Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

“Saatlarla yerimizdən tərpənə bilmədik…” –Erməni əsgərlərindən "aprel döyüşü" haqda etiraf (VİDEO)

“Saatlarla yerimizdən tərpənə bilmədik…” –Erməni əsgərlərindən
yüklənir...

2016-cı ilin aprel ayında Ağdərə və Füzuli rayonları ərazisində baş verən döyüşlərdə Ermənistan Ordusunun itkiləri ilə bağlı faktlara söykənən video məlumat yayılıb.

“AzeriDefence”nin məlumatına görə, video görüntülər erməni mediası tərəfindən hazırlanıb və sosial şəbəkədə paylaşılıb.

Video materialda erməni hərbçilər aprel döyüşlərində itkilər haqda danışır, baş verənləri xronoloji ardıcıllıqla söyləyirlər.

Onlar bildirir ki, döyüşlərdə Azərbaycanın atəş zərbələri nəticəsində Ermənistan hərbi birləşmələri çoxlu sayda tələfat veriblər.

Videoda Ermənistan Ordusunun mayoru Edqar Martirosyan döyüşdə Azərbaycan tanklarının onların əsgər saylarından çox olduğunu etiraf edir.

Aprel döyüşünün ilk günündə qırx nəfərə qədər erməni hərbi qulluqçunun öldüyünü deyən əsgər Narek Nikoğosyan postda yeganə sağ qaldığını bildirir. N. Nikoğosyan qeyd edir ki, atəş zərbələrindən saatlarla yerlərindən tərpənə bilməyiblər.

Videoda aprel döyüşünün digər iştirakçısı əsgər Arman Kirakosyan isə bütün döyüş yoldaşlarının həlak olduğunu, onlardan yalnız iki nəfərin sağ qaldığını deyir.

Həmçinin, video sujetdə aprel döyüşləri vaxtı ölən erməni hərbi qulluqçularının bir hissəsinin adları və şəkilləri də qeyd olunub. Materialda qısa şəkildə ölən ermənilər haqda da məlumat verilir.

Qeyd edək ki, Ermənistan tərəfi aprel döyüşlərində həlak olmuş 163 hərbçinin adını açıqlamışdı. Lakin sonrakı müddətdə bu say xeyli artmışdır. Ümumilikdə aprel döyüşlərində ermənilərin 500-ə yaxın canlı qüvvə itki verdiyi ehtimal olunur.

Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik və Müdafiə nazirliklərinin kurasiyasında olan “Ermənistan Milli Qvardiyası” təşkilatı dövlətin sifarişi ilə 2016-cı ilin aprel ayında baş verən döyüşlərdə Ermənistanın itkilərini gizlətməyə yönələn geniş təbliğat işi aparmışdırlar.

Bu material isə həmin qurumun fəal üzvləri Arşak Zaxaryan, Hrand Toxadyan, Vardan Xaçatryan, Areq Nazaryan, Haryur Hambarçyan, Artur Xocabağyan və Davit Paryanın yalanlarını üzə çıxartmaq üçün yaxşı vasitədir.

Teqlər:
yüklənir...

XƏBƏR LENTİ

27.05.2017

Ermənistan üçün fəlakət ssenarisi: “Ölkədə 2 milyondan da az əhali qalacaq...”

27.05.2017

Separatçıların 4 növ təxribatı... Politoloq Elxan Şahinoğlunun rəyi (VİDEO)

27.05.2017

SSRİ-ni Əfqanıstan bataqlığında boğan adam - Zbiqnev Bjezinski

27.05.2017

Baş prokuror Göygöldə vətəndaşları qəbul edib

27.05.2017

Gözəl Bayramlı Bakı İstintaq Təcridxanasına köçürülüb

27.05.2017

Azərbaycan Prezidenti Zbiqnev Bjezinskinin vəfatı ilə əlaqədar başsağlığı verib

27.05.2017

Sabahdan ayların sultanı başlayır... - İmsak və iftar vaxtı

27.05.2017

Təyyarədə siqaret çəkən şəxsə9 il həbs cəzası

27.05.2017

Rusiya səfiri girov Dilqəmdən danışdı:“Əsgərov oraya necə gedib? Nəyə görə silahlı olub? Biz situasiyanı tam dərk edə bilməmişik”

26.05.2017

Stress çarxından sizdə də var? - Uşaqlarınıza verməyin

26.05.2017

680-700 bal toplayan məzunlar təkrar imtahan verəcək

26.05.2017

Şoyqu Zakir Həsənov və Sərkisyanla görüşür

26.05.2017

Prezident İlham Əliyev: “Cənub Qaz Dəhlizinə mane olmaq üçün böyük pullar sərf edirlər”

26.05.2017

Fikrət Məmmədov qəbul keçirəcək

26.05.2017

Elçin Quliyev generala ordenini təqdim etdi

26.05.2017

Müəllimlərin kütləvi ixtisarı başlayır - Rəsmi açıqlama

26.05.2017

DSX AXCP sədrinin müavininin saxlanılması ilə bağlı məlumat yaydı

26.05.2017

Məhkəmə Fətullah Gülənin Türkiyə vətəndaşlığından çıxarılması barədə qərar qəbul edib

26.05.2017

Bu mübarizəyə DTX cəlb edilib - MŞ sədri

26.05.2017

Sərkisyan hökumət üzvlərini təyin edib

26.05.2017

Rusiyalı həmsədr: “Danışıqların əsası yaxşı məlumdur və tərəflər bunu inkar etmir”

26.05.2017

Ermənistan parlamentinin spikeri Ara Babloyan: “Çox kədərlidir ki, biz öz gənclərimizi bu münaqişədə itiririk"

26.05.2017

Trampın NATO-da ilk açıqlaması: Rusiyadan qorunun

25.05.2017

Ermənistan işğalı bu yolla legitimləşdirmək istəyir

25.05.2017

İlham Əliyev 5 sərəncam imzaladı

25.05.2017

Türkiyə ilə bağlı 1 həftəyə qərar veriləcək - Rusiya

25.05.2017

Deputatlar NATO-nun sessiyasında iştirak edəcək

24.05.2017

Xocalıdan qalxan Ermənistan təyyarələri vurulacaq? - RƏSMİ

24.05.2017

Azərbaycanın 3 milyon vətəndaşı vergi ödəmir

24.05.2017

İlham Əliyev “Güzəştli mənzil” sistemi haqqında Əsasnamə”ni təsdiqləyib

24.05.2017

“Türkiyə qardaş Azərbaycanla çiyin-çiyinə addımlamaqda davam edəcək”

24.05.2017

Mehriban Əliyevanın fəaliyyəti yeni modeldir – Xarici KİV

Bütün Xəbərlər

FaceBook