Ana səhifə |     Haqqımızda |     Online ödəmə |     Əlaqə
  

Terefdar.Az

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: (+994) 55 895 11 55

Cəbhədə təxribat törədir, ordunu İrəvana yeridir və… - Millət vəkili

Cəbhədə təxribat törədir, ordunu İrəvana yeridir və… - Millət vəkili
yüklənir...

Torpaqlarımızı işğal etmiş Ermənistanda hazırda ciddi və gərgin proseslər davam edir. Ermənistandakı siyasi qüvvələr ölkə daxilində üstünlük əldə etmək üçün cəbhə xəttində müxtəlif təxribatlara əl ata bilərlər. Həm Nikol Paşinyanın, həm Serj Sərkisyanın tərəfdarları, həm də yaranmış vəziyyətdə hakimiyyətə göz dikmiş üçüncü qüvvə bu addımı ata bilər.

Tərəfdar.az xəbər verir ki, bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev APA-ya geniş müsahibəsində Dağlıq Qarabağla bağlı Milli Məclisdə xüsusi dinləmələr keçirilməsi təklifinin səbəblərini izah edərkən deyib. O bildirib ki, Ermənistanın siyasi elitası, o cümlədən hərbi-sənaye kompleksinə, orduya daxil olan şəxslərin bir hissəsi artıq Sərkisyan gedəndən sonra Nikol Paşinyanı da ciddi qəbul etməyib, özləri hakimiyyəti ələ almaq fikrinə düşə bilərlər:

“Cəbhədə təxribat törədib, daha sonra qoşunu İrəvana çəkib öz aralarında haqq-hesab çəkə bilərlər. Bütün bu baş verənlər isə bizim ölkə üçün son dərəcədə əhəmiyyətlidir. Torpaqlarımızın 20 faizini işğal altında saxlamış dövlətdə ciddi siyasi hadisələr baş verir. Ona görə də Milli Məclisin xüsusi iclası çağırılmalı, hökumət ora dəvət olunmalıdır. Hesab edirəm ki, prezident də Milli Məclisdə danışıqların gedişi barədə məlumat verə bilər. Torpaqların işğaldan azad olunması ilə bağlı siyasət nədən ibarətdir - bu barədə də parlamentə məlumat verilməlidir və millət vəkillərinin fikirləri dinlənilməlidir. Elə məsələlər var ki, mediada deyə bilmirəm, parlamentin qapalı iclasında açıq danışa və məsələləri müzakirə edə bilərik”.

Millət vəkili bildirib ki, hakimiyyətə gəlməyə çalışan Nikol Paşinyan Rusiya ilə müttəfiqlik münasibətlərini qoruyub saxlayacağı barədə and-aman etsə də, o, daha çox qərbyönümlü elektoratın təmsilçisidir. Nikol Paşinyan mütəmadi olaraq Ermənistanın Avrasiya İttifaqından çıxması ilə bağlı çağırışlar edib:

“Bundan başqa, Nikol Paşinyan Dağlıq Qarabağ məsələsində Serj Sərkisyandan da sərt və radikal mövqe sərgiləyir. Ona görə də bu məsələdə Azərbaycanın bəzi maraqları Rusiya ilə də üst-üstə düşə bilər. Bu səbəbdən də Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərlə, xüsusilə də Rusiya ilə intensiv danışıqlar aparmalıdır. Biz çalışmalıyıq ki, Azərbaycan öz ədalətli, haqlı dövlət maraqlarını təmin etmək üçün yaranmış vəziyyətdən istifadə edə bilsin. Əminəm ki, Ermənistanda qərbyönümlü siyasət yürüdənlər böyük bir ümid qırıqlığına düçar olacaq. Ola bilsin ki, Ermənistanda hərbi qiyam baş versin. Qiyamın nəticəsi olaraq İrəvanda qərbyönümlü hakimiyyət gedir, insanlar ümidsizliyə düçar olur və xalq uzun illər Ermənistanda siyasətdən kənara çəkilir. Beləliklə də Rusiya Ermənistanda uzun illər istədiyi şəxsi hakimiyyətə gətirir, problemsiz Ermənistanı idarə edir”.

Q.Həsənquliyevin sözlərinə görə, son 30 ildə Azərbaycan üçün ən əlverişli məqamlardan biri yaranmaqdadır:

“Azərbaycan özünün ağıllı və çevik siyasəti, cəsarətli qərarları ilə torpaqlarımızın işğaldan azad edilməsinə nail ola bilər. Mən parlamentdə qeyd etdim ki, 1993-ci ildə Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası qərar qəbul etmişdi ki, Kəlbəcər və digər işğal olunmuş Azərbaycan əraziləri işğaldan azad olunsun. Amma ermənilər Azərbaycanda yaranmış hakimiyyət boşluğundan və vətəndaş qarşıdurmasından istifadə edərək, nəinki torpaqları azad etmədilər, üstəlik, Dağlıq Qarabağ ətrafındakı digər rayonları da işğal etdilər.

İndi tarix təkrarlanır. Tarixdə xalqların, dövlətlərin siyasi həyatında elə məqamlar olur ki, həmin məqamda qəbul edilən qərar o xalqın növbəti 100 illik üçün gələcəyini müəyyənləşdirir. Əlbəttə, fərqindəyəm ki, dövlət rəhbərliyi yüz dəfə ölçməli, bir dəfə biçməlidir, əsassız risklərə getməməlidir. Amma risklər zamanı olacaq. Əgər qələbə, torpaqların işğaldan azad edilməsini istəyiriksə, risk hər zaman olmalıdır və xalq da bu riskə hazır olmalıdır. Çünki risklər olmayan yerdə böyük qələbələrdən söhbət gedə bilməz. Yəni biz Lələtəpəni azad edə bilərik, amma Qarabağı azad etmək üçün yeri gələndə böyük risklərə, cəsarətli qərarlara da ehtiyac var və biz də buna getməliyik”.

Nikol Paşinyanın hakimiyyətə gəlmək ehtimalının olduğunu bildirən millət vəkili deyib ki, bu hakimiyyət uzun müddət davam etməyəcək:

“Birincisi, Ermənistanda güclü Dağlıq Qarabağ klanı var, kifayət qədər maddi imkanlara malikdir, ordu və güc strukturlarında kök atıblar, asanlıqla təslim olmayacaq, mövqelərini əldən verməyəcəklər. İkincisi, Rusiya amili var. Məncə, Rusiya özü də Nikol Paşinyanın hakimiyyətə gəlməsinə yol açır. Rusiya qərbyönümlüləri iflasa uğratmaq və uzun müddət hakimiyyət iddiasına düşməməsinə səbəb olacaq nəticəyə çalışır. Sadəcə, Azərbaycan bundan nə dərəcədə faydalana biləcək, bizim üçün əsas məsələ budur. Azərbaycan hökuməti indi intensiv danışıqlar aparmalıdır. Çox təəssüf ki, bizim hökumət indi Ermənistanda baş verənlərə müşahidəçi mövqeyi tutub”.

Q.Həsənquliyev Qarabağ problemində əsas sözü Rusiyanın dediyini bird aha vurğulayaraq, bu məqamda Rusiya ilə danışıqların aparılmasının vacibliyinə də toxunub.

“Rusiyanın istəyi, regionda maraqlarının necə təmin edilməsi də danışıqların mövzusu olmalıdır. Rusiya arxayın olmalıdır ki, onu bu regiondan tamamilə çıxarıb kənara atmayacaqlar və bizə imkan versin ki, Ermənistanla bu problemi həll edək, ərazi bütövlüyümüzü təmin edək. Ona görə də danışıqlar Rusiya ilə aparılmalıdır. Ermənistanda bu qədər qarışıqlıqlar baş verir, hələ Azərbaycanın xarici işlər naziri Rusiyaya səfər etməyib. Mən, sadəcə, bunu başa düşə bilmirəm”.скачать dle 12.1

yüklənir...

XƏBƏR LENTİ

“Alıcılıq qabiliyyətinin azalmasına səbəb olacaq” – EKSPERT
24.05.2018

“Alıcılıq qabiliyyətinin azalmasına səbəb olacaq” – EKSPERT

Mübariz Qurbanlı azanla bağlı xəbərdarlıq etdi
24.05.2018

Mübariz Qurbanlı azanla bağlı xəbərdarlıq etdi

Ali Attestasiya Komissiyasının sədri məhkəməyə verilib
24.05.2018

Ali Attestasiya Komissiyasının sədri məhkəməyə verilib

İTV ətrafında həbslər gözlənilir – kanalda ciddi korrupsiya faktları aşkarlanıb
24.05.2018

İTV ətrafında həbslər gözlənilir – kanalda ciddi korrupsiya faktları aşkarlanıb

“Əli İnsanovun ailəsinə ölkədən çıxışa qadağa qoyulub” – Sabiq nazirin vəkilindən iddialara reaksiya
24.05.2018

“Əli İnsanovun ailəsinə ölkədən çıxışa qadağa qoyulub” – Sabiq nazirin vəkilindən iddialara reaksiya

Rüstəm İbrahimbəyov milli xəyanət yoluna kino ştampını da vurdu
24.05.2018

Rüstəm İbrahimbəyov milli xəyanət yoluna kino ştampını da vurdu

Tapdıq Abbas BDYPİ-nin rüşvət mexanizmini ifşa etdi: “Səhər saat 9-45-də 1000 manat rüşvət verildi”
24.05.2018

Tapdıq Abbas BDYPİ-nin rüşvət mexanizmini ifşa etdi: “Səhər saat 9-45-də 1000 manat rüşvət verildi”

Valideynlər Ceyhun Bayramova müraciət etdilər - Şamaxıdan
24.05.2018

Valideynlər Ceyhun Bayramova müraciət etdilər - Şamaxıdan

Prezident və məmurlar ciddi şəkildə oruc tuturlar - İBRƏTAMİZ...
24.05.2018

Prezident və məmurlar ciddi şəkildə oruc tuturlar - İBRƏTAMİZ...

Amerikada erməni dələduzluğu - 8 milyon dollarlıq cinayət
24.05.2018

Amerikada erməni dələduzluğu - 8 milyon dollarlıq cinayət

“Ən pisi İbrahimbəyov vaxtilə prezidentliyə namizəd olub”
24.05.2018

“Ən pisi İbrahimbəyov vaxtilə prezidentliyə namizəd olub”

"Bu xəyanətinin arxasında köynəyinin altında məharətlə gizlətdiyi paqonlarının "ağırlığı" durur"
24.05.2018

"Bu xəyanətinin arxasında köynəyinin altında məharətlə gizlətdiyi paqonlarının "ağırlığı" durur"

“Avropa şirkətləri İranı tərk etməli olacaqlar”
24.05.2018

“Avropa şirkətləri İranı tərk etməli olacaqlar”

Türkiyəli professor: “Yanlış iqtisadi siyasət ölkəni bu vəziyyətə gətirdi”
24.05.2018

Türkiyəli professor: “Yanlış iqtisadi siyasət ölkəni bu vəziyyətə gətirdi”

ABŞ-ın yeni dövlət katibi erməniləri məyus etdi
24.05.2018

ABŞ-ın yeni dövlət katibi erməniləri məyus etdi

İsrail parlamenti "erməni soyqırımı"nı müzakirəyə çıxarır
24.05.2018

İsrail parlamenti "erməni soyqırımı"nı müzakirəyə çıxarır

Arzu Əliyeva Cümhuriyyətin 100 illiyi ilə bağlı film çəkib - VİDEO
24.05.2018

Arzu Əliyeva Cümhuriyyətin 100 illiyi ilə bağlı film çəkib - VİDEO

BVF: Azərbaycan regionun ən varlı, Ermənistanı isə ən kasıb ölkəsidir
24.05.2018

BVF: Azərbaycan regionun ən varlı, Ermənistanı isə ən kasıb ölkəsidir

BBC ilə prezident arasında qalmaqal: "Yazını saytdan silin..."
24.05.2018

BBC ilə prezident arasında qalmaqal: "Yazını saytdan silin..."

"50, 100 manatlıq əskinaslar dövriyyədən çıxarılacaq, 300 manatlıq buraxılacaq" - Deputatdan anons
24.05.2018

"50, 100 manatlıq əskinaslar dövriyyədən çıxarılacaq, 300 manatlıq buraxılacaq" - Deputatdan anons

Azərbaycanlıların vizasız gedə biləcəkləri ölkələr - SİYAHI
24.05.2018

Azərbaycanlıların vizasız gedə biləcəkləri ölkələr - SİYAHI

Zöhrə Abdullayevanın oğlu vəfat etdi - FOTO
24.05.2018

Zöhrə Abdullayevanın oğlu vəfat etdi - FOTO

Ermənistanın yeni təhsil naziri rus dilinə qarşı çıxış edib
24.05.2018

Ermənistanın yeni təhsil naziri rus dilinə qarşı çıxış edib

Sovet əfsanəsi qayıdır: Bazara “Volqa” gəlir
24.05.2018

Sovet əfsanəsi qayıdır: Bazara “Volqa” gəlir

Veysəloğlu Şirkəti Belarusiyadan idxal etdiyi kərə yağlarının keyfiyyətinə zəmanət verir
24.05.2018

Veysəloğlu Şirkəti Belarusiyadan idxal etdiyi kərə yağlarının keyfiyyətinə zəmanət verir

İBRAHİMBƏYOVDAN XƏYANƏTKAR DAVRANIŞ – Əli Həsənov çağırış etdi
24.05.2018

İBRAHİMBƏYOVDAN XƏYANƏTKAR DAVRANIŞ – Əli Həsənov çağırış etdi

Bakı Şəhər İcra Hakimiyyətində Fidumə Hüseynova hökmranlığı
23.05.2018

Bakı Şəhər İcra Hakimiyyətində Fidumə Hüseynova hökmranlığı

Yeni nazir İnam Kərimov Əbülfəz Məlikovu çək-çevirə sala bilər… – “Fermer evləri” layihəsi niyə dayandı?
23.05.2018

Yeni nazir İnam Kərimov Əbülfəz Məlikovu çək-çevirə sala bilər… – “Fermer evləri” layihəsi niyə dayandı?

Hadi Rəcəbli: Boşanmaların səbəbi “Facebook”dur
23.05.2018

Hadi Rəcəbli: Boşanmaların səbəbi “Facebook”dur

Bütün Xəbərlər

FaceBook