Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Türkiyəli professor: “Yanlış iqtisadi siyasət ölkəni bu vəziyyətə gətirdi”

Türkiyəli professor: “Yanlış iqtisadi siyasət ölkəni bu vəziyyətə gətirdi”
yüklənir...

Türkiyənin məşhur iqtisadçısı, professor Esfender Korkmazın APA-ya müsahibəsini təqdim edirik:

- Türk lirəsinin sürətlə dəyərini itirməsinin səbəbi nədir? Bunun qarşısı niyə alınmır və ya alına bilmir?
- Hal-hazırda dollar öz nominal dəyərindən 25-26% daha dəyərlidir. Mərkəzi Bankın 2003-cü real məzənnə indeksinə görə, tarazlıq məzənnəsi kimi 1 dolların 3,60 Türkiyə lirəsinə bərabər olması lazımdır. Türk lirəsinin dəyər itirməsi AKP iqtidarının 16 ildən bəri davam etdirməyə çalışdığı “isti” pula və xarici borca əsaslanan böyümə və günlük pul siyasətinin nəticəsidir. Bu siyasət iqtisadiyyatı “sınmağa” çox meylli hala gətirdi. Xarici faktorlardan müstəqil şəkildə birja və məzənnə çox sürətli hərəkət edir.

"Türk lirəsinin dəyər itirməsi iqtidarın 16 ildən bəri davam etdirməyə çalışdığı “isti” pula və xarici borca əsaslanan böyümə və gündəlik pul siyasətinin nəticəsidir"
Türkiyə Statistika Qurumunun (TÜİK) məlumatlarına görə, banklardakı hesabların faizləri sıfırdan aşağıdır. Bu şərtlərdə əlində pulu olan adamlar o pulu inflyasiya qarşısında əriməkdən xilas etmək üçün ya hərəkətsiz əmlak, ya qızıl, ya da valyuta alır. Saxlama və başqa yerə göndərmək baxımından valyuta daha konvertasiya edilə bilən investisiya vasitəsidir. Bu vəziyyət valyutaya olan tələbi artırır. Və nəhayət, iqtisadiyyatın təməli olan infrastruktur da pozuldu. Türkiyə hüququn üstünlüyü sahəsində beynəlxalq standartların gerisinə düşdü. Məhkəmələrin müstəqilliyi mübahisə mövzusuna çevrildi. İnsan haqlarına, mətbuat azadlığına və siyasi azadlıqlara məhdudiyyətlər qoyuldu. Dövlətin imkanları ilə “tərəfdar” media yaradıldı. Fövqəladə vəziyyət davam edir, bu şəraitdə qəbul edilən qərarların məzmunu Konstitusiyanın sərhədlərini aşıb keçdi. Bunun nəticəsində siyasi iqtidara qarşı etimadsızlıq yarandı.

Bu iqtisadi və siyasi infrastruktur problemləri valyutanın məzənnəsinin artmasına səbəb olur.

- Prezidentin aşağı faiz təzyiqi Türkiyə iqtisadiyyatını hara aparar? Bu durumda Mərkəzi Bank öz müstəqilliyini itirmirmi?
- Mənfi real faizin ilk təsiri məzənnələrin artmasıdır. Bu vəziyyət qənaət meylinin aşağı düşməsinə, istehlakın artmasına, inflyasiyaya səbəb olur və valyutaya olan tələbin artmasına yol açır. Ümumi qənaətə mənfi təsir göstərir. Elə buna görə də Türkiyə iqtisadiyyatı əcnəbi maliyyə mənbələrinə və xaricdən alınan borclara bağlı olaraq böyüyür. Mərkəzi Banka müdaxilə etmək Bankın fəaliyyətini tənzimləyən qanuna ziddir. Onsuz da siyasi iqtidar Mərkəzi Bankın müstəqilliyini tanımır və bu yanaşması ilə hüquqa zidd hərəkət edir. 

- Qısa müddətdə təxminən 240 milyard dollar borc ödənməsindən söhbət gedir. Türkiyə bu qədər pulu haradan tapacaq?
- Türkiyə qısamüddətli xarici borclarını ödəməkdə çətinlik çəkir.

"Hal-hazırda Yunanıstandan başqa xarici borcları riskli vəziyyətdə olan digər ölkə Türkiyədir"
Hal-hazırda Yunanıstandan başqa xarici borcları riskli vəziyyətdə olan digər ölkə Türkiyədir. Elə buna görə də xarici borcun sığorta ödəməsi 288%-ə çıxıb ki, bununla da Türkiyə dünyanın o biri ölkələrindən çox qabaqdadır. Dünya bazarında 3% ilə borc almaq mümkün ikən, Türkiyə 6% və daha yüksək faizlərlə borc pul tapa bilir.

- Beynəlxalq kredit qurumlarının yenidən Türkiyənin etibarını aşağı salmasından söhbət gedir. O qurumların Türkiyəyə qarşı hər hansı şəxsi-qərəzi varmı?
- Qısa müddət əvvəl beynəlxalq kredit dərəcələndirmə qurumu “Fitch” Türkiyəni, Argentinanı  və Ukraynanı “sınmağa” ən yaxın ölkələr kimi göstərdi.

"Türkiyə BVF ilə müzakirəyə başlamaq məcburiyyətində qalacaq"
Ukrayna Beynəlxalq Valyuta Fondu ilə 14-18 milyard dollarlıq kredit sazişi imzaladı. Argentina BVF-dən 30 milyard dollar kredit istədi. Türkiyə də BVF ilə müzakirəyə başlamaq məcburiyyətində qalacaq. Əgər kredit dərəcələndirmə qurumları bir ölkəyə, bir dövlətə və ya banka qarşı qərəzli hərəkət edərsə, məlumat verdiyi müştərilər baxımından etibarı sarsıdar, müştərisi qalmaz və iflas edər.
скачать dle 12.1

yüklənir...

XƏBƏR LENTİ

Bankir Emin Zeynalov polisə müraciət edib – TƏFƏRRÜATLAR
20.06.2018

Bankir Emin Zeynalov polisə müraciət edib – TƏFƏRRÜATLAR

Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işdən çıxarılıb
20.06.2018

Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işdən çıxarılıb

Müdafiə naziri açıqladı: Ordumuz Laçın yolunu nəzarətə götürüb
20.06.2018

Müdafiə naziri açıqladı: Ordumuz Laçın yolunu nəzarətə götürüb

Pambıq tarlasında kütləvi zəhərlənmə - cinayət işi başlandı
20.06.2018

Pambıq tarlasında kütləvi zəhərlənmə - cinayət işi başlandı

Ordumuz Günnütü belə azad etdi - Nazirlik VİDEO YAYDI
20.06.2018

Ordumuz Günnütü belə azad etdi - Nazirlik VİDEO YAYDI

"Küləyin təsirindən bir neçə nəfər..." - İcra başçısından Prezidentin nəzarətində olan kütləvi zəhərlənməyə gülünc şərh
20.06.2018

"Küləyin təsirindən bir neçə nəfər..." - İcra başçısından Prezidentin nəzarətində olan kütləvi zəhərlənməyə gülünc şərh

Prezident zəhərlənməni nəzarətə götürdü - KTN, Baş Prokurorluq, Səhiyyə, FHN rəsmiləri İmişlidə
20.06.2018

Prezident zəhərlənməni nəzarətə götürdü - KTN, Baş Prokurorluq, Səhiyyə, FHN rəsmiləri İmişlidə

Zakir Həsənov: “İlham Əliyev Ermənistan prezidentini heç bir silahdan istifadə etmədən diplomatiya ilə məhv etdi”
20.06.2018

Zakir Həsənov: “İlham Əliyev Ermənistan prezidentini heç bir silahdan istifadə etmədən diplomatiya ilə məhv etdi”

Biləsuvarın icra başçısına bayraq ittihamı - "Gəlin əyri oturub düz danışaq..."
20.06.2018

Biləsuvarın icra başçısına bayraq ittihamı - "Gəlin əyri oturub düz danışaq..."

Nazir xidmət rəisini istefaya göndərdi
20.06.2018

Nazir xidmət rəisini istefaya göndərdi

HƏMAS hücuma keçdi: İsrail cavab zərbəsi endirdi
20.06.2018

HƏMAS hücuma keçdi: İsrail cavab zərbəsi endirdi

Türk ordusu PKK-nın “alınmaz qalası”nı aldı – Xəritə
20.06.2018

Türk ordusu PKK-nın “alınmaz qalası”nı aldı – Xəritə

Rusiyanın hücumuna hazır olmalıyıq - Prezident
20.06.2018

Rusiyanın hücumuna hazır olmalıyıq - Prezident

Putin Serji 600 milyona satdı: İrəvana Su-30, Bakıya isə...
20.06.2018

Putin Serji 600 milyona satdı: İrəvana Su-30, Bakıya isə...

Zəhərlənən pambıqçıların vəziyyəti necədir?
20.06.2018

Zəhərlənən pambıqçıların vəziyyəti necədir?

Rektorun səfir oğlu çaxır alveri ilə məşğuldur
20.06.2018

Rektorun səfir oğlu çaxır alveri ilə məşğuldur

Sabiq nazir özünə məxsus klinkada: Yanına heç kim buraxılmır
20.06.2018

Sabiq nazir özünə məxsus klinkada: Yanına heç kim buraxılmır

Əvəz Qocayev niyə icra başçısı ola bilmədi-BİNƏQƏDİNİN
20.06.2018

Əvəz Qocayev niyə icra başçısı ola bilmədi-BİNƏQƏDİNİN

“2020-ci İLDƏN SONRA RUSİYA DAĞILACAQ” – “Türkiyə gözlənilən qlobal böhrandan uduşla çıxacaq”
20.06.2018

“2020-ci İLDƏN SONRA RUSİYA DAĞILACAQ” – “Türkiyə gözlənilən qlobal böhrandan uduşla çıxacaq”

İcra başçısından sensasion açıqlama: “Qeyrətiniz varsa, ərəblərin Bakıdakı hərəkətlərinə dil uzadın”
20.06.2018

İcra başçısından sensasion açıqlama: “Qeyrətiniz varsa, ərəblərin Bakıdakı hərəkətlərinə dil uzadın”

Kompüter oyunlarına aludəçilik xəstəlik sayılacaq
19.06.2018

Kompüter oyunlarına aludəçilik xəstəlik sayılacaq

Rusiya KİV-i Paşinyanı “vurdu”:“Rusiya TV-ləri qadağan edilir, əlifbamıza "zibil" deyilir, biznes  üçün təhlükə yaranıb”
19.06.2018

Rusiya KİV-i Paşinyanı “vurdu”:“Rusiya TV-ləri qadağan edilir, əlifbamıza "zibil" deyilir, biznes üçün təhlükə yaranıb”

İspaniya kralının kürəkəni cəzasını qadın türməsində çəkəcək – Müəssisəni özü seçib
19.06.2018

İspaniya kralının kürəkəni cəzasını qadın türməsində çəkəcək – Müəssisəni özü seçib

Futbolçuları daşıyan təyyarə havada alışdı - Rusiyada dəhşətli olay
19.06.2018

Futbolçuları daşıyan təyyarə havada alışdı - Rusiyada dəhşətli olay

Kadırovdan ABŞ-a cavab: “Şimali Qafqazda təhlükə…”
19.06.2018

Kadırovdan ABŞ-a cavab: “Şimali Qafqazda təhlükə…”

Ərdoğan İncənin 18+ şeirlərindən danışdı
19.06.2018

Ərdoğan İncənin 18+ şeirlərindən danışdı

Müğənnilər vergidən necə yayınır? - Sövdələşmə - Video
19.06.2018

Müğənnilər vergidən necə yayınır? - Sövdələşmə - Video

ABŞ-da Mənbiç açıqlaması
19.06.2018

ABŞ-da Mənbiç açıqlaması

Rusiyalı politoloq:“Sərkisyan Qarabağı Paşinyanın əleyhinə olan bazaya çevirmək istəyir”
19.06.2018

Rusiyalı politoloq:“Sərkisyan Qarabağı Paşinyanın əleyhinə olan bazaya çevirmək istəyir”

Bütün Xəbərlər

FaceBook