Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Tarix: 5-01-2017, 17:02

ANAR yazır:“Bəzi qüvvələr çıxış yolunu stalinizmi qaytarmaqda, SSRİ-nin bərpasında görür”

ANAR yazır:“Bəzi qüvvələr çıxış yolunu stalinizmi qaytarmaqda, SSRİ-nin bərpasında görür”
yüklənir...

ANAR

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri


Planetimiz kos kimi yupyumrudur – bu məlum. Astronomik, çoğrafi anlamda Günəş Şərqdə doğur, Qərbdə batır – bu da məlum. Amma nədənsə mənim təsəvvürümdə Şərq daha çox gecəylə, Qərb gündüzlə əlaqələnir. Niyə? Bilmirəm. Bəlkə ona görə ki, Şərq ədəbiyyatı hardasa “min bir gecə” dastanıdır. Şərqin sirləri – gecənin gizlinləridir. Şərqin sehri də, mehri də gecədən doğur. Şərq ədəbiyyatının mayasında eşq, məhəbbət durur, məhəbbətin məskəni-məkanı isə gecədir.

X1 əsrin böyük ərəb mütəfəkkiri İbn Həzm “Göyərçin həmayili”ndə yazır ki, dünyaya yeni insanın – körpənin gəlişi zülmət gecədən başlanır.

Leyli – ərəbcə gecə deməkdir, Məcnun Leylini yox, gecəni sevir. “Məcnundan füzun aşiqlik istedadı olan” Füzulinin özü kimi… Şəbi hicran çağı – hicran gecəsinin atəşində yanan Füzulinin yuxusuz gecələri eşqlə dopdoludur.



Bu vüsala yuxu əhvalı

demək mümkün idi

Əgər olsaydı yux u dideyi-giryanımıza.

Gəncəli Nizaminin yarı da gecə gəlir:

Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi.

Molla Pənah Vaqif edam səhərinin gecəsini ancaq ona və ulduzlara bəlli olan bir sirlə yaşayır, “gecə hamilədir” deyə soraq gözləyir. Hamilə gecə Vaqifə qətl hökmü verən Qacarın ölümünü doğur.

Böyük şairləri qarabaqara izləyən Ölüm bir gün Vaqifi də haqlayır. Onun qətl fərmanını verənin özü də aşiqdir, özü də sevgilisinə yalnız gecə qovuşa bilir: və bu sevda görüşündən şeirimizin ən kövrək misraları yadigar qalır:

Əfsus ki, yarım gecə gəldi, gecə getdi

Heç bilmirəm ömrüm necə gəldi,

necə getdi.

Bayatıda “ömür keçdi, gün keçdi” təəssüfüylə ifadə olunmuş duyğuyla illər sonra Şəhriyar da həzin-həzin köks ötürür:

Ömür keçdi, gələmmədim, gec oldu.

“Nikbin” Sovet şeirində də Səməd Vurğun “Ayın əfsanəsi”ni, Süleyman Rüstəm “Gecənin romantikası” nı yazır. Gecə nisgili Rəsul Rzanın ən bədbin, ən ümidsiz misralarında əksini tapıb:

Deyirlər axşamlar kədər gətirir,

Deyirlər can sıxır qaranlıq gecə

Deyirlər, deyirlər,

Gündüzlər necə?

Gündüzlər səbirsiz gözləyirik ki,

bir axşam olsun,

bir gəlsin gecə.

“Axşam qızaran göylərə

endikdə qaranlıq

Könlüm evini yandıran

odlara tapılmaz” –



bu beyt də Nigar Rəfibəylinin qəzəlindəndir.

“O gecənin səhəri…”

Nəhs gecələrin qəfil döyülən qapılar vahiməsi. Bu xof, bu qorxu genetik olaraq neçə-neçə nəslin qan yaddaşında yaşayır.

Vaqif Səmədoğlunun şeirindəki xronoloji ardıcıllıq dəqiqdir:

Doğuldum (doğulduq) 39 (ya 38-də),

tutulduq 37-də…

Qarşıdan 2017-ci il gəlir, qanlı inqilabın yüzüncü ildönümü və bu inqilabın törəməsi 1937-ci il. Bu sənədən 80 il keçir…

80 ilin qorxuları, təhlükələri, itkiləri get-gedə insanların hafizəsində sönüb soluxur, yerini çəhrayı rəngə boyanmış nostalji xatirələr tutur. Bütün post Sovet məkanında böhranlar, fəlakətlər, təbii və siyasi qəzalar, terror aktları, qonşu torpağına təcavüzlər və maddi-mənəvi sıxıntılardan çıxış yolunu bəzi insanlar və bəzi ictimai qüvvələr stalinizmin qaytarılmasında, qəddar rejimin amansız qayda-qanunlarında axtarır, SSRİ-nin bərpasında görür.

SSRİ-ni dağıdanlardan biri Mixail Qorbaçov idi. Bu bəlkə də elə onun ən müsbət tarixi əməlidir. İndi Qorbaçov ayrı mahnı oxuyur: “Yeni İttifaq yaranmalıdır -deyir – özü də keçmiş SSRİ sərhədlərində” və əlavə edir “könüllü”. Könüllü olacaq şeyin qərarını qabaqcadan verərlər? Əvvəl bir soruş, buna könül vermək kimin könlündən keçir? Yatıb yuxularında imperiyanın xiffətini çəkənlərdən başqa kimin?

Yoxsa lap əsgi-yeni S.Mixalkov himnində oxunduğu kimi: “Azad Sovet respublikalarını Rusiya əbədi birləşdirdi”. Əgər azaddırlarsa niyə onları Rusiya birləşdirməliydi, həm də əbədi? Yaxşı ki, “əbədi” olmadı,tarix öz hökmünü verdi.

Qaranlıqdan işığa çıxmaq yolu daha qatı zülmətə düşmək deyil. Həyatın çətinliklərindən ölümlə qurtulmaq olmaz…

“Gecə çökür aləmə tabut qapağı kimi”

Yenə də təlaş, yenə də şübhə, yenə də keçmişin kabusları vahiməsi, qorxusu…

Bəlkə də qaytardılar!

Bu nə mülk-maş,

Nə yatır,

Nə dəyirman dərdi idi

Bu, sorağı qanlı yollarda itən

insan dərdi idi,

İndi də o günlərdən

ürəklərdə bir nigaranlıq,

bir səksəkə var.

O ağır, o acı günləri,

Bəlkə də qaytardılar,

bəlkə də qaytardılar!

Amma… Amma bu Yeni il gecəsi bədbin fikirlərin – adda-budda olsa da -yeri deyil. Şərq ədəbiyyatı da yalnız gecəni vəsf etməyib, Ölümdən qaçaraq ölümü yenən ölümsüz Dədə Qorqudumuzun ulu Kitabı bu söyləməylə başlayır:

“Salqum-salqum dan yelləri əsdigində.

Ağla qaralı seçilən çağda

Köysü gözəl dağlara gün dəyəndə

Ala sabah…”

“Kitabi Dədəm Qorqud” ədəbiyyatımızın əbədi səhər çağıdır. Şərq gecəsinin açıq səmalı sabahı…

Bu ilin gecə düşüncələrini qarşıdan gələn ilin səhər ümidlərinə təhvil verirəm. İrəlidən gələn günlərimizin, aylarımızın ayağı sayalı olsun, ömrümüz uğurlu, xeyir- bərəkətli, məhəbbətli keçsin.

Sabahınız xeyir planetdaşlar. Yeni iliniz mübarək!



P.S Xalq yazıçısı Anar yazını “525-ci qəzet”də başladığı yeni “Səhər-səhər” layihəsi üçün yazıb

yüklənir...

XƏBƏR LENTİ

30.04.2017

Əsəddən jurnalistə ŞOK SÖZLƏR: “Bu dəqiqə şeytanla üz-üzə söhbət edirsiniz”

30.04.2017

Merkel: "Türkiyə vətəndaşlarına ikili vətəndaşlıq pasportu verəcəyik"

30.04.2017

Moskva danışıqları barədə məxfi məruzə - Azərbaycan sizə Gürcüstan və Ukrayna deyil

29.04.2017

Evlilik proqramları bundan sonra yayımlanmayacaq- TÜRKİYƏDƏ

29.04.2017

Federika Moqerini: “Avropa İttifaqının Türkiyə ilə danışıqları dondurulmayıb”

29.04.2017

Soros AŞPA-nı dağıtmaq istəyir - Aqramunt

29.04.2017

Türkiyə ordusu İraq və Suriyada 89 terrorçunu məhv edib

29.04.2017

Qırğızıstanda matəm elan olundu

29.04.2017

Rüfət Aslanlı ilə razılıq əldə olundu

29.04.2017

Türkiyədə “Wikipedia” qadağan edildi - Terrora dəstək verir

29.04.2017

“Düşmən əsgərləri qorxu içindədir” - Polkovnik İlqar Əliyev

29.04.2017

Ramil Usubov Göyçayda vətəndaşları qəbul edib

29.04.2017

“Ermənilər raketlə öz PUA-larını vurublar”

29.04.2017

Bakıda polis gəncləri intim münasibət zamanı YAXALADI – “Çəkmə, ay kişi” (VİDEO)

29.04.2017

Livan eksperti: "Rusiya Bəşər Əsədi qaza və milli maraqlarına qurban verəcək” – Təhlil

29.04.2017

Azərbaycanın gizli saxlanan 1 trilyon dolları

29.04.2017

"Sədr Moskvada ruslara konsert verməyə gedir, goranboylu aşığınsa gücü ancaq it toyunda oxumağa çatır" -QALMAQAL

29.04.2017

Əcnəbilər daha çox Azərbaycanın hansıali məktəblərini seçir?

29.04.2017

Dünya birjalarında neftin qiyməti:"Brent" bahalaşıb

29.04.2017

Amerika həbsxanalarındakı cinsi və fiziki zorakılıqlar haqda nə bilirik? – Araşdırma

29.04.2017

İlham Əliyev Qətərin sabiq Baş naziri və xarici işlər nazirini qəbul edib

29.04.2017

Dünya prezidentlərinin aylıq əmək haqqları açıqlandı

29.04.2017

Bu, insanlığı məhv edəcək – Məşhur fizik

28.04.2017

Əməkdar artist xəstəxanaya yerləşdirildi

28.04.2017

"Ermənistanın mövqeyi əhəmiyyət daşımayacaq" - Sergey Markov

28.04.2017

“Əl-Qaidə”nin liderlərindən biri məhv edilib

28.04.2017

Türkiyə Avropanın pulunu kəsdi

28.04.2017

Elmar Məmmədyarov nazirlərin Moskva görüşünə münasibət bildirib

28.04.2017

Rövşəni öldürdüyünü deyən oğru haqda şok detal

28.04.2017

"Biz Səudiyyə Ərəbistanın müdafiəsinə çox pul xərcləyirik"

28.04.2017

Bakıda həbs edilən erməniyə hökm oxundu

28.04.2017

Bakıda polislərdən şok əməl: Nazir 7 nəfəri qovdu

Bütün Xəbərlər

FaceBook