Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Dünyanın ən qeyri-adi qalası – O, Xəzərin dərinliklərində üzür...

Dünyanın ən qeyri-adi qalası – O, Xəzərin dərinliklərində üzür...
yüklənir...

Bayıl qalası bəzən, “Bayıl qəsri” də adlandırılır.  XIII ərdə inşa edilən qala Bakıda baş verən güclü zəlzələ nəticəsində suların altında qalır. Zaman-zaman Xəzər dənizində suların azalıb-çoxalması ilə əlaqədar gah üzə çıxıb, gah da yenidən görünməz olub. Arif Ərdəbilinin “Fərhadnamə” poemasında da “Bayıl qəsri” haqqında maraqlı məlumatlar verilib. Qalanın uzunluğu 180, eni isə 35 metrdi. Bugün də suyun altında olan qala bir əsrə yaxındır ki, alimlər tərəfindən tədqiq edilir. 

Moderator.az xəbər verir ki, qalanın Xəzərin dibində olması elm aləminə  çoxdan məlumdur. Hələ 1782-ci ildə rus xəritəçiləri tərəfindən tərtib edilən Bakı limanının xəritəsində "Bayıl daşları"nın sudan çıxmağa başladığı qeyd edilib. Bu marağın səbəbi abidədən daha çox, Xəzər dənizinin səviyyəsi məsələsi ilə əlaqədar olub. Həmçinin Abbasqulu ağa Bakıxanov da maraqlı adıçəkilən qala haqqında maraqlı məlumat verib.
Tədqiqatlar nəticəsində müəyyənləşib ki, qəsr Xəzər dənizinin sahilə yaxın hissəsində, Bayıl təpələrindən birində 1232-1233-cü illərdə Şirvanşah Gərşəsbin oğlu Fəribürzün dövründə tikilib. Qalada aparılan tədqiqatlar zamanı "Bayıl qəsri"nin memarı Əbdül-Məcid Məsud oğlunun adının əks olunduğu yazı fraqmenti tapılıb. Bu memar eyni vaxtda, yəni 1232-ci ildə Abşeronun vahid müdafiə sisteminə daxil olan, şəhəri və Bayıl qəsrini şimaldan müdafiə edən Mərdəkan dəyirmi qalasını da tikib. Bayıl qəsrinin tikintisində istifadə edilən daşların quruluşu təxminən səkkiz əsr bundan əvvəl Azərbaycanda memarlıq sənətinin yüksək səviyyədə olduğunu təsdiq edir. Üzərində ardıcıl olaraq Şirvanşahların adları yazılan daşlarda hər hökmdarın adının üzərində onların rəmzləri olan simmetrik insan, heyvan, quş və mifik təsvirlər verilib.

Mütəxəssislərin əksəriyyəti bu fikirdədir ki, qəsr dörd yüz ildən artıq Xəzər suları altında gizlənməsəydi, Abşeronun bir çox abidələri kimi bu qaladan da iz qalmayacaqdı. 1939 – 1969 – cu illər ərzində qəsr ərazisində aparılan arxeoloji tədqiqat işlərində divar uçuqları altından və su dibindən 700 – dən artıq yazılı daş tavalar çıxarıldı.  Bugün Bayıl qalasının çox hissəsi eroziyaya uğrayıb.
 
Qalanın yalnız müəyyən hissəsi sağ-salamatdır. Lakin bu da onun memarlıq üslubuna, tarixiliyinə xələl gətirmir. 
Abidənin on beş qülləsi var. Bunlardan yalnız şimal-qərb tinindəki və cənubdakı iki qüllə dairəvi formada olub, içərisi boşdur. İçərisi bütöv qalan on iki qüllənin hamısı yarımdairə şəklindədir. Künclərdə olan üç dairəvi qüllənin qəsrə girmək üçün 1,3 m enində qapısı var. Səkkiz və doqquzuncu qüllələri birləşdirən cənub divarında, habelə on dörd və on beşinci qüllələri birləşdirən şimal qərb-divarında da 1,6 m enində qapı qoyulub. Qüllələrin bəzilərində yuxarı hissəyə çıxmaq üçün daş pilləkənlər mövcuddur. Bütün divar boyu, kürsülükdən yuxarıda, hər 15 – 20 m məsafədən bir dördbucaqlı formalı məsafələr qalıb.
Abidənin tədqiqi zamanı onun dövrünü göstərən materiallar da əldə olunub. Bəzi daşların üzərində hicri 632 – ci il tarixi qeyd olunub ki, bu da miladi 1232 – 1235 – ci illərə müvafiqdir. Bundan əlavə 1939 – cu ildə burdan tapılan mis pullar üzərində Şirvanşah Güştasp Fərruxzadə və Xəlif əl-Nəsirin adları yazılıb.

Bayıl qalasının cənub qapısı və qarşısındakı tikililər dəniz ticarəti ilə bağlı olduğu halda, sahilə yaxın şimal qapısı və qarşısındakı tikililər Şirvanşahların iqamətgahı olub. Qəsrin ortasında-daş döşəməli meydançada monumental bir tikilinin özülü üzə çıxarılıb. Bəzi araşdırmaçılar bu yerdə Abşeron qalalarının ənənəvi qüllələri tipində bir qüllənin ucaldığını söylədikləri halda, əksər tədqiqatçılar onu atəşgah və ya məbəd qalıqları sayır. 

Bugün  ölkəmizə gələn xarici qonaqların,  turistlərin  hamının bildiyi  tarixi abidələrlə yanaşı, “Bayıl qəsri” kimi qədim şəhər sirləri ilə də tanış olmaları çox vacibdir. Tarixçi-etnoqrafların sözlərinə görə, əgər “Bayıl qəsri” suyun altında olmasa idi, o da Bakıdakı çoxsaylı abidələr kimi tarix səhifəsindən silinəcəkdi. Bakının görünməyən tarixi ilə bağlı cəmi iki fakta toxunduq. Lakin Sara Aşurbəylinin “Bakının tarixi”, “Şirvanşahlar dövləti” əsərlərində, Qılman İlkinin “Bakı və bakılılar”, Manaf Süleymanovun “Eşitdiklərim, gördüklərim, bildiklərim”  adlı sənədli monoqrafiyalarında  Bakının görünməyən tarixi haqqında xeyli məlumat əldə edə bilərik.
скачать dle 12.1

yüklənir...

XƏBƏR LENTİ

“Alıcılıq qabiliyyətinin azalmasına səbəb olacaq” – EKSPERT
24.05.2018

“Alıcılıq qabiliyyətinin azalmasına səbəb olacaq” – EKSPERT

Mübariz Qurbanlı azanla bağlı xəbərdarlıq etdi
24.05.2018

Mübariz Qurbanlı azanla bağlı xəbərdarlıq etdi

Ali Attestasiya Komissiyasının sədri məhkəməyə verilib
24.05.2018

Ali Attestasiya Komissiyasının sədri məhkəməyə verilib

İTV ətrafında həbslər gözlənilir – kanalda ciddi korrupsiya faktları aşkarlanıb
24.05.2018

İTV ətrafında həbslər gözlənilir – kanalda ciddi korrupsiya faktları aşkarlanıb

“Əli İnsanovun ailəsinə ölkədən çıxışa qadağa qoyulub” – Sabiq nazirin vəkilindən iddialara reaksiya
24.05.2018

“Əli İnsanovun ailəsinə ölkədən çıxışa qadağa qoyulub” – Sabiq nazirin vəkilindən iddialara reaksiya

Rüstəm İbrahimbəyov milli xəyanət yoluna kino ştampını da vurdu
24.05.2018

Rüstəm İbrahimbəyov milli xəyanət yoluna kino ştampını da vurdu

Tapdıq Abbas BDYPİ-nin rüşvət mexanizmini ifşa etdi: “Səhər saat 9-45-də 1000 manat rüşvət verildi”
24.05.2018

Tapdıq Abbas BDYPİ-nin rüşvət mexanizmini ifşa etdi: “Səhər saat 9-45-də 1000 manat rüşvət verildi”

Valideynlər Ceyhun Bayramova müraciət etdilər - Şamaxıdan
24.05.2018

Valideynlər Ceyhun Bayramova müraciət etdilər - Şamaxıdan

Prezident və məmurlar ciddi şəkildə oruc tuturlar - İBRƏTAMİZ...
24.05.2018

Prezident və məmurlar ciddi şəkildə oruc tuturlar - İBRƏTAMİZ...

Amerikada erməni dələduzluğu - 8 milyon dollarlıq cinayət
24.05.2018

Amerikada erməni dələduzluğu - 8 milyon dollarlıq cinayət

“Ən pisi İbrahimbəyov vaxtilə prezidentliyə namizəd olub”
24.05.2018

“Ən pisi İbrahimbəyov vaxtilə prezidentliyə namizəd olub”

"Bu xəyanətinin arxasında köynəyinin altında məharətlə gizlətdiyi paqonlarının "ağırlığı" durur"
24.05.2018

"Bu xəyanətinin arxasında köynəyinin altında məharətlə gizlətdiyi paqonlarının "ağırlığı" durur"

“Avropa şirkətləri İranı tərk etməli olacaqlar”
24.05.2018

“Avropa şirkətləri İranı tərk etməli olacaqlar”

Türkiyəli professor: “Yanlış iqtisadi siyasət ölkəni bu vəziyyətə gətirdi”
24.05.2018

Türkiyəli professor: “Yanlış iqtisadi siyasət ölkəni bu vəziyyətə gətirdi”

ABŞ-ın yeni dövlət katibi erməniləri məyus etdi
24.05.2018

ABŞ-ın yeni dövlət katibi erməniləri məyus etdi

İsrail parlamenti "erməni soyqırımı"nı müzakirəyə çıxarır
24.05.2018

İsrail parlamenti "erməni soyqırımı"nı müzakirəyə çıxarır

Arzu Əliyeva Cümhuriyyətin 100 illiyi ilə bağlı film çəkib - VİDEO
24.05.2018

Arzu Əliyeva Cümhuriyyətin 100 illiyi ilə bağlı film çəkib - VİDEO

BVF: Azərbaycan regionun ən varlı, Ermənistanı isə ən kasıb ölkəsidir
24.05.2018

BVF: Azərbaycan regionun ən varlı, Ermənistanı isə ən kasıb ölkəsidir

BBC ilə prezident arasında qalmaqal: "Yazını saytdan silin..."
24.05.2018

BBC ilə prezident arasında qalmaqal: "Yazını saytdan silin..."

"50, 100 manatlıq əskinaslar dövriyyədən çıxarılacaq, 300 manatlıq buraxılacaq" - Deputatdan anons
24.05.2018

"50, 100 manatlıq əskinaslar dövriyyədən çıxarılacaq, 300 manatlıq buraxılacaq" - Deputatdan anons

Azərbaycanlıların vizasız gedə biləcəkləri ölkələr - SİYAHI
24.05.2018

Azərbaycanlıların vizasız gedə biləcəkləri ölkələr - SİYAHI

Zöhrə Abdullayevanın oğlu vəfat etdi - FOTO
24.05.2018

Zöhrə Abdullayevanın oğlu vəfat etdi - FOTO

Ermənistanın yeni təhsil naziri rus dilinə qarşı çıxış edib
24.05.2018

Ermənistanın yeni təhsil naziri rus dilinə qarşı çıxış edib

Sovet əfsanəsi qayıdır: Bazara “Volqa” gəlir
24.05.2018

Sovet əfsanəsi qayıdır: Bazara “Volqa” gəlir

Veysəloğlu Şirkəti Belarusiyadan idxal etdiyi kərə yağlarının keyfiyyətinə zəmanət verir
24.05.2018

Veysəloğlu Şirkəti Belarusiyadan idxal etdiyi kərə yağlarının keyfiyyətinə zəmanət verir

İBRAHİMBƏYOVDAN XƏYANƏTKAR DAVRANIŞ – Əli Həsənov çağırış etdi
24.05.2018

İBRAHİMBƏYOVDAN XƏYANƏTKAR DAVRANIŞ – Əli Həsənov çağırış etdi

Bakı Şəhər İcra Hakimiyyətində Fidumə Hüseynova hökmranlığı
23.05.2018

Bakı Şəhər İcra Hakimiyyətində Fidumə Hüseynova hökmranlığı

Yeni nazir İnam Kərimov Əbülfəz Məlikovu çək-çevirə sala bilər… – “Fermer evləri” layihəsi niyə dayandı?
23.05.2018

Yeni nazir İnam Kərimov Əbülfəz Məlikovu çək-çevirə sala bilər… – “Fermer evləri” layihəsi niyə dayandı?

Hadi Rəcəbli: Boşanmaların səbəbi “Facebook”dur
23.05.2018

Hadi Rəcəbli: Boşanmaların səbəbi “Facebook”dur

Bütün Xəbərlər

FaceBook