Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Gədəbəyin sabiq icra başçısı həbs oluna bilər

Gədəbəyin sabiq icra başçısı həbs oluna bilər
yüklənir...

Bazar yanğınında Ramiz Yediyarovun izi yenidən araşdırılır; Fazil Məmmədovun kadrının müdhiş torpaq maxinasiyaları da araşdırılır

Gədəbəyin işdən çıxarılan icra başçısı Ramiz Yediyarovun fəaliyyəti yoxlanılır. Onun Gədəbəyə rəhbərlik etdiyi dövr ərzində rayonda baş vermiş, lakin sona qədər araşdırılmamış cinayət işləri yenidən araşdırılacaq.

Bu haqda redaksiyamıza daxil olan xəbərdə deyilir ki, Ramiz Yediyarov vəzifəyə təyinat aldığı ilk günlərdən başlayaraq patronu - sabiq vergi naziri Fazil Məmmədovun gözünə xoş görünən torpaq sahələrini, xüsusilə perspektivli əraziləri ələ keçirmək üçün fəaliyyət göstərib. Bu sırada Şəmkir və Gədəbəy rayonları arasında yerləşən Yasamal dağında təxminən 30 hektarlıq bir ərazi də var. Geniş meşə massivi olan ərazidə vaxtilə sakinlər istirahət edib. Yediyarovun və Şəmkirin icra başçısı Alimpaşa Məmmədovun “yüngül əli” ilə  “Yastı meşəsi” adlanan istirahət zonası da F.Məmmədovun saysız-hesabsız obyektlərindən birinə çevrilib.



Gədəbəyin mərkəzində yerləşən bazar da sabiq vergilər nazirinin “sinəsinə yatan” yerdə yerləşdiyindən 2013-cü ildə Ramiz Yediyarov həmin bazara da əl qoyub. Əvvəlcə rayonun kənarında, əkin-biçin sahələrinin ortasında, ən başlıcası isə pay torpağında bazar tikilib. Qanunsuz inşa edilən bazara sahibkarların köçmələri təklif olunub. Lakin Gədəbəyin mərkəzində yerləşən bazarın icarəçi-sahibkarları son dərəcə əlverişsiz olan təklifdən imtina ediblər. Günlərin birində isə R.Yediyarovun bazarın köçürülməsi planının germəkləşməsi üçün orada elə bir yanğın olub ki, 10 dəqiqənin içində bazar kibrit qutusu kimi yanıb külə dönüb.



2013-cü il aprelin 7-də baş verən yanğının videosu
Həmin dövrdə icarəçi sahibkarlar baş verənlərin araşdırılması üçün bir çox ünvanlara şikayətlər, məktublar yazıblar. Bu haqda mətbuatda da yazılar dərc olunub. Daş və betondan tikilmiş bazarda yanğından dərhal sonra Ramiz Yediyarov iclas çağırmışdı. İclasda sahibkarlara dəyən ziyanın ödənilməsi olmayıb. Eləcə bazarda çalışanlara deyib ki, yanğının qısaqapanmadan baş verib, vəssalam. İcarəçi sahibkarlara yanğın zamanı dəyən ziyan bu günə qədər də ödənməyib. Yediyarovun yanğından dərhal sonra ortaya atdığı qısaqapanma versiyası ilə icarəçi sahibkarlar razı deyildilər. Bildirirdilər ki, naqillərin yanmasından bazarın 10 dəqiqənin içində kül olması mümkün deyildi. Bazarda plastik işləmələr də yox idi ki, o cür gur alovlanma baş versin. Sanki bazara benzin və ya digər tez alışan maye səpmişdilər ki, 1 anın içində külə dönsün, heç kim malını oradan çıxara bilməsin. Sakinlər o zaman deyirdilər ki, məqsəd bazarın icarəçilərini müflisləşdirib bazardan çıxarmaq və güzəştli şərtlər qarşılığında onları Ramiz Yediyarovun qanunsuz inşa etdiyi rayon kənarındakı bazara köçürmək olub. Belə də olmuşdu. Ramiz Yediyarovun bazar planı yanğından sonra gerçəkləşmişdi.

GÉdÉbÉy ile ilgili görsel sonucu

4 il YAP-ın rayon təşkilatının sədri olmuş Ramazan Muradov da o dövrdə mətbuata açıqlamasında demişdi ki, bazar yandırılıb!

Yanğın baş verən dövrlərdə güclü dayaqları olan Ramiz Yediyarov, Fazil Məmmədov camaatın narazılığını administrativ yollarla yatırda bilmişdilər. Bazar sahibi də narazılığını büruzə verməmişdi. Görünürdü ki, onu razı sala biliblər. Sadəcə, bazardakı icarəçi sahibkarlar təzə bazara getmək istəmirdilər. Deyirdilər ki, təzə bazar mərkəzdən uzaqdır, ora müştəri gəlməyəcək. Bazar yandıqdan sonra isə icarəçi-sahibkarlar da məcbur olub başçının şərtlərini qəbul etdilər.

Yandırılan bazar rayonun mərkəzində yerləşirdi və uzun illər ərazi istifadəsiz qaldı. Fazil Məmmədov ərazini 2017-ci ildə quda olduğu Namiq Əliyevə peşkəş etmişdi. Əgər Fazil Məmmədov, ardından Ramiz Yediyarov vəzifələrindən çıxarılmasaydılar, Namiq Məmmədovun burada çoxmərtəbəli bina tikdirəcəyi deyilirdi.

Bunun üçün hazırlıqlar da görülmüşdü.

Sual oluna bilər ki, bazarın sahibi bu günə qədər niyə şikayət etməyib? Cavab isə belədir - bazarın yanmasından sahibinə ziyan dəyməyib. Çünki yandırıldığı iddia edilən  bazarda  ziyan çəkən icarəçilər olmuşdu. Bazar sahibinin özünə isə pay torpağında bazar tikib veriblər. Köhnə, yanmış bazarın torpağı da əlində qalıb, üstəlik, bir əlavə bazarı da var.

Məlumata görə, yanan bazarla yanaşı, Ramiz Yediyarovun Gədəbəydəki böyük torpaq saxtakarlığı da araşdırılacaq. Belə ki, araşdırmalarla müəyyən edilib ki, rayonun Söyüdlü kəndinin kənarındakı örüş sahələri Ramiz Yediyarovun əli ilə satılıb. Nazirlər Kabinetinin qərarına görə isə həmin ərazilər sırf örüş üçün nəzərdə tutulur. Ramiz Yediyarov isə örüş sahəsini təyinatı dəyişdirilmədən 38 nəfərə satıb.

38 nəfər ilkin sənəd, bələdiyyə qərarı olmadan, Dövlət və Torpaq Xəritəçəkmə Komitəsindən kadastr planı alıb. Hətta 38 nəfərdən 2 nəfərinin əlində reyestr xidmətindən çıxarışı ola-ola əlavə kadastr planı veriblər. Yəni “kupça”sı olan torpaq sahəsini başqa bir vətəndaşa veriblər.скачать dle 12.1

yüklənir...

XƏBƏR LENTİ

“Nar” 700 bal toplamış abituriyentləri mükafatlandıracaq
21.06.2018

“Nar” 700 bal toplamış abituriyentləri mükafatlandıracaq

Bankir Emin Zeynalov polisə müraciət edib – TƏFƏRRÜATLAR
20.06.2018

Bankir Emin Zeynalov polisə müraciət edib – TƏFƏRRÜATLAR

Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işdən çıxarılıb
20.06.2018

Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işdən çıxarılıb

Müdafiə naziri açıqladı: Ordumuz Laçın yolunu nəzarətə götürüb
20.06.2018

Müdafiə naziri açıqladı: Ordumuz Laçın yolunu nəzarətə götürüb

Pambıq tarlasında kütləvi zəhərlənmə - cinayət işi başlandı
20.06.2018

Pambıq tarlasında kütləvi zəhərlənmə - cinayət işi başlandı

Ordumuz Günnütü belə azad etdi - Nazirlik VİDEO YAYDI
20.06.2018

Ordumuz Günnütü belə azad etdi - Nazirlik VİDEO YAYDI

"Küləyin təsirindən bir neçə nəfər..." - İcra başçısından Prezidentin nəzarətində olan kütləvi zəhərlənməyə gülünc şərh
20.06.2018

"Küləyin təsirindən bir neçə nəfər..." - İcra başçısından Prezidentin nəzarətində olan kütləvi zəhərlənməyə gülünc şərh

Prezident zəhərlənməni nəzarətə götürdü - KTN, Baş Prokurorluq, Səhiyyə, FHN rəsmiləri İmişlidə
20.06.2018

Prezident zəhərlənməni nəzarətə götürdü - KTN, Baş Prokurorluq, Səhiyyə, FHN rəsmiləri İmişlidə

Zakir Həsənov: “İlham Əliyev Ermənistan prezidentini heç bir silahdan istifadə etmədən diplomatiya ilə məhv etdi”
20.06.2018

Zakir Həsənov: “İlham Əliyev Ermənistan prezidentini heç bir silahdan istifadə etmədən diplomatiya ilə məhv etdi”

Biləsuvarın icra başçısına bayraq ittihamı - "Gəlin əyri oturub düz danışaq..."
20.06.2018

Biləsuvarın icra başçısına bayraq ittihamı - "Gəlin əyri oturub düz danışaq..."

Nazir xidmət rəisini istefaya göndərdi
20.06.2018

Nazir xidmət rəisini istefaya göndərdi

HƏMAS hücuma keçdi: İsrail cavab zərbəsi endirdi
20.06.2018

HƏMAS hücuma keçdi: İsrail cavab zərbəsi endirdi

Türk ordusu PKK-nın “alınmaz qalası”nı aldı – Xəritə
20.06.2018

Türk ordusu PKK-nın “alınmaz qalası”nı aldı – Xəritə

Rusiyanın hücumuna hazır olmalıyıq - Prezident
20.06.2018

Rusiyanın hücumuna hazır olmalıyıq - Prezident

Putin Serji 600 milyona satdı: İrəvana Su-30, Bakıya isə...
20.06.2018

Putin Serji 600 milyona satdı: İrəvana Su-30, Bakıya isə...

Zəhərlənən pambıqçıların vəziyyəti necədir?
20.06.2018

Zəhərlənən pambıqçıların vəziyyəti necədir?

Rektorun səfir oğlu çaxır alveri ilə məşğuldur
20.06.2018

Rektorun səfir oğlu çaxır alveri ilə məşğuldur

Sabiq nazir özünə məxsus klinkada: Yanına heç kim buraxılmır
20.06.2018

Sabiq nazir özünə məxsus klinkada: Yanına heç kim buraxılmır

Əvəz Qocayev niyə icra başçısı ola bilmədi-BİNƏQƏDİNİN
20.06.2018

Əvəz Qocayev niyə icra başçısı ola bilmədi-BİNƏQƏDİNİN

“2020-ci İLDƏN SONRA RUSİYA DAĞILACAQ” – “Türkiyə gözlənilən qlobal böhrandan uduşla çıxacaq”
20.06.2018

“2020-ci İLDƏN SONRA RUSİYA DAĞILACAQ” – “Türkiyə gözlənilən qlobal böhrandan uduşla çıxacaq”

İcra başçısından sensasion açıqlama: “Qeyrətiniz varsa, ərəblərin Bakıdakı hərəkətlərinə dil uzadın”
20.06.2018

İcra başçısından sensasion açıqlama: “Qeyrətiniz varsa, ərəblərin Bakıdakı hərəkətlərinə dil uzadın”

Kompüter oyunlarına aludəçilik xəstəlik sayılacaq
19.06.2018

Kompüter oyunlarına aludəçilik xəstəlik sayılacaq

Rusiya KİV-i Paşinyanı “vurdu”:“Rusiya TV-ləri qadağan edilir, əlifbamıza "zibil" deyilir, biznes  üçün təhlükə yaranıb”
19.06.2018

Rusiya KİV-i Paşinyanı “vurdu”:“Rusiya TV-ləri qadağan edilir, əlifbamıza "zibil" deyilir, biznes üçün təhlükə yaranıb”

İspaniya kralının kürəkəni cəzasını qadın türməsində çəkəcək – Müəssisəni özü seçib
19.06.2018

İspaniya kralının kürəkəni cəzasını qadın türməsində çəkəcək – Müəssisəni özü seçib

Futbolçuları daşıyan təyyarə havada alışdı - Rusiyada dəhşətli olay
19.06.2018

Futbolçuları daşıyan təyyarə havada alışdı - Rusiyada dəhşətli olay

Kadırovdan ABŞ-a cavab: “Şimali Qafqazda təhlükə…”
19.06.2018

Kadırovdan ABŞ-a cavab: “Şimali Qafqazda təhlükə…”

Ərdoğan İncənin 18+ şeirlərindən danışdı
19.06.2018

Ərdoğan İncənin 18+ şeirlərindən danışdı

Müğənnilər vergidən necə yayınır? - Sövdələşmə - Video
19.06.2018

Müğənnilər vergidən necə yayınır? - Sövdələşmə - Video

ABŞ-da Mənbiç açıqlaması
19.06.2018

ABŞ-da Mənbiç açıqlaması

Bütün Xəbərlər

FaceBook