Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Ərdoğan: “Türkiyə və Azərbaycan niyə BMT Təhlükəsizlik Şurasında olmasın?”

Ərdoğan: “Türkiyə və Azərbaycan niyə BMT Təhlükəsizlik Şurasında olmasın?”
yüklənir...

“Niyə Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü olmasın, niyə Türkiyə olmasın?..”

Bu sözləri APA-nın Türkiyə müxbirinin sualına cavabında Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R. T. Ərdoğan D-8 təşkilatının İstanbulda keçirilən IX zirvə toplantısından sonra mətbuat konfransı keçirib.

APA-nın “zirvə toplantısındakı çıxışlarınızda verdiyiniz mesajlar “dünya 5-dən böyükdür” konsepsiyanızın tərkibi və davamı idi. Beynəlxalq təşkilatların güc və potensialını bu fəlsəfəyə yönləndirmə istiqamətində hansı fikir və düşüncələriniz var” sualına Türkiyə prezidenti belə cavab verib: “Dünənki toplantımızı izlədinizsə, orada deyilənləri və bu gün dediklərimizi dalğa-dalğa böyütməyi artıraraq davam etdirəcəyik. Bütün məsələ özümüzə ortaq tapmağımızdır. İkitərəfli görüşlərimizdə dünyadakı ölkələr “gözəldir, olmalıdır” deyirlər, ancaq “bu işləri birgə görək” deyəndə hamısında qorxaqlıq olduğunu görürsünüz. Nədən qorxursunuz? Mənafe münasibətləri bir çox ölkənin bu məsələdə mövqe müəyyənləşdirməsinə mane olur. Halbuki 5 ölkə dünyanı hal-hazırda sanki idarə edir. Onlar bizim haqlarımızı bizə vermə məsələsində qərarlı ola bilərmi? Xeyr. Onların işinə necə gəlirsə, o cür hərəkət edirlər. Yanılmıramsa, hal-hazırda BMT-nin üzvü olan 196 ölkə var, onların taleyi 5 ölkənin əlindədir. Hətta 5 deyil, bəzən 1 ölkənin əlindədir. O ölkə “yox” deyəndə qərar qəbul edilməz. Azərbaycan niyə BMT Təhlükəsizlik Şurasının üzvü olmasın? Türkiyə niyə BMT Təhlükəsizlik Şurasında olmasın? Diqqət yetirin, hal-hazırda BMT Təhlükəsizlik Şurasında əhalisi müsəlman olan bir ölkə belə yoxdur. Bu cür ədalət olarmı? Və bunun qitələr arasındakı bölgüsünü də ədalətli yapmaq lazımdır. 20 ölkə olacaqsa, 20 olsun, 30 olacaqsa, 30 ölkə olsun. O 30 ölkə növbəli şəkildə BMT Təhlükəsizlik Şurasına üzv olan ölkələrin haqlarına bərabər şəkildə malik olaraq dünyanı idarə etsinlər. Müvəqqəti üzv olmasın, hamısı daimi üzv olsun. Məsələn, 2 il olsunlar. İki il 15 üzv olsa, növbəylə idarə edəcəklər. Birinci dönəmdə yaddaş kimi qalacaq, ikinci dönəmdə isə daha güclü çalışacaq. Proses bu şəkildə olsa, onda dünyada ədalətə nail olmaq asanlaşacaq. Heç bir ölkə “Mən BMT TŞ-yə girə bilmədim” deməyəcək, çünki biləcək ki, 5-6 ildən sonra ona da növbə gələcək. Amma hal-hazırda belə bir şey yoxdur, indi nəinki daimi üzvlük, müvəqqəti üzv olmaq üçün belə yapılan lobbiçilik işlərinin sayı-hesabı yoxdur. Halbuki müvəqqəti üzvlüyün heç bir dəyəri yoxdur. Ona görə də, mən ədalət axtarıram”.скачать dle 10.6фильмы бесплатно

Teqlər:
yüklənir...

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry

XƏBƏR LENTİ

21.11.2017

Hava limanında gömrükçülər tanınmış rejissor və azyaşlı uşaqlarına zülm verdilər — DƏHŞƏTLİ KADRLAR

20.11.2017

Ramil Səfərovun həbsxana FOTOLARI

20.11.2017

Putin iki gün sonra yeni Qarabağ planını təqdim edir

20.11.2017

"Bütün sualların cavabları həmin “qara qutu”nun içərisində gizlədildi..."

20.11.2017

"Biz NATO-da qalsaq da Türk millətinə, dövlətinə qarşı bu alçaqlığı qəbul etməyəcəyik”

20.11.2017

Türkiyə parlamentinin sədri məlum oldu

17.11.2017

Plüralizm bir mədəniyyətdir

17.11.2017

Kərkükdən Ceyhana neft nəqli bərpa olunacaq –Türkiyə ilə İraq hökuməti anlaşdı

17.11.2017

Ərdoğan Putinlə Qarabağ haqda söhbətindən danışdı:"Çox da ümidli deyil"

17.11.2017

Milyonçu Rza Zərrabı həbsxanada öldürmək istəyiblər –Vəkil onun harada saxlandığını bilmir

17.11.2017

Rus politoloqlarından bədbin rəy:“Qarabağ kürd və Yaxın Şərq kimi həlli mümkün olmayan münaqişədir”

17.11.2017

“Qarabağ üçün də Qars müqaviləsinə böyük ehtiyac var” –Zahid Oruc

17.11.2017

TÜRKİYƏ DAHA ABŞ və NATO-nu DİNLƏMİR:“Triumf” Putinlə Ərdoğanı hara aparır? – Təhlil

17.11.2017

"5 rayon Azərbaycana qaytarılacaq, Ərdoğan Putinlə razılaşdı" - Rus mediasından sensasion iddia

16.11.2017

MÜBARİZ MƏNSİMOVDAN DAHA BİR TARİXİ ADDIM: NATİQ ƏLİYEVİN ADI VERİLƏN GƏMİ YOLA ÇIXDI

16.11.2017

Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-a nota verdi –Rza Zərrabın vəziyyəti ilə bağlı

15.11.2017

Azərbaycanda 40 saniyəlik güclü zəlzələ

15.11.2017

SEYMUR ORUCOV: “AZƏRBAYCANDA XALQ-İQTİDAR BİRLİYİ MÖHKƏM ƏSASLARA SÖYKƏNİR” AÇIQLAMA

15.11.2017

Nəsiminin icra başçısı “MTN şəbəkəsi”nin məşhur adamına pilot layihə etibar edib- VƏTƏNDAŞLAR DƏLƏDUZLUĞA GÖRƏ HƏBS EDİLƏN YAVƏR QURBANOVA ETİBAR ETMİR

15.11.2017

“Səba Broyler” şirkətinin rəhbərindən Prezidentə şikayət – FOTOLAR

15.11.2017

Mehriban Əliyeva: “Bu gün Azərbaycan dünyada mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzlərindən biri hesab olunur”

15.11.2017

ATƏT-in baş katibindən gözlənilməz etiraf: “Təşkilatın işi münaqişənin həlli deyil”

15.11.2017

Atambayev Nazarbayevə "qoca diktator" dedi: "Üzr istəmək fikrində deyiləm..."

15.11.2017

Qarabağ: bütün yollar Moskvaya aparır

15.11.2017

Azərbaycan ordusu irimiqyaslı komanda-qərargah təlimlərinə başlayır:dağlarda, havada, dənizdə...

15.11.2017

İş adamı: “Qida Təhlükəsizliyi İnstitutunun yaradılması günün tələbi idi”

15.11.2017

Birinci vitse-prezidentin yeni köməkçisi kimdir?

15.11.2017

Lavrovdan Bakı və Yeravana səfəri ilə bağlı açıqlama:"Qarabağı müzakirə edəcəyik"

15.11.2017

TÜRKİYƏ VƏ İRAN ƏLEYHİNƏ KÜRD KARTI –Bərzaniyə dəstək verməklə, İsrail strateji xətaya yol verdimi? - TƏHLİL

15.11.2017

Sarkisyan da Rusiyaya gedir –Sabah Putinlə görüşəcək

15.11.2017

ABŞ-la RUSIYA ARASINDA “XARİCİ AGENT” QALMAQALI- Kremldən Vaşinqtona cavab zərbəsi

15.11.2017

“Bunlar sübutsuz, qeyri-dəqiq və tamamilə yanlışdır” –ABŞ-dan Rusiya Müdafiə Nazirliyinə cavab

Bütün Xəbərlər

FaceBook