Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

“İlqar Məmmədov azadlığa buraxıla bilər...” - Prezidentin köməkçisi

“İlqar Məmmədov azadlığa buraxıla bilər...” - Prezidentin köməkçisi
yüklənir...

"Müstəqillik illərində Qərbdə və Avropada müəyyən dairələrin Azərbaycanla bağlı proseslərə ədalətli mövqe nümayiş etdirməməsi Azərbaycan ictimaiyyətini artıq son dərəcə narahat edir. Belə mövqenin yeni bir nümunəsi dekabrın 5-də Avropa Şurasında İlqar Məmmədovla bağlı məsələnin müzakirəsi zamanı özünü göstərib".

Bu sözləri Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri Novruz Məmmədov açıqlamasında deyib.

İlqar Məmmədovla bağlı məsələ artıq bir müddətdir ki, Avropa Şurasının fəaliyyətinə istiqamət verə biləcək fiqurlardan biri Baş Katib Yaqlandın yuxusuna haram qatıb: "O, elə hesab edir ki, hansı məqsədlərə xidmət etdiyini heç kim bilmir. Görünür, Yaqlandın məqsədi İlqar Məmmədov məsələsini əlində “insan haqlarının müdafiəçisi” bayrağı edərək, nəyin bahasına olursa-olsun Azərbaycanı “cəzalandırmaq”, Azərbaycana özünün nəyə qadir olduğunu nümayiş etdirməkdir. Düşünür ki, buna asanlıqla nail ola bilər. Nahaq yerə Avropa İttifaqını - xristian klubu adlandırmırlar ki! Niyə Avropa Şurası da xristian klubu olmasın. İslamofobiyanın bu səviyyəyə çatdığı bir zamanda ona kim mane ola bilər. Elə bu yolla da istədiyi “əsas məqsədinə” çata bilər. Belə olmasaydı, ötən illər ərzində, Avropa Şurasına üzv ola-ola Azərbaycanın ərazilərini işğal altında saxlayan Ermənistanla əlaqədar, heç olmasa, bircə dəfə bir yerdə bir söz deyər, mövqe bildirərdi. Amma əfsuslar. Daim insan haqlarından, öhdəlikdən danışan bu Avropa qurumunun, sanki, heç bir öhdəliyi yoxdur. Başqa dövlətin ərazilərini işğal altında saxlayan dövlət Yaqlandın mövqeyinə görə heç bir məsuliyyət daşımır.

Ermənistanın uzun illərdir Azərbaycan torpaqlarını işğal altında saxlamasına, orada yaşayan 1 milyondan artıq Azərbaycanlının təməl hüquqlarını pozmasına, Xocalı soyqırımını törətməsinə baxmayaraq, ona qarşı heç bir tədbir görülmür, hər hansı sanksiya tətbiq edilmir və bu ölkə hələ də insan hüquqlarının simvolu olan Avropa Şurasının üzvüdür. Avropa dəyərləri budurmu? Nə səbəbə Avropa İttifaqından öz ərazi bütövlüyünə dəstək almaq üçün Azərbaycan 26 il gözləməli idi?

Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalına biganə yanaşan Avropa özü bu gün separatizmlə üzləşdiyindən məsələyə mövqeyini dəyişməyə, öz üzvlərinin ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar verməyə başlayıb ki, bu da ikili standartların bariz nümunəsidir. Halbuki, biz dəfələrlə separatizmə qarşı vahid mövqeyin formalaşdırılmasının zəruriliyini, separatizmin bumeranq effekti verərək, Avropanın özünə qayıdacağı barədə fikirlər bildirmişik.

Əgər Avropa Şurası belə addımlarla Azərbaycanı qurumdan kənarlaşdırmaq niyyətini əsaslandırmağa çalışırsa, buna heç bir ehtiyac yoxdur. Azərbaycan Avropa Şurasına üzv olduğu dövrdən etibarən, Avropa İttifaqı ilə həyata keçirdiyi beynəlxalq əməkdaşlıq layihələri, müxtəlif təşkilatlar çərçivəsində göstərdiyi yardımlar barəsində heç olmasa bir müsbət fikir eşitmək əvəzinə, qarşılaşdığı hər bir məsələdə həm qurumun, həm də onun rəhbərliyinin qərəzli münasibəti ilə üzləşmişdir.

Azərbaycan Avropa Şurasının tam hüquqlu üzvüdür. Bununla belə, Azərbaycanın təşkilatdan çıxması faciə deyil. Avropa Şurasının digər üzv ölkələrində baş verən beynəlxalq hüquq və insan hüquqlarının, eləcə də Avropa Şurası Nizamnaməsinin pozuntuları, təşkilatın bir üzv ölkəsinin digərinin ərazisini işğalı, təşkilat qarşısında öhdəliklərin yerinə yetirilməməsi (üzvlük haqqının ödənilməməsi, məhkəmə qərarlarının icra edilməməsi, jurnalist, vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı təzyiqlər və onların fəaliyyətinə məhdudiyyətlər) və Avropa İnsan Hüquqları Məhkəməsinin minlərlə qərarının icra edilməməsi fonunda yalnız Azərbaycana qarşı belə bir addım beynəlxalq hüquqa - ədalətə məhəl qoymamaqdan, yuxarıda qeyd etdiyimiz münasibətin davamından başqa bir şey deyil.

Beləliklə, Avropa Şurası Avropa İnsan Hüquqları Konvensiyasının 46.4-cü maddəsini həmin dövlətlərə deyil, məhz ilk olaraq Azərbaycana qarşı tətbiq etməyə çalışır. Ermənistanda mövcud olan çoxsaylı insan hüquqları pozuntularının təsbit olunması fonunda bu ölkə haqda heç bir tənqidi fikrin belə söylənilməməsi AŞ Nazirlər Komitəsinin bu qərarı ilə bağlı ciddi suallar doğurur.

Bu isə yenə də müsəlman dövlətə qarşı qərəzli mövqe ortaya qoyur və islamofobiyanın müəyyən formada təzahürü deyilmi? Hətta ikitərəfli danışıqlar zamanı özünü dost kimi göstərməyə çalışan bəzi dövlətlər də səsvermə zamanı tamam başqa cür hərəkət edir.

Halbuki Azərbaycan sözügedən qərarın icrası üçün bütün mümkün vasitələrdən istifadə etməklə bağlı öz vədlərinə sadiq qalaraq, Prezidentin sərəncamı ilə müvafiq qanunvericilik islahatlarının aparılmasına davam edir. Bu xüsusda, qanunvericiliyə edilmiş dəyişikliklərə uyğun olaraq, 2017-ci ilin dekabrın 1-dən etibarən İ.Məmmədov məhkəməyə müraciəti əsasında cəza müddətinin 2/3 hissəsini çəkdiyinə görə şərti azadlığa buraxılma hüququna malik ola bilər. Bununla yanaşı, Azərbaycan tərəfi məsələnin digər həll yollarının axtarılması üçün konstruktiv danışıqlara gedə bilər.

Lakin Avropa Şurasının bir qurumu prosesin hansı istiqamətdə gedəcəyini nəzərə almadan müəyyən dairələrin təsiri altına düşərək qərəzli mövqelərini davam etdirir. Vəziyyətin bu dərəcəyə çatmasında isə AŞ Baş katibi Yaqlandın həlledici rolu göz qabağındadır.

Son bir neçə onillikdə beynəlxalq aləmdə eləcə də Avropada baş verən hadisələr və proseslər, bunların nəticəsində müxtəlif ölkələrdə yüz minlərlə insanın tələf olması, milyonlarla insanın evindən – ocağından didərgin düşərək qaçqına çevrilməsi, minlərlə şəhərin, kəndin xaraba qalması və sonda yaranmış gərginlik beynəlxalq birliyi və onun liderlərini daha çox narahat etməli və düşündürməlidir. Bu gün radikalizm, terrorizm, separatizm, miqrasiya, kütləvi qırğın silahlarından istifadə nə üçün belə geniş vüsət alıb? Bütün bunların səbəbləri nədir? Dünya birliyi hara istiqamət götürüb? Sabit, təhlükəsiz və davamlı inkişafı təmin edən gələcəyə tam təminat və əminlik varmı?

Yaqlandı tanıyanlarda da, tanımayanlarda da sual yarana bilər: Onun fəaliyyətinə belə münasibətə ehtiyac varmı? Əminliklə, “var” deyirəm. Ona görə ki, bu yolla dünya düzəninin indiki vəziyyətə düşməsinə töhfə verilir.

Təəssüflər olsun ki, elə bu günlərdə atılan addımlar da əvvəlkilərin davamından başqa bir şey deyil. Əminəm ki, dünyanın hər yerində, elə Avropada da mənim fikirlərimi bölüşənlər çoxdur".скачать dle 10.6фильмы бесплатно

Teqlər:
yüklənir...

XƏBƏR LENTİ

Əli Həsənovun “Xocalı soyqırımı” kitabı Bişkekdə qırğızca və rusca çap olunub
20.02.2018

Əli Həsənovun “Xocalı soyqırımı” kitabı Bişkekdə qırğızca və rusca çap olunub

4 il yatıb, indi Məcəlləni dəyişmək istəyirdilər? – Millət vəkili
20.02.2018

4 il yatıb, indi Məcəlləni dəyişmək istəyirdilər? – Millət vəkili

Partiyaların seçki qərarı –Kimlər gedir, kimlər getmir?
20.02.2018

Partiyaların seçki qərarı –Kimlər gedir, kimlər getmir?

20.02.2018

"Afrin Əsədin nəzarətinə keçsə, Rusiya daha çox..."

Prezident bu şəxlərin təqaüdlərini artırdı (SƏRƏNCAM)
19.02.2018

Prezident bu şəxlərin təqaüdlərini artırdı (SƏRƏNCAM)

Siyavuş Novruzov: “Bütün siyasi məhbuslar azad edilməlidir”
19.02.2018

Siyavuş Novruzov: “Bütün siyasi məhbuslar azad edilməlidir”

ABŞ-ın Yaxın Şərq planlarının gerçək üzü-8 gizli maddə
19.02.2018

ABŞ-ın Yaxın Şərq planlarının gerçək üzü-8 gizli maddə

Əli İnsanovun elektoratı İlham Əliyevi dəstəkləyəcək
19.02.2018

Əli İnsanovun elektoratı İlham Əliyevi dəstəkləyəcək

Zakir Həsənov: “Müharibə hər an başlaya bilər”
19.02.2018

Zakir Həsənov: “Müharibə hər an başlaya bilər”

“Jerusalem Post”: Qaradağlıdakı qırğın erməni terrorizminə əsl sübutdur
19.02.2018

“Jerusalem Post”: Qaradağlıdakı qırğın erməni terrorizminə əsl sübutdur

Heydər Əliyevin axıra çatdıra bilmədiyi taleyüklü məsələ nə idi?
19.02.2018

Heydər Əliyevin axıra çatdıra bilmədiyi taleyüklü məsələ nə idi?

“Xarici qüvvələrin seçki ilə bağlı hansısa planları payıza hesablanmışdı”
19.02.2018

“Xarici qüvvələrin seçki ilə bağlı hansısa planları payıza hesablanmışdı”

Arzu Nağıyev: “Azərbaycan əsas portnyora çevrilir” MÖVQE
19.02.2018

Arzu Nağıyev: “Azərbaycan əsas portnyora çevrilir” MÖVQE

Bəşər Əsəd ordusunu Afrinə göndərir
19.02.2018

Bəşər Əsəd ordusunu Afrinə göndərir

Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi elçisini qəbul edib
19.02.2018

Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi elçisini qəbul edib

Sizdən KQB əməkdaşı olardımı? – Məntiq Testi
19.02.2018

Sizdən KQB əməkdaşı olardımı? – Məntiq Testi

BREJNEVİN TƏRCÜMƏÇİSİ:”Qorbaçovun bütün danışıqlarına qulaq asırdılar, bütün sirlərimizi bilirdilər”
19.02.2018

BREJNEVİN TƏRCÜMƏÇİSİ:”Qorbaçovun bütün danışıqlarına qulaq asırdılar, bütün sirlərimizi bilirdilər”

Seçki prosesi qızışır – iddiaçılar və imtinaçıların sayı artır
19.02.2018

Seçki prosesi qızışır – iddiaçılar və imtinaçıların sayı artır

Sarkisyan Azərbaycan dilində danışdı - “Haralısan?”
19.02.2018

Sarkisyan Azərbaycan dilində danışdı - “Haralısan?”

Akademikin qatili həbsxanada danışdı - Sensasion açıqlamalar
19.02.2018

Akademikin qatili həbsxanada danışdı - Sensasion açıqlamalar

19.02.2018

"Mən belə laqeyd cəmiyyətə görə çox qorxuram" - Anar

Azərbaycanda yüksək vəzifəli məmur vəfat etdi
19.02.2018

Azərbaycanda yüksək vəzifəli məmur vəfat etdi

Qarabağ məsələsi üçün yeni mərhələ - Bakının düşmənə “yubiley” sürprizi
19.02.2018

Qarabağ məsələsi üçün yeni mərhələ - Bakının düşmənə “yubiley” sürprizi

Nərgiz Paşayevanın qızı Bakıdakı məşhur kinoteatrı - Tənqid etdi
18.02.2018

Nərgiz Paşayevanın qızı Bakıdakı məşhur kinoteatrı - Tənqid etdi

“Bu, bizim şəhidlərimiz qarşısında olan borcumuzdur”
16.02.2018

“Bu, bizim şəhidlərimiz qarşısında olan borcumuzdur”

İlham Əliyev Dövlət Agentliyinə 18 milyon manat ayırdı
16.02.2018

İlham Əliyev Dövlət Agentliyinə 18 milyon manat ayırdı

20 ildə keçsə, heç vaxt seçkiyə qatılmayacaqlar-Seymur Süleymanov
16.02.2018

20 ildə keçsə, heç vaxt seçkiyə qatılmayacaqlar-Seymur Süleymanov

UZAĞI, APRELƏ QƏDƏR… KÖŞƏ YAZISI
16.02.2018

UZAĞI, APRELƏ QƏDƏR… KÖŞƏ YAZISI

Xain Orduxan xalqı təhqir etdi-Video
16.02.2018

Xain Orduxan xalqı təhqir etdi-Video

“Veysəloğlu” bu il yüzlərlə yeni iş yeri yaradacaq
16.02.2018

“Veysəloğlu” bu il yüzlərlə yeni iş yeri yaradacaq

İlham Əliyev: “Azərbaycan Avropa bazarına daxil olmağa hazırdır”
15.02.2018

İlham Əliyev: “Azərbaycan Avropa bazarına daxil olmağa hazırdır”

“Vaqner”in son rekviyemi | Suriyada öldürülən Rusiya muzdluları böyük qalmaqala səbəb ola bilər – TƏHLİL
15.02.2018

“Vaqner”in son rekviyemi | Suriyada öldürülən Rusiya muzdluları böyük qalmaqala səbəb ola bilər – TƏHLİL

Bütün Xəbərlər

FaceBook