Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

“Onda naxçıvanlılar düşməni yerinə oturtdular” -Prezident

“Onda naxçıvanlılar düşməni yerinə oturtdular” -Prezident
yüklənir...

Prezident İlham Əliyev yanvarın 11-də Naxçıvan şəhər 3 nömrəli tam orta rus məktəbinin binası əsaslı yenidənqurmadan sonra açılış mərasimdə iştirak edib.

Tərəfdar.az ölkə başçısının məktəbin pedaqoji kollektivi və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxışını təqdim edir:

"Naxçıvan Muxtar Respublikasında yenidən olmağımdan çox şadam. Çox şadam ki, Naxçıvan uğurla, sürətlə inkişaf edir, böyük quruculuq, abadlıq işləri aparılır. Bu, mənim Prezident kimi muxtar respublikaya sayca 13-cü səfərimdir. On üç il ərzində on üçüncü dəfədir ki, Naxçıvandayam. Bu rəqəm özlüyündə bir göstəricidir, onu göstərir ki, Naxçıvanın inkişafı daim diqqət mərkəzindədir.

Ulu öndər Heydər Əliyev həmişə Naxçıvana böyük diqqətlə yanaşırdı, respublikanın problemlərinin həlli üçün müvafiq göstərişlər verirdi və böyük qayğı göstərirdi. Mən də bu siyasəti davam etdirirəm və Naxçıvana həmişə çox böyük diqqət verilir, böyük qayğı göstərilir.

Çox şadam ki, respublikanın uğurlu inkişafı təmin edilir. Bu münasibətlə respublikanın rəhbərliyini və sakinlərini təbrik etmək istəyirəm. Doğrudan da son illər ərzində Naxçıvan böyük inkişaf yolu keçmişdir. Naxçıvan şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi, infrastruktur layihələrinin icrası, bütün şəhər və kəndlərin abadlaşması prosesi onu göstərir ki, respublika möhkəm ayaqda dayanır. Hesab edirəm ki, bu gün Naxçıvan Muxtar Respublikasının çiçəklənmə dövrüdür. Çünki bütün istiqamətlər üzrə işlər uğurla gedir və gözəl nəticələr var.

Bu gün mən üç rayonda - Ordubad, Culfa, Şahbuz rayonlarında və Naxçıvan şəhərində olmuşam. Ordubad rayonunda elektrik stansiyasının təməli qoyuldu. Bu, çox böyük layihədir, böyük stansiya olacaq, 36 meqavat gücündə su elektrik stansiyası tikiləcək. Bu, Naxçıvan Muxtar Respublikasının iqtisadi və enerji potensialını böyük dərəcədə gücləndirəcək. Naxçıvanın enerji təhlükəsizliyi təmin edilir. Son illərdə bir neçə stansiya tikilmişdir. Xatırlayıram, 2010-cu ildə Biləv Su Elektrik Stansiyasının açılışını qeyd etmişdik, 2014-cü ildə Arpaçay Su Elektrik Stansiyasının, 2015-ci ildə isə Günəş Elektrik Stansiyasının açılışları olmuşdur. Bunlardan əvvəl isə Naxçıvan Qaz-Turbin Elektrik Stansiyası istifadəyə verilmişdir. Yəni, respublikanın enerji potensialının möhkəmləndirilməsi işində çox böyük addımlar atılmış və enerji təhlükəsizliyi tam təmin edilib.

Ordubad Su Elektrik Stansiyasının işə düşməsindən sonra isə enerji təhlükəsizliyi daha da möhkəmlənəcək və eyni zamanda, Naxçıvanın ixrac potensialı daha da artacaq. Çünki bu gün respublika elektrik enerjisini ixrac edir.

Naxçıvanda qazlaşdırma layihələri artıq neçə ildir ki, başa çatıb. İndi Naxçıvanda qazlaşdırma 100 faizdir. Elə bir yaşayış məntəqəsi yoxdur ki, orada qaz olmasın. Bu da böyük nailiyyətdir. Bildiyiniz kimi, 2005-ci ildə burada mənim iştirakımla İran İslam Respublikasından Naxçıvana mübadilə yolu ilə təbii qazın verilməsinə başlanmışdır. Artıq üstündən on ildən çox vaxt keçib və bu layihə çox uğurla icra edilir. Ordubad Su Elektrik Stansiyasının yaradılması da İran ilə Azərbaycan arasında imzalanmış və təsdiqlənmiş saziş əsasında baş verir. Ordubad və Marazad Su Elektrik stansiyalarının tikintisi həm İranın, həm də Azərbaycanın enerji gücünü artıracaq və eyni zamanda, bu layihə İran-Azərbaycan dostluğunun təzahürüdür. Biz enerji sahəsində, digər sahələrdə uğurlu əməkdaşlıq edirik. Bu yaxınlarda Naxçıvan-Təbriz-Məşhəd dəmir yolu qatarı yola salındı.

Enerji potensialı və enerji təhlükəsizliyi Naxçıvan üçün xüsusi əhəmiyyət daşıyır. Çünki ölkəmizin əsas hissəsi ilə Naxçıvanın coğrafi əlaqəsi yoxdur. Belə olan halda biz mütləq enerji potensialının inkişafına fikir verməliyik. Bu gün Naxçıvan elektrik enerjisi ilə tam təmin olunub və eyni zamanda, enerji ixrac edir. Naxçıvan təbii qazla da tam təmin olunub. Gələcəkdə bərpa olunan enerji növlərinin yaradılmasından, xüsusilə Ordubad Su Elektrik Stansiyasının işə düşməsindən sonra Naxçıvanda enerji məsələləri ilə bağlı bundan onilliklər sonra heç bir problem olmamalıdır.

Bununla bərabər, əlbəttə ki, digər infrastruktur layihələri daim diqqət mərkəzindədir. Naxçıvan şəhərini digər şəhərlərlə birləşdirən gözəl və çox keyfiyyətli yollar salınıb. Bu gün mən bu yollardan keçmişəm. Onlar bir neçə ildir ki, istifadəyə verilib, amma elə bil ki, dünən tikilib. Yəni, çox gözəl, keyfiyyətli yollardır. Naxçıvan-Culfa, Naxçıvan-Şahbuz, Naxçıvan-Sədərək yolları ən yüksək standartlara cavab verir. Bir yol layihəsi hələ ki, öz həllini gözləyir. Bu da Culfa-Ordubad layihəsidir. Biz onu da növbəti mərhələdə həll edəcəyik və beləliklə, şəhərlərarası yollar problemi aradan götürüləcək. Kənd yollarının tikintisi də uğurla gedir və bu proses davam edəcək.

Bu gün biz Culfa və Şahbuz rayonlarında içməli su və kanalizasiya layihələrinin rəsmi açılışını qeyd etdik. Bu da çox önəmli layihələrdir. Hər iki şəhərə təmiz, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilməsinə başlanmışdır. Ondan əvvəl Naxçıvan şəhəri su ilə təmin edilmişdir. Bu gün biz artıq digər şəhərlərə də suyun verilməsini təmin edə bildik. Bu da çox önəmlidir. İnsan sağlamlığı üçün əsas amillərdən biri də təmiz sudur. Biz onu da həll etmişik. Bu il Dövlət İnvestisiya Proqramında Naxçıvan Muxtar Respublikasının digər şəhərlərinin su-kanalizasiya problemlərinin həlli məsələləri də öz əksini tapacaq.

Yəni, bunlar əsas infrastruktur layihələridir - elektrik enerjisi, təbii qaz, içməli su, yollar. Artıq demək olar ki, bu işlərin mütləq əksəriyyəti görülübdür. Bu, respublikanın potensialını göstərir, eyni zamanda, sosial infrastruktur da yaradılır. Bax, bu məktəb bunun bariz nümunəsidir. Son illər ərzində Naxçıvan Muxtar Respublikasında artıq 200-ə yaxın yeni məktəb tikilib, yaxud da ki əsaslı şəkildə təmir olunub. Təmirə ehtiyacı olan cəmi bir neçə məktəb qalıb. Əminəm ki, yaxın gələcəkdə bu məsələ də həllini tapacaq.

Digər sosial infrastruktur layihələri səhiyyə ilə bağlıdır. Hesab edirəm ki, Naxçıvan bu istiqamətdə də nümunəvi bir respublikadır. Burada bütün şəhərlərin və rayonların mərkəzi xəstəxanaları yenidən tikilib. Mən onların bəzilərinin açılışlarında iştirak etmişəm. Naxçıvan şəhərində doğum evi, diaqnostika mərkəzi, respublika xəstəxanası, bütün bu tibb ocaqları ən yüksək standartlara cavab verir və ən müasir avadanlıq quraşdırılıb.

Naxçıvanın gözəlləşməsi, abadlaşması məni çox sevindirir. Əminəm ki, sizi də sevindirir. Binalar təmir olunur, yeni, gözəl binalar tikilir, geniş prospektlər salınır. Abadlıq-quruculuq işləri bir tərəfdən ölkəmizin gücünü, digər tərəfdən Naxçıvan rəhbərliyinin səmərəli işini, sakinlərin bu işlərə olan münasibətini göstərir. Bütün bu işlər böyük məhəbbətlə, zövqlə və səliqə ilə görülür.

Naxçıvan dünya miqyasında öz gözəlliyi ilə seçilən bir şəhərdir. Əlbəttə ki, Naxçıvanın qədim və zəngin tarixi bizim milli sərvətimizdir. Naxçıvan Azərbaycanın qədim diyarıdır, qədim torpağıdır. Burada tarixi abidələr qorunur. Bu tarixi abidələr bizim qədim tariximizi göstərir. Onu göstərir ki, əsrlər boyu Azərbaycan xalqı bu diyarda yaşayıb, yaradıb. Bu, bizim böyük milli sərvətimizdir.

Bu gün, eyni zamanda, hərbi hissədə olarkən bir daha gördüm ki, Naxçıvanın hərbi potensialı da lazımi səviyyədədir. Biz bu istiqamətdə də böyük iş aparmışdıq və bu gün də aparırıq. Bu gün Naxçıvan ordusu istənilən vəzifəni icra etməyə hazırdır, öz sərhədlərini qoruyur və siz burada düşmənlə üz-üzə yaşayırsınız, cəsarətlə yaşayırsınız, rəşadət göstərirsiniz və göstərmisiniz. 1990-cı illərin əvvəllərində Heydər Əliyevin rəhbərliyi ilə naxçıvanlılar öz diyarını qoruya bildilər, düşməni yerinə oturtdular. Bu gün Naxçıvanın hərbi potensialı ən yüksək səviyyədədir. Ən müasir texnika, silah, sursat buraya göndərilir və döyüş qabiliyyəti artır, xidmət şəraiti yaxşılaşır. Bu gün olduğum hərbi hissədə ən yüksək şərait yaradılıb.

Yəni, Naxçıvanın hərbi potensialı və müdafiə qabiliyyəti daim diqqət mərkəzindədir. Mən çox şadam ki, bu məsələlər də uğurla öz həllini tapır və əlbəttə ki, respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı çox önəmli addımlar atılır. Naxçıvanda sənaye müəssisələri yaradılır, kənd təsərrüfatı inkişaf edir, bir çox kənd təsərrüfatı məhsulları ilə siz özünüz-özünüzü təmin edirsiniz. O cümlədən inşaat materialları sektoru inkişaf edir. Bu gün Fövqəladə Hallar Nazirliyi üçün tikilmiş yaşayış binasında olmuşam və orada da, bu məktəbdə də istifadə olunan materialların demək olar ki, hamısı yerli məhsullardır. Bu, onu göstərir ki, sənaye də inkişaf edir, yeni müəssisələr yaradılır və Naxçıvanın ixrac potensialı da artır və artmalıdır.

Nəhayət, biz Naxçıvanın nəqliyyat problemlərinin həlli üçün də çalışırıq. Qeyd etdiyim kimi, Naxçıvan-Təbriz-Məşhəd dəmir yolu fəaliyyətə başlayıb. Bildiyiniz kimi, biz indi İran İslam Respublikası və Rusiya ilə Şimal-Cənub nəqliyyat dəhlizi üzərində işləyirik. İşlərin bizə aid olan hissəsi artıq başa çatıb. Bu dəhliz tam işə düşəndən sonra Naxçıvan dəmir yolu ilə İran vasitəsilə Azərbaycanın əsas hissəsi ilə də birləşəcək. Biz bu layihəni sürətləndirmək istəyirik ki, tezliklə bu, baş versin. Ondan sonra Naxçıvanda istehsal olunan mallar artıq dünya bazarlarına rahatlıqla çıxa biləcək və insanlar üçün bu, əlbəttə ki, əlavə imkanlar yaradacaq.

Bir sözlə, bugünkü səfərim mənim üçün çox xoş keçir. Ona görə ki, sizinlə görüşürəm. Ona görə ki, bir daha görürəm, respublika yaşayır, uğurla yaşayır, siz yaradırsınız, qurursunuz, belə gözəl məktəblər yaradırsınız. Bu məktəbin özəlliyi ondan ibarətdir ki, bu, rus məktəbidir. Artıq bizim ölkəmizdə 300-dən çox məktəbdə tədris rus dilində aparılır. Ancaq bu məktəb sırf rus məktəbidir və bu da bir göstəricidir. Biz burada da öz siyasətimizi, öz niyyətimizi göstəririk. Bunu nəzərə alaraq mən rus dilində də bir neçə kəlmə söz demək istəyirəm.

Mən müəllimləri, pedaqoqları salamlamaq və bu məktəbin açılışı münasibətilə onları təbrik etmək istəyirəm. Bu məktəb rusdillidir. Mənə dedilər ki, bu məktəb 600 şagird üçün nəzərdə tutulub və artıq 400 şagird burada təhsil alır. Bu, onu göstərir ki, rus dilinin öyrənilməsinə təkcə Bakıda deyil, Naxçıvanda və başqa bölgələrdə də maraq var. Mən bunu alqışlayıram. Bizim vətəndaşlarımız nə qədər çox müxtəlif dil bilsələr, onlar üçün bir o qədər yaxşı olacaq. Əlbəttə, qonşu ölkələrin dillərini bilməliyik ki, onlarla ünsiyyət saxlayaq, dostluğu möhkəmləndirək. Bu, həm də dövlətlərarası münasibətlər üçün mühüm amildir. Ona görə də mən məktəbin bütün çoxmillətli kollektivini salamlayır, ona uğurlar arzulayıram. Arzu edirəm ki, bu məktəbin məzunları Azərbaycanın layiqli vətəndaşları olsunlar.скачать dle 10.6фильмы бесплатно

Teqlər:
yüklənir...

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry

XƏBƏR LENTİ

21.11.2017

Hava limanında gömrükçülər tanınmış rejissor və azyaşlı uşaqlarına zülm verdilər — DƏHŞƏTLİ KADRLAR

20.11.2017

Ramil Səfərovun həbsxana FOTOLARI

20.11.2017

Putin iki gün sonra yeni Qarabağ planını təqdim edir

20.11.2017

"Bütün sualların cavabları həmin “qara qutu”nun içərisində gizlədildi..."

20.11.2017

"Biz NATO-da qalsaq da Türk millətinə, dövlətinə qarşı bu alçaqlığı qəbul etməyəcəyik”

20.11.2017

Türkiyə parlamentinin sədri məlum oldu

17.11.2017

Plüralizm bir mədəniyyətdir

17.11.2017

Kərkükdən Ceyhana neft nəqli bərpa olunacaq –Türkiyə ilə İraq hökuməti anlaşdı

17.11.2017

Ərdoğan Putinlə Qarabağ haqda söhbətindən danışdı:"Çox da ümidli deyil"

17.11.2017

Milyonçu Rza Zərrabı həbsxanada öldürmək istəyiblər –Vəkil onun harada saxlandığını bilmir

17.11.2017

Rus politoloqlarından bədbin rəy:“Qarabağ kürd və Yaxın Şərq kimi həlli mümkün olmayan münaqişədir”

17.11.2017

“Qarabağ üçün də Qars müqaviləsinə böyük ehtiyac var” –Zahid Oruc

17.11.2017

TÜRKİYƏ DAHA ABŞ və NATO-nu DİNLƏMİR:“Triumf” Putinlə Ərdoğanı hara aparır? – Təhlil

17.11.2017

"5 rayon Azərbaycana qaytarılacaq, Ərdoğan Putinlə razılaşdı" - Rus mediasından sensasion iddia

16.11.2017

MÜBARİZ MƏNSİMOVDAN DAHA BİR TARİXİ ADDIM: NATİQ ƏLİYEVİN ADI VERİLƏN GƏMİ YOLA ÇIXDI

16.11.2017

Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-a nota verdi –Rza Zərrabın vəziyyəti ilə bağlı

15.11.2017

Azərbaycanda 40 saniyəlik güclü zəlzələ

15.11.2017

SEYMUR ORUCOV: “AZƏRBAYCANDA XALQ-İQTİDAR BİRLİYİ MÖHKƏM ƏSASLARA SÖYKƏNİR” AÇIQLAMA

15.11.2017

Nəsiminin icra başçısı “MTN şəbəkəsi”nin məşhur adamına pilot layihə etibar edib- VƏTƏNDAŞLAR DƏLƏDUZLUĞA GÖRƏ HƏBS EDİLƏN YAVƏR QURBANOVA ETİBAR ETMİR

15.11.2017

“Səba Broyler” şirkətinin rəhbərindən Prezidentə şikayət – FOTOLAR

15.11.2017

Mehriban Əliyeva: “Bu gün Azərbaycan dünyada mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzlərindən biri hesab olunur”

15.11.2017

ATƏT-in baş katibindən gözlənilməz etiraf: “Təşkilatın işi münaqişənin həlli deyil”

15.11.2017

Atambayev Nazarbayevə "qoca diktator" dedi: "Üzr istəmək fikrində deyiləm..."

15.11.2017

Qarabağ: bütün yollar Moskvaya aparır

15.11.2017

Azərbaycan ordusu irimiqyaslı komanda-qərargah təlimlərinə başlayır:dağlarda, havada, dənizdə...

15.11.2017

İş adamı: “Qida Təhlükəsizliyi İnstitutunun yaradılması günün tələbi idi”

15.11.2017

Birinci vitse-prezidentin yeni köməkçisi kimdir?

15.11.2017

Lavrovdan Bakı və Yeravana səfəri ilə bağlı açıqlama:"Qarabağı müzakirə edəcəyik"

15.11.2017

TÜRKİYƏ VƏ İRAN ƏLEYHİNƏ KÜRD KARTI –Bərzaniyə dəstək verməklə, İsrail strateji xətaya yol verdimi? - TƏHLİL

15.11.2017

Sarkisyan da Rusiyaya gedir –Sabah Putinlə görüşəcək

15.11.2017

ABŞ-la RUSIYA ARASINDA “XARİCİ AGENT” QALMAQALI- Kremldən Vaşinqtona cavab zərbəsi

15.11.2017

“Bunlar sübutsuz, qeyri-dəqiq və tamamilə yanlışdır” –ABŞ-dan Rusiya Müdafiə Nazirliyinə cavab

Bütün Xəbərlər

FaceBook