Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

İlham Əliyev Azərbaycanı necə xilas etdi – nümunə

İlham Əliyev Azərbaycanı necə xilas etdi – nümunə
yüklənir...

2005-ci ildə ölkəmizdə hər hansı “rəngli” və ya “rəngsiz inqilablar” dövrü başa çatdı, ölkə siyasi sabitlik yoluna kurs götürdü; prezident Azərbaycanı Avropa Birliyi və Qərbdə “Putinin SSRİ”si adlandırılan Avrasiya İttifaqına ona görə üzv etmədi ki...

Azərbaycanda və Ermənistanda eyni ayda seçkinin keçirilməsi, eləcədə iki ölkədə seçkisonrası yaranmış bir-birindən ciddi fərqli situasiyanı təhlil etmək üçün tarixi fürsət yaranıb. Adətən Azərbaycanın peşəkar  mediası heç bir halda ölkəmizi Ermənistanla müqayisə etməməyə çalışır ki, bu ənənə illərdir bu cür davam edir. Amma indi sanki bir tarixi fürsət ələ düşüb ki, bunu həm iqtidar telekanalları, həm mediası, həm də politoloqlar lazımınca dəyərləndirir. Məsələn, “Azərbaycan” qəzeti bu günlərdə səhifələrində bir tərəfdə siyasi sabitliyin hökm sürdüyü Azərbaycandan, digər tərəfdə isə xaosa sürüklənən Ermənistandan iki-üç effektli şəkil dərc etmişdi. Buna şərh yazmamaq da olardı, şəkli, dilindən və irqindən asılı olmayaraq, hamı müqayisə edə bilər...
Bakı və İrəvan küçələrində seçkisonrası yaranmış situasiyada, əlbəttə ki, fərqli cəhətlər var. Əvvəla, Ermənistanda xalq nə yeni prezident Armen Sərkisyanı, nə də köhnə prezident Serj Sərkisyanı seçki məntəqəsinə gedərək ölkə rəhbərliyinə  seçməyib. Etirazçı kütlə parlamentdən görəv almış Sərkisyanları qəbul etmir və Ermənistanda siyasi hakimiyyət böhranı yaranıb. Böhran artıq o dərəcədə inkişaf etdi ki, özünün pik həddinə çatdı və Sərkisyan istefa verməyə məcbur qaldı. Lakin bu cür yekun da Ermənistandakı qarşıdurma və gərginliyi azaltmayacaq.
Ä°lham Æliyev cÉbhÉdÉ ile ilgili görsel sonucu
Azərbaycanda isə seçkinin nəticələri elan olunduqdan sonra narazılıq yaranmayıb, prezident İlham Əliyev böyük səs üstünlüyü ilə daha 7 il hakimiyyətdə qalmaq şansı əldə edib, yeni hökuməti də əsas etibarilə formalaşdırıb.  Sərkisyanın istefasından sonra Ermənistanda siyasi böhranın hələ nə qədər davam edəcəyini söyləmək çətindir. Çünki iqtidardan yalnız bir adam getməyib - “Qarabağ klanı” ciddi zərbə alıb və hakimiyyətdən çəkilməyə məcbur olub. Bu da o deməkdir ki, Ermənistanda klanlararası qarşıdurma daha da gərginləşəcək və nəticə etibarilə qondarma “DQR” ilə rəsmi İrəvanın münasibətlərinin mahiyyəti dəyişəcək.  ..        
Azərbaycanda seçkinin vaxtının önə çəkilməsinə verilən siyasi şərhlərin, o cümlədən də rəsmilərin açıqlamalarının ana xəttini “xarici qüvvələrin məkrli planlarını önləmək” təşkil edirdi. Seçkinin oktyabrda olacağı təqdirdə Azərbaycanda da indi İrəvan küçələrini xatırladan mənzərə yaranacağını demək olmazdı. Çünki İlham Əliyev hakimiyyəti 2003-cü ildən bəri ölkənin siyasi sabitliyinə qarant kimi çıxış edir və 2005-ci il parlament seçkiləri ərəfəsi  planlaşdırılan “narıncı inqilab” iki nazirin və daha bir neçə məmurun həbsi ilə nöqtələnmişdi.
İlham Əliyev hakimiyyət üzərində eksperimentləri heç vaxt yaxına buraxmayıb, baxmayaraq ki, xüsusilə 2005-ci il parlament seçkilərində Qərb müxalifətə 25 deputat “yeri almaq” üçün ciddi təzyiqlərə başlamışdı. Amma nəticə etibarilə 2005-ci ildə Azərbaycanda hər hansı “rəngli” və ya “rəngsiz inqilablar” dövrü başa çatdı və ölkə siyasi sabitlik yoluna kurs götürdü.
Ä°lham ÆliyevdÉn sÉrt ile ilgili görsel sonucu
Bundan sonrakı illərdə də Azərbaycanda siyasi proseslərə kənardan müdaxilə cəhdləri oldu. Xüsusilə bəzi hallarda siyasi məhbus və demokratiya adı altında pərdələnmiş beynəlxalq institutlar ölkəyə kənardan “demokratiya ixracı”na həvəsləndilər. Amma bu dəfə də İlham Əliyev Azərbaycanın daxili işlərinə kənardan müdaxilələrə sərt cavab verdi, 2009-cu ildən başlayaraq ABŞ-ın Milli Demokratiya İnstitutu və Beynəlxalq Respublikaçılar İnstitutu kimi təşkilatların Azərbaycanda fəaliyyətləri dayandırıldı.
Avropa Birliyinin (AB) keçmiş sovet respublikaları üçün hazırladığı “Şərq Tərəfdaşlığı” proqramı da Rusiyanın qonşularına cəlbedici plan kimi düşünülmüşdü. Ukrayna bu saziş səbəbindən cəhənnəmə döndü və hələ də Avromeydanın ağrılarını sarıyır. Moldovada da assosiativ saziş imzalandıqdan sonra ciddi parlament-prezident böhranı yaşanmaqdadır. Bu günlərdə Ermənistan parlamentində ratifikasiya olunan assosiativ saziş də erməni hakimiyyəti üçün düşərli olmadı.            
İlham Əliyev isə AB ilə münasibətlərdə həm ölkədaxili müxalifətin, həm Avropa Parlamentinin iradlarına baxmayaraq, fərqli siyasətə üstünlük verdi. Azərbaycan assosiativ saziş deyil, AB ilə ikitərəfli əlaqələri ehtiva edən sənədlə bağlı  danışıqlara başladı. Bu danışıqlar hələ də davam edir və həm rəsmi Bakı, həm Brüssel bu əməkdaşlıq formatından   məmnundur.
Ä°lham Æliyev Avropa birliyi ile ilgili görsel sonucu
İlham Əliyev bəzi hallarda Avropa paytaxtlarında hətta “antidemokratik idarəçilik” ittihamları ilə qarşılaşsa da, Azərbaycanı dünyada baş verən həm iqtisadi böhrandan, həm “ixrac olunan demokratiya” bəlasından böyük siyasi bacarıqla keçirə bildi, ölkənin siyasi-iqtisadi sahədən müstəqil qərarlar vermək hüququnu kimsəyə güzəştə getmədi.
Prezidentin, Rusiya ilə strateji müttəfiqlik siyasətinə baxmayaraq, Azərbaycanı Qərbdə “Putinin SSRİ” si adlandırılan Avrasiya İttifaqına da üzv olmadığına isti baxmadığını xüsusi qeyd etmək lazım gəlir. Rusiya Avropadan fərqli olaraq bu cür məsələlərdə “pəncə” göstərməyi sevir, bəzi hallarda buna həm açıq, həm diplomatik cəbhələrdən cəhdlər olur. İlham Əliyev isə Azərbaycanı kimsəyə “yedirtmədi”, siyasi sabitliyin təminatı üçün iqtisadi bazalar yaratdı və bunu həyata keçirdi. İndi Ermənistan demokratları təkcə demokratiya istəmirlər, həm də çörək davası edirlər. Hər iki Sərkisyan getsə belə, ölkəni düzəltmək çox çətin olacaq...    
Ä°lham Æliyev Avropa birliyi ile ilgili görsel sonucu    
Prezident İlham Əliyevin həm seçki dövründə, həm də ondan sonrakı açıqlamalarına diqqət etsək, yaxın 7 ildə də siyasi və iqtisadi müstəqilliyin qırmızı xətlə keçdiyini görmək olar. Həm Ukraynada bitib-tükənməyən siyasi qarmaqarışıqlıq, həm Ermənistan olayları İlham Əliyevin ölkədə də bəzi kiçik qruplar tərəfindən qəbul edilməyən siyasi kursunun doğru istiqamətdə irəlilədiyini göstərir.
Son seçkidə Azərbaycan siyasi sabitlik kursuna səs verdi və xalq bunu qiymətləndirir. Azərbaycan hakimiyyətindən hamı razı deyil, problemlər var və olacaq. Amma xalq siyasi sabitliyi sosial problemlərdən daha üstün görür və bu siyasəti dəstəkləyir. İlham Əliyevun uğur formulunun qısa izahı budur...
“Yeni Müsavat”скачать dle 12.1

yüklənir...

XƏBƏR LENTİ

“Alıcılıq qabiliyyətinin azalmasına səbəb olacaq” – EKSPERT
24.05.2018

“Alıcılıq qabiliyyətinin azalmasına səbəb olacaq” – EKSPERT

Mübariz Qurbanlı azanla bağlı xəbərdarlıq etdi
24.05.2018

Mübariz Qurbanlı azanla bağlı xəbərdarlıq etdi

Ali Attestasiya Komissiyasının sədri məhkəməyə verilib
24.05.2018

Ali Attestasiya Komissiyasının sədri məhkəməyə verilib

İTV ətrafında həbslər gözlənilir – kanalda ciddi korrupsiya faktları aşkarlanıb
24.05.2018

İTV ətrafında həbslər gözlənilir – kanalda ciddi korrupsiya faktları aşkarlanıb

“Əli İnsanovun ailəsinə ölkədən çıxışa qadağa qoyulub” – Sabiq nazirin vəkilindən iddialara reaksiya
24.05.2018

“Əli İnsanovun ailəsinə ölkədən çıxışa qadağa qoyulub” – Sabiq nazirin vəkilindən iddialara reaksiya

Rüstəm İbrahimbəyov milli xəyanət yoluna kino ştampını da vurdu
24.05.2018

Rüstəm İbrahimbəyov milli xəyanət yoluna kino ştampını da vurdu

Tapdıq Abbas BDYPİ-nin rüşvət mexanizmini ifşa etdi: “Səhər saat 9-45-də 1000 manat rüşvət verildi”
24.05.2018

Tapdıq Abbas BDYPİ-nin rüşvət mexanizmini ifşa etdi: “Səhər saat 9-45-də 1000 manat rüşvət verildi”

Valideynlər Ceyhun Bayramova müraciət etdilər - Şamaxıdan
24.05.2018

Valideynlər Ceyhun Bayramova müraciət etdilər - Şamaxıdan

Prezident və məmurlar ciddi şəkildə oruc tuturlar - İBRƏTAMİZ...
24.05.2018

Prezident və məmurlar ciddi şəkildə oruc tuturlar - İBRƏTAMİZ...

Amerikada erməni dələduzluğu - 8 milyon dollarlıq cinayət
24.05.2018

Amerikada erməni dələduzluğu - 8 milyon dollarlıq cinayət

“Ən pisi İbrahimbəyov vaxtilə prezidentliyə namizəd olub”
24.05.2018

“Ən pisi İbrahimbəyov vaxtilə prezidentliyə namizəd olub”

"Bu xəyanətinin arxasında köynəyinin altında məharətlə gizlətdiyi paqonlarının "ağırlığı" durur"
24.05.2018

"Bu xəyanətinin arxasında köynəyinin altında məharətlə gizlətdiyi paqonlarının "ağırlığı" durur"

“Avropa şirkətləri İranı tərk etməli olacaqlar”
24.05.2018

“Avropa şirkətləri İranı tərk etməli olacaqlar”

Türkiyəli professor: “Yanlış iqtisadi siyasət ölkəni bu vəziyyətə gətirdi”
24.05.2018

Türkiyəli professor: “Yanlış iqtisadi siyasət ölkəni bu vəziyyətə gətirdi”

ABŞ-ın yeni dövlət katibi erməniləri məyus etdi
24.05.2018

ABŞ-ın yeni dövlət katibi erməniləri məyus etdi

İsrail parlamenti "erməni soyqırımı"nı müzakirəyə çıxarır
24.05.2018

İsrail parlamenti "erməni soyqırımı"nı müzakirəyə çıxarır

Arzu Əliyeva Cümhuriyyətin 100 illiyi ilə bağlı film çəkib - VİDEO
24.05.2018

Arzu Əliyeva Cümhuriyyətin 100 illiyi ilə bağlı film çəkib - VİDEO

BVF: Azərbaycan regionun ən varlı, Ermənistanı isə ən kasıb ölkəsidir
24.05.2018

BVF: Azərbaycan regionun ən varlı, Ermənistanı isə ən kasıb ölkəsidir

BBC ilə prezident arasında qalmaqal: "Yazını saytdan silin..."
24.05.2018

BBC ilə prezident arasında qalmaqal: "Yazını saytdan silin..."

"50, 100 manatlıq əskinaslar dövriyyədən çıxarılacaq, 300 manatlıq buraxılacaq" - Deputatdan anons
24.05.2018

"50, 100 manatlıq əskinaslar dövriyyədən çıxarılacaq, 300 manatlıq buraxılacaq" - Deputatdan anons

Azərbaycanlıların vizasız gedə biləcəkləri ölkələr - SİYAHI
24.05.2018

Azərbaycanlıların vizasız gedə biləcəkləri ölkələr - SİYAHI

Zöhrə Abdullayevanın oğlu vəfat etdi - FOTO
24.05.2018

Zöhrə Abdullayevanın oğlu vəfat etdi - FOTO

Ermənistanın yeni təhsil naziri rus dilinə qarşı çıxış edib
24.05.2018

Ermənistanın yeni təhsil naziri rus dilinə qarşı çıxış edib

Sovet əfsanəsi qayıdır: Bazara “Volqa” gəlir
24.05.2018

Sovet əfsanəsi qayıdır: Bazara “Volqa” gəlir

Veysəloğlu Şirkəti Belarusiyadan idxal etdiyi kərə yağlarının keyfiyyətinə zəmanət verir
24.05.2018

Veysəloğlu Şirkəti Belarusiyadan idxal etdiyi kərə yağlarının keyfiyyətinə zəmanət verir

İBRAHİMBƏYOVDAN XƏYANƏTKAR DAVRANIŞ – Əli Həsənov çağırış etdi
24.05.2018

İBRAHİMBƏYOVDAN XƏYANƏTKAR DAVRANIŞ – Əli Həsənov çağırış etdi

Bakı Şəhər İcra Hakimiyyətində Fidumə Hüseynova hökmranlığı
23.05.2018

Bakı Şəhər İcra Hakimiyyətində Fidumə Hüseynova hökmranlığı

Yeni nazir İnam Kərimov Əbülfəz Məlikovu çək-çevirə sala bilər… – “Fermer evləri” layihəsi niyə dayandı?
23.05.2018

Yeni nazir İnam Kərimov Əbülfəz Məlikovu çək-çevirə sala bilər… – “Fermer evləri” layihəsi niyə dayandı?

Hadi Rəcəbli: Boşanmaların səbəbi “Facebook”dur
23.05.2018

Hadi Rəcəbli: Boşanmaların səbəbi “Facebook”dur

Bütün Xəbərlər

FaceBook