Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Tarix: 7-11-2016, 12:51

Kamal Abdulla prezidentin təbrikini oxudu

Kamal Abdulla prezidentin təbrikini oxudu
yüklənir...

Noyabrın 7-də paytaxtımızda “Multikulturalizm və teatr” mövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransı işə başlayıb.

Tərəfdar.az xəbər verir ki, konfrans Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə reallaşıb.

Bakı Beynəlxalq Teatr Konfransı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il 18 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı”na uyğun olaraq keçirilir. Konfransda 38 ölkədən 150-yə yaxın teatr xadimi, dramaturq, teatr və teatrla bağlı beynəlxalq institutların rəhbərləri iştirak edirlər. Tədbirin əsas məqsədlərindən biri iştirakçıları ölkəmizdə mövcud olan mədəni platforma ilə tanış etməkdir.

Əvvəlcə konfrans iştirakçıları Musiqili Teatrın foyesində ötən illərdəki beynəlxalq teatr konfranslarından bəhs edən fotosərgi ilə tanış olublar.

Musiqili Teatrın səhnəsində balet ustalarının təqdim etdikləri performans, incəsənət ustalarının ifa etdikləri klassik musiqi nömrələri, eləcə də nümayiş olunan videomateriallar Azərbaycan teatrının şanlı keçmişinə, müasir inkişafına baxışın musiqili-ədəbi xülasəsi idi. Bütün bunlar deməyə əsas verir ki, həmişə olduğu kimi bu dəfə də Bakı növbəti beynəlxalq tədbirə yüksək səviyyədə ev sahibliyi edəcək.

Təzadlarla dolu müasir dünyamız, konfransdan əvvəl bədii proqramda təqdim edilən Hamletin “Olum, ya ölüm” monoloqunda olduğu kimi sual qarşısındadır desək, bəlkə də yanılmarıq. Lakin belə bir mühitdə Azərbaycanın dünya ölkələrinə örnək olacaq multikultural ənənələri gələcəyə nikbin baxmağa əsas verir.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı müraciətini oxuyub.

Bütün qonaqları salamlayan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan teatrının keçdiyi tarixi inkişaf yolundan söz açıb. Bildirib ki, konfransın əsas məqsədi dünyanın müxtəlif ölkələrindən gəlmiş teatr peşəkarları tərəfindən müasir teatrların imkanlarının müzakirə edilməsi üçün platforma yaratmaqdır. Belə bir tədbirin Bakıda keçirilməsi bizdə qürur hissi doğurur. Bu gün Azərbaycan həm də tolerantlıq və multikultural ənənələri ilə tanınan ölkədir. Respublikamızda yaşayan müxtəlif xalqların nümayəndələri öz ana dillərində danışır və mədəniyyətlərini inkişaf etdirirlər. “Multikulturalizm ili” teatr səhnəsinin təcəssümündə də öz əksini tapıb.

Nazir deyib ki, böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda M.F.Axundzadənin “Lənkəran xanının vəziri” və “Hacı Qara” komediyalarının səhnələşdirilməsi təkcə ölkəmizdə deyil, eləcə də bütün müsəlman Şərqində dünyəvi peşəkar teatrın təməlini qoydu. “O vaxtdan düz 144 il keçir. Bu zaman kəsiyi ərzində Azərbaycan teatrının siması və statusu dəyişir, bədii axtarışları, yaradıcılıq yönümü kamilləşir. Milli teatr sənətinin təkamülündə müstəsna xidmətləri olan görkəmli sənət fədailəri - aktyor və rejissor nəsli yetişir, repertuar siyasəti formalaşır. Beləliklə də teatr Azərbaycan xalqının milli-mədəni dəyərlərinin qorunması, təbliğ olunması, mütərəqqi ideyaların aşılanması missiyasını həyata keçirməyə başlayır. Azərbaycan dövlətinin teatr sənətinə xüsusi qayğı və diqqəti nəticəsində çox keçmədən yeni təsisatlar meydana gəlir, fərqli janr istiqamətinə malik olan səhnə ocaqları yaradılır”, - nazir vurğulayıb.

Konfransın əhəmiyyətindən danışan nazir diqqətə çatdırıb ki, tədbirdə Beynəlxalq Teatr İnstitutu, Beynəlxalq Teatr Tədqiqatları Federasiyası, Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyası, ASSITEJ (Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası), UNIMA (Beynəlxalq Kukla Teatrları İttifaqı), MTBA (Musiqili Teatrların Beynəlxalq Assosiasiyası) təmsil olunur.

Konfransın işinə uğurlar arzulayan Əbülfəs Qarayev deyib ki, ənənəyə çevrilmiş Bakı Beynəlxalq Teatr Konfransı öz ətrafında, sözün əsl mənasında, teatrsevərləri bir araya gətirən səmərəli teatr forumuna çevriləcəkdir.

Konfrans işini plenar iclaslarla davam etdirib.

IV Bakı Beynəlxalq Teatr Konfransı noyabrın 8-də başa çatacaq.

Tərəfdar.az

yüklənir...

XƏBƏR LENTİ

30.04.2017

Əsəddən jurnalistə ŞOK SÖZLƏR: “Bu dəqiqə şeytanla üz-üzə söhbət edirsiniz”

30.04.2017

Merkel: "Türkiyə vətəndaşlarına ikili vətəndaşlıq pasportu verəcəyik"

30.04.2017

Moskva danışıqları barədə məxfi məruzə - Azərbaycan sizə Gürcüstan və Ukrayna deyil

29.04.2017

Evlilik proqramları bundan sonra yayımlanmayacaq- TÜRKİYƏDƏ

29.04.2017

Federika Moqerini: “Avropa İttifaqının Türkiyə ilə danışıqları dondurulmayıb”

29.04.2017

Soros AŞPA-nı dağıtmaq istəyir - Aqramunt

29.04.2017

Türkiyə ordusu İraq və Suriyada 89 terrorçunu məhv edib

29.04.2017

Qırğızıstanda matəm elan olundu

29.04.2017

Rüfət Aslanlı ilə razılıq əldə olundu

29.04.2017

Türkiyədə “Wikipedia” qadağan edildi - Terrora dəstək verir

29.04.2017

“Düşmən əsgərləri qorxu içindədir” - Polkovnik İlqar Əliyev

29.04.2017

Ramil Usubov Göyçayda vətəndaşları qəbul edib

29.04.2017

“Ermənilər raketlə öz PUA-larını vurublar”

29.04.2017

Bakıda polis gəncləri intim münasibət zamanı YAXALADI – “Çəkmə, ay kişi” (VİDEO)

29.04.2017

Livan eksperti: "Rusiya Bəşər Əsədi qaza və milli maraqlarına qurban verəcək” – Təhlil

29.04.2017

Azərbaycanın gizli saxlanan 1 trilyon dolları

29.04.2017

"Sədr Moskvada ruslara konsert verməyə gedir, goranboylu aşığınsa gücü ancaq it toyunda oxumağa çatır" -QALMAQAL

29.04.2017

Əcnəbilər daha çox Azərbaycanın hansıali məktəblərini seçir?

29.04.2017

Dünya birjalarında neftin qiyməti:"Brent" bahalaşıb

29.04.2017

Amerika həbsxanalarındakı cinsi və fiziki zorakılıqlar haqda nə bilirik? – Araşdırma

29.04.2017

İlham Əliyev Qətərin sabiq Baş naziri və xarici işlər nazirini qəbul edib

29.04.2017

Dünya prezidentlərinin aylıq əmək haqqları açıqlandı

29.04.2017

Bu, insanlığı məhv edəcək – Məşhur fizik

28.04.2017

Əməkdar artist xəstəxanaya yerləşdirildi

28.04.2017

"Ermənistanın mövqeyi əhəmiyyət daşımayacaq" - Sergey Markov

28.04.2017

“Əl-Qaidə”nin liderlərindən biri məhv edilib

28.04.2017

Türkiyə Avropanın pulunu kəsdi

28.04.2017

Elmar Məmmədyarov nazirlərin Moskva görüşünə münasibət bildirib

28.04.2017

Rövşəni öldürdüyünü deyən oğru haqda şok detal

28.04.2017

"Biz Səudiyyə Ərəbistanın müdafiəsinə çox pul xərcləyirik"

28.04.2017

Bakıda həbs edilən erməniyə hökm oxundu

28.04.2017

Bakıda polislərdən şok əməl: Nazir 7 nəfəri qovdu

Bütün Xəbərlər

FaceBook