Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

“ABŞ-da bir qrup yeni hakimiyyətlə Türkiyənin arasını pozmaq istəyir”

“ABŞ-da bir qrup yeni hakimiyyətlə Türkiyənin arasını pozmaq istəyir”
yüklənir...

“Şimali İraqda PKK terror təşkilatına qarşı keçirilən əməliyyatlarda ələ keçirilən silahlar ABŞ və Rusiya silahlarıdır”

APA-nın məlumatına görə , bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan valilər toplantısında çıxışında deyib.

R. T. Ərdoğan bildirib ki, vaxtilə ABŞ prezidenti Corc Buş da Şimali İraqda verilən silahların seriya nömrələrinin götürüldüyünü və sonradan geri alınacağını bildirib: “Ancaq bu silahlar geri alınmadı. ABŞ prezidenti Donald Tramp mənimlə görüşdə Suriyada PYD-yə verilən silahların seriya nömrələrinin götürüldüyünü və geri alınacağını söylədi. Mən də dedim ki, biz İraqda bunun əksini gördük”.

R. T. Ərdoğan Türkiyə ilə əsrlik hesablaşma aparılmağa çalışıldığını vurğulayıb: “FETÖ terror təşkilatının xain əməlləri də bunun bir hissəsidir. Bəzi Avropa ölkələrinin terrorçulara açıq sahib çıxması, Suriyada terror koridoru yaradılmağa çalışılması da məhz Türkiyəyə qarşıdır, İŞİD terror təşkilatına qarşı deyil. Dünən Məsud Bərzani ilə mübarizə aparan PKK-nın Suriya qolu PYD bu gün Bərzaninin yanında olduğunu bəyan edir. Bu, təsadüfi deyil. Suriyada qatilləri silahlarla təchiz edənlər bunu demokratiya sevgisi ilə etmirlər. Pulumuzla satın ala bilmədiyimiz silahların Suriyada PYD terrorçularına əvəzsiz verilməsini başqa cür izah etmək olmaz. Bundan sonra ancaq öz silahlarımızdan istifadə edəcəyik. Polisimiz də artıq ABŞ-ın silahlarından istifadə etməməlidir. Mərhələli şəkildə həyata keçirilən bu kirli planın məqsədi Türkiyəni diz çökdürməkdir. Hədəf şəxslər, partiya yox, Türkiyədir. Bu dövr Türkiyənin həqiqi dostları ilə düşmənlərini ayırmaq dövrüdür. Bunlar bizi kar və kor sayırlar. Ancaq artıq elə Türkiyə yoxdur”.

Türkiyə prezidenti qeyd edib ki, ABŞ ilə ticarət dövriyyəsi 15-16 milyard dollara düşüb: “Burada da əsas ağırlıq ABŞ-dan aldığımız müdafiə təyinatlı silahlardır. Bizdən ABŞ-a cüzi şeylər satılır. Qalxıb bizə qarşı belə bir davranış ortaya qoyacaqlarsa, buna reaksiya veriləcək. Bəziləri deyirlər ki, tələbələr ABŞ-a gedə bilmir. Burada məsələ vətən, millətdir, qalanları təfərrüatdır. Allah heç kmə qaldıracağı yükü yükləməz . Türkiyə 2 min illik dövlət ənənəsi ilə bu problemlərin öhdəsindən gələ biləcək gücdədir. Bu coğrafiyada kiminsə sayəsində yaşamırıq. 15 iyulda 200-dən çox şəhid verib, 2000-dən çox qazisi olub, demokratiyanı müdafiə edən ikinci ölkə varmı? PKK, FETÖ və digər terror təşkilatlarının terrorçularını saxlayacaqsan, sonra konsulluqda FETÖ ilə əlaqəli olan birini müdafiə edəcəksən. Belə şey ola bilməz. Bizim bank müdir müavinini əsassız həbs edəcəksən, bir başqa vətəndaşımı 2 ildir ki, həbs edib, etirafçı kimi istifadə etməyə çalışacaqsan. Yaxud mənim 12 mühafizəçim barədə həbs qərarı çıxaracaqsan. Bu mühafizəçilərdən bəziləri heç orada olmayıb. Mənimlə görüşdə Tramp dedi ki, həmin vaxt orada olanlar ştat polisləri olub. Sizin ölkədə olan Türkiyə prezidentinə PKK terrorçuları hücum etmək istəyirsə, onların qarşısını alan Türkiyənin vətən övladlarını həbs edirsən. Bu, demokratiyadır? Əgər ABŞ-ı Ankaradakı səfir idarə edirsə, yazıqlar olsun. Səfirə “sən mənim strateji müttəfiqimə qarşı belə hərəkət edə bilməzsən" deməli idilər, bunu deyə bilmədilər. Əgər ABŞ hökuməti bunun arxasında durursa, biz də verdiyimiz qərarın sona qədər arxasındayıq”.

R. T. Ərdoğan ikili standartlara baxmayaraq, dövlətlərarası münasibətlərdə kifayət qədər dözümlü olduğunu bəyan edib: “Bəziləri deyirlər ki, Türkiyə Qərbdən uzaqlaşdı, Orta Şərqə sığınıb. Belələri professor olsa da, ziyanlıdırlar. Atalarımız “ağır qazan gec qaynar” deyib. Biz bu günə qədər müzakirələrin, dialoqun tərəfdarı olduq, PKK, FETÖ terrorçularının ekstradisiyasını istədik. Ancaq imzaladığımız müqavilələrə riayət etmədilər, bürokratik əngəlləri önümüzə bəhanə kimi qoydular. Paytaxtlarının mərkəzini PKK-ya açanlar, Kandil dağında PKK terror təşkilatının rəhbərləri ilə birbaşa əlaqə quranlar bizə demokratiya dərsi keçə bilməzlər. Dünya artıq Atlantik okeanının bir tərəfindəki bir ovuc ölkənin əlində deyil. Saxlanılanlar barədə proses hüquq çərçivəsində aparılır, çalışdıqları diplomatik missiyalara da xəbər veririk. Metin Topuz adlanan şəxs ayın 4-də saxlanılıb, nə yaxınları, nə də ABŞ diplomatik missiyasından onunla görüşmək istəyən olub. Yalnız dünən bir yaxını onunla görüşmək istəyib. Bu barədə ABŞ-dan verilən bəyanatlar tam əsassızdır. ABŞ-da bir qrup yeni hakimiyyətlə Türkiyənin arasındakı münasibətləri pozmaq istəyir. Problemin səbəbkarı biz deyilik. Diləyimiz bir an öncə ABŞ hakimiyyətinin bu yanlışdan vaz keçməsidir”.

Qeyd edək ki, oktyabrın 8-də ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Buna ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Mətin Topuzun həbsi səbəb olub. M. Topuz FETÖ terror təşkilatı ilə əlbir olmaqda təqsirli bilinərək həbs edilib. Türkiyə də rəsmi Vaşinqtonun qərarına cavab olaraq ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb.скачать dle 10.6фильмы бесплатно

Teqlər:
yüklənir...

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry

XƏBƏR LENTİ

13.12.2017

Ərdoğan Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırdı

13.12.2017

“Heydər Əliyev şəxsiyyəti, irsi tam öyrənilməmiş bir salnamədir” – Məhərrəm Əliyev

12.12.2017

Heydər Əliyevin vəfatından 14 il keçir

12.12.2017

“Qiymətlər oynayan kimi ya “Veysəloğlu”nun üstünə düşürlər, ya “Azərsun”un” - İlham Məmmədzadə

09.12.2017

Leyla Yunusun məqsədi o olub ki, Azərbaycan əleyhinə iş aparmaqla varlansın – deputat

09.12.2017

“Nar” BakuTel stendində keçirilmiş müsabiqənin qalibləri mükafatlandırıldı

08.12.2017

“HAQQIMDA YAZILANLAR CƏFƏNGİYYATDIR – Kəmaləddin Heydərov

08.12.2017

“ARAZ”la birləşmədən sonra “Favorit”in ilk marketi açıldı

07.12.2017

“Nar” cari ilin nəticələrini açıqladı

07.12.2017

“İlqar Məmmədov azadlığa buraxıla bilər...” - Prezidentin köməkçisi

07.12.2017

Ərdoğandan Yunanıstanda sərt çıxış - “NATO-ya bizim sayəmizdə girmisiz”

07.12.2017

Qubaya 3 milyon manat ayrıldı

07.12.2017

Prezidentlə xanımı xalçaçı qadınlarla söhbət etdi

07.12.2017

“Azərbaycanda korrupsiya, rüşvətxorluğa qarşı mübarizə aparılır” - İlham Əliyev

06.12.2017

Nəsimidə zibilxana satıldı Qarabağ əlilinin maşını qarajda qaldı - FOTO

06.12.2017

Birinci vitse-prezident Rostropoviçlər adına Musiqi Məktəbinin yeni binasının açılışında

06.12.2017

Fazil Məmmədov ilk dəfə danışdı - “Səhhətimdə problem var...”

06.12.2017

Ramiz Mehdiyev Fazil Məmmədovu tənqid etdi

06.12.2017

Banklarda vəziyyət gərgin olaraq qalır: faizlər daha da aşağı salınacaq

06.12.2017

Ali Məhkəmə Vergilər Nazirliyi ilə bağlı məlumat yaydı - Sahibkarların 63.3 faizi...

06.12.2017

"Azərbaycan ərzaq təhlükəsizliyi sahəsindəki pərakəndəliyi aradan qaldıracaq" - Ramiz Həsənov

06.12.2017

"Azercell" şirkəti ilə bağlı şikayətlər artmaqdadır - VİDEO

06.12.2017

Prezident böyük islahata qərarlıdır: “Fazil Məmmədov özü vəzifədən getmək istəyib…” – Növbədə daha kimlər var?

06.12.2017

Manatın dizayneri: “Daha çox avrodan istifadə edirəm”

06.12.2017

Siyasətdə sən kimsən? Siyasi kimliyini müəyyən etmək üçün TEST

06.12.2017

Türkiyə, Rusiya və Ermənistan yeni ittifaq yaradır - VİDEO

06.12.2017

Bu ərazilərdə ev tikməyin! - Nazirlikdən xəbərdarlıq + Video

06.12.2017

NATO-da “RUS OXU” –Ərdoğan hərbi alyansdan niyə uzaqlaşır? –TƏHLİL

06.12.2017

“Ərdoğan istəyir tanısın, istəyirsə yox, Qüds yəhudilərin paytaxtıdır” –Rəsmi Tel-Əviv

06.12.2017

Hesablama Palatasının səlahiyyətləri artırıldı - SƏRƏNCAM

06.12.2017

Mikayıl Cabbarov: "Yaponiya ilə Azərbaycan arasında məhsuldar dialoq qurulub"

06.12.2017

“Sən kimsənki mənim maşınımda oturursan” - İçkili sürücü polislə mübahisə etdi - VİDEO

Bütün Xəbərlər

FaceBook