Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

SSRİ rəhbərinin “vurulduğu” azərbaycanlı xalq artisti

SSRİ rəhbərinin “vurulduğu” azərbaycanlı xalq artisti
yüklənir...

A.N. Kosıgin dedi: “Nə gözəl xanımdır! ("kakaya krasivaya dama !)”


Vəli Axundov: “Mən isə cavab verdim ki, bütün azərbaycan qızları gözəldir”

Səhnə gənclik və gözəllik sevir. Məlahətli səslə təbii gözəllik birləşəndə səhnədə füsunkar bir harmoniya, gözəl bir effekt yaranır. Allah - təala xalq artisti Sara xanım Qədimovaya hər şey vermişdi: tarın bütün pərdələrində asanlıqla gəzişə bilən zil, ipək kimi yumşaq və məlahətli səs, təbii gözəllik, bəstə boy-buxun , xanımyana oturuş-duruş.
Şair və akademik Aslan Aslanov deyərdi: “Sara xanım səhnəyə cıxanda, salonda bir canlanma yaranır, səhnəyə elə bil bahar gəlir, oxumağa başlayanda sanki qartalı xatırladırdı. Sağa, sola boylanıb, muğam və mahnıları ifa edəndə dağ başında dayanan qartala bənzəyirdi”.

Bəstəkar, xalq artisti Tofiq Quliyevin xatirələrindən: “Sara Qədimova bir qadın kimi çox gözəl idi. Bəlkə bunu demək o qədər də yaxşı düşmür, ancaq beləydi və bu gözəllik bütün dinləyiciləri özünə cəlb edirdi. Oxumağa başlayarkən Sara xanımın gözəlliyi daha da artırdı”.

Təbii gözəlliyinə, özünü xanımyana aparmasına, gozü toxluğuna görə respublikaya gələn yüksək səviyyəli qadın sənətkarlardan Zəlihə xanımın, Emel Sayının, Mərziyə xanımın, Pərvanə xanımın, İlahə xanımın və Lyudmila Zıkinanın qarşılanmasının müşayiət olunması Sara Qədimovaya tapşırılırdı.

1945-ci ilin dekabr ayında Tiflis şəhərində Zaqafqaziya respublikalarının musiqi festivalı keçirilirdi. Burada Azərbaycandan çoxsaylı musiqi kollektivləri təmsil olunurdu. Festivala Üzeyir bəyin özü rəhbərlik edirdi. Festivalın bağlanışının Azərbaycana həsr olunmuş yekun konsertində Filarmoniyanın gəns solisti 23 yaşlı Sara Qədimova “Şahnaz” muğamını ifa etmişdi.

Uzun illər Üzeyir Hacıbəylinin katibi olmuş Ramazan Xəlilovun xatirələrindən: “Tiflisdə Azərbaycan günləri böyük müvəffəqiyyətlə keçdi. Gürcüstanda yaşayan azərbaycanlılar, elə gürcülərin özləri Bakıdan gəlmiş artistləri görmək üçün konsertlərə axışırdılar. Üzeyir bəy Saranı “səhnəmizin gözəl Sarası” adlandırırdı. Gənc və gözəl Saranın yekun konsertində oxuduğu “Şahnaz” muğamı hamını valeh etdi və sürəkli alqışlarla qarşılandı. Müharibə yenicə qurtarmışdı. Sara xanımın ifasında muğamı dinləyən, müharibədə öz oğullarını, ərlərini və yaxın adamlarını itirən yaşlı adamların təsirlənərək hönkürtü ilə ağladıqlarını indi də unuda bilmirəm. Yəqin elə buna görə də Üzeyir bəy Saraya tapşırırdı ki, müğamı nikbin oxusun.

Saranın və o vaxtlar Filarmoniyanın Mahnı və Rəqs ansamblının solisti olan Leyla Bədirbəylinin təbii gözəlliyi gürcü oğlanlarının da diqqətindın yayınmırdı. Onlar bu qızların ətrafında fır-fır fırlanırdılar. Bunu duyan Üzeyir bəy məni yanına çağırıb dedi:” Ramazan, Saranı və Leylanı gözdən qoyma, onların yanında ol, gürcü oğlanlarını onlara yaxın düşməsinə imkan vermə". Mən Bakıya qayıdanadək hər iki qızı yanımdan kənara buraxmırdım”.

Ramazan Xəlilov ömrünün son günlərinə qədər bu hadisəni xatırlayırdı. Üzeyir Hacıbəylinin yubley günlərinin birində o, bəstəkar Sərdar Fərəcovun yanında bu barədə Sara xanıma danışanda , böyük müğənninin gözləri yaşardı və kövrək halda dedi:
- Ötən günə gün çatmaz, calasan da günü -günə.

Mənim üçün unudulmaz bir gün olan 1957-ci ilin iyun ayının 7-si heç bir vaxt yadımdan çıxmır. Keçən əsrin 50-60-cı illəri Sara Qədimovanın sənətinin zirvəsi, ifaçılıq məharətinin gurlayan vaxtları idi. Hamı onu dinləməyə, sevimli müğənnini görməyə can atırdı. Sara xanımın ifasında “Ay işığında”, “Nə vaxta qaldı”, “Nədən oldu”, ”Lay-lay”, “Tar çalan oğlan”, “Xatirələr”, “Qara tellər”, “Hind qızı” və onlarca digər Azərbaycan mahnıları və həmçinin ərəb mahnısı “Xəyalımın nuru” və “Qatar" muğamı sevilə-sevilə dinlənirdi. Mənim kimi valideyinlərini itirmiş kimsəsiz, ac-susuz müharibə uşaqları üçün ən böyük var-dövlət elə bu mahnılar idi. Bu mahnılardan başqa bizim heç nəyimiz yox idi. Sevimli nəğmələrin sədaları altında məktəbə gedir və ehtiyacın nə olduğunu hiss etmədən böyüyürdük.
Şuşada böyük müğənninin pərəstişkarı olan bir dəstə gənc və yeniyetmə oğlan, burada müğənni kimi tanınan İsa Rəhimov adlı birisi başda olmaqla, Sara xanımı Leyli rolunda görmək üçün üstü açıq maşınla Bakıya gəldik. Çox çətinliklə Opera və Balet Teatrını tapdıq. Həmin gün Sara Qədimovanın və Əbülfət Əliyevin iştirakı ilə “Leyli və Məcnun” operası var idi. İsa kassirə yaxınlaşıb bilet istədi. Kassir qadın hündürdən dedi:

- Nə danışırsınız, indiyə bilet qalar? Biletlər çoxdan satılıb qurtarıb.

12 uşaq idik. Bakını birinci dəfə idi ki, görürdük. Gecələmək üçün yerimiz olmadığından İsa bizi indiki dənizkənarı bulvara gətirdi. Səhərə qədər yatmayıb, ac-susuz bütün gecəni burada qaldıq ki, təki Sara xanımı bircə dəfə görə bilək. Ertəsi günü səhər tezdən Filarmoniyanın yanına yığışdıq və afişada oxuduq ki, həmin gün Filarmoniyada verilən konsertdə Sara xanım da oxuyacaq. Bütün günü gözləməli olduq. Axşam saat 6 olardı. Filarmoniyanın qarşısına çoxlu adam toplaşmışdı. Birdən kimsə dedi ki, Sara xanım gəlir. Adamlar səkidə qarşı-qarşıya dayandılar. Burada təbii dəhliz yarandı. Sara xanım “pobeda” maşınından düşüb, adamların arası ilə gülə-gülə irəliləyir, kimi onunla hal-əhval tutur, kimi gül dəstəsi verir, kimi də ovcundakı çiçək ləçəklərini ona tərəf atırdı. Filarmoniyanın qarşısında bir bəxtiyarlıq yaranmışdı. Bu adamlar Sara xanımı heç olmasa bircə dəfə görmək, onun təbii gözəlliyinə tamaşa etmək üçün gəlmişdilər. O vaxtlar rayonlarda televiziya verilişləri göstərilmədiyinə görə, buraya toplaşanların çoxu respublikanın şəhər, kənd və qəsəbələrindən gəlmişdi. Onda sənət və sənətkar, sədaqətli dinləyici auditoriyası var idi. Sevdiyin, kumiri olduğun müğənnini görüb, tanış olmaq böyük xoşbəxtlik hesab edilirdi

Elə ki, söhbət gözəllikdən düşdü, mən 1959-cu ilin may ayının 22-sindən iyunun 2-sinədək Moskva şəhərində keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti dekadasını heç bir vaxt unuda bilmirəm. Mən də Şuşa şəhər mədəniyyət evinin bədii özfəaliyyət kollektivinin üzvü kimi dekadada iştirak edirdim.

Ustad xanəndə Sara xanım Qədimova, Azərbaycan Dövlət Dram teatrının aktyoru, xalq artisti Leyla Bədəlbəyli və M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet teatrının solisti, SSRİ xalq artisti Firəngiz Əhmədova "Moskva" mehmanxanasında bir otaqda qalırdılar. Mən də onlar olan otağın qarşısındakı foyedə yerləşdirilmişdim. İyun ayının 2-də gecə saat 4 olardı, birdən qapı döyüldü. Sara xanım yerindən cəld qalxıb qapını açanda, dekadanın bədii rəhbərləri və təşkilat komitəsinin sədrləri Əfrasiyab və Şəmsi Bədəlbəylilərin yanında Azərbaycan KP Mərkəzi Komitənin birinci katibi İman Mustafayevi gördü və özünü tamamilə itirdi, onun necə rəng verib, rəng aldığını indi də xatırlayıram. İman Mustafayev narahat halda dedi:

- Sara xanım, sən Xan Şuşinski və Şövkət xanımla birlikdə bu gün dekadanın bağlanışında "Qarabağ şikəstəsi" oxumalısan. Əfrasiyab və Şəmsi deyirlər ki, sən bu təklifə etiraz edirsən. Mən məcbur olub özüm gəldim. Axı, hamımız ambisiyalarımızı, narazılıqlarımızı bir kənara qoyub, Azərbaycan üçün, millət üçün çalışmalıyıq. Sənin barəndə düzgün mövqe tutulmadığını bilirəm.

Sara xanım heç bir söz demədi. İman Mustafayev ona buraxılış vəsiqəsini uzadıb, "bu gün saat 10-da Böyük Teatrda məşqdə olmalısan", - dedi.

Sonra öyrəndim ki, o dövrdə Azərbaycan SSR mədəniyyət naziri Məmməd Qurbanov Sara xanıma qısqanclıq göstərərək, "badalaq" vurmaq istəyən yaxın bir rəfiqəsinin sözü ilə dekadanın bağlanışında veriləcək yekun konsertdə onun adını "Qarabağ şikəstəsi"ni oxuyacaq müğənnilərin siyahısından çıxararaq, Sara xanımın yerinə yerinə Rübabə Muradovanin adını yazmışdı. İmam Mustafayev yekun konsertin məşqinə baxarkən trionun tərkibində Sara xanımın olmadığını görüb çox əsəbləşmiş və soruşmuşdu ki, "Qarabağ şikəstəsi"ni Sara xanım cox yaxşı oxuyur, onu nə üçün yekun konsertinə buraxmırsınız?
Əfrasiyab və Şəmsi Bədəlbəylilər birinci katibə məlumat verib bildirmişdilər ki, dəfələrlə dəvət olunmasına və xahiş edilməsinə baxmayaraq, Sara xanım tərsliyinə salıb, inadkarlıq edərək trionun tərkibində oxumaqdan imtina edir. Ona görə də İman Mustafayevin özü işə qarışmalı oldu.

Sara xanım "Qarabağ şikəstəsi"ni keçən əsrin 40-cı illərindən oxuyurdu. Hələ heç bir qadın müğənni Sara xanım qədər bu şikəstəyə müraciət etməmişdi. Bütün Azərbaycan bilirdi ki, "Qarabağ şikəstəsi"ni Sara xanım çox gözəl oxuyur. Müğənninin ifasında bu şikəstə Azərbaycan musiqi tarixində özünə məxsus yer tutur. Lakin Rübabə Muradovanın səsinin ahəngi, diapazonu bu şikəstəyə uyğun gəlmirdi. Musiqinin ritmi, onun tamlığı pozulurdu, yaxşı uğur alınmırdı.

Əfrasiyab və Şəmsi Bədəlbəylilər, Xan Şuşinski və Səid Rüstəmov dönə-dönə tələb edirdilər ki, Sara xanım uzun illər "Qarabağ şikəstəsi"ni oxuduğu üçün trionun tərkibinə Rübabənin əvəzinə Sara xanım salınmalıdır, bu onun halal yeridir.

Sara xanım ğarabağlılara məxsus çox zabitəli, zəhmli, prinsipial, sözündən dönməyən adam idi. Xasiyyətində bir qədər də tərslik vardı. Onun oxuması üçün Əfrasiyab və Şəmsi Bədəlbəylilər nə qədər təkid edirdilərsə o, "yox" deyib dururdu. Deyirdi ki, "əgər mən lazım idimsə, əvvəlcədən məni trionun tərkibinə daxil edəydiniz”.
İman Mustafayevin tapşırığından sonra Sara xanım səhər saat 10-da məşq üçün Böyük teatrın səhnəsinə çıxanda, bütün orkestrin ayağa qalxaraq, onu necə səmimi alqışladığı heç vaxt yadımdan çıxmır. Onun iştirakı ilə füsünkar bir ifa alındı. İndi tez-tez televizorda 3 nəhəng sənətkarın- xalq artistləri Xan Şuşinskinin, Sara Qədimovanın və Şövkət Ələkbərovanın ifasında dinlədiyimiz “Qarabağ şikəstəsi” o illərin yadigarıdır.

Sara xanım hələ sağlığında hər dəfə həmin lent yazısına baxanda İman Mustafayevi xatırlayır və onun ruhuna min rəhmət oxuyurdu.

Söz ki, səhnəmizin gözəl Sarasından düşdü, Azərbaycan KP Mərkəzi Komitənin birinci katibi Vəli Axundovun Moskva şəhərində keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti dekadasında Sara xanımla bağlı söhbəti yada düşür. O, danışırdı ki, "1969-cu ilin iyun ayının 2-də dekadanin bağlanışında Azərbaycan incəsənət ustalarənən yekun konserti idi. Konsertdə partiya və sovet rəhbərlərindən A.B.Aristov, N.Q.İqnatov, A.İ.Kiriçenko, F.R.Kozlov, N.A.Muxiddinov, Y.A.Furtseva, N.M.Şvernik, P.N.Pospelov, A.N.Kosıgin, SSRİ mədəniyyət naziri N.A.Mixaylov, Azərbaycandan isə Nazirlər Sovetinin sədri kimi mən, Azərbaycan KP Mərkəzi Komitənun katibi A.S.Bayramov və mədəniyyət naziri M.Q.Qurbanov iştirak edirdik".

Sov.İKP Mərkəzi Komitənin birinci katibi N.S.Xruşşov, deyilənə görə, xəstə olduğuna görə yekun konsrtində iştirak etmirdi. Azərbaycan KP Mərkəzi Komitənin birinci katibi İman Mustafayev isə işdən çıxarılma ərəfəsi olduğuna görə Moskvaya gəlməmişdi. 1969-cu ilin iyul ayında İman Mustafayev işdən azad olunub, onun yerinə Vəli Axundov seçildi.

İncəsənət ustalarımızın çıxışları hamını məftun edirdi. Xalq atisti Xan Şuşinski, o vaxtlar əməkdar artisilər Sara Qədimova və Şövkət Ələkbərova “Qarabağ şikəstəsi”ni oxumaq üçün səhnəyə çıxırlar. İfaya birinci olaraq Sara xanım Qədimova başlayır. O, səhnədə muğam və mahnı ifa edəndə mələklər kimi daha da gözəl görünürdü. Sara xanımın yaraşıqlı sifəti, canlı gözlıri, mütənasib boy-buxunu onun ifaçılıq sənətinə xüsusi gözəllik verirdi.

"Partiya və hökümət rəhbərlərinin istifadə etmələri üçün lojaya binokllar qoyulmuşdu. Sara xanım oxumağa başlayanda eyni vaxtda onların yanında əyləşdiyimə görə SSRİ Nazirlər Sovetinin sədri A.N.Kosıgin, Sov.İKP Mərkəzi Komitənin katibləri Y.A.Furtseva və A.İ.Kiriçenko üzlərini mən tərəfə çevirib, Sara xanımı göstərərək, “nə gözəl xanımdır” ("kakaya krasivaya dama"),- dedilər. Mən də söz altında qalmadım: "Bütün azərbaycan qadınları gözəldir,"- deyə cavab verdim",-Vəli Axundov danışırdı.

Sara Qədimova SSRİ mədəniyyət naziri Y.A.Furtsevanın çox xoşuna gəlmişdi. Sonralar o, SSRİ mədəniyyət naziri işləyərkən, Sara xanımı fasiləsiz olaraq xarici ölkələrə qastrollara gəndərirdi. Məncə bu çoxsaylı qastrollar Sara xanımın dekadanın yekun konsetindəki uğurlu çıxışı və gözəl görünüşü ilə bağlı idi. Dekadadan üç il sonra Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Sara xanım Qədimovaya Azərbaycan SSR xalq artisti fəxri adı verildi.

Dünyanın 22 olkəsində konsert proqramları ilə çıxış edən Sara Qədimova Rəşid Behbudovdan sonra keçən əsrin 50-70-ci illərində Azərbaycan musiqisini xarici dövlətlərdə ən cox təmsil edən sənətkardır. O vaxtlar Filarmoniyanın direktoru olmuş Tofiq Quliyev deyirdi ki, Filarmoniyada müğənnilər və xanəndələr Sara xanımı Azərbaycan incəsənətinin xarici ölkələrdə səfiri adlandırırdılar.

1963-cü ildə Sara xanım 3 ay İndoneziyada 82 konset verdi. SSRİ-nin ilk kosmonovat qadini Valentina Tereşkova və SSRİ mədəniyyət naziri Y.A.Furtseva da burada idilər. Yekaterina Furtseva Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə göndırdiyi məktubda yazırdı:
- Azərbaycan SSR xalq artisti Sara Qədimova İndoneziyada böyük müvəffəqiyyət qazandı. Kosmonavt Valentina Tereşkovanın iştirak etdiyi və SSRİ inşaatçılarının tikib istifadəyə verdikləri 100 min nəfərlik stadionda o, Prezident Sukarnonun sevdiyi İndoneziya mahnısını boyük məharətlə oxudu. Stadiondakı 100 min nəfərlik publika həmin mahnını Sara Qədimova ilə birlikdə ifa etdi. O, Svet adamının yüksək adına xələl gətirən heç bir hərəkətə yol vermədi”.

Sara xanım İndoneziyanın dövlət mükafatı ilə təltif olundu. SSRİ mədəniyyət işçilərinin şərəfinə Cakartada SSRİ səfirliuində böyük ziyafət verildi. Sukarnonun iştirak etdiyu bu ziyafətdə Sara xanım Azərbaycan mahnıları ilə yanaşı, Sukarnonun ən çox sevdiyi mahnını təkrar oxudu.

Sevimli müğənni Sara xanım Qədimova qədirbilən xalqımızın qəlbində həmişə yaşayacaq.


Çingiz Fərəcov
Xalq artisti Sara xanım Qədimova irsinin tədqiqatçısı

Teqlər:
yüklənir...

XƏBƏR LENTİ

24.06.2017

Azərbaycanda ilk: Komediya filmləri haqqında komediya çəkilir – VİDEO

24.06.2017

Bakı yeni müasir silahları cəbhəyə göndərdi - Video

24.06.2017

Elçin Əmirbəyov birinci vitse-prezidentin köməkçisi təyin olundu

19.06.2017

İstənilən təxribata cavab verəcəyik – İlham Əliyev

15.06.2017

Azərbaycan xalqının Milli Qurtuluş günü -Ulu Öndərin hakimiyyətə qayıdışı

13.06.2017

Prokurorluq Əfqan Muxtarlı ilə bağlı bəyanat yaydı

13.06.2017

MM “Təhsil haqqında” qanuna dəyişikliklər layihəsini qəbul etdi

13.06.2017

Milli Məclisdə qalmaqal: "Kimin özəl söhbəti varsa,.."

13.06.2017

Rusiya: Müxalifət lideri Navalnı barəsində həbs qərarı verilib

13.06.2017

Azərbaycan prezidenti: “Ermənilərin məscidləri dağıdıtması müsəlman aləminə qarşı törədilmiş cinayətdir”

13.06.2017

İsrail xüsusi xidmət orqanları İŞİD terrorçularının noutbuklarda bomba hazırladıqlarını bəyan edib

13.06.2017

Milli Məclisin sədr müavini deputatlara xəbərdarlıq edib: “Sakitliyə riayət edin...”

13.06.2017

Prezident İlham Əliyev Natiq Əliyevin məzarını ziyarət edib

13.06.2017

Ərdoğan: “Türkiyə və Qətər olmasaydı, Suriyada müxalifət rejimə qarşı mübarizə apara bilməzdi”

12.06.2017

Fransadakı parlament seçkilərində prezident Makronun partiyası qalib gəlib

12.06.2017

Fikrət Yusifov: “İlham Əliyev müasir Azərbaycanın uğurlarının qarantıdır”

12.06.2017

“Avropa İttifaqı ilə viza məsələsində sadələşdirilmə mərhələsindəyik”

12.06.2017

I vitse-prezidentin Katibliyinin rəis müavinləri təyin olunub

11.06.2017

Zəhərlənən uşaqların sayı 119 imiş - Səbəb sudur+Video

10.06.2017

“Reket jurnalistika” sıradan çıxarılır

10.06.2017

Natiq Əliyev II Fəxri xiyabanda dəfn olunub

10.06.2017

Relsdən çıxarılan Qətər – TƏHLİL

10.06.2017

Tehran teraktının arxasında bu ölkə dayanır – Satanovski

10.06.2017

Azərbaycan Türkiyədən hazır sosial şəbəkə almaq istəyir

10.06.2017

Natiq Əliyevin cənazəsi Bakıya gətirilib

09.06.2017

Komi:“FTB Rusiyanın kiber hücumları barədə ilk dəfə 2015-ci ildə xəbər tutub”

09.06.2017

Rusiyanın “mehriban düşmənləri”:Qətərə qarşı qəfil siyasi embarqo Moskvanı niyə şoka saldı? - TƏHLİL

09.06.2017

Vergilər Nazirliyi əmək müqaviləsi bağlamayan sahibkarlar barədə cinayət işi açıb

09.06.2017

İran Təhlükəsizlik Nazirliyi:Kirmanşah, Kürdüstan, Qərbi Azərbaycan və Tehranda 41 İŞİD-çi həbs olunub

09.06.2017

“Quba məzarlığındakı vəziyyətlə bağlı təkliflər Prezidentə təqdim ediləcək” - Əli Həsənov

09.06.2017

“Heydər Əliyev demişdi ki, Natiq Əliyevi dərhal...” - VİDEO

09.06.2017

Almaniya da kürd dövlətinə qarşı çıxdı

Bütün Xəbərlər

FaceBook