Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Xilaskarın möhtəşəm qayıdışı TARİXİ AN

Xilaskarın möhtəşəm qayıdışı TARİXİ AN
yüklənir...

“Prezident Əbülfəz Elçibəyin təyyarəsi iyunun 7-dən Naxçıvan hava limanında Heydər Əliyevi gözləyirdi. Baxmayaraq ki, Ulu Öndər hələ Bakıya getmək barədə qərar verməmişdi. İyunun 8-də saat 18 radələrində prezident Ə.Elçibəy dövlət telefonu ilə mənim otağıma zəng etdi. Onun dönə-dönə düz 3 dəfə təkrar edərək dediklərini mən də çox aydın şəkildə eşitdim: “Qoy, Bakıya gəlsin, onun ayağının altında qurban kəsərəm. Qardaş qırğını başlayır, Azərbaycan parçalana bilər. Heydər Əliyev indi də gəlməyib, nə vaxt gəlməlidir?!”. Bakıdan olan bu telefon zəngi barədə məlumat vermək üçün özünün icazəsi ilə dərhal Ulu Öndərin iş otağına gəldim və eşitdiklərimi olduğu kimi ona danışdım. O diqqətlə məni dinlədikdən sonra, - “Şəmsəddin, bir də təkrar elə”, - dedi. Mən də təkrar etdim. Ayağa durub kabinetdən çıxmaq istəyirdim ki, o məni saxlayaraq “hər şeyi olduğu kimi bir də danış”, - dedi. Mən də eşitdiklərimi yenidən təkrar etdim". Bu, Azərbaycan tarixinin ən şərəfli anlarının şahidi olan Şəmsəddin Xanbabayevin (1992-2000-ci illərdə Naxçıvan Muxtar Respublikasının Baş Naziri, hal-hazırda Xaçmaz rayon İcra Hakimiyyətinin Başçısı) SİA-nın əməkdaşı ilə söhbətindəndir.

Şəmsəddin Xanbabayev söhbətinə davam edərək bildirib ki, Ulu Öndər Azərbaycanda yaranmış mürəkkəb hərbi-siyasi vəziyyəti aradan qaldırmaq və qardaş qırğını təhlükəsinin qarşısını almaq məqsədilə iyunun 8-də axşam Bakıya dönmək barədə qərar verdi: "Tapşırdı ki, sən aidiyyatı şəxslərlə danış ki, bizim təyyarə Ermənistan üzərindn deyil, İran üzərindən uçsun. Özün də hazırlaş, mənimlə Bakıya gedəcəksən. Təbiidir ki, mən də onun adından kimlərlə lazımdısa danışaraq məsələni həll etdim. İyunun 9-da saat 11-də Ulu Öndər Ali Məclisin binasından çıxaraq hava limanına gedərkən Ali Məclisin qarşısına toplaşmış 50 mindən çox insan onu yola salmağa gəlmişdi. Toplaşanlar arasında Muxtar Respublikanın demək olar ki, bütün rayonlarından gələn çoxsaylı insanlar var idi. Qadınlarla yanaşı, hətta bəzi kişilər də ağlayırdı. İnsanlar sanki qorxurdular ki, bu gedişlə Heydər Əliyev Naxçıvansız, Naxçıvan isə Ulu Öndərsiz qalacaq. Əsas olan isə o idi ki, bu insanların hamısı sevindiyindən ağlayırdı. Hamı yaxşı bilirdi ki, o, Bakıya getməklə qardaş qırğını dayanacaq və Azərbaycan parçalanmaqdan xilas olacaq".

Şanlı tariximizi xatırlayan Ş.Xanbabayev qeyd edib ki, Naxçıvandan Bakıyadək 1 saat 5 dəqiqəlik uçuş zamanı mən təyyarədə masa arxasında Ulu Öndərlə üzbəüz oturmuşdum. O, yol boyu söhbət edirdi. Hərdən bir də fikrə gedirdi. Hiss edirdim ki, Ulu Öndər belə anlarda daha çox məhz qarşıdakı görüşlər, müstəqil Azərbaycanın yaxın və uzaq qayğıları barədə düşünür. O vaxtdan 25 il keçir və hər dəfə həmin tarixi anı xatırladıqca özümü çox xoşbəxt insan hesab edirəm.
Bakı hava limanında gözlədiyimizdən qat-qat artıq insan Ulu Öndəri qarşılamağa gəlmişdilər. Baxmayaraq ki, o zamanlar ölkə rəhbərliyində buna mane olmaq istəyənlər kifayət qədər çox idi. Görünür, Ümummilli Lideri qarşılamağa gələn insan axınına heç kim və heç bir vasitə ilə mane ola bilməmişdi. Bu, ölkənin ən çətin anında xilaskarlıq missiyasını qürurla öz üzərinə götürərək, şərəflə yerinə yetirən xalqımızın dahi oğlu, Ulu Öndər Heydər Əlirza oğluna olan sonsuz ümumxalq məhəbbətinin əyani təzahürü idi. Tanrıma minnətdaram ki, Azərbaycanın o şanlı tarixinin dönüş nöqtəsi olan həmin tarixi anların şahidi olmağı mənə də nəsib edib".скачать dle 12.1

yüklənir...

XƏBƏR LENTİ

Bankir Emin Zeynalov polisə müraciət edib – TƏFƏRRÜATLAR
20.06.2018

Bankir Emin Zeynalov polisə müraciət edib – TƏFƏRRÜATLAR

Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işdən çıxarılıb
20.06.2018

Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işdən çıxarılıb

Müdafiə naziri açıqladı: Ordumuz Laçın yolunu nəzarətə götürüb
20.06.2018

Müdafiə naziri açıqladı: Ordumuz Laçın yolunu nəzarətə götürüb

Pambıq tarlasında kütləvi zəhərlənmə - cinayət işi başlandı
20.06.2018

Pambıq tarlasında kütləvi zəhərlənmə - cinayət işi başlandı

Ordumuz Günnütü belə azad etdi - Nazirlik VİDEO YAYDI
20.06.2018

Ordumuz Günnütü belə azad etdi - Nazirlik VİDEO YAYDI

"Küləyin təsirindən bir neçə nəfər..." - İcra başçısından Prezidentin nəzarətində olan kütləvi zəhərlənməyə gülünc şərh
20.06.2018

"Küləyin təsirindən bir neçə nəfər..." - İcra başçısından Prezidentin nəzarətində olan kütləvi zəhərlənməyə gülünc şərh

Prezident zəhərlənməni nəzarətə götürdü - KTN, Baş Prokurorluq, Səhiyyə, FHN rəsmiləri İmişlidə
20.06.2018

Prezident zəhərlənməni nəzarətə götürdü - KTN, Baş Prokurorluq, Səhiyyə, FHN rəsmiləri İmişlidə

Zakir Həsənov: “İlham Əliyev Ermənistan prezidentini heç bir silahdan istifadə etmədən diplomatiya ilə məhv etdi”
20.06.2018

Zakir Həsənov: “İlham Əliyev Ermənistan prezidentini heç bir silahdan istifadə etmədən diplomatiya ilə məhv etdi”

Biləsuvarın icra başçısına bayraq ittihamı - "Gəlin əyri oturub düz danışaq..."
20.06.2018

Biləsuvarın icra başçısına bayraq ittihamı - "Gəlin əyri oturub düz danışaq..."

Nazir xidmət rəisini istefaya göndərdi
20.06.2018

Nazir xidmət rəisini istefaya göndərdi

HƏMAS hücuma keçdi: İsrail cavab zərbəsi endirdi
20.06.2018

HƏMAS hücuma keçdi: İsrail cavab zərbəsi endirdi

Türk ordusu PKK-nın “alınmaz qalası”nı aldı – Xəritə
20.06.2018

Türk ordusu PKK-nın “alınmaz qalası”nı aldı – Xəritə

Rusiyanın hücumuna hazır olmalıyıq - Prezident
20.06.2018

Rusiyanın hücumuna hazır olmalıyıq - Prezident

Putin Serji 600 milyona satdı: İrəvana Su-30, Bakıya isə...
20.06.2018

Putin Serji 600 milyona satdı: İrəvana Su-30, Bakıya isə...

Zəhərlənən pambıqçıların vəziyyəti necədir?
20.06.2018

Zəhərlənən pambıqçıların vəziyyəti necədir?

Rektorun səfir oğlu çaxır alveri ilə məşğuldur
20.06.2018

Rektorun səfir oğlu çaxır alveri ilə məşğuldur

Sabiq nazir özünə məxsus klinkada: Yanına heç kim buraxılmır
20.06.2018

Sabiq nazir özünə məxsus klinkada: Yanına heç kim buraxılmır

Əvəz Qocayev niyə icra başçısı ola bilmədi-BİNƏQƏDİNİN
20.06.2018

Əvəz Qocayev niyə icra başçısı ola bilmədi-BİNƏQƏDİNİN

“2020-ci İLDƏN SONRA RUSİYA DAĞILACAQ” – “Türkiyə gözlənilən qlobal böhrandan uduşla çıxacaq”
20.06.2018

“2020-ci İLDƏN SONRA RUSİYA DAĞILACAQ” – “Türkiyə gözlənilən qlobal böhrandan uduşla çıxacaq”

İcra başçısından sensasion açıqlama: “Qeyrətiniz varsa, ərəblərin Bakıdakı hərəkətlərinə dil uzadın”
20.06.2018

İcra başçısından sensasion açıqlama: “Qeyrətiniz varsa, ərəblərin Bakıdakı hərəkətlərinə dil uzadın”

Kompüter oyunlarına aludəçilik xəstəlik sayılacaq
19.06.2018

Kompüter oyunlarına aludəçilik xəstəlik sayılacaq

Rusiya KİV-i Paşinyanı “vurdu”:“Rusiya TV-ləri qadağan edilir, əlifbamıza "zibil" deyilir, biznes  üçün təhlükə yaranıb”
19.06.2018

Rusiya KİV-i Paşinyanı “vurdu”:“Rusiya TV-ləri qadağan edilir, əlifbamıza "zibil" deyilir, biznes üçün təhlükə yaranıb”

İspaniya kralının kürəkəni cəzasını qadın türməsində çəkəcək – Müəssisəni özü seçib
19.06.2018

İspaniya kralının kürəkəni cəzasını qadın türməsində çəkəcək – Müəssisəni özü seçib

Futbolçuları daşıyan təyyarə havada alışdı - Rusiyada dəhşətli olay
19.06.2018

Futbolçuları daşıyan təyyarə havada alışdı - Rusiyada dəhşətli olay

Kadırovdan ABŞ-a cavab: “Şimali Qafqazda təhlükə…”
19.06.2018

Kadırovdan ABŞ-a cavab: “Şimali Qafqazda təhlükə…”

Ərdoğan İncənin 18+ şeirlərindən danışdı
19.06.2018

Ərdoğan İncənin 18+ şeirlərindən danışdı

Müğənnilər vergidən necə yayınır? - Sövdələşmə - Video
19.06.2018

Müğənnilər vergidən necə yayınır? - Sövdələşmə - Video

ABŞ-da Mənbiç açıqlaması
19.06.2018

ABŞ-da Mənbiç açıqlaması

Rusiyalı politoloq:“Sərkisyan Qarabağı Paşinyanın əleyhinə olan bazaya çevirmək istəyir”
19.06.2018

Rusiyalı politoloq:“Sərkisyan Qarabağı Paşinyanın əleyhinə olan bazaya çevirmək istəyir”

Bütün Xəbərlər

FaceBook