Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Üçüncü dünya müharibəsinin "ayaq səsləri" eşidilir — TƏHLÜKƏLİ GƏRGİNLİK

Üçüncü dünya müharibəsinin
yüklənir...

Açıqlamaları qalmaqala çevrilən Tramp və Kim Çen İn arasındakı söz dueli dünyanın nəzərini Koreya yarımadasına çevirib.

"Ölkə.Az" xəbər verir ki, mütəxəssislər nüvə silahının gündəmdə olduğu qarşılıqlı hədələrin 3-cü dünya müharibəsinə səbəb ola biləcəyini bildirirlər.

Əslində ABŞ və Şimali Koreya arasındakı gərgin münasibət bir müddətdir ki, bu formada davam edir. Amma xüsusilə ABŞ-ın sabiq prezidenti Barak Obamanın vəzifəyə başlamasından sonra Şimali Koreya beynəlxalq arenada önə çıxmağa başladı.

O dövrdə qitələrarası ballistik raketi sınaqdan keçirən rəsmi Pxenyan amerikalı jurnalistlər Euna Li və Laura Linqi saxlayaraq münasibətləri daha da gərginləşdirdi. Dövrün Şimali Koreya rəhbərliyi isə sərt bir qərar qəbul edərək Koreya müharibəsindən sonra 1953-cü ildə imzalanan silah tərketmə müqaviləsini "zibilliyə atacağı"nı bəyan edərək Cənubi Koreya və ABŞ-a meydan oxudu.



Obama dövründə ABŞ Şimali Koreya ilə müqavilə imzalayaraq ərzaq məhsulları əvəzində Yongbyondakı nüvə fəaliyyətlərini dayandırsa da, rəsmi Pxenyan keçmişdə olduğu kimi bu müqaviləni də heçə sayaraq qısa bir müddət sonra təhlükələri ard-arda sıralamağa davam etdi.

Bu həmlədən sonra Çin dənizində Cənubi Koreya-ABŞ birgə hərbi təlimlər keçirərək Şimali Koreyaya meydan oxudu. Eyni dövrdə "ABŞ-Cənubi Koreya əməkdaşlığı ABŞ-ın Sakit okean hövzəsindəki təhlükəsizliyinin bünövrəsidir" fikri ortaya çıxdı.

İki çılğın üz-üzə: Tramp və Kim Çen İn

Amma ABŞ-Şimali Koreya kontekstində baş verən bu gərginlik hər iki ölkə liderinin dəyişməsi ilə yeni və daha aqressiv bir səviyyəyə çatdı. Seçkilərdə qələbə qazanaraq cari ildən Ağ Evə rəhbərlik edən Donald Tramp vəzifəyə başlayan kimi Şimali Koreyanın bir neçə illik təcrübəyə sahib lideri Kim Çen İnə sataşmağa başladı hər iki tərəf "qılıncını çəkdi".

Şimali Koreya son günlərdə iki fərqli qitələrarası ballistik raketi sınaqdan keçirib. Ötən həftə həyata keçirilən "Hwasong-14" raketinin sınağının uğurla başa çatdığı bəyan edildi. Bəzi mütəxəssislər raketin ABŞ-ın Çikaqo şəhərini vura biləcəyini iddia edərkən ABŞ-ın tələbi ilə iclas çağıran BMT Təhlükəsizlik Şurası nüvə silah proqramını dayandırmayan Şimali Koreyaya qarşı yeni sanksiyaların tətbiq edilməsinə qərar verib. BMT Təhlükəsizlik Şurası sanksiyaların sərtləşdirilməsinə qərar verib və yeni sanksiyalar bu ölkəyə ixracatı qadağan edir və ediləcək investisiya qoyuluşlarını da azaldır. ABŞ-ın BMT-dəki nümayəndəsi Nikki Haley iclasdan sonra "Bu hər hansı bir ölkəyə qarşı tətbiq edilən ən çətin sanksiyalardır"-açıqlamasını verdi. Tramp isə Tvitterdə yeni sanksiyaların Şimali Koreyaya 1 milyard ziyan vuracağını yazdı.



İyulun ayının sonlarında sınaq atışı həyata keçirilən raketin 47 dəqiqə 12 saniyə ərzində 998 km yol qət etdiyini, 3.724 km hündürlükdə uçduğunu açıqlayan Şimali Koreya təhdidlərinə davam etdi. Mütəxəssislər raketin 6.700 km uzaqlıqdakı hədəfləri vura biləcəyini etiraf etdi. Başda Çin və Cənubi Koreya olmaqla regionda gərginliyə səbəb olan raket sınaqları ilə birlikdə Kim Çen İn bunun ABŞ-a bir xəbərdarlıq olduğunu bəyan etdi.

"Washington Post" xəbəri vəziyyəti daha da gərginləşdirdi

İki ölkə arasında gərginliyi daha da pik nöqtəyə çatdıran isə "Washington Post" qəzetində yayımlanan xəbər idi. Xəbərə əsasən Şimali Koreya bir raketin içinə yerləşdirilə biləcək qədər kiçik bir nüvə başlığı istehsal edib. Xəbərdə qeyd edilir ki, Şimali Koreya ehtimal ediləndən də qısa müddətə ABŞ-ı vura bilmə gücünə sahib olacaq. ABŞ prezidenti Donald Tramp son hadisələrdən sonra "Şimali Koreya artıq ABŞ-ı təhdid etməsə yaxşı olar. Dünyanın heç görmədiyi bir atəş və qəzəblə üz-üzə qalacaqlar"- dedi.


Trampın bu açıqlamasından sonra isə Kim Çen bu günə qədər səsləndirdiyi ən sərt, iddialı və real təhdid dolu açıqlama verdi. Dünya ictimaiyyətinin diqqətini bu açıqlama çəkdi. Şimali Koreyanın rəsmi xəbər agentliyi sayılan "KCNA" Sakit okeanında ABŞ torpaq parçası olan Quam adasına orta və uzun mənzilli raket zərbələrinin endirilməsi barədə planın olduğunu bildirdi. Şimali Koreya Quam adalarını "Hwasong-12" raketləri ilə vurmağı hədəfləyir. Quamın ABŞ torpağı sayılması isə üçüncü dünya müharibəsinin çox yaxında olduğunu ortaya çıxarır.

Bu gərginlik isə Avropa birjalarında indekslərin aşağı düşməsinə səbəb olub. Quam qubernatoru Eddi Kalvo isə Şimali Koreyanın hədələrinə boyun əyməyəcəklərini bildirib. Kalvo deyib: "Quam ABŞ torpağıdır. Bura sadəcə bir hərbi baza deyil".

Qubernator ada xalqını qorumaq üçün lazım olan müdafiə tədbirlərinin görüldüyünü, istənilən hücuma hazır olduqlarını bildirib. Ağ Evlə əlaqə saxladığını da bildirən Kalvo "Müdafiə və daxili təhlükəsizlik nazirləri ilə keçirdiyimiz görüşlər nəticəsində təhdid səviyyəsinin artırılmamasına qərar verdik"- deyib.

Hikmət Həsənov
Ölkə.Az

yüklənir...

XƏBƏR LENTİ

20.08.2017

Azərbaycan Tərtər istiqamətində pilotsuz aparat tətbiq edirsə bunun ruslara nə dəxli?-“NEZAVİSİMAYA QAZETA”DAN ABSURD

20.08.2017

Həvva necə olub: 10 ən qədim qadın

20.08.2017

“Azəri deyilən bir millət yoxdur, bunu xiyar Stalin uydurub” – Türkiyəli alim

18.08.2017

Bölgələrdə yaşayan ünsiyyət məhdudiyyətli gənclər üçün “Təlim məktəbi” layihəsinin ilk mərhələsi başa çatdı

17.08.2017

Kəmaləddin Heydərov vitse-prezident oldu

17.08.2017

Ürək dərhal dayana bilər – Diqqətli olun!

16.08.2017

Aprel şəhidinin doğum günüdür — Xanımı onu belə təbrik etdi - MƏKTUB

16.08.2017

"Qarabağ"a qələbə qazandıran Mahir Mədətov tanınmış prodüserin övladıdır

16.08.2017

Prezident hərbçiləri təltif etdi – Adlar

16.08.2017

Kanadada yaşayan Həsən Səftərovdan bütün nəsli imtina etdi

15.08.2017

İran prezidenti: “ABŞ sanksiyaları tətbiq etsə, İran nüvə sazişindən çıxacaq”

15.08.2017

Prezident sərəncam imzaladı

14.08.2017

"İnfiniti" Fəxri Xiyabanın qarşısındakı dayanacağı zəbt etdi: Yol polisi görməzdən gəldi, dava düşdü

14.08.2017

“Bizə silah verin, Sarkisyanın dəstəsini məhv edək” – Yerevanda üsyan ÇAĞIRIŞLARI

14.08.2017

Ramil Quliyev dönər kəsib, kabab bişirdi- FOTOLAR

14.08.2017

Mirşahin Ağayev : "Lütfi Zadə ölməyib, özüm danışdım..."

14.08.2017

“Bu, Rusiyanın Azərbaycana hərbi intervensiyasına gətirib çıxara bilər...”

14.08.2017

UNESCO-nun ideyalarına sədaqət nümunəsi olan xoşməramlı səfir-Mehriban Əliyeva

13.08.2017

Helsinki Vətəndaş Assambleyası: Ermənistanda kişi çatışmazlığı var

11.08.2017

Ramil Quliyevdən açıqlama: “Mən Türkəm, Atatürkün övladıyam”

11.08.2017

İlham Əliyev Ramili təbrik etdi: "Səninlə fəxr edirik!"

11.08.2017

Azərbaycan Naxçıvana böyük hərbi qüvvə cəmləyir

11.08.2017

“Nəvəmi öz əlimlə polisə təhvil vermişəm”

09.08.2017

Üçüncü dünya müharibəsinin "ayaq səsləri" eşidilir — TƏHLÜKƏLİ GƏRGİNLİK

09.08.2017

Şimali Koreya böhranı: “Atəş və qəzəb”dən sonra nə baş verə bilər?

09.08.2017

Rusiya, ABŞ və İsrail arasında gizli danışıqlar ortaya çıxdı

08.08.2017

Uşaqları belə cəzalandırın: fransalı pedaqoqla a-dan z-yə HƏR ŞEY - MÜSAHİBƏ

08.08.2017

"Erməni vəhşiliyi dözülməzdir" - Fransız senator

08.08.2017

Türkiyədən Almaniya ilə bağlı - Qərar

08.08.2017

İraq kürdlərə qarşı birləşir - Kampaniya

08.08.2017

Ramil Usubov Şəkidə bölgə sakinlərini qəbul edəcək

08.08.2017

OBA marketlər şəbəkəsi status müəlliflərini mükafatlandırıb

Bütün Xəbərlər

FaceBook