Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Bakının Qarabağ həmləsi - Avropanın “ürəyi”ndə erməni təbliğatına zərbə

Bakının Qarabağ həmləsi - Avropanın “ürəyi”ndə erməni təbliğatına zərbə
yüklənir...

Azərbaycan və dostları ölkəmizə qarşı “ikili standart” siyasətini faş etdilər; politoloq: “Ərdoğanın verdiyi açıqlamadan sonra bir daha məlum oldu ki...”

Belçikanın baş şəhəri Brüsseldə - Avropanın paytaxtında Azərbaycanın təşəbbüsü ilə “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda iki günlük beynəlxalq forum uğurla başa çatıb. Adından da göründüyü kimi, əsas diqqət mərkəzində olan məsələ Dağlıq Qarabağ ixtilafı, Ermənistanın ölkəmizə qarşı davam edən işğalçılıq siyasəti olub.

Azərbaycan dövlətinin moderatorluğu ilə reallaşan tədbir sözsüz ki, Bakının Qarabağ məsələsində yeni diplomatik həmləsi, siyasi-diplomatik uğuru kimi qiymətləndirilə bilər. Belə ki, bu möhtəşəm tədbirlə Azərbaycan bir növ, öz haqq işi olan Dağlıq Qarabağ məsələsində “ikili standart” mövqeyinin ən çox büruzə verildiyi Avropa qitəsində güc nümayiş etdirmiş oldu.

Hər halda, dünyanın bir çox nüfuzlu siyasət adamlarının, ekspertləri və media təmsilçilərinin qatıldığı forumdan hərə öz ölkəsinə çox mühüm bir Azərbaycan həqiqəti aparacaq. Azərbaycanın dostlarının arealı genişlənmiş olacaq. Eyni zamanda ən müxtəlif ölkələrdən gələn diaspor fəallarımız bu forumdan mühüm bir kurs almış olacaqlar. Tədbirin daha bir uğuru isə şübhəsiz ki, onun yekununda “Anti-separatizm Hərəkatı” Beynəlxalq İctimai Təşkilatının təsis edilməsidir.

*****

Forumda səslənən fikir və təkliflər həm də işğalçı Ermənistana və onun arxasındakı güclərə xəbərdarlıq mesajları hesab oluna bilər. O anlamda ki, konfliktin ədalətli həllindın danışanlar ilk növbədə işğal faktına diqqət eləməli, Azərbaycana, onun xalqına qarşı haqsız davranmamalı, ikili standart siyasətdən əl çəkməlidirlər. Bu xüsusda iki rəyi diqqətə çatdırmaqla kifayətlənirik. Çünki hər iki fikir toplantıdakı ab-havanı çox yaxşı ifadə edir.

“Dünyada Qarabağ probleminin həlli ilə bağlı ”ikili standart" var. Dövlətlərin ərazi bütövlüyünün pozulmasına göstərilən münasibət Azərbaycana gələndə dəyişir. Onlar bunu “xalqların öz müqəddəratını həll etmə hüququ” adlandırırlar". Bu sözləri forumdakı çıxışında israilli siyasətçi, fizik, keçmiş nəqliyyat və səhiyyə naziri, eks-deputat, istefada olan briqada generalı, müdafiə nazirinin keçmiş müavini, Netanya Akademiyasının Strateji Dialoq Mərkəzinin rəhbəri Efreym Sneh deyib. O, haqlı olaraq bildirib ki, “məgər hərbi təcavüzlə ”öz müqəddəratını həll etmə" mümkündürmü?"

Image result for Efreym Sneh

“Bu absurddur. Ermənistana isti münasibət təkcə ikili standart yox, həm də biveclik və riyakarlıqdır. 25 ildir insanlar əziyyət çəkirlər, onlar öz evlərinə qayıtmalıdırlar. Mən anlaya bilmirəm: Azərbaycanın qazı və nefti yaxşıdır, özü isə pis? Aydın görünür ki, bu durum bəzilərinə sərf edir və onlar münaqişənin həllini bilərəkdən uzadırlar”, - deyə çıxışçı qeyd edib.

Generalın sözlərinə görə, Qarabağ problemi ədalətli həll olunmalıdır ki, növbəti münaqişələrin qarşısı alınsın: “Azərbaycan prezidenti İlham Əliyevin sülh danışıqlarına önəm verməsindən sui-istifadə olunmamalıdır”.

“Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistana qarşı dünya birliyi sərt reaksiya göstərməlidir”. Bu sözləri isə Almaniyanın keçmiş deputatı və dövlət katibi, Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauzer deyib. O bildirib ki, Rusiyaya qarşı olan iqtisadi və siyasi sanksiyalar Ermənistana da tətbiq edilməlidir: “Terrorizm və separatizmin qarşısını sanksiyalarsız almaq mümkün deyil. Sanksiyalar olmalıdır ki, 20 ildən artıqdır evlərindən didərgin düşmüş insanlar öz yurd-yuvalarına qayıda bilsinlər”.

*****

Təbii ki, Dağlıq Qarabağ uğrunda mübarizə indi təkcə hərb meydanında deyil, diplomatik alanda və təbliğat savaşı ilə də aparılır. Hətta hazırda siyasi-diplomatik və təbliğati mübarizə vasitələri bir qədər önə keçib. Bu mənada Brüssel Forumu mühüm önəm daşıyır. Ən başlıcası, toplantı yeni bir hərəkatın təsis edilməsi ilə başa çatıb ki, bu da erməni lobbisinin xüsusilə fəal olduğu Avropada Qarabağla bağlı təbliğat işlərinin daha keyfiyyətli qurulmasına imkan verəcək.

Şübhə yox ki, Azərbaycan dövləti, onun diaspor qurumları, ictimai təsisatları bundan sonra Qarabağla bağlı daha şəbəkələşmiş və koordinasiyalı fəaliyyət göstərmək üçün səyləri artıracaq. Eyni zamanda hərb variantının gündəmdən çıxmadığını nəzərə alaraq, ordu quruculuğuna xüsusi diqqət ayrılacaq, silahlı qüvvələrimizin hərbi və döyüş hazırlığı gücləndiriləcək, işğalçı Ermənistan üzərində hərbi üstünlük qorunub saxlanacaq.

Rəsmi Bakı sözsüz ki, bu zaman sülh qapılarını da açıq saxlayır. Çünki sülhpərvər ölkə olaraq Azərbaycan müharibə istəmir. Kimsənin də ərazisində gözü yoxdur. Azərbaycanın istədiyi tək şey 29 illik erməni işğalına son qoyulmasıdır.

“Bu münaqişənin həll edilməsinin əsas şərti ondan ibarətdir ki, Azərbaycan münaqişənin öz ərazi bütövlüyü, suverenliyi çərçivəsində həlli üçün istənilən təklifi qəbul etməyə hazırdır. Bu təkliflər əsasən Kazan protokolları, Sankt-Peterburq razılaşmalarıdır”.

Bu sözləri axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev Rusiya XİN başçısı Sergey Lavrovun Bakı və İrəvana səfəri fonunda Dağlıq Qarabağa dair danışıqların gedişini şərh edərkən deyib.

Image result for Arzu Nağıyev

Ekspert bildirib: “Rus ekspertləri bu səfərin iki ölkə arasında diplomatik əlaqələrin 25 illik yubileyi ilə bağlı olduğunu desələr də, bu görüşün əsas məğzi Dağlıq Qarabağ münaqişəsinin həllində irəliyə doğru müəyyən addımların atılmasına nail olmaqdan ibarətdir. Bu, Azərbaycan tərəfinin də tələbidir. Rusiya da bölgədə öz nüfuzunu bərpa etmək üçün bu addımları atmağa çalışır və ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlərdən biri kimi bu missiyanı öz üzərinə götürüb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi açıqlamadan sonra bir daha məlum oldu ki, burada əsas açar fiqur məhz Rusiyadır”.

Politoloq qeyd edib ki, buna görə də prezident İlham Əliyev Lavrovla görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllində müəyyən irəliləyişlərin əldə edilməsinin vacibliyi mesajını verdi: “Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüş zamanı da bu məsələlər əsas müzakirə mövzusu oldu. Bundan sonra İrəvanda görüşlər keçiriləcək və bu görüşlərin nəticəsi ilə bağlı dövlət başçılarına məlumatlar, məruzələr ediləcək. Əsas məqam Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılacaq addımlar olacaq”.

*****

Ancaq aydındır ki, Moskva münaqişənin çözümündə səmimi şəkildə maraqlı olmayınca atılacaq addımlar da həmişəki kimi səmərəsiz olacaq. Rusiyanın sülh təşəbbüsləri bir yana dursun, Kreml hətta konfliktin həllinə mane olmamaqla da prosesə ciddi töhfə və təkan verə bilər. Çünki o halda Qarabağ məsələsində qısa zamanda müsbətə doğru dönüş yaranar.скачать dle 10.6фильмы бесплатно

Teqlər:
yüklənir...

XƏBƏR LENTİ

Əli Həsənovun “Xocalı soyqırımı” kitabı Bişkekdə qırğızca və rusca çap olunub
20.02.2018

Əli Həsənovun “Xocalı soyqırımı” kitabı Bişkekdə qırğızca və rusca çap olunub

4 il yatıb, indi Məcəlləni dəyişmək istəyirdilər? – Millət vəkili
20.02.2018

4 il yatıb, indi Məcəlləni dəyişmək istəyirdilər? – Millət vəkili

Partiyaların seçki qərarı –Kimlər gedir, kimlər getmir?
20.02.2018

Partiyaların seçki qərarı –Kimlər gedir, kimlər getmir?

20.02.2018

"Afrin Əsədin nəzarətinə keçsə, Rusiya daha çox..."

Prezident bu şəxlərin təqaüdlərini artırdı (SƏRƏNCAM)
19.02.2018

Prezident bu şəxlərin təqaüdlərini artırdı (SƏRƏNCAM)

Siyavuş Novruzov: “Bütün siyasi məhbuslar azad edilməlidir”
19.02.2018

Siyavuş Novruzov: “Bütün siyasi məhbuslar azad edilməlidir”

ABŞ-ın Yaxın Şərq planlarının gerçək üzü-8 gizli maddə
19.02.2018

ABŞ-ın Yaxın Şərq planlarının gerçək üzü-8 gizli maddə

Əli İnsanovun elektoratı İlham Əliyevi dəstəkləyəcək
19.02.2018

Əli İnsanovun elektoratı İlham Əliyevi dəstəkləyəcək

Zakir Həsənov: “Müharibə hər an başlaya bilər”
19.02.2018

Zakir Həsənov: “Müharibə hər an başlaya bilər”

“Jerusalem Post”: Qaradağlıdakı qırğın erməni terrorizminə əsl sübutdur
19.02.2018

“Jerusalem Post”: Qaradağlıdakı qırğın erməni terrorizminə əsl sübutdur

Heydər Əliyevin axıra çatdıra bilmədiyi taleyüklü məsələ nə idi?
19.02.2018

Heydər Əliyevin axıra çatdıra bilmədiyi taleyüklü məsələ nə idi?

“Xarici qüvvələrin seçki ilə bağlı hansısa planları payıza hesablanmışdı”
19.02.2018

“Xarici qüvvələrin seçki ilə bağlı hansısa planları payıza hesablanmışdı”

Arzu Nağıyev: “Azərbaycan əsas portnyora çevrilir” MÖVQE
19.02.2018

Arzu Nağıyev: “Azərbaycan əsas portnyora çevrilir” MÖVQE

Bəşər Əsəd ordusunu Afrinə göndərir
19.02.2018

Bəşər Əsəd ordusunu Afrinə göndərir

Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi elçisini qəbul edib
19.02.2018

Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi elçisini qəbul edib

Sizdən KQB əməkdaşı olardımı? – Məntiq Testi
19.02.2018

Sizdən KQB əməkdaşı olardımı? – Məntiq Testi

BREJNEVİN TƏRCÜMƏÇİSİ:”Qorbaçovun bütün danışıqlarına qulaq asırdılar, bütün sirlərimizi bilirdilər”
19.02.2018

BREJNEVİN TƏRCÜMƏÇİSİ:”Qorbaçovun bütün danışıqlarına qulaq asırdılar, bütün sirlərimizi bilirdilər”

Seçki prosesi qızışır – iddiaçılar və imtinaçıların sayı artır
19.02.2018

Seçki prosesi qızışır – iddiaçılar və imtinaçıların sayı artır

Sarkisyan Azərbaycan dilində danışdı - “Haralısan?”
19.02.2018

Sarkisyan Azərbaycan dilində danışdı - “Haralısan?”

Akademikin qatili həbsxanada danışdı - Sensasion açıqlamalar
19.02.2018

Akademikin qatili həbsxanada danışdı - Sensasion açıqlamalar

19.02.2018

"Mən belə laqeyd cəmiyyətə görə çox qorxuram" - Anar

Azərbaycanda yüksək vəzifəli məmur vəfat etdi
19.02.2018

Azərbaycanda yüksək vəzifəli məmur vəfat etdi

Qarabağ məsələsi üçün yeni mərhələ - Bakının düşmənə “yubiley” sürprizi
19.02.2018

Qarabağ məsələsi üçün yeni mərhələ - Bakının düşmənə “yubiley” sürprizi

Nərgiz Paşayevanın qızı Bakıdakı məşhur kinoteatrı - Tənqid etdi
18.02.2018

Nərgiz Paşayevanın qızı Bakıdakı məşhur kinoteatrı - Tənqid etdi

“Bu, bizim şəhidlərimiz qarşısında olan borcumuzdur”
16.02.2018

“Bu, bizim şəhidlərimiz qarşısında olan borcumuzdur”

İlham Əliyev Dövlət Agentliyinə 18 milyon manat ayırdı
16.02.2018

İlham Əliyev Dövlət Agentliyinə 18 milyon manat ayırdı

20 ildə keçsə, heç vaxt seçkiyə qatılmayacaqlar-Seymur Süleymanov
16.02.2018

20 ildə keçsə, heç vaxt seçkiyə qatılmayacaqlar-Seymur Süleymanov

UZAĞI, APRELƏ QƏDƏR… KÖŞƏ YAZISI
16.02.2018

UZAĞI, APRELƏ QƏDƏR… KÖŞƏ YAZISI

Xain Orduxan xalqı təhqir etdi-Video
16.02.2018

Xain Orduxan xalqı təhqir etdi-Video

“Veysəloğlu” bu il yüzlərlə yeni iş yeri yaradacaq
16.02.2018

“Veysəloğlu” bu il yüzlərlə yeni iş yeri yaradacaq

İlham Əliyev: “Azərbaycan Avropa bazarına daxil olmağa hazırdır”
15.02.2018

İlham Əliyev: “Azərbaycan Avropa bazarına daxil olmağa hazırdır”

“Vaqner”in son rekviyemi | Suriyada öldürülən Rusiya muzdluları böyük qalmaqala səbəb ola bilər – TƏHLİL
15.02.2018

“Vaqner”in son rekviyemi | Suriyada öldürülən Rusiya muzdluları böyük qalmaqala səbəb ola bilər – TƏHLİL

Bütün Xəbərlər

FaceBook