikdə isə Nord 2T modeli MediaTek Dimensity 1300 prosessoru, 8/12 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 50 MP (optik stabilizasiya) + 8 MP (120 dərəcə bucaq əhatəsi) + 2 MP (monoxrom obyektiv) üçlü arxa kamera, 32 MP-lik (elektron stabilizasiya) ön kamera və 80 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Nord 2T modeli OxygenOS 12.1 interfeysli Android 12 vasitəsilə çalışır. Smartfon Avropa bazarında 24 may tarixində satışa çıxacaq. 8 GB RAM-a və 128 GB yaddaşa sahib model 399 avroya, 12 GB RAM-a və 256 GB yaddaşa sahib model isə 499 avroya satılacaq.

Ümumdünya Meteorologiya Təşkilatı (BMO) 2021-ci il üzrə yığılmış məlumatlar əsasında planetdəki iqlim vəziyyəti ilə bağlı növbəti hesabatı bir neçə gün bundan öncə təqdim etmişdi. Təqdim edilmiş hesabat onlarla mütəxəssisin məqalələrindən ibarətdir və o, iqlim dəyişikliklərini göstərən 4 əsas faktoru əhatə edir. Söhbət, parnik qazlarından, dəniz səviyyəsinin yüksəlməsindən, qlobal temperaturun yüksəlməsindən və okean turşuluğunun artmasından gedir. Yığılmış bütün məlumatlar kritik iqlim dəyişikliklərinin sürətlə baş verdiklərini göstərirlər. La-Ninya adlı atmosfer hadisəsinin (stabil şərq küləyi Peru və Çili sahillərindən isti suyu İndoneziya və Avstraliya istiqamətində yönləndirən zaman Sakit okeanın cənub hissəsində La-Ninya adlı atmosfer hadisəsi baş verir və nəticədə okean dərinliklərindən qalxan soyuq su hesabına regionda soyuq hava temperaturu yaranır) soyuq hava temperauturu yaratdığına baxmayaraq 2021-ci ildə planetdəki ortalama temperatur göstəricisi 1.11 dərəcə Selsiyə çataraq Paris iqlim sazişi tərəfindən 2015-ci ildə təyin edilmiş limitə yaxınlaşıb.

Geridə qalmış 7 il bütün müşahidə dövrləri ərzində ən isti illər hesab edilirlər. 1980-ci illərdən başlayaraq hər onillik öncəkindən daha isti olub. “Daha bir rekord istiliyə sahib ilin müşahidəsi sadəcə zaman məsələsidir. Bizim iqlimimiz gözlərimizin qarşısında dəyişir. İnsanların fəaliyyətləri səbəbilə ifraz edilən parnik qazları nəticəsində yaranan istilik planeti uzun illər ərzində isitməyə davam edəcək. Dünya okeanının səviyyəsi yüksəlməyə davam edir. Okean qızır və atmosferdən parnik qazlarının yığılması üzrə effektiv həll üsulları təklif edilməsə onun turşuluq səviyyəsinin artımı hələ 100 illərlə davam edəcək. Bəzi buzlaqlar artıq dönüş nöqtəsini keçiblər və bu, planet üçün uzunmüddətli mənfi nəticələr gətirəcək. Artıq 2 milyarda yaxın insan su çatışmazlığından əziyyət çəkir” - deyə BMO-nun katibi Petteri Taalas qeyd edib.

Təqdim edilmiş hesabatda qeyd edilib ki, 2013-cü ildən 2021-ci ilə kimi olmuş dövrdə dünya okeanının səviyyəsi hər il ortalama 4.5 mm yüksəlib. Bu isə 1993-cü ildən 2002-ci ilə kimi olmuş okean səviyyəsi yüksəlməsindən 2 dəfə daha sürətlidir. Bunun əsas səbəbi buzlaqların ərimələridir. İnsan fəaliyyəti nəticəsində ifraz edilən CO2 qazının 23%-i okean tərəfindən udulur. Bununla belə baş verən kimyəvi reaksiya səbəbilə dəniz suyununu turşuluğu artır. Bu, dəniz ekosistemi üçün təhlükə yaratmaqla yanaşı həmçinin okeanın CO2-ni udma qabiliyyətini də aşağı salır. Hal hazırda okeanın CO2-ni udma qabiliyyəti son 26.000 il ərzində rekord səviyyədə aşağı göstəricidədir.